Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Qərbi  Azərbaycanda  -  Texut



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə36/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   86
kitab20120427032409824

Qərbi  Azərbaycanda  -  Texut 
yaşayış  məskəni,  Üçmüədzin 
şəhərindən  3  km  cənubda  yerləşir.  2,5 hektar  sahəyə  malik  oval  formalı  bu 
təpədəki  mədəni  təbəqənin  qalınlığı  1,6  m-dir.  Abidədən  diametri  2,6-3  m 
olan  girdə  formalı  kərpic  tikililərin  qalıqları  tapılmışdır.  Tikililərin  gil 


55 
 
döşəmələri  və  ocaq  yerləri  vardır.  Evlər  meydançaların  ətrafında  ayrı-ayrı 
qruplarla  yerləşmişdir.  Yaşayış  məskənində  Cənubi  Qafqaz  eneolit  dövrü 
üçün xarakterik  olan  müxtəlif  materiallar  aşkar  olunmuşdur.  Buradan  çoxlu 
sayda sümük məmulatları tapılmışdır. Nadir tapıntılardan biri də iri buynuzlu 
heyvanın bud sümüyündən hazırlanmış, 18 sm uzunluğunda olan ot biçmək 
üçün  bıçaq  əsasıdır.  Abidədən,  həmçinin  metal  əşyalar  da  aşkar  edilmişdir. 
Spektral  analizlərin  cavabı  göstərmişdir  ki,  tapılan  metal  əşyalar  mis-
mərgümüş  qarışığı-nikeldən  hazırlanmışdır.  Abidədən  müxtəlif  növ  küp 
qablar,  o  cümlədən  də  boyalı  qablar  aşkar  olunmuşdur.  Burada  çoxsaylı  gil 
manqal  qalıqları  -  hündür  kənarları  olan  dairəvi  kasa  formalı  qablar  da 
tapılmışdır.  Bu  qabların  əksəriyyəti  həcmcə  nisbətən  böyük  yapışdırılma 
qulplara malikdirlər. Texut yaşayış məskəni Cənubi Qafqazın yeganə eneolit 
dövrü  abidəsidir  ki,  oradan  gil  manqallar  tapılmışdır.  Bu  abidə  e.ə.  V 
minilliyin I yarısına, IV minilliyin əvvəllərinə aid edilir. 
Beləliklə,  təsərrüfat-məişət  komplekslərinə  əsaslanaraq  belə  nəticəyə 
gəlmək olar ki, erkən əkinçi icmasında sosial təbəqələşmə yox idi. 
Qafqazın  digər  ərazilərinin  arxeoloji  abidələrinin  öyrənilməsində 
Q.N.Çubinişvilinin, V.V.Bjaniyanın və digər alimlərin böyük zəhməti vardır. 
Mərkəzi Qafqaz abidələri arasında xüsusi yeri I Arıxlı, Şulaverisqora, 
İmirisqora  yaşayış  məskənləri  tutur.  Bunlar  kiçik  yüksəkliklər  şəklində 
yaşayış  məskənləri  olaraq  «təpə»  də  adlandırılır.  Onlar  əsasən  ayrı-ayrı 
hissələr  şəklində  bir neçə təpədə  salınmışdır.  Məsələn,  Xrami  çayı  sahilində 
yerləşən Kvemo-Şülaver abidələri qrupuna təxminən 500 hektar sahəni əhatə 
edən  Şulaverisqora,  Qadaqrılıqora  və  İmirisqora  aiddir.  Yaşayış  məskənləri 
arasındakı  məsafə  0,5  km.-dən  1,7  km-ə  qədərdir.  Bu  məskənlərdən  1  km 
qərbdə  Arıxlı  kəndi  yaxınlığında  Xrami  çayı  qovşağında  bir-birinə  yaxın 
məsafədə olan 5 təpədə yerləşmiş daha bir abidə qrupu aşkar olunmuşdur - I, 
II,  III  Arıxlı.  Mərkəzi  Qafqaz  məskənlərindəki  mədəni  təbəqənin  qalınlığı 
müxtəlifdir. Belə ki, Şulaverisqorada onun qalınlığı 8m, İmirisqorada 4,4 m, I 
Aruxlıda  -  5  m  təşkil  edir.  Bu  abidələr  arasında 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə