324
Türk hərbi birlikləri Dərbənddən Mahaçqala yaxınlığına qədər dəmir yolu
boyunca 130, mühasirə qüvvələrinin irəlilədiyi qərb və Ģimal bölgələrində isə 175
kilometrdən artıq yol qət etmiĢdi. Bu hərəkat əsnasında düĢmən daima sayca üstün
idi və arasıkəsilmədən əlavə kömək alırdı. Məğlub olaraq çəkilməyə məcbur olan
düĢmən birlikləri sonradan daha yaxĢı müdafiə oluna biləcək mövqelərə
çəkilirdilər. DüĢmənin sol cinah qüvvələri Xəzər dənizinə və buradakı döyüĢ
gəmilərində olan top atəĢlərinə söykənirdi. Mərkəzdə isə çox fəal və son dərəcə
dəqiq topçu atıĢı olan zirehli qatarlar var idi. Sağ cinahda isə süvarilər
yerləĢdirilmiĢdi. Məğlub olub geri çəkilərkən, əsgərlər və atları hazır dayanıb
gözləyən qatarlara mindirərək geri mövqelərə göndərirdilər. Bəzən olduqları
mövqelərdə müqavimət göstərir, bəzən də hücuma keçirdilər. Mahaçqaladan böyük
sürətlə əsgər və sursat yardımı almaq imkanları vardı. Tarki dağı isə hər cür qüvvə
və təchizata malik təbii bir mövqe idi. Dağıstanda döyüĢən düĢmən qüvvələr, əsas
etibarilə bir qismi ingilis və ruslardan, böyük əksəriyyəti də rus kazakları, yerli
xalq və ermənilərdən təĢkil olunmuĢdu. Əsgərləri yaxĢı idarə edən komandir heyəti
var idi. Bunun müqabilində ġimali Qafqaz Respublikası, öz ölkələrini qorumağa
qalxan vətəndaĢlarından kifayət qədər silahlı adam toplaya bilməmiĢdi.
15-ci piyada diviziyası Rumıniyadan Batuma, oradan da Gümrüyə keçdiyi
zaman, 38-ci və 56-cı alayların bir çox təchizatı 9-cu Ordu Komandanlığı
tərəfindən alınmıĢdı. Bakı yaxınlığında və Dağıstanda dayanmadan irəliləyərək
döyüĢmüĢ, itkilər və xəstəlik səbəbindən tərkibi xeyli azalmıĢdı. Bu itkilərin yerini
doldurmaq üçün Azərbaycan və Dağıstandan əsgərlər toplanaraq bölüklərə
paylanmıĢdı. Lakin bunların sayı az, döyüĢ qabiliyyətləri isə yox dərəcəsində idi.
Diviziyanın sərəncamına verilən 107-ci alayın sıraviləri isə ərəblərdən ibarət idi.
DöyüĢ gücü və qabiliyyəti aĢağı idi. Bu səbəbdən 107-ci alaya daim ikinci dərəcəli
tapĢırıqlar verilir və güclü nəzarət edilirdi. 15-ci piyada diviziyasının pulemyot və
topçu bölüyü mükəmməl hazırlıq keçmiĢdi. Dağıstan hərəkatında qüdrətli dağ
topçu batareyasının, xüsusilə zirehli qatarlara və əhəmiyyətli hədəflərə tuĢladığı
atəĢlər çox uğurlu nəticələr vermiĢdi. Diviziyanın cəbbəxanası kifayət qədər idi,
ancaq təchizat bölükləri geri çəkildiyi üçün daima çətinliklərlə qarĢılaĢmıĢdı.
Yusif Ġzzət paĢanın yerli xalqdan təĢkil etməyə çalıĢdığı 1-ci süvari və 4-cü
piyada diviziyaları, lazımi səviyyədə xidmət etməmiĢdilər. Dağıstan hərəkatının
əsas ağırlığı 15-ci piyada diviziyasının üzərinə düĢmüĢdü. Uzun təcrübələrlə yaxĢı
yetiĢən diviziyadakı zabitlərin aldığı əmri tərəddüd etmədən yerinə yetirməsi,
komandirin lazımi anlarda ərazidəki qoĢun bölüklərinə izahat verməsi, alayların
vəziyyət nəzərə alınaraq növbə ilə döyüĢə cəlb edilməsi, topçuların ön sıralarda
yerləĢdirilməsi, komandir və qərargah rəislərinin döyüĢlərdə bəzən ön sıralarda
döyüĢmələri və s. Dağıstandakı müharibənin qalibiyyətlə baĢa çatmasına gətirib
çıxarmıĢdı.
325
1.
Kurat, Türkiyə və Rusiya, s. 480-481.
2.
Yenə orada, s. 482.
3.
Yenə orada.
4.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı,
II c, s. 595.
5.
Berkok, böyük hərbdə ġimali Qafqazdakı fəaliyyətlərimiz, s. 23.
6.
Bu müraciət üçün bax: Əlavə 6.
7.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II
c, s. 595.
8.
Kurat, Türkiyə və Rusiya, s. 483-485.
9.
Yenə orada, s. 487.
10.
Hərbi yardım haqqında müqavilə üçün bax: Əlavə 7.
11.
Kurat, Türkiyə və Rusiya, s. 488: Berkok, böyük hərbdə ġimali
Qafqazdakı fəaliyyətlərimiz, s. 18.
12.
Bayur, Türk inqilabı tarixi, III c, IV qisim, s. 252.
13.
Bu bildiriĢ üçün bax: Əlavə 9.
14.
Kurat, Türkiyə və Rusiya. s. 488.
15.
Berkok, böyük hərbdə ġimali Qafqazdakı fəaliyyətlərimiz, s. 44.
16.
Bayur, Türk inqilabı tarixi, III c, IV qisim, s. 254.
17.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı,
II c, s. 596.
18.
Yenə orada.
19.
Yenə orada, s. 597.
20.
Yenə orada.
21.
Yenə orada. s. 595.
22.
Berkok, böyük hərbdə ġimali Qafqazdakı fəaliyyətlərimiz, s. 39-40.
23.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı,
II c, s. 596.
24.
Berkok, böyük hərbdə ġimali Qafqazdakı fəaliyyətlərimiz, s. 146.
25.
Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və
ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 61.
26.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı,
II c., s. 599.
27.
Süleyman Ġzzət, böyük hərbdə 15-ci piyada tüməninin Azərbaycan və
ġimali Qafqazdakı hərəkat və döyüĢləri, s. 68.
28.
Zirehli qatarlarda bir lokomotiv və altı vaqon olurdu.
29.
Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı,
II c, s. 599.