XVII əsr Qərbi Avropa ədəbiyyatı
115
aparır, bəşəriyyətin çətin, əzablı yollarla inkişafa, tərəqqiyə
doğru getdiyini təsdiq edir.
Poema allaha qarşı üsyan etmiş mələklərin məğlu-
biyyətinin təsviri ilə bağlayır. Başda iblis olmaqla üsyankar
mələklər göylərin nüfuzuna qarşı çıxmışlar. İndi isə döyüşdə
məğlub olduqlarına görə həmişəlik göyləri tərk etməli,
cəhənnəmin od-alovları içərisində yaşamalıdırlar. Lakin İblis
və onun dostları burda da özlərini məğlub saymır, ilahi
nüfuza qarşı mübarizəni davam etdirməyə çalışırlar. İblis öz
zərbəsini allahın yaratdığı ən yaxşı nə varsa ona, ilk
insanların yaşadığı dünyaya qarşı yönəltmək istəyir. İblis
daha çox ona çalışır ki, ilk insanları allahın əlindən alsın,
onları öz qiyamçı, məğrur təbiətinə tabe etsin.
Allah Adəm və Həvvaya İblisin niyyətindən danışır,
onları ehtiyatlılığa çağırır. Onun elçisi Rəfael isə İblisin
üsyanı və məğlubiyyətindən söhbət açır, onları müti olmağa
öyrədir. İblis Həvvanı aldadıb yoldan çıxara bilir, o, allahın
qoyduğu qadağanı pozur, xeyir və şəri dərk etmə ağacının
meyvəsindən dərib yeyir. Adəm də onun kimi edir, o da idrak
ağacının meyvəsindən yeyir. Lakin o, İblisə aldandığı üçün
deyil, rəfiqəsini tək qoymamaq, onun alacağı cəzaya şərik
olmaq xatirinə belə edir. İlahi məhkəmənin qərarı ilə Adəm
və Həvva cənnətdən qovulur, adi öləri insanlara çevrilirlər,
həyatın əzab və işgəncələrinə məruz qalırlar. Allahın
nökərləri Adəm və Həvvanı cənnətdən qovmazdan əvvəl
allahın göstərişi ilə mələklərdən olan Mikayıl Adəmə
bəşəriyyətin gələcəyini göstərir. Məqsəd isə onu
ruhlandırmaq və xilas yolunu göstərməkdədir.
Adəmin gözü qarşısından bəşər tarixinin geniş və
dəhşətli mənzərələri gəlib keçir. Xalqların sevincləri, müsi-
bətləri, müharibələrin törətdiyi fəlakətlər günahlardan
keçərək müdrikləşmiş Adəmin gözü önündən keçir. İnsan
həyatının rəngarəng mənzərələrini yaradan şair əməyi xüsusi
Afaq Yusifli İshaqlı
116
məhəbbətlə təsvir edir. Bu hissələrə şən, nikbin bir əhval-
ruhiyyə hakimdir.
Mikayıl Adəmi başa salır ki, bəşər nəsli gələcəkdə öz
ulu babasının günahını yuyacaqdır. Guya bu günahlardan
təmizlənmə xristianlıq təliminin yayılması ilə gələcək,
insanlara mənəvi kamillik yolunu, həqiqi cənnətin yolunu
göstərəcək. Poema Adəm və Həvvanın cənnətdən qovulması
səhnəsinin təsviri ilə tamamlanır. Onlar əl-ələ tutaraq
Ədəmdən uzaqlaşırlar. Ədəm üzərində alov və tüstü dilləri
ucalır. Adəm və Həvvanı qarşıda sakit cənnət həyatı deyil,
bəşər nəslinin çətinlikləri, məhrumiyyətlərlə dolu tarixi
gözləyir.
Şairin qənaətinə görə insanın həyat yolu çətin olsa da,
o, həmin yolla irəliyə doğru addımlayacaq, mənən
təkmilləşəcəkdir. Bu, həm də Miltonun 40-50-ci illərin
hadisələrindən, ingilis burjua inqilabının məğlubiyyətindən
çıxardığı əsas nəticə idi. Milton ilahi nüfuzunun qüdrəti
qarşısında üsyankar İblisin və asi insanların gücsüz olduğunu
ön plana çəkir, bununla irtica əleyhinə üsyana yox, mənəvi
və əxlaqi təkamülə, mənəvi qüvvələrin bir yerə
toplanılmasına çağırır. Lakin onun poeması, Belinskinin
qeyd etdiyi kimi "nüfuza qarşı üsyanın təntənəsi" kimi
səslənmişdir. Poemanın inqilabi pafosu İblis surətində daha
aydın ifadə olunmuşdur. Qiyamçı və məğrur İblis məğlub
olsa da, allahdan intiqam almaqda davam edir. İblis bir surət
kimi poemadakı surətlərin hamısından daha cəlbedici çıx-
mışdır. Şair mənəvi təkmilləşmə ideyasını vəsf etsə də, onun
poeması döyüşə, mübarizəyə, üsyana çağıran bir əsər kimi
qarşılanmışdır. Əsərdə xalq kütlələrinin feodal mütləqiyyət
irticasına nifrəti əks olunmuşdur.
Miltonun poemasında müəyyən bir tarixilik duyğusu
və kortəbii dialektika vardır. Onun insan qəhrəmanları
cənnətdən qovulana qədər qayğısız bir həyat sürürdülərsə,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
117
oradan çıxandan sonra düşünən, zəhmət çəkən, böyüyən və
inkişaf edən adamlar kimi hərəkət edirlər, onlar bir növ, öz
həyatlarının daha yüksək mərhələsinə qədəm qoyurlar.
Milton yaradıcılığının xüsusiyyətləri, onun dünya-
görüşündəki ziddiyyətlər ayrı-ayrı surətlərin təqdimində
daha aydın nəzərə çarpır. Şair tədricən qəhrəmanlarının
xarakterindəki müxtəlifliyi nəzərə çatdırır. Adəm onun
poemasında şücaət, müdriklik və mərdlik təcəssümüdür.
Bütün bunlarla yanaşı o, canlı insan cazibəsinə malikdir.
Adəmin daxili aləmi zəngindir. Onda ağıl, xəyal, hiss, ehtiras
və azad iradə vəhdətdədir. Milton belə hesab edir ki, ağlın
rəhbərliyi ilə hərəkət edən azad iradə insanın qarşısında
duran tarixi vəzifələrin ən doğru və obyektiv həllində onun
ən yaxın köməkçisi olar, insan onun köməyi ilə bəşəriyyəti
ədalətə və səadətə gətirib çıxaran doğru yolu tapar. Azad
iradə haqqındakı düşüncələrində Milton ziddiyyətli olsa da,
puritan görüşlərindən yaxa qurtara bilməsə də, o, insanlığı
irəliyə doğru aparan böyük bir qüvvə kimi vəsf edilmişdir.
Bu cəhətdən o, insanı qəza və qədərin, hikməti ilahinin
əlində bir oyuncaq sayan puritan dini baxışlarına zidd
gedirdi.
Həvva surətini şair isməti, gözəlliyi, xeyirxahlığı,
yumşaqlığı ilə seçilən cazibəli bir qadın kimi təsvir etmişdir.
Onun Adəmə münasibəti, sevgisi səmimi və təmizdir, onunla
mehriban və diqqətlidir, sevincini də, kədərini də Adəmlə
bölüşür. Lakin Adəmlə Həvvanın münasibətinin təsvirində
də Miltonun müəyyən puritanlıq meylləri özünü göstərir.
Məsələn, şair onların münasibətlərini göylərin təqdis etdiyi
bir kəbin adlandırır. Şairin xalq yaradıcılığı ilə bağlılığı onu
puritan öyüdlərindən daha yüksəklərə qaldırır, ailə səadətinin
təsvirində Milton daha çox xalqın saf və təmiz sevgi ilə bağlı
ideallarına yaxınlaşır.
Məlum olduğu kimi, Adəm də günah edir, İblis də,
Dostları ilə paylaş: |