DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

1. Kondensatoru necə yükləmək və “boşaltmaq” olar? 
2. Elektrofor maşını hansı məqsədlər üçün nəzərdə tutulur? 
3. Nə üçün konduktorları bir-birinə toxundurduqda elektrofor maşını yüksüzləşir?


5.9. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi
Öyrəndiniz ki,
 eyni işarəli yüklə elektriklənən cisimlər bir-birini itələyir, müxtəlif
işarəli yüklə elektriklənən cisimlər isə cəzb olunur. Apardığınız araşdırmalarda
müşahidə etdiniz ki, elektriklənən cisimlər arasındakı belə qarşılıqlı təsirlər
məsafədən baş verir. Həmçinin müşahidə etdiniz ki, bu cisimlər arasındakı məsafə
kiçildikcə qarşılıqlı təsirlər də artır.
Cisimlər arasında görünməyən elektrik qarşılıqlı təsiri məsafədən ötürən nədir?
ARAŞDIRMA-1
Elektrik qarşılıqlı təsiri məsafədən ötürən nədir?
Təchizat: dielektrik dayaq üzərinə bərkidilmiş metal kürəcik, ipək sapdan asılan
yüngül metal sfera, elektrofor maşını, mis məftil. 
İşin gedişi:
1.  Sapdan asılan B metal sferanı elektrofor maşınının konduktoruna
toxundurmaqla yükləyin.
2.  Dielektrik dayaq üzərindəki A metal kürəciyi də elektrofor maşınının eyni
konduktoruna birləşdirib metal sferanın altında müəyyən məsafədə yerləşdirin
(a).
3.  Elektrofor maşınının dəstəyini fırlatmaqla kürəciyi elektrikləndirin və cisimlər
arasında yaranan qarşılıqlı təsiri müşahidə edin.
Nəticəni müzakirə edin:
Elektrikləndirdiyiniz cisimlər (kürəcik və
sfera) arasında hansı xarakterli qarşılıqlı
təsir müşahidə olundu?
Bu təsirin məsafədən ötürülməsinin
mexanizmi nədən ibarətdir?
Bu suala ilk dəfə XIX əsrin əvvəllərində ingilis alimi M.Faradey cavab verir: “hər bir
elektrik yükünün (elektrik yüklü zərrəciyin və ya cismin) ətrafında elektrik sahəsi
mövcuddur".


Elektrik sahəsi görünmür, onun mövcudluğunu yalnız təsirləri ilə aşkar etmək
mümkündür. Elektrik yükləri öz elektrik sahələri vasitəsilə bir-birinə müəyyən qüvvə
ilə qarşılıqlı təsir göstərir. Elektrik sahəsinin elektrik yükünə təsir etdiyi qüvvə 
 
,
elektrik qüvvəsi adlanır. Çoxsaylı təcrübələrdən müəyyən olunmuşdur ki, elektrik
qüvvəsi təsir etdiyi elektrik yükünün mütləq qiyməti ilə düz mütənasibdir: 
Elektrik sahəsi bu sahədə yerləşən böyük elektrik yüklü zərrəciyə daha böyük qüvvə
ilə təsir edir. Məsələn, sükunətdə olan müsbət q  yükünün elektrik sahəsinə
gətirilən müsbət 2 q yükünə təsir edən qüvvə eyni məsafədə yerləşən müsbət q
yükünə təsir edən qüvvədən 2 dəfə böyükdür (b).
Qeyd.
Sükunətdəki elektrik yükünün yaratdığı sahə elektrostatik sahə adlanır.
Elektrik sahəsinə gətirilən yük sınaq yükü adlanır.
Elektrik sahəsinin qüvvə xarakteristikası - elektrik sahəsinin intensivliyi
Bilirsiniz ki,
 qravitasiya sahəsinin qüvvə xarakteristikası qravitasiya sahəsinin
intensivliyidir.
Qravitasiya sahəsinin intensivliyi hansı istiqamətə yönəlir?
Qravitasiya sahəsinin intensivliyinin modulu hansı fiziki kəmiyyətlərdən asılıdır?
Qravitasiya sahəsi ilə müqayisə etdikdə elektrik sahəsinin qüvvə xarakteristikası
haqqında nə demək olar: o hansı istiqamətə yönəlir və modulu hansı fiziki
kəmiyyətlərdən asılıdır?
Elektrik sahəsinin qüvvə xarakteristikası elektrik sahəsinin intensivliyidir. Elektrik
sahəsinin intensivliyi vektorial kəmiyyət olub bu sahədəki müsbət yükə təsir edən
elektrik qüvvəsinin istiqamətində yönəlir.
Elektrik sahəsinin intensivliyi—elektrik sahəsində sınaq yükünə təsir edən
elektrik qüvvəsinin bu yükün miqdarına olan nisbəti ilə ölçülən fiziki
kəmiyyətdir.
Burada 
 
- elektrik sahəsinin intensivliyi, q - sahəyə gətirilən sınaq yükü, 
 
- sınaq
yükünə təsir edən qüvvədir.
0


Elektrik sahəsinin intensivliyi vektorial kəmiyyətdir. 
 
vektoru müsbət yükə təsir
edən qüvvə istiqamətində yönəlir.
Verilmiş nöqtədə elektrik sahəsinin intensivliyi ədədi qiymətcə həmin nöqtəyə
gətirilmiş vahid yükə (1Kl) təsir edən qüvvəyə bərabərdir.
Elektrik sahəsinin intensivliyinin BS-də vahidi:
Elektrik qüvvəsi elektrik sahəsinin intensivliyi ilə sınaq yükünün miqdarı hasilinə
bərabərdir:
Kulon qanununa görə, nöqtəvi  - yükünün yaratdığı sahədə q sınaq yükünə təsir
edən elektrik qüvvəsinin modulu
olduğundan:
Nöqtəvi yükün verilmiş nöqtədə yaratdığı elektrik sahəsinin intensivliyinin modulu
yükün miqdarı ilə düz, yükdən olan məsafənin kvadratı ilə tərs mütənasibdir.
Elektrik sahəsinin intensivliyi bu sahəyə gətirilən sınaq yükündən asılı deyildir.
Nöqtəvi yükün fəzanın istənilən nöqtəsində yaratdığı elektrik sahəsinin
intensivliyinin istiqaməti necə təyin edilir?
Sahəni yaradan q  yükü müsbətdirsə, elektrik sahəsinin intensivlik vektoru
sahənin istənilən nöqtəsində radial istiqamətdə yükdən xaricə doğru, mənfidirsə,
yükə doğru yönəlir 
(c və d).
0
0


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə