XVII əsr Qərbi Avropa ədəbiyyatı
315
"Ümid sübhü aparır, gözləmir zaman ancaq:
Xeyir dağlar dalında, ölüm qapıdadır, bax!"
Belə bir kədər, ümidsizlik zamanın doğurduğu əhval-
ruhiyyə idi. Süqut, tənəzzül dövrünün doğurduğu bədbinlik
idi. Qonqora ilk dəfə ispan ədəbiyyatında bu süqutu görən,
onu yeni, orijinal poetik forma ilə əks etdirən qüdrətli,
yenilikçi bir şair olmuşdur. Klassistlərin, Lope de Veqa və
Kevedonun hücumlarına baxmayaraq qonqorizm XVII əsrin
ədəbiyyatına güclü təsir göstərmiş, hətta onun düşmənləri də
bu təsirdən yaxa qurtara bilməmişlər. Kalderonun yaradıcılı-
ğında bu ədəbi cərəyanın təsiri daha güclü olmuşdur.
Qonqora şüurlu şəkildə yaradıcılıq işi aparan, nə
istədiyini çox gözəl bilən, öz poetik sistemini nəzəri
cəhətdən əsaslandırmağı bacaran bir sənətkar idi. 1613-cü
ildə öz "Tənhalıqlar" poemasını bitirib Kordovadan Madridə
göndərəndə onu başa düşməmiş və etirazla qarşılamışlar.
Anonim rəyçinin poemanın dili haqqındakı kəskin tənqidi
qeydlərinə cavab olaraq şair yazırdı ki, o, ümumişlək ispan
dilinə kamillik və mürəkkəblik verib, onu nəsr dilindən
fərqlənən qəhrəmanlıq dilinə yaxınlaşdırmaq istəmişdir.
İfadələrin tam aydın olmaması, qaranlıq qalması oxucunu
düşünməyə, şairlə fəal yaradıcılıq əməkdaşlığına yönəldir.
Adi, adət olunmuş, hamının işlətdiyi söz və ifadələr oxucunu
hərəkətə gətirmir, dumanlılıq isə onu fəallaşdırır, düşündürür,
aydın olmayanı aydınlaşdırmağa çağırır. Gördüyümüz kimi,
Qonqora mürəkkəblikdən, fikrin aydın olmamasından şeirin
estetik təsir gücünü artırmaq məqsədilə istifadə edir.
Qonqora fikrinin genişliyi, maraq dairəsinin rənga-
rəngliyi, mədəni səviyyəsinin zənginliyi ilə seçilən bir
şairdir, onun şeirlərində coşqun lirizmlə öldürücü sarkazm,
xalq romanserolarını xatırladan aydın ahəngdar şeirlərlə
"Tənhalıqlar" poemasının rəmzi, eyhamlı obrazlılığı bir
Afaq Yusifli İshaqlı
316
vəhdət halındadır. Qonqora İspaniyada barokko üslubi
cərəyanının banisi kimi tanınır. Onun şeir dilinin,
obrazlarının yeniliyi İspaniyanın və Latın Amerikasının bir
çox sənətkarlarının diqqətini cəlb etmiş, Ruben Dario, Pablo
Neruda kimi şairlərə də təsir göstərmişdir.
GİLYEN de KASTRO /1569-1631/. Lope de Veqa
dramaturgiyasının humanist ənənələri ilə bağlı olan
dramaturqlar arasında Gilyen de Kastro özünəməxsus şərəfli
bir yer tutur. O daha çox İspaniyanın qəhrəmanı olan Sid
haqqında dramatik xronikası ilə məşhurdur. Həmin
xronikanın "Sidin gəncliyi" adlandırılan birinci hissəsi
sonralar Kornel tərəfindən yenidən işlənmiş və fransız
klassist janrının tarixində yeni səhifə açmışdır. Əlbəttə, bir
həqiqəti heç vaxt unutmaq olmaz ki, Kastronun əsəri ilə
Kornelin "Sid"i arasında o qədər də ciddi yaxınlıq yoxdur.
Kornel ispan dramaturqunun əsərindən faydalansa da,
məzmun və formaca yeni bir əsər yaratmışdır.
Gilyen de Kastro Lope de Veqa məktəbinin ədəbi
prinsiplərinə uyğun olaraq milli poetik ənənələrdən qidalanır,
xalqın qəhrəmanlığını tərənnüm edir. Dramaturq hadisə və
xarakterləri realistcəsinə göstərsə də, xalq rəvayət və
dastanlarından gələn romantikadan da imtina etmir. Bir çox
başqa əsərlərində olduğu kimi, Kastro burada da əsərlərin
süjetini xalq romanslarından almışdır. Dramaturqun
yaradıcılığında canlılıq, əlvanlıq və coşqunluq, dramatik
vəziyyətlərin, fantastik macəraların, gərgin hislərin əks
etdirilməsinə meyl daha güclüdür.
Əsərin qəhrəmanları ilk səhnələrdən sevgi və şərəf
hissləri arasında qalır, dərin iztirablar keçirirlər. İki kübar
ailə arasında münaqişə, bir-birini təhqiretmə, duel və ölüm
hadisələri gənc qəhrəmanların taleyində də əks olunur. Onlar
ziddiyyətli duyğular arasında qalırlar. Dramaturq hər bir
XVII əsr Qərbi Avropa ədəbiyyatı
317
surəti fərdi cizgilərlə işləmişdir. Kral Fernando tədbirli,
ehtiyatlı bir hökmdardır. Himenanın atası qraf Losano kobud
və təkəbbürlüdür. Himena və Rodriqo – hər ikisi coşqun,
ehtiraslı gənclərdir. Əsərdə qəhrəmanların hər bir hərəkəti,
sözü təbii, səmimi səslənir. Surətlərin dilində müəyyən
kobudluq hiss olunsa da, bu kobudluqda bir həyatilik vardır.
Rıtsarlığa təzəcə qəbul edilən Rodriqo onun atasını təhqir
edən Losanonu duelə çağıranda Losano ona istehzalı bir
mərhəmətlə yanaşır, "Sən hələ ağzının südünü bir sil!"
deyərək ona saymazyana bir münasibət bəslədiyini bildirir.
Rodriqo isə bu istehzalı müraciətə daha açıq bir kobudluqla
cavab qaytarır:
Bil, intiqam deyil uzaq,
Dodağının qanı ancaq
Qarışacaq al qanınla.
Rodriqo ilə qraf Losano arasındakı bu kobud
sözləşmə Himenanın və İnfantanın gözü qarşısında baş verir.
Sidin atası Dieqo Laynes oğlunun cəsarətini yoxlamaq üçün
onun əlini dişləyir, ondan sərt, kobud cavab eşitdikdə isə
rahat nəfəs alır. Oğlunun kobudluğu, sərtliyi, əli dişlənəndə
arvad kimi ağlamaması onu sevindirir. O, indi inanır ki, oğlu
onun intiqamını ala bilməyə qadir olan igid bir döyüşçüdür.
Ata da, oğul da belə hesab edirlər ki, şərəf hər şeydən
üstündür. Ata belə düşünür ki, təhqir edildiyinin intiqamını
almadan yaşamaqdansa, ölmək yaxşıdır. Sid də eyni cür
düşünür. O, döyüşməyə hazırdır. Lakin Sid belə düşünür ki,
birdən o məğlub olar, intiqamını ala bilməz. Onda o and içir
ki, əgər ona qalib gəlsələr, o özünü öldürəcək və əcdadlarının
qılıncını xar olmaqdan öz sinəsində gizlədəcəkdir. Pyesdə
hadisələr ildırım sürətilə cərəyan edir. Qəhrəmanların psixo-
loji düşüncələrinə, şübhə və tərəddüdlərinə vaxt verilmir. Bir
an içində hökm verilir. Qaynar ispan qanı ləngiməyi,
Dostları ilə paylaş: |