320
toplaya bildi. Yenidən nizama salaraq Biçeraxov qüvvələrinə qarĢı hücuma keçirdi
və düĢmənin tamamilə geri oturdulmasını təmin etdi. Hədəfdəki Tarki dağının
2362 və 1579 m yüksəklikdəki təpələri qanlı döyüĢlərdən sonra ələ keçirilə bildi.
Ġki gün davam edən qanlı döyüĢlər çox ağır Ģəraitdə və dondurucu soyuqlar altında
cərəyan etmiĢdi. BaĢda Süleyman Ġzzət bəy olmaqla, zabit və əsgərlərin bir çoxu
malyariyaya tutulmuĢdu. Yüksək hərarət və malyariya ağrıları altında
qəhrəmanlıqla vuruĢurdular
54
.
6 noyabr 1918-ci ildə səhərin erkən saatlarında bütün istiqamətlərdən
baĢlayan hücumda, axĢam saatlarına doğru Biçeraxov qüvvələri böyük tələfat
verərək geri çəkilməli oldular. Mahaçqala istiqamətində qaçan düĢmən, ciddi təqib
altındaydı.
Süleyman Ġzzət bəy də bu müharibədə yaralanmıĢdı
55
. Artıq dağınıq halda
qaçan Biçeraxov qüvvələrinin məhv edilməsi və Mahaçqalanın ələ keçirilməsi
asanlaĢmıĢdı. Çox ağır Ģərtlərlə cərəyan edən Tarki dağı döyüĢü qələbə ilə baĢa
çatmıĢdı
56
. 6 noyabr müharibəsi bir aya qədər davam edən qanlı döyüĢlərin
sonuncusu oldu. Çünki 6 noyabr 1918-ci il tarixində saat 14.00-da bir ingilis və bir
fransız zabit Yusif Ġzzət paĢanın qərargahına gələrək, Osmanlı Dövlətinin Antanta
dövlətləri ilə sülh razılığına gəldiyini bildirdilər və hərbi hərəkatın
dayandırılmasının lazım gələcəyini ifadə etdilər. Yusif Ġzzət paĢa isə gecə saat
21.00-da hərbi hərəkatın dayandırılmasını bildirərək, hərbi birliklərin olduğu yeri
mühafizə etməsini istədi
57
.
8. Türk Ordusunun Mahaçqalaya (Ġnciqala) girməsi
Ġki gün davam edən qanlı müharibələrdə, cəbhədəki ərazi çox narahat idi.
Ətrafda sıx kolluqlar ilə çox dik və sərt qayalıqlar vardı. Dayanmadan yağan
yağıĢdan sonra ərazi sürüĢkən və palçıqlı idi. Əsgərlər ümumiyyətlə yolu olmayan
ərazini dırmanmaq, tullanmaq, sürünməklə keçib irəliləyə bilirdilər. Ağaclı-Tarki
arasındakı cığırlar isə heyvanların keçməsi üçün belə əlveriĢli deyildi. Buna görə
də bütün sursat (cəbbəxana) yalnız döyüĢən əsgərlər vasitəsilə daĢına bilirdi.
Yaralanan Mehmetçik isə yenə də silah yoldaĢlarının kürəyində daĢınıb səhiyyə
bölüklərinə çatdırılırdı. Mehmetçiyin üç gün boyunca gözünə yuxu getməmiĢdi, bu
müddət ərzində Tarki dağı ətrafında düĢmənə qarĢı güclü həmlə etmiĢ, bəzən geri
çəkilmiĢ, bəzən də qanlı döyüĢlərə girmiĢdi. Ərazinin dik olması ilə yanaĢı, duman,
rütubət və yağıĢ da əsgərləri yormuĢdu.
Biçeraxova tabe əsgərlərdən canını qurtara bilənlər, Mahaçqalanın
Ģimalındakı HəĢtərxana qaçdılar. Mahaçqaladan 10 nəfərlik mülki heyət, 8
noyabrda Ģəhərin kənar məhəllələrinə qədər yaxınlaĢmıĢ olan 38-ci piyada alayı
komandanının yanına gəldi. Heyətin tərkibində iki din alimi, dəmir yolu rəisi və
Mahaçqala liman rəisi də var idi. Heyət, Biçeraxovun qüvvələrinin Mahaçqalanı
tamamilə tərk etdiyini, xalqın küçə və evlərdə qarətə baĢladığını bildirərək, sabitlik
321
yaranması üçün türk əsgərinin Ģəhərə girməsini rica etdilər. KəĢfiyyatlar
nəticəsində səngərlərdə və topçu mövqelərində heç kimin olmadığı aydınlaĢdı.
DüĢmənin yerdə qalan hissəsinin silahlarını götürüb gəmilərlə Ģəhərdən qaçmağa
çalıĢdığı xəbəri gəldi. Bu əsnada Mahaçqaladan əllərində ağ bayraq bir qrup mülki
Ģəxsin türk əsgərlərinə doğru gəldiyi müĢahidə edildi
58
. Türk ordusunun bütün
çətinliklərə sinə gərərək, soyuq və aclığa baxmadan, qan tökərək ġimali Qafqaza
qədər gedən zabit və sıravilərinin Mudros BarıĢığının imzalanmıĢ olması
səbəbindən Mahaçqalaya, yəni Ġnciqalaya girməməsi, böyük bir üzüntüyə yol
açmıĢdı. Məhmetçik soyuq və açıq havada, yemək sarıdan korluq çəkərək, narahat
bir halda Tarki dağında və Mahaçqalanın yan-yörəsində gözləyirdi.
Mahaçqalanın düĢmən birliklərindən tamamilə boĢaldığına dair xəbər
gəldikdən sonra 8 noyabr 1918-ci il saat 14.00-da 15-ci piyada diviziyasının bütün
qüvvələri, 38-ci piyada alayı komandanı polkovnik Səlim bəyin komandası altında
Ģəhərə girdi. 56-cı piyada alayının 2-ci batalyonuna Ģəhərdə asayiĢi təmin etmək
həvalə olundu. Mahaçqala Yerli komandanlığına da 107-ci alay komandanı albay
Fəzli bəy gətirildi. ġəhər tezliklə nəzarət altına alındı. Mahaçqalanın bütün meydan
və küçələri türk və ġimali Qafqaz Respublikası bayraqları ilə bəzədildi
59
.
15-ci piyada diviziyası komandanı yarbay Süleyman Ġzzət bəy Ģəhərin
təslim olmasını belə təsvir edir:
"Günortadan sonra saat 2-də (14.00) əmr olunan sıra ilə Petrovsk
(Mahaçqala) istiqamətində hərəkət baĢladı. Bu vaxt 38-ci alay komandanına səhər-
səhər müraciət edən heyət məni ziyarət etməyə gəldi. Bunlar ikisi din alimi, biri
dəmir yolu mühəndisi, biri Petrovsk liman rəisi olmaqla on nəfərdən ibarət idi.
Adları belə idi: Əhmədxan Ġbrahimbəyov, mühəndis Martinovski, mühəndis
Seridinski, keĢiĢ Ramzadze, qazı Adilhan Hadis Hacı, musəvi Sicsim, iranlı Hacı
Ağabəy, Əzmüddin bəy Alıkbaçev, Mirzə Hüseyin. Bu heyəti yaralı halda
yatdığım Ağaçağıl kəndinin kənarında və iki otaqdan ibarət kiçik bir kənd evində
qəbul etdim. TəĢəkkür etdim və yanlarına bir zabit qoĢaraq, 38-ci alay komandanı
Səlim bəyin yanına göndərdim. YürüĢ cinahının baĢında albay Səlim bəy ilə
bərabər Ģəhərə girdilər"
60
.
15-ci piyada diviziyası komandanı Süleyman Ġzzət bəy Dağıstan
müharibələrində hər zaman əsgərlərinin baĢında və ən ön sıradakı döyüĢlərdə
olmuĢdu. Komandirin Mehmetçiyin baĢında və bəzən də ön sıralardakı hücumlarda
görünməsi, dağılma və ya pozulma halında ani qərar qəbul edərək birlikləri bir
yerə yığması və yenidən hücumun davam etdirilməsini təmin etməsi
təqdirəlayiqdir. Necə ki, Süleyman Ġzzət bəy 6 noyabr müharibələrində ayağından
yaralanmasına baxmayaraq, əlində silahı ilə düĢmənə qarĢı vuruĢmuĢdu.
Mahaçqala fatehi Süleyman Ġzzət bəy qoltuq ağacları ilə 9 noyabrda saat 10.00-da
Mahaçqalaya daxil oldu.
61
15-ci piyada diviziyasından bəzi hərbi birliklər, 10