Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

21

Efesdəki qızıl inəklər və (ibadətgahda) sütunların çoxu da onun hədiyyəsidir. Delfdəki Proniya ibadətgahında olan

böyük qızıl qalxan Krezdəndir. Bu hədiyyələr bu günə qədər də saxlanır, qalanları isə itmişdir. Krezin Milet bölgəsində

olan Branxidadakı hədiyyələrinə gələndə, eşitdiyimə görə, onlar eyni çəkidə olub, Delfdəki hədiyyələrə onun şəxsi var-

dövləti olub hökmdarın ata xəzinəsinin ən yaxşı hissəsini təşkil etmişdir. Qalan hədiyyələr Krez hələ taxta çıxmazdan

əvvəl əleyhinə mübarizə apardığı düşməninin əmlakına məxsus idi, Krez bu düşmən əleyhinə ona görə mübarizə

aparmışdı ki, o, lidiyalılar üzərində hakimiyyəti ələ keçirmək üçün Pantaleonta səylə kömək etmişdi. Bu Pantaleont da

Aliattın oğlu, Krezin ata bir, ana ayrı qardaşı olmuşdur. Axı, Krez Aliattın kariyalılardan olan arvadından doğulmuşdu,

Pantaleont isə ionlu arvaddan. Krez atasının iradəsi ilə hakimiyyətə keçən kimi öz rəqibini "yun darağı" dişində əzabla

öldürmək əmri vermişdi. Onun əmlakını hələ əvvəllər allaha nəzir deyən Krez taxta çıxandan sonra, yuxarıda

göstərildiyi kimi, adları çəkilən məbədgahlara göndərmişdi. Göndərilmiş hədiyyələr barədə kifayət qədər danışıldı.

93. Lidiya Tmol çayının (axarı boyu) gətirdiyi qızıl qumdan başqa özgə ölkələrdə olan diqqətəlayiq təbii sərvətlərə

malik deyil. Doğrudur, Lidiyada öz böyüklüyünə görə (misirlilərin və babillilərin tikintilərindən savayı) başqalarını

ötüb keçən bir tikinti var. Bu, Krezin atası Aliattın türbəsidir. Abidənin özülü nəhəng sal daşlardan, qalan hissələri isə

torpaq kurqandan ibarətdir. Bu abidəni bazar alverçiləri, sənətkarlar, "evdə öz peşələri ilə məşğul olan" qızlar tikmişlər.

Abidənin yuxarısında indiyə qədər qalan beş sal daş var ki, üstündə işin hansı hissəsinin hansı zümrəyə mənsub

adamlar tərəfindən görüldüyünü bildirən yazılar həkk olunmuşdur. Ölçü işi aparanda məlum olmuşdur ki, işin böyük

hissəsini qızlar yerinə yetirmişlər. Lidiyalılarda qızların hamısı əxlaq pozğunluğu edib özlərinə cehiz qazanırlar. Onlar

bunu ərə gedənə qədər edirlər, eyni zamanda, əri özləri seçirlər. Türbənin həcmi 6 stadiya və 2 plefr təşkil edir, diametri

isə 13 plefrdir. Türbəyə böyük bir göl bitişir. Lidiyalıların dediyinə görə, bu göl heç vaxt qurumur. O, Qiges gölü

adlanır. Həmin əcaib tikinti bu cürdür.

94. Lidiyalılarla ellinlərin adətləri birdir, fərqli cəhət budur ki, lidiyalılar gənc qızların əxlaq pozğunluğu etmələrinə

icazə verirlər. Bizim bildiyimizə görə, insanlar içərisində birinci olaraq onlar qızıl və gümüş sikkələr kəsmiş və

bunlardan istifadə etməyə başlamış, ilk dəfə xırda; alverlə məşğul olmuşlar. Lidiyalıların özləri təsdiq edirlər ki, indi

onlarda və ellinlərdə olan oyunlar da onların kəşfidir. Dediklərinə görə, lidiyalılar bu oyunları məhz Tirseniyaya

köçürülən zaman icad etmişlər. Onlar özləri haqqında belə danışırlar: Manes oğlu Atisin vaxtında (məhsul gəlmədiyinə

görə) bütün Lidiyada bərk aclıq başlanıb. Lidiyalılar əvvəllər ehtiyaca səbrlə dözürmüşlər, amma sonra aclıq get-gedə

güclənəndə onlar müxtəlif vasitələr fikirləşərək qurtuluş, axtarıblar. Aclıq əzabını yüngülləşdirmək üçün belə ediblər:

yemək haqqında fikirləşməmək üçün bir gün daim oyunlarla məşğul olar, o biri gün isə oyunları kəsib yemək

yeyərmişlər. Lidiyadılar 18 il bu cür yaşayıblar. Halbuki bəla azalmayıb, daha da güclənirmiş. Buna görə də, hökmdar

bütün xalqı iki yerə bölərək kimin vətəndə qalması, kimin vətəndən çıxıb getməsi üçün püşk atılmasını buyurub.

Hökmdarın özü vətəndə qalanlara qoşulub, Tirsen adlı oğlunu isə köçürülənlərə başçı qoyubdur. Püşkə görə vətəndən

çıxıb getməli olanlar dənizə doğru yola düşüb Smirnaya getmişlər. Orada gəmilər qayırıb, özlərinin bütün vacib

avadanlığını gəmilərə yükləyərək dolanışıq və təzə vətən axtarmaq üçün dənizə çıxmışlar. Xeyli ölkənin yanından

keçib ombriklər torpağına gəlmişlər və burada şəhər salmışlar. İndiyə qədər də orada yaşayırlar. Adlarını dəyişmiş,

onları dəniz arxasına aparıb çıxaran hökmdar oğlunun (Tirsen) adını götürərək, özlərinə tirsenlər demişlər. Vətəndə

qalan lidiyalıları isə farslar istila etmişlər.

95. Bundan sonra Kuruşdan söhbət gedəcək, Krezin hakimiyyətini yıxan bu adamın kim olmasından, farsların

Asiyaya necə sahib çıxmalarından bəhs ediləcəkdir. Mən Kuruşun işlərini, şəxsən onu çox tərifləməyə mail olmayıb,

ancaq həqiqəti söyləyən bəzi farsların mənə çatdırdıqları məlumat əsasında hadisələri necə deyiblərsə, eləcə də təsvir

edəcəyəm. Yeri gəlmişkən deyim ki, mən Kuruş və onun işləri haqqında başqa hekayətlər, məhz üç hekayət olduğunu

bilirəm. Yuxarı Asiya üzərində Assuriya hökmdarlığı 520 il sürmüşdür. Assuriyalılardan ilk dəfə midiyalılar qopub

ayrılmışlar. Mənə elə gəlir ki, onlar azadlıq mübarizəsində igidlik göstərmişlər və köləliyi yıxıb, azadlıq əldə etmişlər.

Sonra midiyalılar başqa xalqlara da örnək olmuşlar.

96. Lakin bu materikin bütün xalqları təzəcə azadlıq əldə edən kimi, yenidən əsarət altına salınmışlar. Bu da bax

belə baş vermişdir: Midiyada Frəörtənin oğlu Deyok40 deyilən müdrik adam yaşayırmış. Həmin bu Deyok hökmdar

olmaq həvəsinə düşür və öz arzusunu bax belə həyata keçirir: O vaxt lidiyalılar kəndlərdə yaşayırlarmış. Deyok özünün

(doğma) kəndində hələ əvvəllər də hörmət qazanıbmış, sonra isə məhkəmə işlərinə baxaraq daha səylə haqq-ədalət

gözləyirmiş. Bütün Midiyada böyük qanunsuzluq hökm sürsə belə, Deyok əyriliyin düzlüyə həmişə düşmən olduğunu

bilə-bilə yenə ədalətli hərəkət edirmiş. Həmkəndliləri onun bu qabiliyyətini görüb onu özlərinə məhkəmə hakimi

seçmişlər. Deyok isə hökmdarlığa çatmaq niyyəti ilə məhz bu cür təmiz və haqpərəst hakim olmuşdur. Bununla da öz

həmkəndlilərinin kifayət qədər təqdirini qazanmış, hətta (əvvəllər ədalətsizlik qurbanı olmuş) başqa kənd sakinləri də

Deyokun yeganə ədalətli hakim olduğunu eşidib, öz çəkişmələrini həll etmək üçün onun yanına gəlirmişlər və belə-

belə, axırda ancaq ona etibar göstərməyə başlamışlar.

97. Beləliklə, Deyokun yanına gələn adamların (sayı) getdikcə çoxalırmış, çünki onlar Deyokun ədalətli hökmlər

çıxardığını eşidirmişlər. Onda Deyok qərara gəlir ki, (indi) hər şey onun əlindədir və əvvəllər camaata məhkəmə

qurduğu (kürsüdə) əyləşməkdən imtina eləyir. O bildirir ki, daha bundan sonra məhkəmə qurmayacaqdır. Belə ki, öz

işlərinə biganə qalaraq, günlərlə özgələrin çəkişmələrini həll etmək onun üçün əlverişli deyil. Bu vaxt kəndlərdəki

qanunsuzluq əvvəlkindən də betərləşir. Onda midiyalılar vəziyyəti müzakirə etmək üçün bir yerə toplaşırlar. Bu zaman,

mənim düşündüyümə görə, Deyokun tərəfdarları təxminən bax belə deyirlər: "Bundan sonra biz əvvəllər yaşadığımız

kimi yaşaya bilmərik. Gəlin özümüzə hökmdar seçək. Onda torpağımızda qanun və qayda hökm sürər, özümüz də adi

işlərimizə qayıda bilərik və qanunsuzluq vətənimizi buraxıb getməyə bizi məcbur edə bilməz". Onlar bu cür sözlərlə,

ümumən, bir-birini inandırırlar və hökmdar seçmək qərarına gəlirlər.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə