Dərs vəSAİTİ Milli Aviasiya Akademiyası Elmi-Metodiki Şurasının 2017-ci IL 07 iyun tarixli, 10/17



Yüklə 1,68 Mb.
Pdf görüntüsü
səhifə28/113
tarix26.08.2018
ölçüsü1,68 Mb.
#64615
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   113

Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
90
hərbi məqsədlər üçün istifadə olunmayan obyektləri, yəni 
mülki obyektləri seçir. Eyni zamanda bu cinayət, özündə 
müdafiəsiz  məkanlara  hücumu  da  ehtiva  edir.  Cinayət-
kar bir və ya daha artıq şəhərə, kəndə, yaşayış məskəninə 
və ya binaya hücum edir. Belə kənd və şəhərlər, yaşayış 
məskənləri və ya binalar müqavimətə rast gəlməyən işğal 
üçün açıq olur. Belə kənd və şəhərlər, yaşayış məskənləri 
və ya binalar hərbi məqsədlər üçün istifadə olunmur. Bu 
əməl silahlı münaqişə kontekstində baş verir və cinayət-
kar silahlı münaqişənin mövcudluğunu təmin edən faktiki 
şəraitdən xəbərdar olur. 
11.  Silahlı  münaqişələrə  dair  beynəlxalq  hüquq  üzrə
mülki şəxslər və mülki obyektlərin istifadə etdikləri, müda-
fiəyə malik olduqları müddətdə humanitar yardım göstərən,
yaxud BMT Nizamnaməsinə uyğun olaraq, sülhün qorunma-
sı missiyası ilə fəaliy yət göstərən şəxsi heyətə, obyektlərə,
materiallara,  bölmələrə,  yaxud  nəqliyyat  vasitələrinə  qəs-
dən zərbə endirmə
Cinayətkar  hücuma  rəhbərlik  edir.  Hücumun  hədəfi 
BMT Nizamnaməsinə uyğun olaraq sülhməramlı missiyası 
ilə və ya humanitar yardımla bağlı cəlb edilmiş şəxsi heyət 
üzvləri, qurğular, materiallar, qoşqular və ya nəqliyyat va-
sitələri  olur.  Cinayətkar  hücumun  hədəfi  olaraq  belə  şəxsi 
heyət üzvlərini, qurğuları, materialları, qoşquları və ya nəq-
liyyat vasitələrini seçir. Belə şəxsi heyət üzvləri, qurğular, 
materiallar, qoşqular və ya nəqliyyat vasitələrinin BHH nor-
maları ilə mühafizə olunduğunu cinayətkar bilir və əməl si-
lahlı münaqişə kontekstində baş verir. 
12. hərbi üstünlük olsa belə silahlı münaqişənin xarak-
terinə uyğun olmayan hücumların edilməsi, bu cür hücumun


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
91
mülki  şəxslərin  təsadüfi  məhvinə,  şi kəst  olmasına,  mülki
obyektlərə  ziyan  vurulmasına,  ətraf  mühitə  ge niş miqyaslı,
uzunmüddətli və ciddi ziyan vurulmasına səbəb olacağı mə-
lum ol duqda, qəsdən bu cür hücum etmək
Cinayətkar  hücum  əmri  verir  və  bu  hücum  mülki 
şəxslərin təsadüfi ölümünə və ya xəsarət almasına, mül-
ki obyektlərə zərər yetirilməsinə, yaxud ətraf mühitə ge-
nişmiqyaslı, uzunmüddətli və şiddətli zərər vurulmasına 
gətirib çıxara və belə ölüm, xəsarət və ya zərərin əvvəlcə-
dən gözlənilən konkret və birbaşa ümumi hərbi üstünlüklə 
bağlı zəruri addımların ifrat dərəcədə atıldığını aydın şə-
kildə göstərə biləcək gücdə həyata keçirir. Cinayətkar bu 
hücumun mülki şəxslərin təsadüfi ölümünə və ya xəsarət 
almasına, mülki obyektlərə zərər yetirilməsinə, yaxud tə-
bii ətraf mühitə genişmiqyaslı, uzunmüddətli və şiddətli 
zərər vurulmasına gətirib çıxara və belə ölüm, xəsarət və 
ya zərərin əvvəlcədən gözlənilən konkret və birbaşa ümu-
mi hərbi üstünlüklə bağlı zəruri addımların ifrat dərəcə-
də atıldığını aydın şəkildə göstərə biləcək gücdə həyata 
keçirildiyindən  xəbərdar  olur.  Bu  əməl  silahlı  münaqişə 
kontekstində  baş  verir.  Eyni  zamanda  cinayətkar  silahlı 
münaqişənin mövcudluğunu təmin edən faktiki şəraitdən 
xəbərdar olur. 
13.  müdafiəsiz  və  hərbi  məqsədlər  daşımayan  şəhər,
kənd, yaşayış yerləri və binalara hücum etmək, onları hər
hansı  vasitələrlə  atəşə  tutmaq
Cinayətkar bir və ya daha çox şəxsi qətlə yetirir və ya   
yaralayır. Belə şəxs və ya şəxslər döyüşmək iqtidarında ol-
murlar.  Cinayətkar  həmin  şəxslərin  Cenevrə  Konvensiya-
larına müvafiq olaraq mühafizə olunduğunu bilir və bildiyi 
halda da onlara qarşı cinayəti törətməkdən çəkinmir. 


Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər
92
14. silahı yerə qoymuş, yaxud artıq müdafiə vasitələrinə
malik olmayan, qeyd-şərtsiz təslim olmuş kombatantı
1
öldür-
mək və ya yaralamaq
Bu bəndin mahiyyəti ondan ibarətdir ki, cinayətkar sülh 
bayrağından  istifadə  edir.  Cinayətkarın  təslim  olmaq  kimi 
niyyəti olmadığı halda danışıqlar aparmaq üçün saxtakarlıq 
edir və bu məqsədlə addım atır və hətta belə bir addımı ata-
cağı təqdirdə məsuliyyətini dərk edir. Cinayətkar bu əmə-
linin ölümlə və ya ciddi bədən xəsarəti almaqla nəticələnə 
biləcəyini  bilir  və  əməl  silahlı  münaqişə  kontekstində  baş 
verir. Bütün bunların müqabilində silahı yerə qoymuş, yaxud 
artıq müdafiə vasitələrinə malik olmayan, qeyd-şərtsiz təs-
lim olmuş kombatantı öldürür və ya yaralayır. 
15.  parlamentar  bayraqdan,  milli  bayraqdan,  düşmən
dövlətin,  yaxud  BMT-nin  forma  və  hərbi  fərqlən mə  nişan-
larından, habelə Cenevrə Konvensiyaları ilə müəyyən olun-
muş  fərqlənmə  nişanlarından  adamların  məhvinə  gətirib
çıxaran və ya onların fiziki şikəstliyinə səbəb olan formalar-
dan istifadə etmək
Cinayətkar düşmən tərəfin sülh bayrağından, nişanından 
və ya uniformasından, habelə BMT-nin bayrağından, nişa-
nından və ya uniformasından bilərəkdən düzgün istifadə et-
mir. Cinayətkar bunların hər hansı birindən hücumda iştirak 
1
Beynəlxalq  humanitar
hüquq  normalarına  görə,  yalız  kombatantlar  döyüş
əməliyyatlarında  bilavəsitə  iştirak  etmək  hüququna  malikdirlər  və  onlara
qarşı silah işlədilməsi mümkün sayılır. silahlı qüvvələrin tərkibinə daxil olan
şəxslər (tibbi və ruhani heyətdən başqa); ordunun müşayiət edən, lakin silahlı
qüvvələrin  tərkibinə  bilavəsitə  daxi  olmayan  şəxslər;  hərbi  təyyarələrin
ekipajına daxil edilmiş mülki şəxslər, hərbi müxbirlər, silahlı qüvvələrin məişət
xidməti ilə məşğul olan və bununla bağlı müvafiq icazəsi və sənədi olan şəxsi
heyət; yığma qoşun, partizan və müqavimət dəstələrinin üzvləri olan şəxslər,
bu şərtlə ki, 1) onların başında, tabeliyində olanlara görə müsuliyyət daşıyan
bir şəxs durur; 2) uzaqdan aydın seçilən müəyyən fərqləndirmə nişanları olur;
3) açıq surətdə silah gəzdirirlər; 4) öz hərəkətlərində müharibənin qanun və
ədalətlərinə riayət edirlər.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə