Afaq Yusifli İshaqlı
118
lakin Adəm bir başqasının xatirinə, ona bəslədiyi sevgi
duyğuları üzündən günah iş tutur. Burada Adəmin hərəkəti
humanist məzmun daşıyır. Düzdür, o da nüfuza qarşı asilik
edir, lakin onun asiliyi, üsyanı ilə İblisin asiliyi bir deyildir,
İblis şöhrətpərəstlik, paxıllıq üzündən asilik edir. Puritanlıq
görüşləri baxımından hər iki hərəkət eybəcərdir, günahdır.
Milton isə məsələyə başqa cür yanaşır. O, İblisi pisləyirsə,
Adəmi vəsf edir. Bununla bərabər İblislə müqayisədə Adəm
zəif, aciz görünür. Mələklərlə söhbət edərkən o, ancaq sual
verir, soruşur, yaxud susur. Allahın elçiləri qarşısında müti
qula çevrilir, ilahi qüdrətin hər hansı bir ədalətsiz hökmünü
qəbul etməyə, hətta ona bəraət qazandırmağa hazır olduğunu
bildirir. Milton, bir növ, insan ağlının imkanlarını
məhdudlaşdırır, onun üçün sərhəd qoyur. Adəmin yaradılış
haqqındakı cəsarətli suallarını eşidəndə Rəfail ona
xatırlatmalı olur ki, o, ancaq insandır. O, kainatın bir çox
sirlərinə nüfuz etmək xəyalına düşə bilməz.
Adəm surətinin belə bir təqdimi şairin puritançılıq
görüşlərini daha qabarıq nəzərə çatdırır. Burada intibah
dövrünün yaratdığı insan surətlərinə nisbətən Miltonun
Adəmi daha aciz və kiçik görünür.
Milton allah, onun oğlu və mələklərinin təsvirində də
puritançılıq görüşlərindən yaxa qurtara bilmir.
Milton mələkləri yeknəsəq, simasız varlıqlar kimi
təsvir edir. Şairin fikrincə, onlarda ehtiras yoxdur. Onlar eyni
ağlın eyni işığı ilə işıqlanmışlar. Onlar qaşlarını çatsalar da,
sevinsələr də, bu ancaq pərdədir, bu hərəkətlər hər hansı bir
hissin və ehtirasın nəticəsi deyildir. Miltonun zahirən
insanabənzər mələkləri qeyri-insanidirlər, onlar canlı
deyillər, eyni ideyanın ifadəsi olub bir-birini təkrar edirlər.
Mələklər aləminin bu şəkildə təqdimində puritançılığın
antihumanist mahiyyəti bir daha özünü təzahür etdirmişdir.
Bu cəhət cəsarətli hərəkətə görə insanı qəddarcasına
XVII əsr Qərbi Avropa ədəbiyyatı
119
cəzalandıran despot allahı tərənnüm etməyə gətirib çıxarır.
Milton yaradıcılığına məxsus ziddiyyətlər burada da müşahi-
də olunur: İblisin dəstələrinin məğlub olması; amansız
puritan ilahilərinin öz düşmənləri üzərində qələbəsi bərpa
edilmiş Stüartlar hakimiyyətinin dağılacağına və onların
tərəfdarlarının cəzalanacaqlarına şairin qəti inamının ifadəsi
idi. Göylərin ildırımları ancaq insanın başına yağmır, həm də
"ilan", "əjdaha" İblisin və onun lordlarının başına alov saçır.
Poemanın ən maraqlı surəti, heç şübhəsiz ki, İblisdir.
O, qətiyyəti, dönməzliyi ilə seçilir. Allaha qarşı mübarizə
aparan bu nəhəngin qəlbində nifrət, paxıllıq, intiqam
hərisliyi, təkəbbür və qorxu yuva salmışdır. Onun nəhəng
siması arxasında ümidsizlik, peşmançılıq duyğuları da
gizlənmişdir. O, cəhənnəm ağasının imtiyazlarından yüksək
olan daxili sakitlik keyfiyyətlərini itirmişdir. Mənəvi
iztirablar keçirdiyi indiki vaxtda o əvvəlki mənəvi sakitlik
çağlarının həsrətini çəkir. Bu ilan və əjdaha iztirab çəkən bir
insana çevrilir. Onun ümidsiz və məğrur inadı isə oxucuda
rəğbət oyadır, oxucu istər-istəməz İblisi bağışlamaq fikrini
rədd edən ilahi nüfuzun qəddarlığından narazı qalır.
İblisin mürəkkəb daxili aləmi onun zahiri portretində
də əks olunmuşdur. O, cəhənnəm alovları içərisində yerə
sərilmiş nəhəng bir balinaya oxşadılır. Bu qanadlı nəhəng
kürəyində qalxan, əllərində ox cəngavərlik libasında
cəhənnəm alovları arasında görünəndə gah bütöv bir
donanmaya bənzəyir, gah da bir kometaya oxşayır. Cəbraillə
qarşılaşdığı səhnədə o, Alasa, Tenerifə oxşadılır.
İblis gah sərkərdə olur, gah hökmdar kimi şurada
sədrlik edir, gah da keşikçi mələk cildinə girir ki, Ədəmə
daxil ola bilsin. Bu son halda onun ölçüləri kiçilir, insan
ölçülərinə yaxınlaşır, lakin bu vaxtda da onun təkəbbürlü
siması, amiranə hakim görkəmi yox olmur. İblisin döyüşkən
fərdiyyətçiliyi isə onun məhvinə səbəb olur. O, ölüm yayır,
Afaq Yusifli İshaqlı
120
şər işlər tutur, insanı məhv edir.
İblisin simasında şair özünü sevən xudbin bir
fərdiyyətçinin surətini yaratmışdır. Öz şəxsiyyətini hər şeyin
ölçüsü, kainatın mərkəzi sayan İblis elə hesab edir ki, o hər
şey edə bilər. Feodal istibdadının yerini tənha bir xudbinlik
müstəbidliyi tutur, Arkadiya alverçilər dövlətinə, Utopiya
quldurlar
müstəmləkəsinə çevrilir. Miltonun burjua
fərdiyyətçiliyi meylinə qarşı çıxması tamamilə xəlqi bir
hərəkət idi. Lakin onun XVII əsr burjua fərdiyyətçiliyinə
qarşı tənqid və hücumlarında puritan ilahiyyatçılığı da özünü
büruzə verirdi. Bu cəhət həmin tənqid və hücumları məhdud-
laşdırırdı.
"İtirilmiş cənnət" mübarizə, döyüş ruhunu əks etdirən
bir əsərdir. Özünün dediyinə görə, o, sələflərindən fərqli
olaraq daha əhəmiyyətli, daha artıq qəhrəmanlıq ruhu ilə
aşılanmış bir süjet seçmişdir. Şair özü şəxsən döyüşlərdə
iştirak etməsə də, o, epopeyanın imkanları çərçivəsində
müharibənin dəhşətlərini, qorxunc və qanlı döyüşləri,
qəhrəmanların çarpışmalarını, müasirlərinin şücaət və
hünərini vəsf etmişdir. Həm də Milton kosmik masştablı
döyüş səhnələrinin qəhrəmanlıq eposuna məxsus təsviri ilə
kifayətlənmir, insanların psixologiyasını, mənəvi aləmini
göstərməyə daha çox meyl göstərir.
XVI-XVII əsrlərin epopeyalarında qəhrəman dəyiş-
məz qalır, Milton isə əksinə baş verən hadisələrin təsiri
altında qəhrəmanlarının dəyişməsini göstərməyə çalışır.
Miltonun əsərində get-gedə dramatik ünsürlər epik
ünsürlərə üstün gəlir. İdillik qəhrəman fəci qəhrəmanla
pastoral əfsanələr aləmi sərt gerçəkliklə əvəz olunur. Şairin
poemasında bu cəhət əsasdır. Hadisələrin ən gərgin və
böhranlı anlarında qəhrəmanlarının daxili iztirablarını
göstərməyə olan güclü meyl də bununla əlaqədardır.
Bütün ziddiyyətlərinə və məhdud cəhətlərinə bax-
Dostları ilə paylaş: |