DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə26/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

Nəticəni müzakirə edin:
Təcrübənin əvvəlində şüşə çubuğu və yun parçanı sapdan asılan gilizə
yaxınlaşdırdıqda nə müşahidə etdiniz?
Şüşə çubuğu yun parçaya sürtüb sapdan asılan gilizə təkrar yaxınlaşdırdıqda
cisimlərdə hansı yeni xassə müşahidə etdiniz?
İnsanlar belə hadisələri çox-çox qədimlərdən aşkar etmişlər. Eramızdan əvvəl 624-
547-ci illərdə qədim yunan filosofu miletli Fales müəyyən etdi ki, sarı kəhrəbanı
(onlar bunu yerin altından quru, bərk qatran halında çıxarırdılar) ipək və ya yun
parçaya sürtdükdə o, uzun müddət saçın uclarını, yarpaqları, saman çöplərini və s.-
ni cəzbetmə xassəsi kəsb edir. Yunanca kəhrəba “elektron” deməkdir. Kəhrəba digər
cisimləri cəzb edərdisə, deyirdilər ki, o elektriklənmişdir.
Cisim sürtünmədən sonra digər cisimləri cəzb edirsə (və ya itələyirsə), deyilir ki, bu
cisim elektriklənmişdir. Ona elektrik yükü verilmişdir və ya o, elektrik yükü
itirmişdir. Cismə elektrik yükü vermə və ya cisimdən elektrik yükü alma prosesi
elektrikləndirmə adlanır.
Hansı halda elektriklənmiş cisimlər bir-birini cəzb edir, hansı halda isə bir-
birindən itələnir?
Aparılan araşdırmadan məlum olmuşdur ki:
1.  iki eyni cismi eyni parçaya sürtdükdə həmin cisimlər eyni növ elektrik yükü ilə
elektriklənir;
2.  eyni növ elektrik yükünə malik cisimlər bir-birini itələyir;
3.  müxtəlif növ elektrik yükləri ilə elektriklənən cisimlər bir-birini cəzb edir:
Sürtünən iki cisim, məsələn, ebonit çubuq (və ya şüşə çubuq) və yun parça
hansı növ elektrik yükü ilə elektriklənir?
Aparılan çoxsaylı təcrübədən müəyyən olunmuşdur ki, iki cismi bir-birinə sürtdükdə
onlar müxtəlif növ elektrik yükü ilə (şərti olaraq müsbət və ya mənfi) elektriklənir.
Məsələn, şüşə çubuğu ipək parçaya sürtdükdə çubuğun


müsbət (“+”), ipək parçanın isə mənfi (“-”) elektrik yükü ilə elektrikləndiyi qəbul
edilmişdir. Ebonit çubuğu yun parçaya sürtdükdə isə ebonit çubuq mənfi (“-”), yun
parça müsbət (“+”) elektrik yükü ilə elektriklənir (d).
Təbiətdə iki növ elektrik yükü mövcuddur: müsbət və mənfi işarəli elektrik yükləri.
Eyni işarəli elektrik yükləri (məsələn, iki elektrik yükünün hər ikisi müsbət və ya hər
ikisi mənfi olduqda) eyniadlı, müxtəlif işarəli elektrik yükləri (məsələn, iki elektrik
yükünün biri müsbət, digəri mənfi olduqda) isə müxtəlifadlı yüklər adlanır. 
Elektrik yükü q hərfi ilə ilə işarə edilir. Bütün elektriklənmiş cisimlər sıfırdan fərqli
elektrik yükünə malikdir, elektrik yükü olmayan cisimlər elektroneytral (elektrik
cəhətdən neytral) və ya yüksüz cisim adlanır. Elektrik yükünün BS-də vahidi fransız
fiziki Şarl Kulonun şərəfinə kulon (Kl) qəbul edilmişdir:
[q] = 1Kl.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Elektriklənmiş cisimlərin qarşılıqlı təsiri
Təchizat: ebonit çubuq (2 əd.), şüşə çubuq, ipək və yun parça, ipək sap. 
İşin gedişi:
1.  Ebonit çubuqları yun parçaya sürtün. Çubuqlardan birini ipək sapla ştativdən
asın, digərini isə ona yaxınlaşdırın (e).
2.  Şüşə çubuğu ipək parçaya sürtüb ştativdən asın və ipək parçaya sürtülmüş
ebonit çubuğu ona yaxınlaşdırın (f). Baş verən hadisələri müqayisə edin.


Nəticəni müzakirə edin:
Nə üçün elektriklənmiş ebonit çubuq sapdan asılan elektriklənmiş digər ebonit
çubuğu itələyir, lakin sapdan asılan elektriklənmiş şüşə çubuğu cəzb edir?
Araşdırmadan hansı nəticəyə gəlmək olar?
AÇAR SÖZLƏR 
Elektrik yükü 
Elektroneytral 
Kulon 
Yüksüz cisim 
Elektriklənmə
NƏ ÖYRƏNDİNİZ? 
Cisim sürtünmədən sonra digər cisimləri cəzb edirsə (və ya itələyirsə), deyilir ki, bu
cisim__. Ona__verilmişdir və ya o, elektrik yükü itirmişdir. Elektrik yükü olmayan
cisimlər __ (elektrik cəhətdən neytral) və ya__adlanır. Elektrik yükünün BS-də
vahidi__.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Cismin elektriklənməsi nə deməkdir?
2.  Elektriklənmiş cisim hansı xassə kəsb edir?
3.  Nə üçün quru və təmiz saçınızı daradıqdan sonra darağı doğranmış kağız
qırıntılarına yaxınlaşdırdıqda qırıntılar darağa cəzb olunur?
4.  Sapdan asılan kağız kürəciklər elektriklənmişdir. Onların yükünün işarəsini təyin
edin (h).


5.2. Atomun quruluşu. 
       Elektriklənmənin təbiəti
Elmə çoxlu sayda kimyəvi element məlumdur. Bu elementlər atomlarına görə bir-
birindən fərqlənir.
Kimyəvi elementlərin atomları bir-birindən nə ilə fərqlənir?
Atom hansı zərrəciklərdən təşkil olunmuşdur? Bu zərrəciklər maddənin
elektriklənməsində nə kimi rol oynayır?
Atomun quruluşu
Mənfi elektrik yükünə malik ilk zərrəciyi 1897-ci ildə ingilis alimi Cozef Tomson aşkar
edir. Elektron adlandırılan bu zərrəcik ən kiçik mənfi elektrik yükünə malikdir.
Ən kiçik elektrik yükünün mütləq qiyməti elementar yük adlanır.
Elementar yük e hərfi ilə işarə edilir:
e = 1,6 · 10
Kl.
Təcrübələrdən məlum olur ki, ixtiyari zərrəcik ya elektroneytral, yaxud da elektronun
yükünün modulunun n tam misilləri qədər elektrik yükünə malik olur:
q = ±ne,
burada n = 1, 2, 3 ... tam ədəddir. 
Elementar yük çox kiçikdir, lakin nəzərə alınsa ki, maddənin kiçik bir hissəsində on
milyonlarla atom var, cisimdə olan elektronların sayını yalnız təsəvvür etmək olar.
Elektronlar atomun tərkibinə daxildir. Atom adi şəraitdə elektroneytraldır. Bu o
deməkdir ki, atomun tərkibində modulu elektronların elektrik yüklərinin cəminə
bərabər olan müsbət işarəli zərrəcik də olmalıdır. Bu zərrəciyi 1911-ci ildə ingilis
fiziki Ernest Rezerford apardığı araşdırmalardan təyin edir. O müəyyənləşdirir ki,
atom - mərkəzində müsbət yüklü nüvə və nüvə ətrafında dövr edən mənfi yüklü
elektronlardan ibarətdir. Sonralar müəyyən edilir ki, atomun nüvəsi proton və
neytronlardan təşkil olunmuşdur. Proton müsbət elektrik yükünə malik zərrəcikdir.
Neytronun isə elektrik yükü yoxdur, o elektroneytraldır.
Ən sadə nüvə - hidrogen atomundadır. O, bir protondan ibarətdir. Hidrogen
atomunun nüvəsi ətrafında bir elektron dövr edir (a). 
Protonun yükü elementar yükə bərabərdir:
 = e = 1,6 · 10
Kl.
Nüvədəki protonların sayı elementlərin dövri sistemindəki kimyəvi elementin sıra
nömrəsinə (N) bərabərdir. Ona görə də ixtiyari atomun
-19
ρ
-19


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə