Afaq Yusifli İshaqlı
112
bu dini təlimin qeyri-insani mahiyyəti bir daha bütün
aydınlığı ilə aşkar edildiyindən o, katolikliyə mətbuat və
təbliğat azadlığı verilməsini ağla, insanlığa zidd bir hərəkət
sayır.
"Tərbiyə haqqında" adlı pedaqoji traktatında Milton
yenidən özünün antifeodal meyllərini əks etdirir, insanı şəxsi
və ictimai həyatda təbiətin qanunlarına tabe olmağa çağırır.
40-cı illərin ortalarından başlayaraq Milton presvi-
terianlardan uzaqlaşır, onun rəhbərlərinin müstəbidlik
meyllərini görərək independentlərlə yaxınlaşır. Bu dövrlərdə
o, "Hökmdarların və dövlətlərin vəzifələri" /1649/, "İkona
düşməni" /1649/ traktatlarını yaradır və bunlarda tarixi və
hüquqi baxımdan kralı edam etməyə bəraət qazandırır.
"İkona düşməni" traktatı birbaşa independentlərin sifarişi ilə
yazılmışdır. Presviterianların və royalistlərin I Karlı şəhid
kimi göstərmək cəhdlərinə qarşı yazılan bu əsər bütün
Avropada böyük əks-səda oyadır. Milton müstəbidlərə qarşı
xalqı mübarizəyə çağırırdı. Miltonun əsərinin müvəffəqiyyəti
nəinki təkcə mühacirətdə olan ingilis kralpərəstlərini, həm də
Fransa, İspaniya və İtaliyanın hökmdarlarını narahat etməyə
başladı.
Beynəlxalq
irticanın
təkidi
ilə
Leyden
Universitetinin professoru Salmazi Somez və onun
həmkarları Miltonu nüfuzdan salmaq, onun fikirlərini alt-üst
etmək məqsədilə bir sıra kitablar yazırlar. S.Somezin "Kral I
Karlı müdafiə" /1649/ kitabı bu əsərlərdən birincisi idi.
Milton bu kitaba "İngilis xalqının müdafiə traktatı" ilə cavab
verdi. Bu vaxt royalistlər tərəfindən muzdla satın alınan bir
dəstə Miltona hücuma keçir. Milton onlara cavab verərək
"İngilis xalqını ikinci müdafiə" /1654/, "Özünü müdafiə"
/1655/ traktatlarını yazır. Məhz bu müdafiələr Miltonu 50-ci
illərin Avropa publisistikasının korifeyi kimi tanıtdırdı.
Təkcə 1650-51-ci illərdə "İngilis xalqını müdafiə" traktatı
beş dəfə nəşr edildi. "İngilis xalqını ikinci müdafiə"də
XVII əsr Qərbi Avropa ədəbiyyatı
113
Milton vətəndaş müharibəsi hadisələrinin qəhrəmanlıq
mənzərələrini yaradır, həmvətənlərini aza qane olmaqda
qazanc arxasınca getməkdə təqsirləndirir. Şair inanırdı ki,
ingilis xalqı vaxtında doğru yol tutmasa, onu heç bir
Kromvel xilas edə bilməyəcək.
Bu dövrdə Miltonun Kromvelə münasibəti də dəyişir.
"Müdafiələr"də,
"Lord general Kromvelə"
sonetində
Kromveli ilhamla tərifləyən şair həm də onu açıq-açığına
xəbərdar edir, inqilab işi üçün qorxulu olan hərəkətlərdən
çəkinməyə çağırır.
50-ci illərin ikinci yarısında Milton siyasi müba-
rizədən uzaqlaşır, "Xristian təlimi haqqında" adlı iri həcmli
traktat üzərində işləyir. Bu əsərdə filosof Miltonun
ziddiyyətləri daha qabarıq görünün, o, elmi fikirlə dini
barışdırmağa cəhd edir, allahı maddi aləmə səpələnən, onda
təcəssüm edən bir varlıq kimi götürür. Alın yazısına qarşı
çıxıb Adəmin günah iş tutmasının əvvəlcədən allah
tərəfindən müəyyənləşdirilmiş bir hadisə olmadığını sübuta
çalışır.
Kromvelin ölümündən sonra Milton yenidən qələmə
sarılır və can üstündə olan respublikanı xilas məqsədilə
axırıncı traktatlarını yazır. 1660-cı ildə o, "Azad respublika
qurmağın həqiqi və asan yolu" traqetatında yeni dövlət
quruluşu barədə öz planını şərh edir. Kral hakimiyyətinin
bərpa edilməsini şair ən böyük şər, ingilis xalqı üçün fəlakət
sayır, xalqı buna yol verməməyə çağırır. Bu traktatın bir çox
sətirləri azadlıq üçün rekviyem kimi səslənir. Geniş xalq
kütlələrinin respublikanın məhvinə laqeyd yanaşmasının
səbəblərini anlaya bilməsə də, bu laqeydliyin nəticələri ilə
əlaqədar xalqa xəbərdarlıq edirdi. İrticanın təntənəsi
ərəfəsində yazdığı bu traktatda Milton bir daha uğrunda
vuruşduğu prinsiplərin qələbə çalacağına inandığını
bildirirdi.
Afaq Yusifli İshaqlı
114
1660-cı ildə mütləqiyyətin bərpasından sonra
Miltonun həyatının ən ağır, yaradıcılığının ən parlaq dövrü
başlanır. Şairin presviterian düşmənləri sevinirlər ki, kor
Milton və onun həmkarları həmişəlik gözdən düşürlər.
Milton ancaq böyük məbləğdə cərimə hesabına edamdan
canını qurtarır və azadlıq əldə edir. 1660-cı il avqustun 13-də
icmalar palatasının qərarı ilə və Kralın fərmanı ilə
"İkonodüşməni" və "İngilis xalqını müdafiə" kitabları
cəlladın əli ilə yandırılır.
Bu zamanlar bir çoxlarına elə gəlirdi ki, irtica uzun
müddətə qələbə çalmışdır. 60-cı illərin ingilis cəmiyyətində
müxtəlif dini cəmiyyətlər, təriqətlər, mistik cərəyanlar geniş
yayılmışdı. Baş verən hadisələr dini şəkildə izah olunurdu.
İrticanın qələbəsi özü də ingilis xalqının günahlarının və
səhvlərinin nəticəsi, cəzası kimi qiymətləndirilirdi. Bərpaya
qarşı vuruşmaq dini qəhrəmanlıq sayılırdı. Kromvelin
levellerlər və diggerlərə divan tutaraq xalq kütlələrini
məğlub etməsi, qalib gəlmiş burjua respublikasına xalqın
inamını itirməsi və onun siyasi cəhətdən yetkin olmaması
bərpa hökumətinə qarşı müxalifətin dini hərəkatlar şəklində
təzahürünə gətirib çıxarmışdı. Bütün bunlar hamısı Miltonun
yaradıcılığı üzərində dərin izlər buraxmışdır.
Miltonun 60-cı illərdə yazdığı ən parlaq əsər "İtiril-
miş cənnət" poemasıdır. 1658-1667-ci illərdə yaradılan bu
əsərin ideyası puritan dini incəsənəti ilə bağlı idi.
"İtirilmiş cənnət" poeması nəinki öz dövründə, həm
də sonrakı əsrlərdə İngiltərədə və onun xaricində böyük
maraq doğurmuş, dünya ədəbiyyatının ən əhəmiyyətli
abidələrindən biri kimi qiymətləndirilmişdir. Burjua
ədəbiyyatşünasları onu daha çox dini epopeya kimi
səciyyələndirməyə çalışırlar. Poemanı 40-cı illərin inqilabi
hadisələrinin tam paraleli kimi anlamaq da doğru deyildir.
Şair bibliya əfsanələri vasitəsilə böyük ümumiləşdirmələr
Dostları ilə paylaş: |