155
Onomastika, Dialektologiya, Etimologiya
deməkdir. Olsun ki, qıpçaq qəbilə adı həmin sözdən törəmişdir
(15, s. 73). «Oğuznamə»də Oğuz kağan bəylərdən birinə Kıvçak
adı vermiş, onu ağacla bağlı izah etmişdir. Bu rəvayətin başqa
variantına Rəşidəddin və Əbülqazi xanda da rast gəlirik. Fəzullah
Rəşidəddin yazır ki, içiboş ağacı qədim türklər kıpçak adlandırır
(29, s. 18).
Bu fikri qəbul etsək, o zaman deyə bilərik ki, kıbçak, kıv-
çak leksemi kovuk, kobuk sözü ilə eyni kökdəndir. Müasir
Azərbaycan dilində bu söz qabıq, qovuq şəklində işlənir. Türk
advermə ənənələrində qoruyucu adlara müraciət edilməsi faktla-
rını nəzərə alsaq, kıbçak etnoniminin qoruyucu xüsusi ad olması
fikrini haqlı hesab edirik.
Kırkız. Bu etnonim KT ş. 4; 14; 17; 20; 25; 35; 36; KT şm.13;
BX ş 26; T. 20; 27; 28; MÇ 22; 23; və s. abidələrdə işlənir.
Kırkızlardan bəhs edən Ə.Rəcəbli qeyd edir ki, bu etnonim
Yenisey çayının yuxarılarında Kem və Kemçik çayları hövzəsində
yaşamış türk xalqıdır. Çin mənbələri onları xyakas adlandırır,
VII-VIII yüzilliklərdə qırğızların dili və yazısı göytürk və uy-
ğurlara yaxın olsa da, mədəniyyətləri onlardan fərqlənmişdir.
Bəzi parametrlərdə bu üç xalq arasında kəskin fərq nəzərə çar-
pır. Qaynaqların xəbər verdiyinə görə, qırğızlar cənub-qərbdə
karluqlar, qərbdə kurıkanlar (Baykal gölünün şimalında Anqara
çayının aşağı axarında yaşayırdılar), şimalda isə boma xalqı ilə
qonşu idilər. Onlardan şərqdə çik qəbilələri yaşayırdı. Deməli,
qırğızların şimal sərhəddi indiki Krasnoyar şəhərindən bir qədər
şimaldan, şərq sərhəddi Şərqi Sayan dağlarının ətəklərindən, qərb
sərhəddi Tom və Biy çaylarında Salair silsiləsinədək keçirdi. Qır-
ğızların ərazisi cənubda Karaşarla hüdudlanır. Qırğızlar hündür
boyludur, saçları kürəndir, al yanaqlı və mavi gözlüdürlər. Onlar
Şaman (qam)izm dininə biyət edirlər. Kırkızlar 840-cı ildə uyğur-
ları (Uyğur xaqanlığını) məğlub edib Mərkəzi Asiyada qüdrətli
156
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dövlət – Kırğız xaqanlığını yaratmışlar (20, s. 396). F.Zeynalov bu
etnonim haqqında yazır: «Qırğızlar yeni eranın əvvəllərində artıq
bir çox sahələrdə yüksək nailiyyətlər əldə edərək, Sibirdə yaşa-
yan köçəri xalqlar içərisində seçilməyə başlayırlar. Onlar VI-VIII
əsrlərdən etibarən artıq yazıya da malik idilər (Yenisey yazıları)»
(24, s. 188). Kırkız/qırğız etnoniminin mənşəyi barədə türkologi-
yada ümumi bir fikir yoxdur. Türkoloqlardan K.İ.Petrov bu sözün
kırığ «qırmızı» sözü və -z cəm şəkilçisinin birləşməsindən ya-
randığını, N.ABaskakov isə bu etnonimin kırku «qırmızı» və quz
«oğuz» sözlərinin birləşməsindən əmələ gəldiyini, «cənubda ya-
şayan oğuzlar» anlamını bildirdiyini göstərir. Bunlara münasibət
bildirən F.Zeynalov qeyd edir ki, qırğız adının kırqut-kırkız sözü
ilə (qırmızı sifət, üz) bağlı şəkildə formalaşması daha çox ağla-
batandır. Uyğurlar onları xaqas adlandırmışlar. Onlar sonralar
kilqislər adlanmışlar. Qırğız adının bu sözdən nəşət etməsi də
mümkündür (24, s. 188).
Abidələrdə yuxarıda bəhs etdiyimiz etnonimlərdən əlavə kök
türk, kürt, kitay, kurikan, oğuz, on ok, on uyğur, Otuz tatar, səkiz
oğuz, soğdak, suğd/soğd, toğbaç, tanut, tarduş, tat, tatar, tatabı,
tezik, tokar, tokuz oğuz, toŋra, toliş, tüpüt, türqis, türk, uyğur, üç
karluk, üç kurikan, üç oğuz, yağma etnonimləri də işlənmişdir.
Orxon-Yenisey abidələrində aşağıdakı toponimlər qeyd olun-
muşdur.*
Kül Tigin abidəsində: Altun yış, Bayırku, Bolçu, Bökli çöl,
Bukarak, Əzgənti Kadaz, Yaşıl ügüz, Yer Bayırku, Yinçü ügüz,
Yir Bayırku, Kənü Tarman, Kögmən, Kadırkan, Kara köl, Kuş-
lağak, Mağa Kurğan, Ötükən yış, Sona yış, Tabar, Təmir (Temir)
kapığ, Tokuz Ərsən, Toğı balık, Tün yazı, Türgi Yarğun, Çoğay
(Çuğay) yış Kuz, Çuş başı, Şantun.
* Qeyd. Bu faktları verərkən Ə.Rəcəblinin və Y.Məmmədovun “Orxon-Yeni-
sey abidələri” (Bakı, 1993) kitabına əsaslanmışıq.
157
Onomastika, Dialektologiya, Etimologiya
Bilgə xaqan abidəsində: Ağu, Altun yış, Antarğu, Beşbalık,
Bolçu, Buluk, Əzgənti Kadaz, Kem, Köğmən, Kadırkan, Mağa
Kurğan, Örpən, Sələŋə, Sona yış, Toğla üdüz, Tüngər tağ, Urğu,
Çoğay (çuğay) yış Kuz, Ertis, Iduk baş.
Tonyukuk abidəsində: Ak Tərməl, Altun yış, Anı, Arkuy,
Benlügək, Bolçu, Yarış yazı, Yinçü ügüz, Kök ön, Kögmən,
Ötükən yış, Santun (Şantun), Təmir (Temir) kapığ, Toğla ügüz,
Usın Buntatu, Çoğay (çuğay) yış Kuz; Çuğay kuz, Ertis, Ibar baş,
Iduk baş.
Küli çor abidəsində: Beşbalık, Yinçü ügüz, Keçin, Təz,
Təmir (Temir) kapığ.
Moyun çor abidəsində: Ağuluğ, Arkar baş, Açığ Altur köl,
Baybalık, Burğa, Bükəgük, Ər-kamış, Ərsəgün, Yabaş, Tokuş,
Yarış yazı, Yit başı, Yılun kol, Yoğra yarış, Yula göl, Keyrə başı,
Kem, Kərgün, Kögmən, Kögür, Kömür Tağ, Kazluk göl, Kara
buluk, Kara Yotalık, Kasuy, Orkun balık, Yar ügüz, Orkun ügüz,
Ötükən yış, Sələŋə, Sokak, Tayğan köl, Talakan, Toğurğu, Üç
Birgü, Şıp, Ertis, Iduk baş.
Hoytu – Təmir abidəsində: Beşbalık.
Steynin tapdığı I əlyazmada: Bayırku, Koşu balık, Suğçu ba-
lık.
İkinci əlyazmada (Irk Bitik (Falnamə): Yarğun.
Aşağıda bəzi toponimlərin mənşəyinə aydınlıq gətirək.
Altun yış, Altun kır. Bu toponimlər abidələrdə 7 dəfə qeyd
olunmuşdur (KT ş. 36; BX ş. 27; T. 20; T. 31; T. 32; T. 35; T. 37).
Əvvəlcə qeyd edək ki, qədim türk dillərindəki altun “qı-
zıl” anlamındadır (12, s. 40). Tərkibində altun sözü olan bir çox
toponimlər vardır. Herodotun təsvir etdiyi əfsanədən məlum olur
ki, Tarqitayın Mastaqda (Mustaq toponimi indiyə qədər Alma-Ata
vilayətində qorunub qalmaqdadır) köçəbə həyatı sürən üç oğlu
Altun tağ dağlarında yaşayırdılar (37,s. 40). Cənubi Qafqazda da
Dostları ilə paylaş: |