242
Yarışlarda üzgüçülük üsullarına uyğun məsafələr də müəyyən edilir. Yarışların proqramına
estafet və kompleks üzgüçülük də daxil edilir.
Kompleks üzgüçülük də hər bir idmançı 4
üsuldan istifadə
edərək məsafəni başa çatdırmalıdır.
Kompleks üzgüçülük 200 m məsafəyə qət olunur. Hər biri 50 m məsafəyə olmaqla üzmə
üsulunun 4-dən də istifadə edilir.Bura: sərbəst, bras, delfin və arxasıüstə üzmə üsulları daxildir.
Estafet üsulunda isə 4 idmançı iştirak edir. Bu idmançıların hər biri eyni məsafəyə üzməklə
bərabər, estafetin məsafələri üzrə nəzərdə tutulan üsulla üzməlidir.
Estafet üzgüçülük komandalı yarış növüdür. Burada hər komandadan 4 üzgüçü iştirak edir.
Estafet üzmə 100 və ya 200 m məsafəyə keçirilir. Yarış start komandası ilə başlayır. Növbəti iştirakçılar
startı üzgüçünün əli dönmə lövhəsinə (hovuzun divarına) dəyəndən sonra qəbul edir.
Üzgüçülüyün
oyun üsulunun məzmunu suda müxtəlif oyunlar və əyləncələrin keçirilməsindən
ibarətdir. Oyun üsulu əsasən yeniyetmələrin məşğələlərində tətbiq olunur ki, bu da onların üsullara
tezliklə yiyələnməsinə, üzgüçülük üçün zəruri keyfiyyətlərin inkişafına şərait yaradır. Oyunların kiçik
yaşlarda tətbiqi sadələşdirilmiş üzgüçülük üsuluna tezliklə mənimsədilməsinə kömək edir. Uşaqların
fəallığını artırır, və bu iş marağı gücləndirir.
Boğulanın sudan çıxarılmasında, dərinliyə və uzununa üzməkdə
tətbiqi üzgüçülük
üsulundan
istifadə edilir. Bunun üçün də sürətli üzməyi bacarmalı, özünü boğulmadan qorumalı, boğulan adam
tutduqdan ondan aza dola bilmək keyfiyyətlərinə yiyələnməlidir. Həm də boğulanı Sudan çıxartmaq
texnikasına malik olmalı, əks fəndləri mənimsəməlidir. Tətbiqi üzgüçülük üsuluna yiyələnmiş idmançı
boğulanı sudan çıxara bilər. Bu üsula yiyələnmək əsgəri xidmətdə olanlar üçün daha vacibdir.
Fiqurlu üzgüçülük üsulu müxtəlif kompleks hərəkətlərdən, o cümlədən xeroqrafiya, akrobatika
və gimnastikanın müxtəlif hərəkət kombinasiyalarından istifadə edərək fiqurların düzəldilməsindən
ibarətdir. Hazırda uşaq və yeniyetmə yaşlardan başlayaraq və fiqurlu üzgüçülük üsulu ilə məşğul
olanların sayı günbəgün artır. Fiqurlu üzgüçülük üsulu ilə də maraqlı yarışlar təşkil olunur.
6.3. Üzgüçülüyün səciyyəvi xüsusiyyətləri
Üzgüçünün hərəkətləri su şəraitində yerinə yetirilməsi, bu vaxt bədənin asılı vəziyyətdə olması,
möhkəm dayağın olmaması üzgüçülüyün
1-ci xüsusiyyətidir. Bədənin bu vəziyyətdə olması adamda
hərəkət imkanlarını artırır və onun inkişafına təkan verir. Bu isə bədənin ayrı-ayrı hissələrində
mütəhərrikliyi artırır. Nəticədə orqanizmin sistem və üzvləri inkişaf edir və təkmilləşir.
Üzgüçülüyün ikinci xüsusiyyəti suda hərəkətlər icra edilən zaman bədəndə nisbətən çəkisizlik
yaranır. Bu suyun bədəni qaldırmaq qüvvəsinə malik olması ilə əlaqədardır. Suda bədənin çəkisizliyi
dayaq sistemini yükdən azad edir və düzgün inkişafa kömək göstərir.
Üzgüçülüyün üçüncü xüsusiyyəti fiziki hərəkətlər yerinə yetirilərkən bədənin üfiqi vəziyyətdə
olmasıdır. Həmin vəziyyətdə eyni hərəkətlərin təkrar icrası nəticəsində (tsiklik) bəzi orqanların (ürək,
qara ciyər, böyrəklər və s.) işi daha da yüngülləşir. Bütün bunlar isə uşaq və yeniyetmələrin fiziki
tərbiyəsində mühüm əhəmiyyətə malikdir.
6.4. Üzgüçülüyün əhəmiyyəti
a) üzgüçülüyün tərbiyəvi əhəmiyyəti. Üzgüçülük üzrə vərdişlər
yaranmaqla uşaqlarda həm də
qüvvə, tezlik, sürətlilik, dözümlülük, davamlılıq və cəldlik kimi keyfiyyətləri də inkişaf etdirir.
Üzgüçülük estetik tərbiyəyə də müsbət təsir göstərir. Çünki, üzgüçülüyün idman üsulu ilə məşğul olarkən
uşaqlar sürbəsür məqsədəuyğun, səmərəli, dəqiq və düzgün hərəkətlər icra edirlər. Bunlar isə qamətin
formalaşmasına, xarici görünüşün gözəl olmasına imkan verir.
Üzgüçülüyün fiqurlu üsulu ilə məşq etmək, müxtəlif kombinasiyalı hərəkətləri yerinə yetirmək
estetik hisslərin inkişafına müsbət təsir göstərir.
Üzgüçülüyün mənəvi və iradi tərbiyənin formalaşmasında ən yaxşı vasitələrindən biridir.
Üzgüçülük məşğələlərinin səmərəli təşkili və keçirilməsi də uşaqlarda şüurlu intizam yaradır, təşkilatçılıq
qabiliyyətini artırır, doğruçuluq, dözümlülük, iradəli olmaq kimi keyfiyyətləri inkişaf etdirir. Onların
mərd və cəsur olmasına şərait yaradır, mübarizə aparmaq
qabiliyyətini yüksəldir, dostluq, yoldaşlıq və
vətənpərvərlik hisslərini inkişaf etdirir, vətənin müdafiəsinə hazırlayır.
Üzgüçülük böyük tərbiyəvi əhəmiyyəti vardır. Üzmə ilə məşğul olarkən sudan qorxmaq,
inamsızlıq, yorğunluq aradan qaldırılır, öz gücünə inam artır. Eləcə də müntəzəm məşq etmək, rejimə
243
əməl etmək, nizam-intizama riayət etmək, bir-birinə kömək etmək, yarış vaxtı komanda yoldaşları ilə
birgə səy göstərmək uşaqlarda insan üçün zəruri həyati keyfiyyətlər aşılayır. Üzgüçülük məşğələləri
düzgün təşkil olunduqda qətililik, əməksevərlik, çeviklik və cəsarətli olmaq keyfiyyətləri tərbiyə olunur.
Bundan əlavə, üzgüçülük məşğələləri ürək-damar sistemini və tənəffüs üzvlərini möhkəmləndirir, əsas
əzələ qruplarını, pəncə-daban əzələlərini inkişaf etdirir. Habelə, maddələr
mübadiləsini gücləndirir,
işgörmə qabiliyyətini yüksəldir, həm də fiziki keyfiyyətlərin inkişafına kömək edir.
b) üzgüçülüyün sağlamlıq əhəmiyyəti. Üzgüçülüyün sağlamlıq üçün də xüsusi əhəmiyyəti
vardır. Su adamın dərisini təmizləyir ki, bu da dərinin tənəffüzünü yaxşılaşdırır. Üzgüçülük
məşğələlərində orqanizm daha çox enerji, istilik itirməli olur. Bu isə orqan və sistemlərin məşq etməsi,
hərəkət fəaliyyətinin artması deməkdir. Hərəkət fəaliyyətinin yüksəlməsi iştahı artırır, maddələr
mübadiləsini gücləndirir, əzələ və bağları daha da möhkəmləndirir və fəaliyyətini artırır.
Nəticədə hüceyrə və toxumalar vaxtlı-vaxtında qanla təmin olunur, oksigenə olan ehtiyacları
ödənilir. Bünlar isə orqanizmin sağlamlığını möhkəmləndirir. Üzgüçülüklə məşğul olmaq bəzi xəstəlikləri
müalicə edir, adamın xəstəliklərə tutulmasının qarşısını alır. Müalicə bədən
tərbiyəsində üzgüçülük
mühüm vasitələrdən biri hesab olunur.
v) üzgüçülüyün hərbi-tətbiqi əhəmiyyəti. Üzgüçülük yalnız sağlamlıq-tərbiyəvi əhəmiyyətə
deyil, o, həm də hərbi-tətbiqi əhəmiyyətə malikdir. Məlumdur ki, su döyüşlərində tətbiqi üzgüçülüyün
əhəmiyyəti olduqca böyükdür. Bu zaman suya baş vurma, boğulanları xilasetmə və su maneələrini dəf
etmək üçün tətbiqi üzgüçülük üsulundan deniş istifadə edilir. Həmin anlarda paltarda üzmək, suda paltarı
soyunmaq, Üzən əşyaların suda daşınması və s. kimi işlərin tətbiqi üzgüçülüyün köməyi ilə görmək olar.
Tətbiqi üzgüçülüyə yiyələnməklə paltarda qumbara və silahla, əleyhiqazla və s. ilə üzmək
mümkün olur.
Suda boğulanları xilas etmək –
mühüm tətbiqi vərdiş olub, hər bir insana, xüsusən vacibdir.
Boğulanlara kömək göstərən boğulana üzüb yaxınlaşma texnikasını, ondan azad olmağı, çəkib sudan
çıxzarmağı və süni tənəffüsvermə üsullarını bilməlidir.
6.5. Üzgüçülüyün fiziki tərbiyə sistemində yeri
Üzgüçülük fiziki tərbiyə sisteminə daxil olmaqla onun ideoloji, elmi-metodiki və təşkili əsasları
mövcuddur. Bundan əlavə, üzgüçülük fiziki tərbiyə sisteminə daxil olmaqla onun səmərəli təşkili üçün
üzgüçülük hovuzunun olması olduqca vacibdir. Üzgüçülüyün inkişafı və öyrədilməsi məqsədilə ixtisaslı
kadrların hazırlanmasına böyük ehtiyac vardır. Bundan əlavə, üzgüçülük fiziki tərbiyə vasitələrindən biri
kimi uşaqları əməyə və müdafiəyə hazırlayır.
Onlarda cəldlik, çeviklik, sürət və s. bu kimi keyfiyyətləri
inkişaf etdirir. Üzgüçülük sağlamlığı möhkəmləndirir, adamların iş qabiliyyətini artırır və estetik,
vətənpərvərlik və s. tərbiyəvi hisslər aşılayır. Ən başlıcası isə həyati bacarıq və vərdişlər aşılamaqla
uşaqları gələcək həyata hazırlayır.
Üzgüçülük ümumi VMH kompleksi hərəkətlər sisteminə daxildir. O, uşaqlarda tətbiqi
keyfiyyətlər aşılamaqla, onların hərtərəfli inkişafına da zəmin yaradır. Buna görə də VMH kompleksinin
bütün pillələrində üzgüçülük üzrə normativləri yerinə yetirmək tələb olunur. VMH kompleksi üzrə
normativlərdə sürətlə üzmək tələb olunmur. Sadəcə olaraq, uşaqlar 50 m məsafəyə vaxt nəzərə alınmadan
üzməyi bacarmalıdır. Vaxt nəzərə alınmadan məsafə qət olunarsa, demək VMH kompleksinin üzgüçülük
üzrə praktik norma yerinə yetirilmiş hesab olunur.
6.6. Üzgüçülüyün öyrənilməsi metodikası
Üzgüçülük tədbirlərinin təşkilinin səhər saatlarında, yəni saat 12-dək
təşkili daha
məqsədəuyğundur. Üzgüçülüyün günorta saatlarında saat təxminən 12-dən 17-dək günün isti saatlarında
aparılması məsləhət görülmür. Günün ən isti saatlarında üzmə günvurmaya və yaxud günyandırmaya
səbəb ola bilər.
Adətən, ilk olaraq üzməyi öyrənmək istəyənlə «Sinə üstə sərbəst üzmə», habelə «Arxasıüstə
sərbəst üzmə» üsullarını göstərmək daha faydalı olur. İlk əvvəl uşaqlara suya alışma hərəkətləri, suda
irəliləmə və suda özünü saxlama hərəkətləri öyrədilir. Burada mühüm məsələlərdən biri suda hazırlıq
hərəkətlərinin mənimsədilməsidir. Hazırlıq hərəkətlərinin təlimi həm suda və həm də quruda aparılır.