DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

F = k|||
r
Burada  və  - sükunətdəki yüklərin miqdarı, r - onlar arasındakı məsafə, F -
sükunətdəki elektrik yüklərinin qarşılıqlı təsir qüvvəsinin modulu (bu
1
2
2
1
2


qüvvə çox vaxt Kulon qüvvəsi adlanır), k - mütənasiblik əmsalıdır. Təcrübədən k
əmsalının qiyməti təyin olunmuşdur:
k = 9 · 10  N ·  
Kl .
Bu ifadə o deməkdir ki, hər birinin yükü 1Kl olan iki nöqtəvi elektrik yükü bir-birindən
1 m məsafədə yerləşərsə, onlar arasında 9 · 10 N-a bərabər qarşılıqlı təsir qüvvəsi
yaranar.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA
Kulon qüvvəsi nəyə bərabərdir?
Məsələ
 = 4∙10 Kl və  = -11 · 10 Kl iki nöqtəvi elektrik yükü arasındakı
məsafə 
60 sm-dir. Bu yüklər arasındakı Kulon qüvvəsini hesablayın.
AÇAR SÖZLƏR 
Qarşılıqlı təsir 
Kulon qanunu 
Nöqtəvi yük 
Burulma tərəzisi 
Kulon qüvvəsi
NƏ ÖYRƏNDİNİZ? 
Sükunətdə olan iki__vakuumda__qüvvəsi yüklərin modulları hasili ilə düz,
aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir. Bu qarşılıqlı təsir qüvvəsi__,
qanun isə__adlanır. Kulon qanunu__vasitəsilə təyin edilmişdir.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN
9
2
2
9
Şarl Kulon 
(1736-1806) 
fransız fiziki 
Elektriklənmiş cisimlərin qarşılıqlı təsir qanununu təcrübi olaraq
müəyyənləşdirmişdir.
1
-6
2
-6


1.  Kulon qüvvəsi hansı xarakterlidir: cazibə, yoxsa itələmə? Cavabınızı əsaslandırın.
2.  Nöqtəvi elektrik yükləri arasındakı məsafəni 5 dəfə artırdıqda onlar arasındakı
Kulon qüvvəsi necə dəyişər?
3.  Aralarındakı məsafə 3 sm olan iki maddi nöqtənin birinin yükü  = +5e, digəri
isə yüksüzdür. Bu nöqtələr arasındakı Kulon qüvvəsi nəyə bərabərdir?
1


5.8. Elektrik yüklərini ayıran, toplayan və ötürən
qurğular
Əksər hallarda bağdakı ağacları suvarmaq və digər məişət ehtiyaclarımızı ödəmək
məqsədilə böyük miqdar su lazım olur. Bu zaman arxda su olmadığı vaxtlar iri
çəndə topladığımız su ehtiyatı köməyimizə çatır.
Elektrik hadisələrində necə, istənilən zaman böyük miqdarda elektrik yükündən
istifadə etmək məqsədilə bu yükləri qabaqcadan toplamaq olarmı?
Kondensator
Elektrik hadisələrinə dair elmi araşdırmalarda çox vaxt böyük miqdarda müxtəlif
işarəli elektrik yüklərindən istifadə etmək lazım gəlir. Bu yükləri isə adi ebonit və ya
şüşə çubuğu parçaya sürtməklə əldə etmək mümkün deyildir.
Elektrik yüklərini toplamaq üçün istifadə edilən qurğu kondensatordur.
Kondensator latın sözü “kondensare” olub sıxlaşma mənasını verir. Ən sadə
kondensator müstəvi kondensatordur. O, aralarında nazik dielektrik qatı (məsələn,
hava) olan bir-birinə yaxın yerləşmiş iki paralel metal lövhədən ibarətdir (a). Bu
lövhələr kondensatorun köynəkləri də adlanır. Kondensator lövhələri mütləq
qiymətcə bərabər, işarəcə əks yüklərlə elektriklənir. Həmin yüklər qarşılıqlı
cəzbetmə nəticəsində lövhələrdə saxlanır. 
Kondensatorun elektrik yükünü toplamaq qabiliyyəti elektrik tutumu adlanan fiziki
kəmiyyətlə xarakterizə olunur. Elektrik tutumu böyük olan kondensator
köynəklərində daha çox elektrik yükü toplayır.
Leyden bankası adlandırılan (Hollandiyanın Leyden şəhərinin adını daşıyır) ilk
kondensatoru holland alimi Piter Muşenbruk hazırlamışdır. Leyden bankası
aşağıdakı hissələrdən ibarətdir (b): 1- şüşə banka, 2 - metal folqa: daxildən və
xaricdən bankaya örtülən bu folqa kondensator köynəkləridir, 3 - metal çubuq, 4 -
elastik metal kontaktlar (onlar metal çubuğu daxili köynəklə birləşdirir).


Kondensator ən mürəkkəb müasir elektrik avadanlıqlarının (kompüter, televizor,
mobil telefon 
və s. aparatların) əsas hissələrindən biridir. Bu aparatlarda istifadə olunan
kondensatorlar elə kiçikdir ki, onları yalnız zərrəbinlə görmək olar (c).
Elektrofor maşını
Böyük miqdarda müxtəlif işarəli elektrik yükləri ayırmaq, toplamaq və ötürmək üçün
istifadə olunan qurğu elektrofor maşınıdır (d).
Elektrofor yunanca “elektriki daşıyan” mənasını verir. O, aralarında hava olan iki
paralel plastmas diskdən (1) ibarətdir. Disklər dəstək vasitəsilə (dəstək şəkildə
görünmür) əks tərəflərə fırladılır. Böyük sürətlə fırlanan disklər aralarındakı havaya
sürtünməklə əksişarəli yüklərlə elektriklənir. Əksişarəli


elektrik yükləri disklərə toxunan metal fırçalar vasitəsilə iki leyden bankasına (2)
toplanır və bu yüklər kürəvi metal konduktorlara (3) ötürülür. 
Nəticədə konduktorlardan birində müsbət, digərində mənfi elektrik yükləri yaranır.
Yüklənən elektrofor maşınını “boşaltmaq” (yüksüzləşdirmək) üçün konduktorları
dəstəklərindən tutub bir-birinə toxundurmaq lazımdır.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN 
ARAŞDIRMA
Konduktorlar arasında qığılcım
Təchizat: elektrofor maşını. 
İşin gedişi:
1.  Elektrofor maşınının konduktorlarını dielektrik dəstəyindən tutub bir-birindən
aralayın və diskləri fırlatmaqla onları elektrikləndirin.
2.  Fırlatmağı saxlayın və dəstəklərindən tutaraq konduktorları bir-birinə
toxundurmadan yaxınlaşdırın.
Nəticəni müzakirə edin:
Elektriklənmiş konduktorları bir-birinə yaxınlaşdırdıqda nə müşahidə etdiniz?
Baş verən hadisənin səbəbini izah edin.
AÇAR SÖZLƏR 
Elektrofor maşını 
Elektrik tutumu 
Kondensator 
Leyden bankası
NƏ ÖYRƏNDİNİZ? 
Elektrik yüklərini toplamaq üçün istifadə edilən qurğu__. Kondensatorun elektrik
yükünü toplamaq qabiliyyəti__ adlı fiziki kəmiyyətlə xarakterizə olunur. __ilk
kondensatordur. Böyük miqdarda müxtəlif işarəli elektrik yükləri yaratmaq,
toplamaq və ötürmək üçün istifadə olunan qurğu__.
ÖYRƏNDİKLƏRİNİZİ YOXLAYIN 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə