Dərs vəsaiti. Bakı, abu, 2006, 324 səh., cədvəl 10, şəkil 8, Azərbaycan Respublikası



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə29/114
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31883
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   114

YECANLIS.T.. HACI\ EV E.M. 
5.
 
AFRİKA 
Afrikada Beynəlxalq turizm zəif inkişaf etmişdir. 700 mln nəfər əhalisi 
olan Afrika ölkələri 1999-cu ildə 27,3 mln turist qəbul etmişdirlər. Afrikada 
siyasi və iqtisadi vəziyyət qeyri-stabildir. Afrika ölkələrinin çoxu bir-biri ilə 
müharibə aparırlar. Afrikada da Cənubi Asiyada olduğu kimi, region daxili 
turizm 45 % təşkil edir, halbuki inkişaf etmiş turist regi- onlannda bu rəqəm 
80-90  %-dir.  Afrika  ölkələrində  turizm  son  dərəcədə  qeyri-bərabər  inkişaf 
etmişdir.  Ölkələrdən  ancaq  bir  neçəsində  müasir  tələbata  uyğun  turist 
infrastrukturu  yaranmışdır.  Onlardan  Cənubi  Afrika  Respublikası  (CAR), 
Tunis,  Marokko,  Zimbabve  və  Keniyadır.  Cənubi  Afrika  Respublikası 
(CAR) Afrikada turizm sahəsində liderdir. O, 1998-ci ildə 6 mln turist qəbul 
etmişdir.  Belə  bir  fikir  yaranmışdır  ki,  əgər  qızıl  və  almaz  ehtiyatları 
tükənərsə, onda ölkəyə valyuta gətirən sahə turizm olmalıdır. 
10.2.
 
SON ZAMANLARDA BEYNƏLXALQ 
TURİZMDƏ BAŞ VERƏN STRUKTUR 
DƏYİŞİKLİKLƏR 
Dünya üzrə turist səfərlərinin əsasını istirahət, əyləncə və səfərdən həzz 
almaq  təşkil  edir.  Bu  məqsədlə  təşkil  olunmuş  turist  səfərləri,  ümumi 
turistlərin 70%-ni təşkil edir, 10% işgüzar turizm və yerdə qalam turizmin 
başqa növlərinə aiddir (dini turizm, sosial, inklüziv, insentiv, etnik, macəra, 
kənd-fermer, ekoturizm və s.). 
Əvvəlki  kimi  turistləri  dəniz  və  günəş  cəlb  edir.  Günəşli  isti  havada 
dənizdə  çimmək  əsəb  sistemini  sakitləşdirir  və  zəifləmiş  bədəni 
möhkəmləndirir.  Lakin  sağlamlığa  yönəlmiş  turizmin  bu  növü  ciddi 
dəyişikliklərə  uğramışdır.  Turistlərin  çoxunu  dağ  səyahətləri,  tərkibində 
müəyyən  qədər  təhlükə  olan  səyahətlər  cəlb  edir.  Ekoloji  turizm,  turizmin 
idman növləri, açıq havada, təbiə-tin dilbər guşələri turistləri daha çox cəlb 
edir. Hər hansı bir turist səfəri tarixi və memarlıq abidələrlə sıx əlaqədardır. 
İnsanları xüsusilə mədəni, dini ocaqlar, millətlərin ənənəsi, milli yeməkləri, 
xüsusiyyətləri, ünsiyyəti və s. maraqlandırır. 
90-cı  illərdə  sərhədlər  açılanda  Şərqi  Avropa  ölkələrindən  Qərb 
ölkələrinə çoxlu turist axını baş vermişdir. Gedən turistlərin çoxu şopturizm 
məqsədi ilə gedirdilər. Onlar kiçik bizneslə məşğul olurdular. Belə səfərlər 
qısa müddətli (2-3 günlük) olurdu. Daxili bazarı xarici mallarla dolduran bu 
turistlər zaman keçdikcə sələrin vaxtını uzadır, həm mal alır, həm də səfər 
etdikləri ölkədə bir az dincəlməyə vaxt tapırdılar. Bu ölkənin mədəniyyəti. 
tarixi ilə tanış olurdular. Beynəlxalq turizmdə ölkələr arası kəskin 
80 


T U R İ Z M  
rəqabət  olduğundan  hər  ölkə  çalışır  ki,  maraqlı  turist  məhsulu  təklif  etsin. 
Turistləri maraqlandıran bir neçə turist ekskursiyasını misal gətirmək yerinə 
düşərdi. 
1982-ci  ildə  Meksikanın  paytaxtı  Akapulka  şəhərində  ÜTT  konfransı 
keçirilirdi.  Konfransın  nümayəndələri  turizmin  inkişafı  və  rəqabətli  turist 
məhsulunun yaradılması problemlərini müzakirə edirdilər. Sonra konfransın 
nümayəndələri 2 okeanın kəsişdiyi bir qayaya dəvət olundular. Nümayəndələr 
belə bir hadisəni qayanın üstündən müşahidə edirdilər: hündürlüyü 100-110 
metr  olan  dalğalar  müəyyən  intervalla  (1-1,2  dəqiqə)  bir  birinin  ardınca  bir 
okeandan  o  birisinə  keçir,  sonra  köpüklənir  və  o  biri  okeanın  səviyyəsi  ilə 
bərabərləşirdi. 
Doğrudan  da,  mənzərə  qeyri-adi  və  çox  dəhşətli  idi.  Birdən 
(gözlənilmədən)  qayanın  zirvəsindən  15  yaşlı  bir  oğlan  uşağı  özünü  110 
metrlik  dalğanın  üstünə atır.  Müşahidəçilər  bu  mənzərədən  şok  vəziyyətinə 
düşürlər. Belə vəziyyət bir neçə dəqiqə davam edir. Çox vaxt keçmir ki, həmin 
oğlan  uşağı  o  biri  okeandan  sağ-salamat  sahilə  çıxır.  Bu  hadisə  konfrans 
nümayəndələrinin yaddaşından silinmir, bu cür hadisələr yeni-yeni turistləri 
Meksikaya cəlb edir. 
Başqa bir misal: Malaziya müstəqilliyi 1957-ci ildə qazanmışdır. Ondan 
qabaq Malayziya geridə qalmış kolonial bir ölkə idi. Bu ölkə 1998-ci ildə 7 
milyona  yaxın  xarici  turist  qəbul  etmişdir.  Ölkədə  turizmi  inkişaf  etdirmək 
üçün çox maraqlı proqramlar həyata keçirdirlər. Şəhər ətrafı ekskursiyalarda 
kauçuk plantasiyalarında gəzinti, əqrəb və timsah fermaları ilə tanışlıq, sualtı 
mağaralarda səyahət və s. Paytaxtın möcüzələrindən biri də hündürlüyü 452 
metr olan 2 binanın 88 mərtəbəsində 58 metrlik körpüdür. Bu kompleks neft 
kompaniyası  «Petronas»ın  hesabına  tikilmişdir.  Bu  körpüdən  turistlər  çıraq 
kimi  alışıb-yanan  bütün  Kyala-Lumpuru-Malay-  ziyanın  paytaxtını  seyr 
edirlər. 
Cögər  XX  əsrin  ortalarında  xarici  turistlər  qrup  şəklində  istirahətə 
üstünlük verirdilərsə, indi bu təmayül artıq dəyişərək ailə ilə birlikdə və ya 
kiçik  (4-6  nəfər)  qruplarla  əvəz  olunur.  Səyahətə  çıxan  turistlər  müəyyən 
maraq ətrafında birləşirl^ Məsələn, alpinizm, yaşıllar klubu, çöl heyvanlarını 
qoruyanlar klubu, ovçular, balıqçılar və s. 
I^Regionlarda turist axınlarının əsas istiqaməti Şimaldan Cənuba, yəni isti 
dənizlərin (Aralıq dənizi. Karib dənizi. Qara dəniz) sahillərinə yö- nəlmişdjrj) 
Lakin son zamanlar qarşılıqlı turist yerdəyişmələri baş verməkdədir. Məsələn. 
Avropada əvvəlki turist axınları Şimali Avropa ölkələrindən (İsveç. Norveç. 
Finlandiya.  İslandiya.  Böyük  Britaniya)  Aralıq  dənizi  ölkələrinə  (İtaliya. 
İspaniya. Fransa və s.) yönəlmiş olurdu. Son zamanlar 
8 1  


YEGANLI S.T.. HACIYEV E. M. 
İSƏ  bu  ölkələrdən  Skandinaviyaya,  İslandiyaya  turist  axını  əmələ 
gəlməkdədir. Bu onunla izah olunur ki. Şimal ölkələrində valyuta sabitliyi, 
təhlükəsizlik və təbii sərvətlər və ekoloji tarazlıq vardır. Bundan başqa, bu 
şimal  ölkələri  yeni  və  orijinal  turist  məhsulları  təklif  edirlər.  Bundan  ötrü 
onlar turizm infrastrukturuna külli miqdarda sərmayə qoyurlar. Məsələn, bu 
yaxınlarda Olimpiya oyunları ilə əlaqədar Norveç çoxlu xarici turist qəbul 
etmişdir.  Qonaqları  o  qədər  yüksək  səviyyədə  qəbul  etmişdilər  ki,  indiyə 
kimi  də  Norveçə  turist  axını  davam  edir.  3,5  milyon  əhalisi  olan  Norveç 
3,627 (1998-ci il) milyard dollar beynəlxalq turizmdən gəlir götürür. 
Götürək  İslandiyanı.  İslandiya  Avropadan  çox  uzaq  düşmüşdür,  onun 
iqlimi  çox  sərtdir.  Buna  baxmayaraq,  İslandiya  turist  bazarlarında  mövqe 
tutmaq üçün ölüm-dirim mübarizəsi aparır. 1999-cu ildə o, 40-a yaxın turist 
marşrutlarını bazara çıxartmışdır, o cümlədən şimal dairələ-rində balinaların 
həyatım müşahidə etmək proqramını. Bu nəhəng dəniz heyvanlarının həyatın 
müşahidə etmək istəyənlərin sayı 1991-1996-cı illərdə 147% artmışdır. Sərt 
iqlim  şəraitində  yaşayan  İslandiya  dünyaya  daha  bir  yenilik  gətirmişdir. 
Neftdən bir yanacaq kimi istifadədən əl çəkməyi, əvəzinə ekoloji cəhətdən 
təmiz hidrogen H
2
 - yanacağını işlətməyi təklif etmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  turistləri  heyran  edən  dəbdəbəli  5  ulduzlu 
otellərin  vaxtı  artıq  geridə  qalmışdır.  Turistlər  yeni,  maraqlı  və  möcüzəli 
səyahətlər axtarırlar. Heç uzağa getmək lazım deyil. Qonşumuz Qazaxıstan 
40 milyon dollar sərf edib, yeraltı böyük akvarium tikdirib və orada okean 
heyvanlarını turistlərə göstərir. Ölkə dağlarından birini müqəddəs yer hesab 
edərək, onun ətrafında turizmin infrastrukturunu yaratmaqdan ötrji 22 mln $ 
vəsait ayırmışdır. 
^ Ölkələr beynəlxalq turizmdən öz payını götürməkdən ötrü vəsait axtarıb 
tapırlar,  maraqlı,  turistləri  cəlb  edən  proqramlar  həyata  keçirdirlər. 
Azərbaycan Respublikasında belə proqramlardan biri «Enerji və Od» evinin 
yaradılmasıdı^ 
10.3.
 
BEYNƏLXALQ TURİST AXINLARININ COĞRAFİYASI 
Beynəlxalq  turizmin  inkişaf  təmayüllərinin  tədqiqi  turist  axınlarının 
regionlar üzrə paylanması və bu cür paylanmaların səbəblərini araşdırmaqla 
bağlıdır.  Turistlər  bir  qayda  olaraq,  öz  regionları  üzrə  səyahət  etməyə 
üstünlük verirlər. Məsələn, region daxili və regionlar arası turist axınlarının 
paylanması aşağıdakı nisbətlər kimidir: 
1.
 
Avropa-( 90:10)%: 
2.
 
Amerika-(72:28)%; 
3.
 
Asiya - Sakit Okean - (75:25) %; 
82 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə