Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə23/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
75
nız Müharibə qurbanla rının müdafiəsi haqqında 1949-cu il 
Cenevrə  Konvensiyalarında  təsbit  olunmuş  əməlləri  əhatə 
etməsi  haqqında  fikirlər  söylənilir.  Lakin  həmin  əməllər 
mü haribə cinayətlərinin yalnız bir hissəsini, ən təhlükəli və 
ciddi əməl ləri əhatə edir. Beynəlxalq normativ və presedent 
təc rübəsində də vahid termindən istifadə olunmur. Məsələn, 
Nürn berq Tribunalı Nizamnaməsinin 6-cı mad də sin də “mü-
haribə qanun və adət ləri nin pozuntuları” ifadəsi işlədil miş-
dir. Bu pozuntulara aşağıdakı əməllər aid edil mişdir:
• işğal olunmuş ərazinin mülki əhalisinin öldürülmə-
si, əzab verilməsi, köləliyə və ya digər məqsədlər 
üçün  aparılması;
• hərbi əsirlərin və ya dənizdə olan şəxslərin öldürül-
məsi və ya əzab verilməsi;
•  girovgötürmə;
•  ictimai və xüsusi mülkiyyətin qarət edilməsi;
•  şəhər və kəndlərin mənasız dağıdılması;
•  hərbi zərurət olmadan talançılıq və digər cinayətlər
Göstərilən əməllər, hərbi zərurətlə əlaqədar olmadığı və 
mühari bənin  birbaşa  iştirakçısı  olmayan  şəxslər  zorakılığa 
və işgəncələrə məruz qaldığı üçün müharibə cinayətləri kimi 
tövsif olunur. 
Nürnberq  Tribunalı  Nizam naməsindən  başqa  müha-
ribə  cinayətləri  ilə  bağlı  normalar  Sülh  və  Bəşəriyyətin 
təhlükəsizliyi  əleyhinə  cinayətlər  məcəlləsi  layihəsində, 
YBCT Nizamna məsində və BCM-nin Statutunda öz ək-
sini  tapmışdır. 
YBCT Nizamnaməsində müharibə cinayətləri ilə bağ-
lı iki müxtəlif maddə ehtiva olunmuşdur (maddə 2-3). 2-ci 
maddədə  1949-cu  il  Cenevrə  Konvensiya la rı nın  ciddi  po-
zuntuları, 3-cü maddədə isə “müharibə adət və qa nun larının 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
76
pozuntuları” adı altında konkret əməllər sada lan mışdır. Bu 
fərqləndirmə BHH-nun iki hissəsi – silahlı münaqişə zamanı 
insan hüquq la rının müdafiəsi (“Cenevrə hüququ”) və müha-
ribə aparıl ma sının metod və va sitələrinin məhdudlaşdırılma-
sı (“Haaqa hüququ”) bölgüsü ilə bağ lıdır. 
Dinc vətəndaşların zorlanması formal olaraq 4-cü Ce-
nevrə  Konvensiyasının  27-ci  maddəsinə  görə  qeyri-qanu-
nidir,  lakin  147-ci  maddədə  öz  əksini  tapan  “ciddi  hüquq 
pozuntuları” tənzim ləməsində bununla bağlı boşluq vardır. 
1971-ci ildə Pakistan əsgərlərinin 200. 000 banqladeşli qa-
dını sistematik olaraq cinsi təcavüzə məruz qoyması bütün-
lüklə cəzasız qaldı
1
. Həm bu əməllər, həm də Haitidə Sedra-
sın hakimiyyəti dövründə analoji aktların böyük əksəriyyəti 
hərbçilər tərəfindən törədilsə də, BMT vasitəçiləri tərəfindən 
onlar artıq 1995-ci ildə əfv edildi. Tribunal bu işə yenidən 
baxaraq  onu  müharibə  cinayəti,  eləcə  də  geniş  miqyasda 
törədildiyinə  və  əvvəlcədən  planlaşdırılmış  taktiki  hədəfi 
olduğuna görə insanlıq əleyhinə cinayət olaraq müəyyən et-
mişdir. Bir neçə serb batalyonunun əməllərində, müsəl man 
qadınlarının  qrup  şəklində  və  xalqın  gözü  qarşısında  zor-
lanması, yerli əhalini vahiməyə salmaq və ruh düşkünlüyü 
yaratmaq,  həmçinin  körpə  “Çetniklər”in  (Serbiya  Çetnik-
ləri serb lərin milli partizan hərəkatıdır) dünyaya gəlməsilə 
qorxut maq  məqsədi  daşıyırdı.  Fokada  “zorlama  düşərgə-
si”ndəki mü səl man qadın əsirlərin zorakılığa məruz qoyul-
masında iştirakı olmuş və qeyri-insani əməllərə göz yuman 
serb polisinin barəsində iddia qaldırmaqla Tribunal ilk dəfə 
müharibə cinayətləri ilə bağlı işə baxırdı. 
Tribunalın  çıxardığı  bəzi  qərarlarda  müəmmalı  qalan 
məsələlər dən  biri,  ayrı-ayrı  qadınların  zorakılığa  məruz 
1
Robertson G. Crimes against Humanity: the Struggle for Global Justice. New
York, New Press, 2006


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
77
qalması zorlama cinayəti kimi deyil, cinsi təcavüzün etnik 
təmizləməni həyata keçirmək formasında törədilməsi kimi 
göstərilməsidir. Bu da haqlı olaraq beynəlxalq ictimaiyyə-
tin qınağına səbəb olmuşdur. Cinayətkar serblərə müsəlman 
qadınları qonşularının və düşər gədəki məhbus yoldaşlarının 
qabağında  alçaltmaq  məqsə dilə  insanların  gözü  qarşısında 
zorlamağa icazə verilmişdi. Serb lər bununla təcavüz qurban-
larına damğa vur maq istəyirdilər. Cinsi zorakılığı müharibə 
cinayətinə və ya in sanlıq əleyhinə cinayətə çevirən təkcə bu 
əməlin özü deyil, həm də siyasi məqsədlər üçün buna yol 
verilməsi və ya törə dil məsidir. Qadınlara qarşı zorakılığın, 
onların ər və övlad larının qətlə yetirilməsi qədər ağır mü-
haribə cinayəti olmadığını iddia edərək Tribunal, zorakılığa 
həddən artıq isti münasibət göstərdiyinə görə tənqid edilirdi.  
Bir çox işlərə baxarkən isə Tribunal irqçi və ya siyasi mo-
tivə dair əsaslı dəlil gətirməyə ehtiyac görmürdü. Məsələn, 
Çelebiçinin işində məhkəmə palatasının hər bir qadının zor-
lanma aktını motivdən asılı olmayaraq işgəncə kimi müəy-
yən etməyə meylli olması aydın sezilirdi. Həm də maraqlısı 
o idi ki, bu, kişinin deyil, məhz qadının zorlanmasına şamil 
edilirdi. Bununla bir mühüm fərqin üzərinə kölgə salınırdı, 
əməl öz-özlüyündə sistematik, genişmiqyaslı şəkildə və si-
yasi məqsədlərlə törədil dikdə xüsusilə təhlükəli hesab edilir 
ki, bu da insanlıq əleyhinə cinayətin və ya törədildiyi şəraitə 
müvafiq olaraq müharibə cinayətinin tərkibini yaradır. Tadiç 
işində də hətta iki hakim bir məsələni vurğuladı ki, anonim 
ittihamçının sözləri əsasında bir şəxsi təcavüzdə günahlan-
dırmaq olar, bu hal ədalətlə mühakimə olunmaq hüququnun 
bünövrədən pozulmasıdır. Vaxt keçdikcə bu səhvlər aradan 
qaldırılıb və Tribunalın təcavüzlə bağlı ittiham hökmlərinin 
müəyyən çəkindirici prinsipinə malik olması aydın görünür. 


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə