Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
78
Bosniya münaqişəsinin erkən mərhələlərində qeyri-adi hal
olan kütləvi cinsi zorakılıqlar təkrarlanmayıb.
Müharibə ci na yətləri geniş bir hüquqi kateqoriya olub,
həm beynəlxalq xa rakterli, həm də qeyri-beynəlxalq xarak-
terli silahlı münaqişələr dövründə BHH-nun ciddi pozuntu-
larını əhatə edir. Bu pozuntuların hər bi ri özlüyündə konkret
cinayət əməlidir və beynəlxalq cinayət məsuliyyəti doğurur
1
.
Ona görə də müharibə cinayətləri haqqında tam təsəvvür
əldə etmək üçün bu kateqoriyaya daxil olan bütün cinayət
tərkiblərini göstərmək lazım gəlir.
BHH müharibəni qadağan etmir, silahlı münaqişənin
mövcudluğunu təsdiq edir, sadəcə mühari bənin metod və
vasitələrini qadağan edir. Tarixən, müharibə qaydalarının
norma halına salınması iki istiqamətdə aparılmışdır.
Birinci istiqamətə əsası Cenevrədə qoyulan 1949-cu ilin
dörd Cenevrə Konvensiyasına əsaslanan Cenevrə qanunve-
riciliyi (Cenevrə Konvensiyaları) və ona əlavə olunan iki
1977-ci il Protokolu aiddir.
İkinci istiqamətə isə əsası Haaqada qoyulmuş 1899-cu
və 1907-ci illərdə imzalanmış bir sıra konvensiyalardan gö-
türməklə Haaqa qanunvericiliyi adlanır. Bir sıra hallarda bu
sazişlərin imzalanması müharibənin gedişində əksər aspekt-
ləri ətraflı şəkildə birgə tənzimləyir. Cenevrə qanunvericiliyi
silahlı münaqişədə xüsusilə müdafiəsiz olanları, döyüşdə iş-
tirak etməyənləri və hərbi əsirlər kimi müxtəlif sinif insanla-
rı mühafizə etmək üçün hüquqi rejimlərin qarşılıqlı əlaqəsini
təşkil edir. Haaqa qanunvericiliyi isə əksinə, müharibə apa-
rılmasının metod və vasitələrini tənzimləyir.
1949-cu il Cenevrə Konvensiyasının təşviq edilməsi
indiki dövrdə fərqli olmaqla universal ratifikasiyanın qəbu-
1
İndividual Criminal Responsibility in International Law By Elies Van
Sliedregt Oxford Monographs in İnternational Law.
Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
79
lu üçün ilk çoxtərəfli konvensiyalar hesab olunur, bu mər-
hələyə qədər isə müharibə cinayətlərinə görə fərdi cinayət
məsuliyyətinə cəlb edil mə yalnız ənənəvi beynəlxalq hüquq-
da və milli qanun ve ri cilik çərçivəsində nəzərdə tutulurdu.
Cenevrə Konvensiyaları ilk də fə müharibə qanunlarının bəzi
“ağır pozuntuları”nı fərdi ci na yət məsuliyyətinə səbəb olan
müharibə cinayəti kimi müəyyən etdi
1
.
Münaqişələrin təsnifatında diqqətçəkən məsələlərdən
biri dövlətin silahlı qüvvələrinin daxildə qiyamçılarla və ya
üsyankar qruplaşmalarla vuruşmasıdır (daxili silahlı mü-
naqişə). Təbii ki, müşahidələr zamanı bu qeyri-beynəlxalq
silahlı münaqişə kimi görünə bilər, amma dərindən təhlil
olunarsa bura kənar dövlətlərin müdaxiləsini açıq şəkil-
də görmək mümükündür. Keçmiş Yuqoslavi ya dakı vəziy-
yət belə münaqişəyə bir misaldır. Burada silahlı mü na qişə
Yuqoslaviyanın tərkibindəki etnik qrupların bir-birlərinə
qarşı silaha sarılmaları ilə, klassik vətəndaş müharibəsi kimi
başladı. Nəticə etibarilə, İttifaqa daxil olan respublikalar, o
cüm lədən Bosniya və Herseqovina öz müstəqilliklərini elan
etdilər. Bosniyada yaşayan serblər Yuqoslaviya İttifaqının
tərkibində qalmağa, xorvatlar isə yeni yaranmış Xorvatiya
Respublikasına qatılmağa tərəfdar çıxmaqla Bosniya haki-
miyyəti uğrunda mübarizəyə başladılar. Serblər Belqraddan,
xorvatlar isə Zaqrebdən böyük miqdarda maliyyə, təchizat
və strateji dəstək alırdılar. YBCT müəyyən etmişdir ki, xü-
susilə iki dövlət bir-birinə qarşı qoyulmuş və müharibə baş
vermişdir və bu Cenevrə Konvensiyalarının müddəaları ilə
tənzimlənən beynəlxalq silahlı münaqişə hesab olunur.
Dünyada baş verən münaqişələr, zorakılıq əməlləri və
hətta hərbi əməliyyatlar BHH tətbiqini, bununla da müha-
1
The 1949 Geneva Conventions: A Commentary (Oxford
Commentaries on
International Law) 1st
Edition
by Andrew Clapham