DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

oturacağına toxunmasın.
3.  Hazırladığınız cihazı elektrikləndirilmiş qələmlə yoxlayın.
Nəticəni müzakirə edin:
Elektroskopun iş prinsipini izah edin.


Elektrometr
Cisimlərin elektriklənməsini və elektrik yükünün xassəsini araşdırmaq məqsədilə
elektrometr adlanan cihazdan istifadə olunur. Onun da iş prinsipi elektroskopda
olduğu kimi, elektriklənmiş cisimlərin qarşılıqlı təsirinə əsaslanır. Tərpənməz keçirici
(1) çubuğun (2) oxuna hərəkət edə bilən yüngül (3) metal əqrəbi birləşdirilmişdir.
Əqrəb xarici təsirlərdən qorumaq üçün iki tərəfi şüşə ilə örtülmüş (4) gövdəsində
yerləşdirilmişdir. Metal çubuq gövdədən (5) rezin (və ya plastmas) tıxacla izolə edilir.
Gövdənin aşağı hissəsinə bölgülü şkala (6) və yerlə əlaqələndirilən (7) sıxac
bərkidilmişdir (c).
Elektrometrin metal çubuğuna elektriklənmiş cisimlə toxunduqda həm çubuq, həm
də metal əqrəb eyni yüklə elektriklənir və əqrəb çubuqdan itələnir (d). Əqrəbin meyil
bucağına əsasən elektriklənmə dərəcəsini müəyyən etmək olur: meyil bucağı nə
qədər çoxdursa, əqrəb və çubuq da bir o qədər böyük elektrik yükü alır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Elektrometrlə hansı hadisəni araşdırdınız?
Təchizat: çubuğuna içərisi boş metal sfera geydirilmiş elektrometr, şüşə çubuq,


yun (və ya ipək) parça. 
İşin gedişi:
Elektrometrin sferasına müsbət yüklə elektriklənmiş şüşə çubuğu toxunmadan
yaxınlaşdırın (e) və əqrəbin vəziyyətində hansı dəyişikliyin baş verdiyini izləyin.


Nəticəni müzakirə edin:
Elektrikləndirilmiş şüşə çubuğu elektrometr sferasına yaxınlaşdırdıqda hansı
hadisə baş verdi? Bu zaman metal sfera, metal çubuq və əqrəb hansı işarəli
yüklə elektrikləndi? Cavabınızı əsaslandırın.
AÇAR SÖZLƏR 
Elektriklənmə 
Elektroskop 
Qarşılıqlı təsir 
Elektrometr
NƏ ÖYRƏNDİNİZ? 
Cisimlərin yüklənməsini laboratoriya şəraitində müşahidə etmək üçün istifadə
olunan ən sadə cihaz __. Cisimlərin __ və elektrik yükünün xassəsini araşdırmaq
məqsədilə __ adlanan cihazdan istifadə olunur. Hər iki cihazın iş prinsipi
elektriklənmiş cisimlərin __əsaslanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Elektrometrin quruluş və iş prinsipini izah edin.
2.  Keçirici A çubuğuna elektrik yüklü iki eyni B və C elektroskopları toxunmadan
yaxınlaşdırılır. Bu zaman B elektroskopunda yarpaqlar bir qədər də açılır, C
elektroskopunda isə bir qədər qapanır. A çubuğunun, B və C elektroskoplarının
elektrik yüklərinin işarəsini təyin edin.


5.6. Elektrik yükünün saxlanması qanunu
Apardığınız araşdırmalardan müəyyən etdiniz ki, iki cismi bir-birinə sürtdükdə hər
ikisi elektriklənir.
Elektriklənmiş bu cisimlərin elektrik yükləri arasında hansı münasibət var?
Elektriklənmiş bir cismi digər elektriklənmiş cismə toxundurduqda ümumi
elektrik yükü necə dəyişir?
ARAŞDIRMA-1
Elektrik yükü toplanır
Təchizat: metal sferalı elektrometr, ebonit çubuq, yun (və ya ipək) parça. 
İşin gedişi:
1.  Ebonit çubuğu yun parçaya sürtüb elektrikləndirin və elektrometrin sferasına
toxundurub uzaqlaşdırın. Elektrometrin əqrəbinin meyil etməsinə diqqət yetirin
(a).
2.  Ebonit çubuğu bir daha yun parçaya sürtüb elektrikləndirin və yenə də
elektrometrin sferasına toxundurun. Elektrometr əqrəbinin meyiletmə
bucağının necə dəyişdiyini müşahidə edin (b).
Nəticəni müzakirə edin:
Elektriklənmiş ebonit çubuğu metal sferaya ikinci dəfə toxundurduqda
elektrometrin ümumi elektrik yükü necə dəyişdi?
Araşdırmadan elektrik yükünün hansı xassəsini aşkar etdiniz?
Elektrik yükünü bir cisimdən digərinə ötürmək, cisimdəki elektrik yükünü artırmaq,
azaltmaq və ya neytrallaşdırmaq mümkündür. Bunun üçün elektriklənmiş cismi
digər cismə toxundurmaq kifayətdir.


Elektrik yükləri cisimlər arasında 
hansı qanunauyğunluqla paylanır?
ARAŞDIRMA-2
Elektrik yüklərinin paylanma qanunauyğunluğu
Təchizat: dielektrik ştativdən asılan alüminium giliz (2 əd.),ebonit və şüşə çubuq,
yun və ipək parça. 
İşin gedişi:
1.  Eyni alüminium gilizləri əksişarəli yüklə elektrikləndirin. Ştativləri yaxınlaşdırıb
gilizlərin bir-birinə toxunmasına şərait yaradın (c).
2.  Toxunduqdan sonra iki hadisədən biri baş verir: ya gilizlər arasında qarşılıqlı
cəzbetmə tamamilə itir - onlar neytrallaşır (d), yaxud da gilizlər bir-birindən
itələnir (e).
Nəticəni müzakirə edin:
Toxunduqdan sonra hansı halda gilizlər arasında qarşılıqlı cəzbetmə tamamilə
itir - gilizlər neytrallaşır, hansı halda isə gilizlər bir-birindən itələnir?
Toxunmadan sonra gilizlərdəki yüklərin modulları və işarələri haqqında nə
demək olar?
Əksişarəli yüklə elektriklənmiş iki eyni cisim bir-birinə toxunduqda iki hadisədən biri
baş verə bilər. 
I hadisə: cisimlər arasında qarşılıqlı cəzbetmə tamamilə itir, cisimlər neytrallaşır
(yüksüzləşir). Bu o deməkdir ki, həmin cisimlərdəki müsbət və mənfi yüklərin
modulları bərabərdir və onlar bir-birini kompensə etmişdir. Bu, aşağıdakı ardıcıllıqla
baş verir:
Toxunmadan əvvəl iki eyni cisimdəki əksişarəli yüklər bərabərdir:
 = -q
Toxunduqda cisimlər sisteminin ümumi yükü ayrı-ayrı cisimlərin yüklərinin cəbri
cəminə (işarələri nəzərə alınmaqla yüklərin cəmi) bərabər olur:
 + (-q ) = 0.
1
2
1
2


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə