Dərs vəsaiti baki -2018 azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 0,75 Mb.
səhifə23/33
tarix29.11.2023
ölçüsü0,75 Mb.
#142301
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
Alqoritmlərin analizi əlavə vəsait

3)Yerləşdirmə üsulu ilə nizamlama. Bu üsulu reallaşdırmaq üçün verilmiş ardıcıllıqdan başqa yeni yaradılan yardımçı ardıcıllıqdan istifadə nəzərdə tutulur. Verilmiş ardıcıllığın elementləri bir-bir hansısa bir istiqamət üzrə, məsələn, soldan sağa nəzərdən keçirilir, yeni ardıcıllığın elementləri ilə soldan başlayaraq növbə ilə müqayisə olunur, nəhayət, cari elementin yazılmalı yeri tapılanda oraya yazılır. Cari element mövcud ardıcıllığın aralıq mövqeyinə yazılmalı olduqda bu ardıcıllığın həmin mövqeyi boşaldılır. Sağdan başlayaraq həmin mövqeyə qədər bütün elementlər bir mərtəbə sağa sürüşdürülür. Qeyd edək ki, yeni ardıcıllıq hər addımda nizamlanmış olur, bu ardıcıllıq addımdan addıma hər dəfə genişlənir, nəhayət, verilmiş ardıcıllığın bütün elementləri buraya köçürüləndə nizamlama başa çatır.
Misal olaraq yuxarıda nəzərdən keçirilən ardıcıllığın genişlənməsinin yerləşdirmə üsulu ilə nizamlanmasına baxaq. c,b,a,v,h,d,x,e ardıcıllığı verilmişdir. Yeni siyahıya c elementini daxil edək. Bundan sonra b elementi c-dən kiçik olduğundan yeni siyahının məzmunu b,c şəklinə düşür. Sonrakı element a yeni siyahının b elementi ilə müqayisə olunaraq birinci mövqedə yerləşdirilir və a,b,c fraqmenti qurulur. v elementini yeni siyahıya yazdıqda burdakıların hər birindən böyük olduğundan siyahının sonunda yerləşdirilir: a,b,c,v. Növbəti h elementi c və v elementlərinin arasında qərarlaşar: a,b,c,h,v. Nəhayət, sonda nizamlanmış siyahı alınır: a,b,c,d,e,h,v,x.
Göründüyü kimi, hər dəfə yeni siyahı genişləndiriləndə siyahıya gətirilən yeni element soldan başlayaraq hər bir elmentlə bir-bir müqayisə olunurdu. Bu effektiv yanaşma deyil. Bu yanaşma ilə (üsulun birinci variantı) yeni siyahının, müqayisələrin sayını azalda bilən mühüm xüsusiyyətindən istifadə olunmur. Bu xüsusiyyət yeni siyahının hər addımda nizamlanmış olmasıdır. Yeni elementi nizamlanmış siyahıya bu siyahının yarıya bölünməsi üsulu ilə yerləşdirmək daha məqsədəuyğundur. Yerləşdirmə üsulunun bu variantına (ikinci variant) aşağıda baxılacaq. Verilmiş ardıcıllıqda elementlərin sayı çox olmadıqda yerləşdirmə üsulunun birinci variantından istifadə etmək olar. n sayda elementin qeyri-rekursiv üsullarla nizamlanması zamanı istfadə olunan əməliyyatların sayı O(n2) ilə qiymətləndirilir, lakin parçanı yarıya bölmə üsulları ilə əməliyyatların sayı azalır və O(nlog2 n) düsturu ilə qiymətləndirilir, yəni bu halda nizamlama əvvəlki sinif üsullara nisbətən daha sürətlə yerinə yetirilir. İndi də rekursiv nizamlama üsulları ilə tanış olaq.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə