31
yaraları hələ soyumamıĢ, Osmanlı dövləti özünü Birinci Dünya müharibəsinin
içində gördü.
2
Birinci Dünya müharibəsi Osmanlı dövlətinin parçalanması və
Avstriya-Macarıstan imperatorluğuna yaxĢı bir dərs verilməsi üçün ortaya
atılmıĢdı. Bu məqsədlə müharibədən əvvəl Baltik körfəzindəki kiçik bir qəsəbədə
Ġngiltərə ilə Rusiya arasında gizli bir müqavilə də olmuĢdu. Bu gizli müqavilənin
sənədləri Rusiyada meydana gələn bolĢevik inqilabından sonra açıqlanmıĢdı.
1914-cü ilə gələnə qədər bəzi dövlətlərin türk və islam aləmi ilə dünyaya
baxıĢını da qısaca xülasə etməkdə fayda var.
a.İngiltərə: Ġngiltərənin ġərq ölkələrindəki mənfəətlərinin sərhədi, Osmanlı
dövlətinin Ģərq hüdudlarından baĢlayırdı. Müstəmləkələrinə gedən yol da SüveyĢ
kanalı daxil olmaqla Osmanlı torpaqlarından keçirdi. Rusiya ilə Türkiyə arasında
siyasi və ya hərbi bir anlaĢılmazlıq, ya da savaĢ ortaya çıxınca, mənfəətləri üçün
dərhal Osmanlı dövlətinin yanında yer alırdı. Ġngiltərə, Ġstanbul ilə Osmanlı
idarəçiliyi altında olan qeyri-müsəlmanlar, ya da o biri islam cəmiyyətləri və
xüsusilə
ərəblər
arasında
bir
anlaĢılmazlıq
ortaya
çıxdığı
zaman
da Sultana qarĢı bunları dəstəkləyirdi. Osmanlı dövlətindən ayrılıb müstəqil
dövlət qurmaq istəyən azlıqları və bunlara aid gizli təĢkilatlarını bəzən örtülü,
bəzən də açıqca dəstəkləmiĢ, irəlidə özünə minnətdar qalacaq dövlətlər qurulması
üçün cəhd göstərmiĢ, bu birlikləri himayəsinə almıĢdı.
b.Rusiya: Rus çarları dəli Pyotrun vəsiyyətinə görə, Hindistan, Bəsrə
körfəzi və Aralıq dənizini nəzarət altına alaraq, dünyaya hakim olma ideyasını
dövlətin təməl ideologiyası halına gətirmiĢdilər. Bu düĢüncədən hərəkət edərək,
Türküstanı iĢğal etmiĢlər və Hindistana çatmaq yolunda əhəmiyyətli bir addım
atmıĢdılar. Türküstanın ələ keçirilməsindən sonra uzun illər boyu Osmanlı
dövlətini bölüb, parçalayaraq udma, ya da himayəsinə alma və ya tamamən ilhaq
etmə siyasəti izləmiĢdi. Rusiya tarix boyu Orta Asiya və Qafqazda yaĢayan türklərə
qarĢı olduğu kimi, bu üç siyasət tərzindən birini və ya eyni anda üçünü birdən
Osmanlı dövlətinə qarĢı tətbiq etməyə çalıĢmıĢdır. Rusiya "isti dənizlərə çıxma"
siyasətinin birinci addımı olan Balkanlar ilə Ġstanbul və Çanaqqala boğazlarını ələ
keçirərək, Aralıq dənizini nəzarət altına almaq, ikinci addımını təĢkil edən Qafqaz,
Azərbaycan və Ġran üzərindən Bəsrə körfəzinə çatmaq hədəfindən heç bir zaman
vaz keçməmiĢdi. Rusiyanın bu iki təməl hədəfinə çata bilmək üçün qarĢısındakı tək
əngəl isə Osmanlı dövləti idi. Bu baxımdan əvvəlcə Osmanlı dövlətinə və
bilavasitə hədəflərinə çatmaq üçün Türkiyəyə yardım edən Ġngiltərə və Fransa
dövlətlərinə qarĢı da düĢmənçilik güdmüĢdü. Xüsusilə 1850-ci illərdən sonra
Balkanlardakı slavyan əsilli xalqlara və Qafqazda da ermənilərə qarĢı qoruyucu və
dəstəkləyici bir siyasət tətbiq etmiĢdi. Beləliklə, yuxarıda xülasə etməyə
çalıĢdığımız üç ana siyasətinin yanına dördüncüsünü əlavə etmiĢdi. Bu da
"Balkanlar və Qafqazda Rusiyaya minnətdar dövlətlər yaratmaq və avropalılarla
32
birləĢərək Osmanlı dövlətini paylaĢmaq" Ģəklində xülasə edilə bilir. Rusiya xülasə
etməyə çalıĢdığımız siyasi hədəfini həyata keçirə bilmək üçün 1900-cü ildən
etibarən bütün gücünü bu sahəyə vermiĢdi.
c.Fransa: Bu dövlətin siyasəti Ġngiltərə ilə oxĢar idi. Fransa Qanuni Sultan
Süleyman dövründən Krım müharibəsinə (1535-1856) qədər keçən müddətdə Orta
ġərqdə əhəmiyyətli rol oynamıĢdı. Ancaq bu tarixlərdən sonra Aralıq
dənizi və Orta ġərqdə Fransanın yerini Ġngiltərə almıĢdı. Ġngilislərin önə çıxmasını
qısqanclıqla izləyən Fransa bu dövlətin Orta ġərqdə rəqibi halına gəlmiĢdi. Bu
rəqabət nəticəsində Ġngiltərə Orta ġərqdə yəhudiləri, erməniləri və ərəblərdən bəzi
qrupları dəstəkləyirdi. Fransa isə bir tərəfdən Livan ilə Suriyadakı ərəblərə dəstək
verir, digər tərəfdən də ingilislərə qarĢı türklərin yanında yer alırdı.
d.Almaniya: Berlindəki rəhbərlər XVIII yüzillikdə Balkanlardakı bəzi
qeyri-müsəlman xalqlarla az da olsa əlaqə qurmuĢdular. Fəqət 1878-ci ildə
imzalanan Ayestefanos və Berlin müqavilələrindən sonra Osmanlı dövlətinin
torpaqları və Ģərq xalqları ilə daha yaxından maraqlanmağa baĢladılar. Almaniya
bu tarixlərdən sonra "ġərqə doğru" siyasəti inkiĢaf etdirdi. Berlindən Vyanaya,
oradan Sofiya və Ġstanbul üzərindən Bağdada uzanan bir siyasət yeritməyə
baĢladılar. Gizli arzularına çatmaq üçün Osmanlı Dövləti ilə Berlin-Bağdad dəmir
yolu
xəttinin
çəkilməsi
ilə
əlaqədar
bir
müqavilə
imzalamaq
istəyirdilər. Dəmir yolunun inĢası və idarəsinin imtiyazını almaq surətiylə
hədəflərinə bir addım daha da yaxınlaĢmıĢ olacaqdılar. Almanlar Berlin-Bağdad
dəmir yolu imtiyazını alaraq, Orta ġərqdəki xam maddəni ölkəsinə daĢımağı və
məhsulu da bölgəyə asanca çatdırmağı hədəfə alırdı. Bu mənfəətlərini sürdürmək
üçün bir tərəfdən Rusiya, digər tərəfdən Ġngiltərə və Fransaya qarĢı Osmanlı
dövlətini nəzarət altında saxlamağa çalıĢırdı. Müharibənin olması halında bu
mənfəətlərini qorumaq və davam etdirə bilmək üçün dəmir yolu vasitəsilə
əsgərlərini Avropadan Bəsrə körfəzi və Hind okeanı ilə Uzaq ġərqə asanca
daĢımağı hesablayırdı.
e.İtaliya: Bu dövlət milli birliyini 1900-cü illərə doğru təzəcə tamamlaya
bilmiĢdi. Ġtaliya cəmiyyətdə gərəkli razılaĢmanı təmin etdiklərinə inandıqdan sonra
ata-babalarından qalan müstəmləkəçilik ruhunun vacibliyini həyata keçirməkdə
gecikmədi. Aralıq dənizi bir güc halına gəlincə, Orta ġərqdəki ən yaxın torpaqlara
qarĢı hərəkətə keçdi. Əvvəlcə Osmanlı dövlətinə aid olan Trablisqərb və ardından
da Adalar dənizindəki (Egey dənizi) 12 adanı iĢğal etdi. Orta ġərq və Türkiyədən
daha artıq pay tutmaq üçün də Ġngiltərə və Fransanın yanında yer aldı.
Eyni coğrafiyada gözü olan və milli mənfəətləri Osmanlı dövlətinə aid
torpaqlar üzərində toqquĢan bu dövlətlər, hədəflərinə necə çatacaq, bunu hansı
yolla əldə edəcəkdilər? Bu dövlətlər ya anlaĢacaqlar, ya da savaĢaraq hədəflərinə
çatacaqdılar. Rusiya və Ġngiltərə milli mənfəətləri naminə öz aralarında gizli