322
noyabrda Mahaçqaladan Tarki, Atlıboyun, Qumtərqala kimi əhəmiyyətli bölgələrə
göndərilərək, bu ətrafda nəzarəti təmin etdilər
62
.
Yarbay Süleyman Ġzzət bəyə baĢ çəkmək üçün tezliklə ġimali Qafqaz
Respublikasının prezidenti Əbdülməcid Çermiyev və ġimali Qafqaz Komandanı
Yusif Ġzzət paĢa, mülki və hərbi heyət gəldilər. Milli Komitə rəisi Danyal bəy,
Süleyman Ġzzət bəyə xitabən: "Siz respublikamızın qurulması üçün bizə böyük
xidmətlər göstərmisiniz. Cəsarət və Ģücaətinizi hər yerdə sübut etdiniz. Ən nəhayət,
Tarki dağındakı döyüĢlərdə yaralandınız və bizə Ġnciqalanı (Mahaçqala/Petrovsk)
bağıĢladınız. Sizi heç vaxt unutmayacağıq. Milli Komitə tərəfindən bu qılıncı Sizə
hədiyyə edirəm" - dedi. Bu, gümüĢ naxıĢlı və qızıl suyuna çəkilmiĢ gözəl bir qılınc
idi. Yusif Ġzzət paĢa da Süleyman bəyin boynuna Qılınclı Üçüncü Osmani niĢanı
və döĢünə də qızıl Ģərəf medalı taxdı
63
. ġanlı Türk bayrağı, Özdəmiroğlu Osman
paĢanın 1580-1581 ilində qəhrəmanlıqlarla dolu xatirəsini Xəzər dənizinin
kənarında təkrar yad edirdi. Dağıstan səmalarında Mahaçqala və Dərbənd
bürclərində, Xəzər dənizinin sahillərində 350 illik fasilədən sonra yenidən
dalğalanırdı.
ġimali Qafqaz Komandanı Yusif Ġzzət paĢa, 15-ci piyada diviziyası
Komandanı Süleyman Ġzzət bəyi ziyarətə getdiyi vaxtda, Osmanlı Dövlətinin
Ġngiltərə ilə barıĢıq elan etdiyini və bir ingilis flotunun Qara dənizə açıldığını
söylədi. Sülh Ģərtlərinə görə, Brest-Litovsk müqaviləsi hökmlərinin xaricində qalan
iĢğal edilmiĢ bölgələrdəki, yəni Qafqazdakı hərbi qüvvələrin çəkiləcəyini bildirdi.
Könüllü olaraq və üç illik kontrakt imzalanması Ģərti ilə bəzi zabitlərin Qafqazda
qalmasına hökumətin icazə verdiyini, bu zabitlərin ailələrinin Dağıstana
köçürülməsi üçün bəzi təĢkilati iĢlər
aparılacağını bildirərək, Süleyman Ġzzət
bəydən də Mahaçqalada qalmağı xahiĢ etdi. Süleyman Ġzzət bəy də tabeliyindəki
15-ci piyada diviziyasında xidmət edən zabit və əsgər heyətini Dağıstanda qalmağa
təĢviq edəcəyini, ancaq özünün vətənə dönəcəyini bildirdi
64
.
Mahaçqalanın ələ keçirilməsi üçün 5-6 noyabr döyüĢlərində 5 zabit Ģəhid
olmuĢ, 10 zabit isə yaralanmıĢdı. Sıravi əsgər tələfatı isə 11 Ģəhid və 318 yaralı
Ģəklindəydi. Dağıstan hərəkatının davam etdiyi bir ay müddətində 15-ci piyada
diviziyasından 192 Ģəhid, 362 yaralı və 20 nəfər itkin olmaqla, cəmi 574 tələfat
verilmiĢdi
65
. .
9.Dağıstan hərbi hərəkatının qiymətləndirilməsi
ġimali Qafqaz hərəkatını uğurla yeridən 15-ci piyada diviziyası Dağıstanda
üstün düĢmən qüvvələrinə qarĢı vuruĢdu. Türk hərbi birlikləri, bölgədəki çətin təbii
Ģəraitlə üz-üzə qalaraq mübarizə aparırdılar. Son dərəcə dik yamaclar, qayalar,
dağlar, sıx meĢəlik ərazilər, bataqlıqlar, körpüsü düĢmən tərəfindən dağıdılan
çaylar, keçilməsi lazım gələn baĢlıca maneələr idi. Türk əsgərləri Xaçmazdan
etibarən 80 kilometrlik və bir bölüyü də Yalamadan baĢlayaraq 45 kilometrlik
323
məsafəni çox çətin Ģəraitdə qət edərək Dərbənd yaxınlığına qədər gəlmiĢdi.
Olduqca yorulan birliklər, buna rəğmən vaxt itirmədən Dərbənd üzərinə yerimiĢdi.
Dərbəndi zəbt edən qüvvələr 56-cı alaydan cəmi iki batalyon idi. QarĢısında isə
polkovnik Bertrandın komandanı olduğu 800 piyada, 8 pulemyot, 5 top, piyada
pulemyotu və topla təchiz edilmiĢ bir zirehli qatarla, Xəzər dənizində "Qars" və
"Ərdahan" adlı iki döyüĢ gəmisi olan bir ordu dayanmıĢdı. DüĢmən hərbi
birləĢmələri Mahaçqaladan arasıkəsilmədən əlavə qüvvə alırdı. Çünki Bakıdan
qaçan bolĢevik və erməni daĢnaklarla bəzi ingilis əsgərləri, Dağıstana gedərək
Bertrandın ordusu sıralarına daxil olmuĢdular.
15-ci piyada diviziyası Dərbəndi ələ keçirdikdən sonra dincəlməyə macal
tapmadan Ģəhərin Ģimalında düĢmənlə mübarizəni davam etdirirdi. Eyni günlərdə
Ġstanbula göndərilməsi haqqında əmr alan 15-ci piyada diviziyasından qabaq
cəbbəxana və ərzaq, səhiyyə bölüyü və iĢçi qrupları qatarla Batuma istiqamət
götürmüĢdü. Dağıstan cəbhəsinə 5-ci Qafqaz piyada diviziyasının səhiyyə bölüyü
əlavə
olaraq göndərilmiĢdi. Lakin digər köməkçi elementlər olmadan yalnız
döyüĢçü sinfi ilə hərəkət etmək məcburiyyətində qalmıĢdı. 13 oktyabrdan etibarən
düĢmənin əks hücumlarına uğurla müqavimət göstərdikdən sonra, 107-ci alayı da
özünə birləĢdirən 15-ci piyada diviziyası 20 oktyabr 1918-ci ildə irəli hərəkətə
baĢlamıĢdı. Düzdəki dəmir yolunun iki tərəfindən hərəkətə baĢlayan 107-ci alay,
10 kilometrə qədər irəliləyə bilmiĢdi. Bunun qarĢılığında, əsl birlikləri təĢkil edən
qüvvələr son dərəcə namünasib olan yüksək dağlardan və balta dəyməmiĢ sıx
meĢəliklərdən yol açaraq hərəkəti davam etdirmiĢ, körpüsü olmayan üç çay, saysız
dərə və bataqlıqlardan keçmiĢ, 15 saat dayanmadan hərəkət edərək təxminən 40
kilometrə qədər irəliləmiĢdi. Türk hərbi birlikləri ani bir hücumla Camekəndi iĢğal
etmiĢ, süvari bölüyünü isə Qayakənd istiqamətinə göndərmiĢdi. 15-ci piyada
diviziyası irəli hərəkətini növbəti günlərdə də davam etdirmiĢ, çoxlu maneəsi olan
ərazilərdə, kolluqlar içində döyüĢərək, gündə 30-40 kilometr irəliləmiĢ, eyni
zamanda Xəzər dənizindəki gəmilərin atəĢinə məruz qalmıĢdı. DüĢmənin zirehli
qatarlarının atəĢinə, üstün vəziyyətdə olan düĢmən qüvvələrinə qarĢı mübarizə
aparmıĢ, onları geri oturtmuĢ, onlardan qənimət kimi pulemyot və top ələ
keçirmiĢdi.
15-ci piyada diviziyası, 27 oktyabr 1918-ci il tarixində Mahaçqalanın qərb
və cənubunu əhatə edən Tarki dağına qədər irəliləməyə müvəffəq olmuĢdu. Dəniz
sahilindən Tarki məntəqəsi-Üçkullar-Tebiksolqan təpəsi (2,006 m)-Soldattəpə
(2,450 m.)-Atlıboyun-Ostra təpələri-ġahmal təpə (Vladiqafqaz və Temirxan-ġura
dəmir yolunun ətrafı) həndəvərini iĢğal etmək surəti ilə Mahaçqalanı mühasirəyə
almıĢdı. Bu irəli hərəkət daim çənli, yağıĢlı və soyuq havada reallaĢmıĢdı. Hərbi
birliklər açıq havada gecələməli olurdular.