Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə20/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
66
miqyaslı və sistematik hücumun tərkib hissəsi olaraq silahlı 
münaqişə zamanı baş vermişdi. Məhkəmə belə davranışın, 
qısaca olaraq “təqib” kimi təsvir edilən, yəni qurbanlar onları 
təqib edənlərlə eyni deyil, başqa etnik qrupa mənsub olduq-
larına görə işgəncələrə məruz qalmaları  onlara əzab veril-
məsi, divan tutulması, sıxışdırılması və ayır-seçkiliyə məruz 
qoyulması mənasını verən insanlıq əleyhinə cinayətlərə gə-
tirib çıxardığını müəyyən etdi. Belə cinayətlə bağlı yüksək 
statuslu rəsmilər ittiham olunmuş və bununla bağlı Nürnberq 
prosesindən və Müttəfiqlərin hərbi tribunallarından kifayət 
qədər presedentlər mövcuddur. Məsələn, nasist hakimlər na-
sist siyasətini davam etdirmək üçün qanunu sistematik ola-
raq  yəhu dilərin  və  polyakların  əleyhinə  yönəldərək  ondan 
qəddarcasına istifadə etdiklərinə görə cəzaya məhkum edil-
mişdilər. Nürnberq prosesində azğın anti-semitist təbliğatçı 
Yulius Strayxer yəhudilərə qarşı qırğınların həyata keçiril-
məsinə  gətirib  çıxaran  insanlıq  əleyhinə  cinayətləri  törət-
məkdə təqsirli bilindi: bu cinayətləri onun rəsmi və yarı-rəs-
mi  nəşrlərə  redaktorluq  etmək  yolu  ilə  törətdiyi  qənaətinə 
gəlindi. Mahiyyət etibarilə, cinayəti törədənlərin fərd baxı-
mından məsuliyyət dərəcələri müxtəlif ola bilər, növləri isə 
eynidir, yəni onların hamısı günahkardır. Məhz Tadiç də belə 
cinayətkarlardan idi. Tadiçə nə qədər ağır cəza verilsə idi, 
bütün hallarda ədalət prinsipi gözlənilməli idi. Məhkəmənin 
Tadiç barədə qərarında on səkkiz ayın içində Kozaradakı ka-
fenin müxtəlif millətlərin qaynayıb-qarışdığı məkandan mil-
lətçilərin irqçi siyasətinin baş alıb getdiyi şər yuvasına necə 
çevrildiyindən  bəhs  olunur.  Baş  verən  bu  dəyişikliyə  görə 
kim cavabdeh olmalıdır? Bir fərd kimi Tadiç həbsə düşmək 
üçün yetərincə məsuliyyət daşıyır, lakin onun şüuruna təsir 
edərək zəhərləmiş kəslər, keçmiş Yuqoslaviyadakı genosidin 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
67
“əqli-mənəvi müəllifləri” beynəlxalq hüququn təsir dairəsin-
dən kənarda azadlıqda gəzirdilər. Məsələnin görünməyən və 
təəssüf doğuran tərəfi də məhz bu idi. 
YBCT-dan sonra RBCT insanlıq əleyhinə cinayətlərin 
araşdırlıması və təqsirkarların cəzalandırılması ilə bağlı əhə-
miyyətli addım atdı. Akayesu işi üzrə çıxardığı hökmdə tri-
bunal insanlıq əleyhinə cina yətlərin əsas etibarilə 4 element-
dən ibarət olduğu göstərmişdi:
• əməl  təbii  və  xarakterik  xüsusiyyətlərinə  görə  qey-
ri-insani olmaqla insanlara böyük əziyyət və ya ciddi 
bədən xəsarəti yetirmə və habelə əqli və fiziki sağlam-
lığına ciddi xəsarət yetirməni əhatə etməlidir;
• əməl genişmiqyaslı və ya sistematik hücumun bir his-
səsi kimi baş verməlidir;
• əməl mülki əhaliyə qarşı yönəlməlidir;
əməl milli, dini, siyasi, etnik və ya digər səbəblər kimi 
ayrı-seçkilik formasında baş verməlidir 
Göründüyü kimi, Tribunal Ruandada baş vermiş geno-
sid cinayətinə görə yaradılmasına və genosidlə bağlı çoxlu 
sayda hökm çıxarmasına baxmayaraq insanlıq əleyhinə ci-
nayətlərə də xüsusi diqqət yetirmişdi. YBCT və RBCT-nın 
yaranması və inkişafını bir növ Nürnberq prosesinə qayıdış 
kimi və ya onun davamı kimi dəyərləndirmək olar və insan-
lıq əleyhinə cinayətlərə yeni baxış kimi qəbul etmək olar. 
Danılmaz faktdır ki, insanlıq əleyhinə cinayətlərlə bağlı 
bəzi məsələlər YBCT və RBCT Nizamna mə lərinin qəbulu 
zamanı aydınlaşdı. Hər iki tribunal Yuqoslaviya və Ruanda-
da baş vermiş insanlıq əleyhinə cinayətlərin və digər bey-
nəlxalq cinayətlərin baş vermə səbəblərini araşdırmış və təq-
sirkar şəxsləri məsuliyyətə cəlb etmişdir. Hər iki tribunalın 
yaradılmasında o qədər də böyük zaman fərqi olmamasına 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
68
baxmayaraq,  insanlıq  əleyhinə  cinayətlərin  izahında  onlar 
fərqli mövqedən çıxış etmişlər. Belə ki, YBCT Nizamnamə-
sinin 5-ci mad də sin də göstərilir ki, Tribunal beynəlxalq və ya 
qeyri-beynəlxalq silahlı mü naqişə zamanı mülki əhaliyə qarşı 
baş vermiş adamöldürmə, əhalini məhvetmə, kölə vəziyyətinə 
salma, deportasiya, özbaşına həbs etmə, işgəncə, zorlama, si-
yasi, di ni, irqi və ya digər səbəblərə görə təqib etmə cinayət-
lərinin baş verdiyi zaman məsuliyyət məsələlərini həll edir. 
Bu maddədən göründüyü kimi silahlı münaqişə ilə insanlıq 
əleyhinə cinayətlər arasında hər hansı birləşdirici elementin 
(beynəl xalq və ya qeyri-beynəlxalq silahlı münaqişə) möv-
cudluğu iddia olunur. YBCT Nizamnaməsinin 5-ci maddəsi 
ilə  Nürnberq  Tri bu nalı  Nizamnaməsinin  6-cı  maddəsi  ara-
sında müəyyən yaxınlıq var. Belə ki, Nürnberq Tribunalının 
Nizamnaməsi də YBCT Nizam na mə si kimi insanlıq əleyhinə 
cinayətlərin silahlı münaqişələrlə bağlı ol ma sını göstərir. 
YBCT insanlıq əleyhinə cinayətlərlə silahlı münaqişələ-
rin bağlılığına dair 7 may 1997-ci ildə Tadiç işinə aid qəra-
rında aşağıdakıları müəy yən etdi
1
:
•  silahlı münaqişənin mövcudluğu;
•  insanlıq əleyhinə cinayətlərlə silahlı münaqişələr ara-
sında hər hansı bir bağlılığın olması;
•  dinc mülki əhaliyə qarşı yönəlmiş əməlin genişmiq-
yaslı və ya sistematik olması;
•  əməlin, dövlət siyasətinin nəticəsi olaraq irqi ayrı-seç-
kilik formasında baş verməsi;
•  bütün bu göstərilənlərin əsasında qanunazidd məqsə-
din mövcud olması, hansı ki, bu məqsəd özü də bey-
1
The practиce of the Internatиonal Crиmиnal Trиbunals for the fomer Yu gos -
lavиa and Rwanda /Cohn R. W. D. Cones, Transnatиonal Publиshers, 
İnc. 
Ardsley, New-York, 2000


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə