Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə105/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
321 
dalğalanan, qəddar nərlərlə hayqıran şər, eybəcərlik, böhtan, 
xəyanət  dəryasına  uzaqdan  tamaşa  edir,  qorxmur,  narahat 
olmur.  Lakin  bu  şər  dünyası  qəhrəmanı  yenə  də  rahat 
buraxmır, onu yeni-yeni imtahanlara çəkir.  
Onun  atasının  ölümünün  baisi  don  Xuan  saray 
adamları  ilə  birlikdə  Seqoviyaya  gəlib  çıxır.  Don  Xuan 
burada  Fernandonun  sevgilisi  Teodoranı  görür  və  ona 
vurulur. 
Lope de Veqa kimi Alarkon da təsvir etdiyi adamları 
bir  tərəfli  göstərmir.  O  cümlədən  don  Xuan  özü  də  onun 
təqdimində  müəyyən  müsbət  cizgilərə  də  malikdir.  O,  cani 
yox,  bağlı  olduğu  mühitin  pozduğu,  eybəcərləşdirdiyi  bir 
adamdır. Pyesin sonunda baş verən cinayətdə iştirakı atasının 
təhriki ilə əlaqələndirilməsi özü də bu cəhəti aydın göstərir. 
Alarkon  onun  atasının  da  müəyyən  insani  cizgilərə  yad 
olmadığını göstərir. Oğluna nəsihət verəndə onu cəsarətli və 
nəcib qəlbli bir insan olmağa sövq edir. "Kim ki, cəsur və nə-
cib  qəlblidir,  o,  kral  və  şərəf-namus  uğrunda  qılıncını  tez 
qından  çıxarar."  Dramaturq  mənfi  surətləri  ancaq  mənfi 
cizgilərlə  göstərməyin  əleyhinədir.  Realist  prinsiplərə  əməl 
edən ədib yaratdığı surətləri həyatda olduğu kimi mürəkkəb 
və ziddiyyətli səciyyəyə malik adamlar kimi əks etdirir. Qraf 
don  Xuan  bir  tərəfdən  dövlət  işləri  ilə  maraqlanmayan, 
ərəblərin  hücumundan  narahat  olmayan,  borc,  şərəf  işini 
yerinə  yetirməkdənsə,  öz  sevgisi,  eyş-işrəti  haqqında 
düşünən  bir  adamdırsa,  o  biri  tərəfdən  Teodora  və 
Fernandonun yaşadığı daxmanın qarşısında özünü ehtiram və 
cəsarətlə  aparır.  Finlo  onun  bu  davranışını  görüb  təəccüb-
lənir,  qrafın  yoxsul  bir  qıza  bu  qədər  ehtiram  göstərməsini 
ona  yaraşmayan  bir  hərəkət  kimi  pisləyir.  Don  Xuanın 
dostuna verdiyi cavab onun qəlbində nəcib insani duyğuların 
da olduğunu bir daha sübut edir: 
 


Afaq Yusifli İshaqlı 
 
 
322 
Sevgidə, görürəm, sən nabələdsən, 
Elə ki, hislərlə üstələnirik, 
Xəyala, arzuya vuruluruq biz. 
Sevib özümüzə şübhələnirik. 
Finlo, ucqarda bu kiçik koma 
Mənə bir saraydır, o bakir sənəm 
Bir kraliçadır gözümdə hər dəm. 
Qorxuram beləcə toxunmaqla mən, 
Bu təmiz qapını ləkələməkdən. 
 
Lakin  elə  məqamlar  da  olur  ki,  biz  qraf  don  Xuanın 
bu təmiz qapını ləkələmək istədiyinin şahidi oluruq. O, Finlo 
ilə  birlikdə  toxucunun  evinə  soxulanda  məhz  alçaq 
məqsədlər  izləyir,  Teodoraya  sahib  olmaq  niyyətini  yerinə 
yetirmək  istəyirdi.  Toxucu  Pedro  Alonso  adı  ilə  yaşayan 
Fernando  cəsarətlə  özünü  və  sevgilisini  müdafiə  edir.  Ona 
şillə vuranda  o, qeyzə  gələrək ağaların iki nökərini öldürür, 
özlərini  isə  biabırçı  bir  şəkildə  evdən  qovur.  Don  Xuanın 
hərəkəti pyesdə korluq, xalqı qəzəbləndirən bir hərəkət kimi 
qiymətləndirilir.  Toxucunun  hərəkəti,  zadəganlarla  cəsarətlə 
davranması  güclü  siyasi  mahiyyət  alır.  Lakin  Alarkonu 
tamamilə demokratik ruhlu bir yazıçı kimi qiymətləndirmək 
doğru  olmazdı.  O  öz  mühitinin,  sinfinin  oğlu  olaraq  qalır. 
Fernandonun  cəsarəti,  ləyaqəti  xalq  kütlələrinin  yox, 
zadəgan dairələrinin cəsarəti və ləyaqəti kimi nəzər çatdırılır, 
onun zadəgan mənşəyi ilə əlaqələndirilir. 
Pyesin  ən  mühüm  səhnələrindən  biri  Fernandonun 
həbsə alındığı səhnədir. Onu edam gözləyir. Lakin burada da 
ümidini  itirmir,  öz  qələbəsinə  inanır.  Teodoranın  onu  xilas 
etmək  xatirinə  don  Xuanın  yanına  getmək  istəyini  eşidəndə 
isə qısqanclıq və qəzəb alovları ilə alışıb yanır. Özünün xilası 
yox,  əgər  Teodora  onun  düşməninin  yanına  gedərsə,  hətta 
adını belə çəkərsə, onu tikə-tikə doğramaqla hədələyir. 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
323 
Bununla  bərabər  o,  həbsdən  dəhşətli,  cəsarət  və 
mərdlik tələb edən bir üsulla xilas olur. Yoldaşlarından xahiş 
edir ki, qılınc zərbəsilə vurub onun başını yarsınlar, bu yolla 
o,  həbsxana  xəstəxanasına  düşər  və  oradan  qaçar.  Hər  şey 
onun  dediyi  kimi  olur.  Əlindəki  qandalları  açmaq  lazım 
gələndə  isə  o  özünün  iki  barmağını  dişləyib  qoparır.  Onun 
cəsarəti, mərdliyi, əzmi, iradəsi insanı heyran edir. 
Bundan  sonra  biz  Fernandonu  quldurlar  dəstəsində 
görürük, realist bir  yazıçı olan Alarkon onu bir quldur kimi 
idealizə  etmir,  romantikləşdirmir.  Qəddar,  zalım  bir  adam 
kimi  verir.  O,  təhlükə  qarşısında  cəsarət  göstərər  yoldaşına 
belə aman vermir, hər hansı ehtiyatsız bir yolçu görəndə onu 
soymaq imkanını əldən buraxmır. 
Fernandonun  quldurluq  həyatını  təsvir  edərkən  Alar-
kon  yenə  də  real  həyat  faktlarından  çıxış  etmişdir.  Onun 
dövründə  İspaniya  quldur  dəstələri  ilə  dolu  idi.  Dramaturq 
bu  quldurların  həyatını,  hərəkətlərini  doğru  əks  etdirdiyi 
kimi  onların  əmələgəlmə  yolunu  da  doğru  müəyyənləşdirir. 
Ancaq  ədalətsizliyin  insanları  bu  yola  gətirib  çıxardığını 
təsdiq  edir.  Pyesdə  cərəyan  edən  hadisələrdə  də  biz 
Fernandonu  cəsur,  nikbin,  öz  qələbəsinə  inanan  bir  adam 
görürük.  Don  Fernando  həqiqətən  də  öz  düşmənini  onun 
yataq otağında təkbətək döyüşdə öldürür. 
Pyesin ən maraqlı surətlərindən biri təlxək Çiçondur. 
O,  qorxaq,  hiyləgər,  çevik  bir  adamdır.  Kiçik  bir  qazanca 
tamah salıb ən yaxın dostunu sata bilər. Həyat onu o qədər də 
əzizləməmişdir. Lakin ən böyük müsibətlər içərisində olduğu 
vaxtlarda o, şənliyini itirmir, zarafatından qalmır. 
Çiçon  küçədə  böyümüşdür,  həyatın  qəddar  və 
amansız  üzünü  görüb  həqiqətə  inamını  itirmişdir.  Nəcib 
görkəm  arxasında  gizlənən  xudbin  məqsədlər  ona  yaxşı 
tanışdır.  O,  gah  filosofluq  edir,  Kalvinin  sözlərindəki 
səhvlərdən  danışır,  gah  qonqorizm  üslubunda  parlaq,  incə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə