Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə101/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
309 
şagirdi  olmağı  özümüz  üçün  şərəf  sayan  biz  hamımız 
özümüzü  belə  bir  ustadımız  olduğuna  görə  xoşbəxt  hiss 
edək,  həmişə  onun  təlimini  yanlış  hazır  qənaətlər  əsasında 
edilən tənqidlərdən qoruyaq." 
İspan komediyasının janr xüsusiyyətlərindən danışan 
Rikardo  de  Quriya  isə  Lope  de  Veqanın  və  başqa  ispan 
dramaturqlarının  əsərlərində  fəci  və  komik  ünsürlərin 
vəhdətdə  verildiyini  müdafiə  edərək  yazırdı:  "İspaniyada 
yayılan  komediyalardan  heç  biri  komediya  deyildir,  ancaq 
komik  faciədir,  burada  komediya  və  faciə  janrı  bir-birinə 
qarışır, 
birincidən 
təsadüfən 
hadisələr, 
gülüş 
və 
hazırcavablıq,  ikincidən  görkəmli  adamlar,  əzəmətli 
hadisələr, dəhşət və iztirab götürülür və belə bir qarışma heç 
kəsə qeyri-təbii görünmür, çünki eyni bir hekayətdə sadə və 
yüksək  simaların  vəhdəti  nə  poeziya  sənətinə,  nə  də  təbiətə 
ziddir...  Əgər  bu  janr  ispanlar  tərəfindən  kəşf  edilibsə,  bu, 
məzəmmətdən  çox  tərifə  layiqdir."  Halbuki  eyni  qənaət 
Fransada hətta XVIII əsrdə də rədd edilmiş, ancaq XIX əsrin 
20-ci  illərində  fransız  romantikləri  bu  prinsiplə  yazıb  yarat-
mağa başlamışlar. 
Zaman  və  məkan  vəhdəti,  teatrın  əyləndirməsi  və 
tərbiyə  etməsi  haqqında  və  başqa  məsələlər  ətrafında  da 
ispan  intibah  realizminin  nəzəriyyəçiləri  Lope  de  Veqanın 
zəngin,  xəlqi,  humanist  yaradıcılığına  əsaslanaraq  qabaqcıl 
fikirlər yürüdürlər. 
XVII  əsr  ispan  ədəbiyyatının  ən  güclü  ədəbi  cərə-
yanlarından biri də barokko idi. İspaniyanın mürəkkəb xarici 
və  daxili  şəraiti  ilə  şərtlənən  bu  ədəbi  cərəyan  cəmiyyətin 
geniş təbəqələrini əhatə etmişdir. Barokko antik incəsənətin, 
İntibah  dövrünün  estetik  prinsiplərini,  xalqın  milli  bədii 
zövqünü  rədd  etmirdi.  Barokko  cərəyanının  nümayəndələri 
İntibah  və  antik  dövr  incəsənətinin  nailiyyətlərinə  istinad 
etməklə  orta  əsrlər  klerikal  /dini/  ədəbiyyatının  ənənələrini 


Afaq Yusifli İshaqlı 
 
 
310 
dirçəldir,  öz  ömrünü  yaşamış  formalara  yeni  ruh  verirdilər. 
Kədər,  bədbinlik,  ümidsizlik  duyğuları  ilə  yanaşı  güclü 
poetik  forma,  üslub  xüsusiyyətləri  barokko  ədəbiyyatına 
özünə  məxsus  bir  gözəllik  və  cazibə  qüvvəsi  verirdi.  Lakin 
bu  ədəbi  cərəyanları  dövrün  sosial,  siyasi,  mənəvi 
inkişafından  təcrid  olunmuş  şəkildə  qiymətləndirmək 
çətindir. 
Üç  müxtəlif  ədəbi  cərəyanın  yanaşı  mövcud  olduğu 
bu  dövrdə  ispan  ədəbiyyatında  şeir,  nəsr  və  dramaturgiya 
sahəsində bir sıra görkəmli nailiyyətlər qazanılmışdır. Şeirdə 
Qonqora, Kristobal de Mesa, Xuan de Argixo, Rodriqo Karo, 
Arxensola, Ameskua Vilyamediana, Luis de Pereyra, Roxas, 
Montalvan,  Balbuena,  Fransisko  de  Trilyo-i-Fiqera  və 
başqaları məşhur idisə, nəsrdə Kevedo, Qarsian, Qevara kimi 
yazıçılar tanınırdı.  Lakin ispan ədəbiyyatı özünün ən böyük 
nailiyyətlərini dramaturgiya  sahəsində  qazanmışdır.  Lope  de 
Veqanın,  Tirso  de  Molinanın,  Kalderonun  və  başqa 
dramaturqların əsərlərində ispan gerçəkliyi daha dolğun əks 
olunmuşdur. 
QONQORA  /1561-1627/.  XVII  əsr  ispan  ədəbiyya-
tında barokko ədəbi cərəyanının ən böyük şairi Don Luis de 
Qonqora-i-Arqote  olmuşdur.  Servantes  onu  "nadir  və 
təkrarolunmaz  bir  dahi"  adlandırmışdır.  Qonqora  öz  orijinal 
poeziyası  ilə  barokko  ədəbiyyatında  qonqorizm,  kultizm, 
kulterianizm 
adları  ilə  səciyyələnən  bir  cərəyanın 
yaranmasına səbəb olmuşdur. 
O, Kordovada qədim zadəgan ailəsində doğulmuşdur. 
Atası  Fransisko  de  Arqote  Kordova  şəhər  hakimi  idi.  İlk 
təhsilini  şair  evdə  almış,  Salamanka  universitetində 
oxumuşdur. Qonqora təhsilini bitirib keşiş rütbəsi alır və bir 
vəzifə tutmaq arzusu ilə Madridə gəlir. Lakin latın və yunan 
dillərini  mükəmməl  bilməsi  və  aristokratlığı  ona  kömək 
etmir.  Qonqora  uzun  müddət  müxtəlif  vəzifələrə  namizəd 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
311 
olur,  ancaq  gəlirli  bir vəzifə  tutmağa  layiq  görülmür.  Ancaq 
ölümündən  bir  az  əvvəl,  1616-cı  ildə  o,  III  Filippin  saray 
kapellanı vəzifəsini tutmağa layiq görülür. Bu rütbə nə qədər 
şərəfli olsa da, şairi maddi cəhətdən təmin etmirdi. Qonqora 
bu dövrdə yazdığı məktublarda yoxsulluqdan, onu təqib edən 
uğursuzluqlardan,  borclarını  ödəmək  üçün  ev  əşyalarını 
satmasından  danışır,  şikayətlənir.  Şeir  yaradıcılığı  da  onu 
sevindirməmişdir.  Madriddə  olarkən  o,  şeirlərindən  çox  az 
bir hissə çap etdirmişdir. Ölümündən iki il əvvəl şair səhhəti 
pozulmuş  halda  ciddi  baş  ağrıları  ilə  doğma  şəhəri 
Kordovaya qayıdır. Qonqoranın şeirləri ilk dəfə 1627-ci ildə, 
ölümündən bir az sonra "İspan Homerinin mənzum əsərləri" 
adı  ilə  çap  olunur,  əsərlərinin  tam  toplusu  isə  1634-cü  ildə 
işıq  üzü  görür.  Ölümündən  sonra  o,  İspaniyanın  ən  böyük 
şairi kimi şöhrət qazanır. 
Qonqora  İspaniyanın  həyatında  baş  verən  güclü 
siyasi-ictimai  və  mədəni  böhran  dövründə  yaşayıb  və  yeni 
dövrün qarşıya qoyduğu problemlərə cavab verərək öz poetik 
üslubunu yaratmışdır. Ədəbiyyat tarixində qonqorizm, yaxud 
kulteranizm adı ilə məşhur olan bu üslub ispan ədəbiyyatının 
sonrakı  inkişafı  üzərində  güclü  təsirə  malik  olmuşdur.  hətta 
Lope  de  Veqa,  Fransisko  Kevedo  kimi  ədəbi  düşmənləri  də 
Qonqoranın  təsirindən  yaxa  qurtara  bilməmişdir.  Bəzən  onu 
qaranlıq,  dumanlı,  cəfəng  şair  saymışlar.  Lakin  XIX  əsrin 
sonlarında  Fransada,  XX  əsrdə  isə  İspaniyada  Qonqoranın 
irsinə maraq güclənmişdir. Ruben Daria, Qarsia Lorka, Pablo 
Neruda  kimi  şairlər,  Damaso  Alonso,  Menendas  Pedal  və 
başqa ədəbiyyatşünaslar onun poetik təcrübəsini yeni şəkildə 
dərk etməyə çağırırdılar. 
Qonqoranın  poeziyasında  İntibah  humanizmi  yeni, 
adət  olunmamış  formalarda  təzə  həyat  qazandı  və  yaşadı. 
Adətən,  Qonqoranın  yaradıcılığını  iki  dövrə  bölürlər:  aydın 
üslub dövrü /1610-cu ilə qədərki dövr/, dumanlı üslub dövrü 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə