DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə27/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

nüvəsinin yükü kimyəvi elementin N nömrəsinin elementar yükə hasilinə bərabərdir:
 = Ne.
Neytral atomda elektronların da sayı N-ə bərabərdir. 
Protonun da yükünü elektronun yükü kimi artırmaq və ya azaltmaq 
qeyri-mümkündür.
Elektriklənmənin təbiəti
Əhatəmizdəki bütün cisimlər, demək olar ki, elektroneytraldır: atom nüvəsinin
müsbət yükləri elektronun mənfi yükləri ilə kompensə olunur. Cisimlərin
elektriklənməsi onunla izah edilir ki, iki cismin bir- birinə toxunması nəticəsində (və
ya sürtünməsi nəticəsində) elektronların bir qismi bir cisimdən digər cismə keçir.
Nəticədə hər iki cisim elektrik yükü alır - elektriklənir: mənfi elektrik yükü ilə
elektriklənmə cismin artıq elektron alması, müsbət elektrik yükü ilə elektriklənmə isə
cismin elektron itirməsi deməkdir (b).
Cozef Tomson 
(1856-1940) İngilis alimi O, elektronu
kəşf etmiş, atomun ilk modelini
vermişdir.
Ernest Rezerford 
(1871-1937) İngilis alimi Atomun
planetar modelini təklif etmiş, ilk süni
nüvə reaksiyasını həyata keçirmiştir.
N


İonlar da elektrik yükü daşıyan zərrəciklərdir
İon - elektron itirən və ya özünə əlavə olaraq elektron birləşdirən atomdur.
Elektron itirən atom müsbət ionaəlavə elektron alan atom isə mənfi iona çevrilir.
Məsələn, xörək duzu (kimyəvi yazılışı: NaCI) məhlulunda elektrik yükünün daşıyıcıları
müsbət yüklü natrium ionu (Na ) və mənfi yüklü xlor ionudur (CI )
Elektrik yükü yalnız yüklü zərrəciklərlə daşınır; bu o deməkdir ki, zərrəciksiz
elektrik yükü mövcud deyildir. Ona görə də yüklü zərrəcikləelektrik
yükdaşıyıcıtarı adlanır.
+
-


ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA
Məsələləri həll edin
1.  Kimyəvi elementlərin dövri sistemində mis (Cu) 29-cu, yod (I) 53-cü və qurğuşun
(Pb) 82-ci xanadadır. Bu elementlərin atom nüvəsinin elektrik yükünü təyin edin.
2.  Cisim q = 1 Kl elektrik yükünə malikdir. Bu nə deməkdir?
Həlli.
Elementar yük e = 1,6 · 10
Kl olduğundan buradan 1 Kl -un nəyə bərabər
olduğu hesablanır:
Cavab.
Cismin q = 16KI yükə malik olması o deməkdir ki, həmin cisimdə 6,25 · 10 e
elektron çatışmazlığı vardır.
Nəticəni müzakirə edin:
Hansı kimyəvi elementin atom nüvəsinin elektrik yükü daha böyükdür? Nə
üçün?
Bu kimyəvi elementlərin neytral atomlarında uyğun olaraq neçə elektron var?
Cisimdə q = -16 Kl elektrik yükünün olması nə deməkdir?
AÇAR SÖZLƏR 
Nüvə 
Proton 
Müsbət ion 
Elementar yük 
Mənfi ion 
Elektron İon 
Neytron
NƏ ÖYRƏNDİNİZ? 
Atom__mərkəzində müsbət yüklü__və nüvə ətrafında dövr edən mənfi
yüklü__ibarətdir. Atomun nüvəsi__və __təşkil olunmuşdur. Elektronun yükü__adlanır.
__elektron itirən və ya əlavə olaraq elektron əldə edən atomdur. Elektron itirən
atom__, əlavə elektron əldə edən atom isə__adlanır.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
1.  Hansı zərrəcik ən kiçik mənfi yükə, hansı zərrəcik isə ən kiçik müsbət yükə
malikdir?
2.  Nə üçün adi halda atom elektroneytraldır?
3.  Cismin mənfi elektrik yükü ilə elektriklənməsi nə deməkdir?
4.  Cismin müsbət elektrik yükü ilə elektriklənməsi nə deməkdir?
-19
17



5.3. Keçiricilər və dielektriklər
Elektrik çilingərləri iş zamanı rezin əlcək geyinir və ya dəstəyi rezin, plastmas olan
ləvazimatlardan istifadə edirlər.
Nə üçün elektrik işlərində dəstəyi rezin (və ya plastmas) olan ləvazimatlardan
istifadə edilir?
ARAŞDIRMA-1
Elektriki keçirən və keçirməyən cisimlər
Təchizat: plastmas ştativə bərkidilən metal kürə 
(2 əd.), plastmas ştativin ucuna yapışdırılmış nazik kağız lent, alüminium (və ya mis)
məftil, polietilen 
(və ya rezin) ip, şüşə çubuq, yun (və ya ipək) parça. 
İşin gedişi:
1.  Plastmas ştativləri masa üzərində bir düz xətt boyunca yerləşdirin. Şüşə çubuğu
elektrikləndirib sağ kürəyə toxundurun (a). Bu zaman kağız lentin özünü “necə
aparmasına” diqqət edin.
2.  Kürələri alüminium (və ya mis) məftillə birləşdirib təcrübəni təkrarlayın. Kağız


lentdə baş verən dəyişikliyi izləyin (b).
3.  Kürələri birləşdirən məftili polietilen iplə əvəz edib təcrübəni bir daha
təkrarlayın və kağız lent üzərində müşahidə aparın (c).
Nəticəni müzakirə edin:
Elektrikləndirilmiş şüşə çubuqla sağdakı kürəni elektrikləndirdikdə sol kürənin
yaxınlığındakı kağız lentin vəziyyətində bir dəyişiklik müşahidə etdinizmi?
Nə üçün bir-biri ilə metal məftillə əlaqələndirilən sağ kürəni elektrikləndirdikdə
kağız lent yaxınlığındakı sol kürəyə tərəf cəzb olundu?
Kürələri polietilen (və ya rezin) iplə əlaqələndirib sağ kürəni elektrikləndirdikdə
sol kürənin yaxınlığındakı kağız lent nə üçün tərpənməz qaldı?
Araşdırmadan hansı nəticəyə gəlmək olar?


Keçiricilər
Araşdırmadan cisimlərin yeni xassəsini aşkar etdiniz: cisimlər elektriki keçirən və
keçirməyən olur. Metal kürələri məftillə əlaqələndirdikdə sağ kürədən elektrik yükü
sol kürəyə keçir və kağız lenti cəzb edir. Deməli, metal məftil elektrik yüklərini yaxşı
keçirir.
Elektrik yükünü keçirən maddələkeçiricilər, yaxud naqillər adlanır.
Keçiricilərə metallar, duz və turşunun suda məhlulları və s. aiddir. 
Nə üçün keçiricilər elektrik yükünü asanlıqla keçirir? 
Keçirici maddələrdə bütün istiqamətlərə sərbəst hərəkət edə bilən yükdaşıyıcılar
mövcuddur. Metallarda bu yükdaşıyıcılar atomu tərk etmiş sərbəst elektronlar,
məhlullarda isə mənfi və müsbət ionlardır.
Keçiriciləri elektrikləndirdikdə elektrikyükdaşıyıcıları cismin səthində bütün
istiqamətlərə paylanır. Bu səbəbdən əlinizdə tutduğunuz metal çubuğu sürtünmə ilə
elektrikləndirmək mümkün deyildir, çünki insan bədəni də keçirici olduğundan
yaranan elektrik yükləri bədəninizə keçir.
Dielektriklər
Apardığınız araşdırmada metal kürələri plastmas iplə əlaqələndirdikdə sağ kürədən
sol kürəyə elektrik yükü keçmir. Ona görə də kağız lent tərpənməz qalır. Deməli,
plastmas (və ya rezin) ip elektrik yüklərini keçirmir.
Elektrik yükünü keçirməyən maddələdielektriklər adlanır.
Dielektriklərə plastmas, rezin, şüşə, ebonit, quru taxta, hava, saxsı və s. aiddir.
Dielektriklərdən hazırlanan cisimlər izolyator adlanır. Keçirici elektrik alətlərinin
dəstəkləri izolyatordan hazırlanır.
Dielektrikləri də elektrikləndirmək mümkündür, lakin onlarda elektrik yükləri hərəkət
etmir: sürtünmə və ya toxunma ilə dielektrikdə yaranan elektrik yükləri yarandığı yerdə
də qalır. Məsələn, şüşə çubuğun bir hissəsini yun parçaya sürtməklə mənfi, digər
hissəsini isə ipək parçaya sürtməklə müsbət yüklə elektrikləndirmək olar.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA-2
Keçirici və dielektriklərin elektriklənməsinin yoxlanması
Təchizat: plastmas ştativə bərkidilən metal kürə, plastmas ştativin ucuna
yapışdırılmış nazik kağız lent, metal çubuq, şüşə çubuq, yun (və ya ipək) parça, rezin
əlcək, mis məftil.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə