Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə26/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   114

YEGANLI S.T.. HACIY EV E. M 
9.3.
 
BEYNƏLXALQ TURİZMİN DÜNYA İQTİSADİYYATINDA ROLU 
Turizm sahəsi sərmayə qoyub, gəlir götürmək üçün ən sərfəli bir sahədir. 
İqtisadiyyatın  başqa  sahələrinə  nisbətən  onun  bir  çox  üstünlükləri  vardır: 
qoyulan sərmayə çox zaman keçmədən yaxşı nəticə verir. İqtisadi cəhətdən 
turizmin cazibədarlığı ondadır ki, xidmət sahələri ardı kəsilmədən genişlənir, 
qoyulan  investisiya  qısa  müddətə  özünü  doğruldur.  daxil  olan  gəliri 
konvertasiyası mümkün olan valyuta şəklində almaq olur. 
Turizmdən  əldə  olunan  gəlir  halaldır.  Ona  görə  ki,  böyük  zəhmətlə 
qazanılır. Bir də ki, söhbət insana, onun sağlamlığına, intellektinin artmasına 
qulluq etməkdən gedir. Əlbəttə, külli miqdarda silah düzəldib satmaqla da, 
pul qazanmaq olar, lakin belə qazanc daim insanları ədavətə, insan tələfatına 
gətirib çıxarır. Turizm isə əksinə, insanları dostluğa, qardaşlığa dəvət edir. 
Turizm  sülhün  carçısıdır.  Turizmin  inkişafı  insanları  elm,  tarix  və 
mədəniyyət sahələrində əməkdaşlığa çağırır. Turizm maariflənmə xarakteri 
daşıyır. 
Turizm tarixi abidələrin bərpasını, kəndlərin və şəhərlərin abadlaşmasını 
tələb edir. Turizmin inkişafı çoxlu iş yerləri yaradır, iqtisadiyatın müxtəlif 
sahələrinin dirçəlməsinə təkan verir. Ticarətin, inşaatın, kənd təsərrüfatının, 
yeyinti sənayesinin, suvenir satışına və inkişafına səbəb olur. 
Beynəlxalq  turizm  -  jdövlətlər  arası  iqtisadi  əməkdaşlığın  aktiv  bir 
formasıdır. Son illərdə beynəlxalq turizmin sürətlə inkişafı müşahidə olunur. 
Ümumi  dəyərinə  görə,  o,  neft  məhsulları  və  avtomobil  sənayesini 
qabaqlayaraq I yerə çıxmışdır. Beynəlxalq turizm məhsulunun orta hesabla 
illik artımı 4,3 % təşkil edir. Şübhə yoxdur ki, bu sürətlə artım beynəlxalq 
turizmin 2020-ci ildə dünya ixracında I yerə çıxmasına səbəb olacaqdır. 
1950-ci  ildə  xarici  turistlərin  sayı  dünya  üzrə  25,3  milyon  olmuşdur. 
1995-ci ildə isə 567 milyona qalxmışdır. Göstərilən müddətdə gələnlərin sayı 
22.4 dəfə artmışdır. 1965-1995-ci illərdə beynəlxalq turizmdən gələn gəlirin 
miqdarı 52 dəfə artmış və 371.7 milyard dollara çatmışdır. Bu onu göstərir ki. 
dünya  iqtisadiyyatının  heç  bir  sahəsi  bu  sürətlə  arta  bilməmişdir.  Bu  da 
beynəlxalq turizmin əsas üstünlüklərindən biridir. 
Hal-hazırda  beynəlxalq  turizm  dünya  iqtisadiyyatının  çox  qüvvətli  bir 
sahəsinə  çevrilmişdir,  'furist  xidmətlərinin  ümumi  qiyməti  insanlara 
göstərilən  xidmətlərin  '/.ı  hissəsini  təşkil  edir.  Bu  da  ümumi  dünya 
məhsulunun 1993-cü ildə 10.1 %-i olmuşdur. 
72 


T U R İ Z M  
Proqnozlar göstərir ki, XXI əsrin 20-ci illərinə beynəlxalq turizm bütün 
göstəricilərinə  görə  I  yerə  çıxacaq  və  dünya  iqtisadiyyatının  aparıcı 
qüvvəsinə  çevriləcəkdir.  Bu  prosesi  aydın  təsəvvür  etmək  üçün  planetin 
əhalisinin  '/
3
-ni  turist  kimi  görmək  kifayətdir.  Elə  ölkələr  var  ki,  turizm 
onların dövlət büdcəsinin 30-40 %-ni təşkil edir. Məsələn, 
2000-
 
ci ildə Fransaya 70 milyon xarici turist gəlmişdir ki, bu da onun öz 
əhalisindən çoxdur. 1998-ci ildə Fransa xarici turistlərə göstərdiyi xidmətə 
görə  29,7  milyard  $  gəlir  götürmüşdür.  1995-ci  ildə  Almaniyanın 
vətəndaşlarının 63 milyon nəfəri xaricə getmiş, ABŞ-da bu say 47 milyona 
bərabərdir.  Yunanıstanda  dövlət  büdcəsinin  '/
2
-i  turizmin  hesabına 
formalaşır. Baqam adaları, Meksika, Sinqapur, Tailand kimi ölkələrin milli 
gəlirinin 80 %-i turizmindən gəlir. 
2001-ci ildə Türkiyə 13 milyon qonaq qəbul etmişdir. 2000-ci ildə dünya 
üzrə  beynəlxalq  gəlirin  miqdarı  476  mlrd  olmuşdur.  ÜTT-nin  verdiyi 
proqnozlara görə 2020-ci ildə bu rəqəm 2000 mlrd olacaq. Bu proqnoz onu 
göstərir ki. Yer kürəsində adamların aktivliyi 2-3 dəfə artacaq. Bu rəqəmlər 
ÜTT-nin  hazırladığı  rəqəmlərdir.  Onların  həqiqətə  çevrilməsinə  heç  bir 
şübhə yoxdur. Bu rəqəmlər onu göstərir ki, beynəlxalq turizm zəmanəmizin 
qlobal bir hadisəsinə çevrilmişdir. 
Beynəlxalq turizmin inkişaf təmayüllərinin analizi göstərir ki, turizmin 
inkişafı dünya üzrə siyasi və iqtisadi (situasiya) vəziyyətlə sıx bağlıdır. Əgər 
2000-ci  ildə  ümumi  xarici  turistlərin  sayı  bir  45  milyon  artmış  və  misli 
görünməmiş inkişafa səbəb olmuşsa (700 milyona çatmışdır), 
2001-
 
ci ildə onların sayı bir qədər (0,6%) azalmışdır. 1982-ci ildən 2000- ci 
ilə qədər orta hesabla hər il 4.3% artım olmuşdur. 2001-ci il bu 18 ildə birinji 
dəfədir  ki,  gəlmə  turistlərin  sayı  azalmışdır.  Bunun  səbəbi,  ABŞ-  da  11 
sen-tyabrda baş verən hadisələrdir. Əvvəlcə qeyd etmək lazımdır ki, hələ 11 
sentyabr  terror  hadisəsindən  əvvəl  ABŞ  iqtisadiyyatında  artım  əvəzinə  bir 
neçə  faiz  tənəzzül  olmuşdur.  11  sentyabr  hadisəsi  bu  böhranı  d  .ha  da 
kəskinləşdirdi. 10 minlərlə əvvəlcədən alınan avia biletlər qaytarıldı. 30 min 
işçi aviasiyada öz iş yerini itirdi. ABŞ-da qısa müddətdə turizmin göstəriciləri 
20  %  aşağı  düşdü.  Dövlət  bu  şirkətlərə  yardım  göstərdi.  11  sentyabr 
teraktından  sonra  əhali  avia  uçuşlardan  istifadə  etməyə  tərəddüd  edirdilər 
(qorxurdular).  Bir  neçə  aydan  sonra  vəziyyət  bərpa  olmağa  başlayırdı  ki, 
İndoneziyanın  Bali  şəhərində  yeni  bir  dəhşətli  hadisə  yüzlərlə  turistin 
həyatına bais oldu. Bundan bir az sonra İraqda müharibə başlandı. Müharibə 
uzun  müddət  bu  regionda  turizmin  göstəricilərinə  təsir  göstərdi.  İraqda 
müharibə qurtardı, yeni 
7 3  


YEGANLI S.T.. HACIYFA K.M. 
bir, dəhşətli pnevmoniya xəstəliyi Uzaq Şərqdə (Çində) və Okeaniyada yayıldı. 
Bu  hadisələrin  hamısı  turizmə  mənfi  təsir  göstərir.  Lakin  əvvəlki 
mühazirələrdə qeyd olunmuşdur ki, turizm artıq insan həyatının ayrılmaz bir 
hissəsinə çevrilmişdir. 
Ola bilsin ki, başqa bir terror aktı baş versin. Ola bilsin ki, iqtisadiyyat 
özünü bir az başqa cür aparsın. Təbiətdə daim gözlənilməyən hadisələrə rast 
gəlmək mümkündür. Beynəlxalq turizmin qanunlarının öyrənilməsi və artıq 
dünyada yaranmış sabit turizm sənayesi ümid verir ki, o 2003-cü ildən və 
sonrakı illərdə əvvəlki sürətlə inkişaf edəcəkdir. 
74 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə