Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə28/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

29

151. İdada məskunlaşan və xüsusi qrup təşkil edən əhalidən başqa (Asiya) materikindəki eoli şəhərləri bu

saydıqlarımdan ibarət olmuşdur. Adanın şəhərlərindən beşi Lesbosda yerləşir (Lesbosdakı altıncı şəhəri-Arisbanı

mefimnalılar istila etmişlər. Halbuki, həmin şəhərlərin əhalisi qan qohumu olmuşlar). Şəhərlərdən biri Tenedosda, biri

də "yüz adalı" deyilən yerdədir. Beləliklə, lesboslular və tenedoslular üçün (eləcə də adalardakı ionlar üçün) hələlik

(farslardan) ehtiyat etməyə dəyməzdi. Qalan eoli şəhərləri birləşərək hər cəhətdən ionların arxasınca getmək qərarına

gəlmişlər.

152. İon və eoli elçiləri (onlar çox tələsirdilər) Spartaya gələndə Piferm adlı Fokeya elçisini özlərinə nümayəndə

seçmişlər. Piferm əyninə al qırmızı paltar geyinib ki, spartalılar onun gəldiyini eşitsələr, mümkün qədər daha çox

toplaşsınlar. Sonra o, (lakedemonluların yığıncağında) uzun bir nitqlə çıxış edib kömək istəmişdir. Lakedemonlular isə

ona heç qulaq asmayıb, ionlara kömək göstərməkdən imtina etmək qərarına gəlmişlər. Elçilər öz evlərinə qayıtmışlar.

Lakedemonlular isə ionlara rədd cavabı vermələrinə baxmayaraq, hər halda 50 avarlı bir gəmini, mən bilən, Kuruşun

ionlarla müharibəsini müşahidə etmək üçün göndərmişlər. Lakedemon gəmisi Fokeyaya çatanda spartalılar Lakrin adlı

ən hörmətli adamı Sardaya göndərib, lakedemonlular adından bunu Kuruşa bildirməyi tapşırmışlar ki, onlar bir dənə də

Ellin şəhərinin Kuruş tərəfindən qarət olunmasına imkan verməyəcəklər.

153. Carçının bu sözlərindən sonra, deyilənə görə, Kuruş öz məiyyətindəki ellinlərdən soruşmuşdur ki, bu

lakedemonlular kimlərdir və onlar nə qədər çoxdurlar ki, belə sözlər deməyə cəsarət edirlər? Kuruş onlardan cavab alıb

Sparta carçısına deyir: "Şəhərlərinin ortasında camaatın yığışması üçün müəyyən yer olan və orada bir-birini aldadıb,

yalan andlar içən adamlardan qorxmuram. Əgər sağ qalaramsa, onlar ionların deyil, şəxsən öz işlərini müzakirə etməli

olarlar". Kuruş bu həqarətli sözləri ona görə bütün ellinlərin üzünə çırpmışdı ki, onlar hər şeyi bazarlarda alır və satırlar

(axı, farslarda bazar alveri, hətta bazar yoxdur). Bundan sonra Kuruş Sardanın idarəsini Təbəl adlı farsa, Krezin və

başqa lidiyalıların qızılını saxlamağı da lidiyalı Paktiyə tapşırmışdır. Özü isə hələlik ionlara heç bir əhəmiyyət

verməyərək Krezlə birlikdə Akbatanaya qayıtmışdır. Axı, Babil, Baktriya xalqı, sakalar və misirlilər Kuruşa əngəl

törədirdilər. Kuruş məhz özü bu xalqlara qarşı yürüşə getmək, ionlara qarşı da başqa bir sərkərdə göndərmək fikrində

idi.

154. Kuruş Sardadan gedəndən sonra Pakti Təbələ və Kuruşa qarşı üsyan qaldırıb, Sardadakı bütün qızılı götürərək



dənizə tərəf hərəkət etmişdir. O, öz ətrafına muzdlu əsgərlər toplamağa və dəniz sahili boyu (şəhərləri) yürüşə

qoşulmağa inandıra bilib. Sonra Pakti Sardaya hərəkət edib, qalaya sığınmış Təbəli mühasirəyə salıbdır.

155. Bu xəbəri yolda eşidən Kuruş Krezə bax, belə deyib: "Krez! Bütün bunlar nə ilə qurtaracaqdır? Görünür

lidiyalılar özlərinə və özgələrinə başağrısı verməkdən əl çəkməyəcəklər. Düşünürəm ki, onları qul kimi satmaq daha

yaxşı olmazmı? Atanı öldürüb, onun ömrünü uşaqlarına bağışlayan bir nəfər kimi, deyəsən, mən də ağılsız iş

görmüşəm. Bax, indi mən də, lidiyalılar üçün atadan da artıq olan səni əsir apardığım halda, paytaxtı lidiyalıların

özlərinin ixtiyarına qoyub gedirəm, hələ bir mənə qarşı üsyan qaldırdıqlarına görə təəccüb də edirəm!". Kuruş

ürəyindəkiləri belə izhar edir. Krez də fars hökmdarının Sardanı dağıdacağından qorxuya düşərək ona belə cavab verir:

"Şah! Sən tam haqlısan, amma hər halda, hər hansı səbəbdən hirslənərək nə keçmiş, nə də indiki hadisələrə görə heç bir

günahı olmayan qədim şəhəri dağıtmaq da lazım deyil. Axı, keçmişin günahı mənim boynuma düşür, buna görə mən öz

başımla cavab verərəm. İndiki üsyanın müqəssiri isə Paktidirki, sən özün Sardanı onun ixtiyarına vermisən, özün də

indi onu cəzalandır! Lidiyalılara isə mərhəmət göstər. Onların bir də qiyam qaldırmamaları, sənin də onlardan ehtiyat

etməməyin üçün belə elə: carçı göndərib onların döyüş silahı gəzdirmələrini yasaq elə və əmr ver ki, plaşın altından

xiton, ayaqlarına da hündür çəkmə geyinsinlər. Bundan sonra da buyur ki, onlar uşaqlarına kifara və lira çalmağı

öyrətsinlər və xırda alverlə məşğul olsunlar. Şah, onda sən görərsən ki, onlar lap tezliklə ərlikdən düşüb necə arvada

dönürlər! Beləliklə də, sən heç vaxt üsyandan qorxuya düşməli olmayacaqsan".

156. Krez ona görə Kuruşa belə məsləhət vermişdi ki, o, lidiyalılar üçün bu cür qisməti qul kimi satılmaqdan üstün

tutmuşdur. Krez inanırdı ki, qəti səbəb olmadan Kuruşu öz qərarından döndərmək olmaz. O, bundan da ehtiyat edirdi

ki, lidiyalılar bu dəfə sərt təhlükədən qurtara bilsələr də, farslara qarşı yenidən üsyan qaldırsalar, onda məhvə məhkum

edilərlər. Bununla belə, Kuruş Krezin sözlərindən çox sevindi qəzəbini cilovladı və onun məsləhətincə hərəkət

edəcəyini söylədi. Bundan sonra şah midiyalı Mazaresi hüzuruna çağırmağı buyurur və Krezin məsləhətini lidiyalılara

çatdırmağı ona əmr edir. Bundan başqa, Kuruş buyurur ki, lidiyalılarla birlikdə Sardanın üstünə gedənlərin hamısı qul

edilsin, Paktinin özü də hökmən diri tutulub gətirilsin.

157. Kuruş bu əmrləri yol üstündəcə verib, sonra fars sərhədlərinə doğru hərəkət eləyir. Pakti də əleyhinə

göndərilmiş fars qoşununun yaxınlaşdığını eşidib qorxudan Kimaya qaçır. Bu arada midiyalı Mazares fars qoşununun

başında olmaqla Sardaya gedir, amma Pakti tərəfdarlarını artıq orada tapmır. O, hər şeydən əvvəl lidiyalıları Kuruşun

əmrlərinə tabe olmağa məcbur edir, bunun da nəticəsində lidiyalılar özlərinin bütün həyat tərzini dəyişməli olurlar.

Bundan sonra Mazares Paktini təslim etmək tələbi ilə Kima şəhərinə carçı göndərir. Kima camaatı Branxida

(ibadətgahında) məsləhət üçün allaha müraciət etmək qərarına gəlirlər. Orada qədimdən qeybdən buyruq gətirən

rəmmal vardı, bütün ionlar və eolilər, adətən, ona sorğular verirdilər. Bu yer də Milet bölgəsindəki Panorma limanından

yuxarıda yerləşir.

158. Beləliklə, kimalılar allaha sorğu vermək üçün Branxidaya elçilər göndərirlər ki, allahı mərhəmətə gətirmək

üçün Pakti ilə necə rəftar edəcəkləri haqqında buyruq eşitsinlər. Elçilər allaha sorğu verib cavab alırlar: Paktini farslara

təslim etmək! Kimalılar allahın bu bəyanını eşidib, Paktini təslim etməyi qərara alırlar. Lakin, xalq bunu yerinə

yetirməyə hazırlaşanda hörmətli vətəndaşlardan olan Heraklid oğlu Aristodik onları bu işdən dayandıra bildi. O,

elçilərin yalan danışdığını güman edərək, bəyanın doğruluğundan şübhələndi. Nəhayət, kimalılar Pakti haqqında allaha

sorğu vermək üçün başqa elçilər göndərdilər (Aristodik də onların arasında idi).



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə