26
aralarında və məhəlli səviyyədə gələcəkləri haqqında mübahisə etməyə, daha
doğrusu, sıxıntılarını dilə gətirməyə baĢlamıĢdılar.
Fevral inqilabının ilk günlərindən etibarən Krımda Ağməscid (Simferopol),
Ġtil-Ural bölgəsində Kazan, Ufa, Orenburq, Astraxan, Bakı və DaĢkənddə milli
səviyyədə siyasi və sosial fəaliyyətlər baĢladı. Türk ziyalıları bir yandan da qəzet
və jurnal çıxarırdılar. Bəziləri milliyyətçi, bəziləri də sosialist və liberal cərəyanları
təmsil edən qruplar təĢkil etdilər. Bunların bir qismi "Milli Mərkəz", "Milli ġura",
ya da "Müsəlman Mərkəzi ġurası" kimi adlar altında təĢkilatlanmağa cəhd
göstərirdilər.
Qafqazda yaĢayan türklər və müsəlmanlar isə 1917-ci ilin aprel ayında
Bakıda bir toplantı təĢkil etdilər. Bu böyük qurultaya Azərbaycan, Ermənistan,
Gürcüstan, Dağıstan və ġimali Qafqazdan nümayəndələr qatıldı. Qurultayda
Qafqazda yaĢayan müsəlmanların siyasi gələcəyi və rus inqilabından nə
gözlədikləri müzakirə olunacaqdı. Qafqazın ən önəmli iki quruluĢu qurultayda
ağırlığını dərhal hiss etdirdi. Milliyyətçi qanadı M.Ə. Rəsulzadənin rəhbərlik etdiyi
"Müsavat Xalq Partiyası", Ġslamçı qanadı Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi
"Türk Ədəmi-Mərkəziyyət Partiyası" təmsil edirdi. Qurultaya qatılan Əlimərdan
bəy TopçubaĢov kimi liberallar da milliyyətçiləri dəstəkləyirdi. Marksist və
sosialistlər isə N.Nərimanovun rəhbərlik etdiyi "Hümmət Partiyası"nın ətrafında
toplanmıĢdılar.
37
Qurultayda milliyyətçilər, islamçılar və sosialistlər qarĢılıqlı bir fikir
münaqiĢəsi aparırdılar. Milliyyətçilər Rusiyada yeni idarə forması olaraq "hər
bölgədə federasiya prinsipinə əsaslanan bir respublika" qurulmasını, digər qruplar
isə mərkəzi sistemin qorunmasını istəyirdilər. Ġslamçılar qurulacaq yeni Rusiya
dövlətində yaĢayan müsəlmanları vahid dini idarə ətrafında toplaya biləcəklərini
düĢünürdülər.
38
Hərarətli mübahisələrdən sonra konqres Rusiyada federativ əsasa
dayanan respublika sisteminin qurulmasının müsəlman (türk) millətlərin
mənfəətinə uyğun olduğuna dair qərar aldı. Federativ əsasının, zamanı gəldiyində,
türklərin Rusiyadan asanlıqla qopa bilməsi üçün ilk addım olduğu da bildirilirdi.
39
Fevral inqilabından sonra Rusiya türkləri arasında baĢlayan milli oyanıĢı ümumi
bir toplantıda dəyərləndirib, gələcəklə və millətin müqəddəratı ilə əlaqəli bəzi
qərarları ala bilmək üçün iĢlər görülməyə baĢlandı. Bunlar arasında qeyd edilməyə
dəyər ən əhəmiyyətli iĢ olaraq Peterburqda təĢkil edilən açıq və xüsusi toplantılar
göstərilə bilər.
40
Dövlət Duması müsəlman qrupu üzvləri, Peterburqda təĢkil etdikləri
görüĢmələrdə Rusiya müsəlmanlarının qurultayını toplama qərarı aldılar. Qurultaya
türk və müsəlman əsilli cəmiyyətlərin hər birindən təmsilçi dəvət edildi. Rusiya
Ümum Müsəlmanları Qurultayı 1-11 may 1917-ci ildə Moskvada oldu. Qurultaya
900-ə qədər nümayəndə qatıldı. Edilən hərarətli müzakirə və mübahisələrdən sonra
27
M.Ə.Rəsulzadənin öncülük etdiyi Rusiyanın federal quruluĢa dayanan bir dövlət
olması ilə bağlı görüĢü, mərkəziyyətçi, ancaq mədəni muxtariyyətlə kifayətlənən
təklif qarĢısında üstün gələrək qurultayda qəbul edildi. Rusiya Müsəlmanları Milli
ġurası təĢkil edildi və fəaliyyət göstərəcək heyət üzvləri də təyin olundu.
Qurultayın bağlayıcı heç bir gücü yox idi. Bu qurultay yüz illərlə Rusiyanın
əsarətində yaĢayan türk millətinə mənsub müxtəlif qövm, boy və qrupları təmsil
edən vəkillərin bir araya gələrək bəzi siyasi və sosial mövzuları gündəmə
gətirmələri və bir Ģura qura bilmələri baxımından böyük əhəmiyyət daĢıyırdı.
Konqresdə nitq söyləyənlər arasında mühafizəkarlar, dini cərəyanların təmsilçiləri,
liberallar, türk birliyi tərəfdarları, ən ifrat uclara mənsub sosialistlər, kommunistlər,
sosial demokratlar da var idi. Qurultayın iĢində əhəmiyyətli görüĢlər ortaya
atılmıĢdı. Fəqət daha sonra ortaya çıxan siyasi irəliləyiĢlərə baxıldığında "ortaq
düĢmən" olan ruslara qarĢı türk əsilli qrupların birlik olması və türk birliyinə gedən
siyasi təĢəkkül, ya da dövlət qurma kimi təĢəbbüsləri mümkün olmadı. Hər qrup öz
mənfəətlərini, bu qrupların liderləri də Ģəxsi qovğalarını önə çıxardılar. Bu
qovğaların nəticəsində paytaxtı St.Peterburq olan Çar Rusiyası daha da müasir bir
Rus çarlığı olaraq yenidən ortaya çıxdı. Adı da Sovet Ġttifaqı oldu.
1.
Əhməd Ardel, Türklərin yer üzündə yayılıĢı və yerləĢdikləri sahələrin
coğrafi xüsusiyyətləri, Konfranslar, Ġ (1964), Ankara, 1965, s. 22.
2.
RüĢdü, Böyük Hərbdə Bakı yollarında 5-ci Qafqaz piyada firqəsi, 93
saylı "Hərbi məcmuənin 34 saylı tarix qismi, Hərbi mətbəə, Ġstanbul, 1934, s. 28;
Əhməd Ardel, Türklərin yer üzündə yayılıĢı və yerləĢdikləri sahələrin coğrafi
xüsusiyyətləri, s. 23.
3.
RüĢdü, Böyük Hərbdə Bakı yollarında, s. 26; RüĢdü bəy belə bir
müĢahidəsini anladır: "Bu bölgədəki dəmiryol vağzalı məmurları üzlərini
ağcaqanadlardan qorumaq üçün gecələri, xüsusi olaraq düzəldilmiĢ on-on beĢ metr
yüksəklikdəki qüllələrdə yatardılar.
4.
Akdes Nemət Kurat, IV-XVIII əsrlərdə Qara dənizin Ģimalındakı türk
qövm və dövlətləri, Türk Tarix Qurumu nəĢriyyatı, Ankara, 1972.
5.
Bu mövzuda daha geniĢ məlumat üçün bax: Yılmaz Öztuna, Ġslam
Dövlətləri, I c, Ankara, 1989.
6.
Fars əsilli Rza ġah Pəhləvi, 1925-ci ildə Ġrandakı son türk sülaləsini
devirərək hakimiyyəti ələ keçirmiĢdi.
7.
Bax: Mehməd Altay Köymən, Toğrul bəy və dövrü, Ġslanbul, 1976.
8.
Bax: Məhməd Altay Köymən, Alp-Arslan və dövrü, Ankara, 1983.
9.
Houstma, Ġraq və Xorasan Səlcuqluları tarixi, (tərc. Qıvaməddin
Burslan), Maarif Mətbəəsi, Ġstanbul, 1943.
10.
Bax: Aydın Taneri, Cəlaləddin XarəzmĢah və dövrü, Ankara, 1977.