DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

 
81 
nəzərdə tutduğumuz sahələrdə birinci rütbəyə çata bilərik. 
Bu  sadəcə  bir  həvəs  deyil.  Bu  gün  xalqımızın  taleyi 
bununla  şərtlənib.  Bir  ölkə  iqtisadiyyat,  elm  nöqteyi-
nəzərindən özünütəmin həddinə çatmasa zərər görəcək.  
Bir  xalq  öz  ehtiyaclarını  təmin  edə  bilməsə  düşmən 
qarşısında  kiçiləcək.  O  zaman  düşmən  zor  göstərəcək, 
yuxarıdan aşağıya baxacaq, biz belə bir vəziyyətdə olmaq 
istəmirik.  Ölkəmiz  200  il  təcavüz  və  təhqirə  məruz  qalıb. 
Dövlət  qurumlarının,  səltənət  aparatının  bacarıqsızlığı  və 
ləyaqətsizliyi  xalqın  təhqirinə  səbəb  olub.  İngilislər  ilk 
dəfə 1800-cü ildə ölkəmizin siyasi aparatına nüfuz edib. O 
zaman  başqa  Avropa  ölkələri  də  eyni  işi  görüb.  1800-cü 
ildə  İngiltərənin  ilk  səfiri  ölkəmizə  ayaq  qoyub.  Özü  də 
Hindistandan  gəlib.  O  zaman  Hindistanda  hakimiyyət 
ingilislərin  əlində  idi.  Buşehrdə  gəmidən  düşən  kimi 
rüşvət  verməyə  başlayıb.  Çox  rahatlıqla  məmurları  ələ 
alıb.  Lovğa  şahzadələr,  əmirlər  onun  hədiyyələri, 
rüşvətləri  qarşısında  iki  qat  əyiliblər.  Düşmənin 
hakimiyyəti  o  zaman  başlayıb.  Düşmənə  nüfuz  etmək 
icazəsi  verilib.  Biz  bunun  davam  etməsini  istəmirik. 
İnqilab  onların  qarşısında  polad  bir  sədd  yaradıb.  Biz  bu 
səddi möhkəmləndirmək fikrindəyik.  
Heç  bir  qiymətə  icazə  verməyək  ki,  onlar  bizim 
iqtisadiyyatımıza, 
mədəniyyətimizə, 
siyasətimizə, 
taleyimizə  müdaxilə  etsinlər.  Bunun  üçün  daxildən  və 
xaricdən  möhkəmlənmək  lazımdır.  Daxildən  olan  bir 
istehkam  iqtisadiyyat  istehkamıdır.  İranın  məntəqədə 
birinci olması sadəcə həvəs deyil. Bizim taleyimiz bundan 
asılıdır.  Ardıcıl  təlaş,  düşüncə,  fədakarlıq,  paklıqla  bu  işi 


 
82 
görməliyik.  Ölkənin  bütün  potensialı  bu  istiqamətdə 
yönəldilməlidir.
1
 
Dövlət  məsulları  arasında  ixtilaf  yaratmaq  da  düşmən 
nüfuzunun  hədəflərindəndir.  Təlaşlardan  biri  də  ölkədə 
əsas  güclər,  cərəyanlar  arasında  ixtilaf  yaratmaqdır. 
Parçalayıb komandanlığı ələ almaq istəyirlər. Ölkəni milli 
məclis,  dövlət  və  məhkəmə  sistemi  kimi  üç  orqan  idarə 
edir.  Bu  üç  orqan  arasında  ixtilaf  yaratmaq  istəyirlər. 
İslam Respublikasına zərbə vurmaq üçün çoxdan bu plan 
üzərində işləyirlər. Bir zaman bunu açıq da deyirdilər.  İki 
hakimiyyətlilikdən danışırdılar. Ölkə daxilində də bəziləri 
tutuquşu  kimi  onların  sözünü  təkrarlayırdı.  Amma  söz 
xaricdən 
gəlmişdi. 
Ölkə 
daxilində 
də 
bəziləri 
məlumatsızlıqdan  həmin  fikirə  dəstək  verirdi.  İndi  isə 
həmin  planı  açıq  elan  etmirlər,  amma  məqsəd  elə  odur. 
Biz  xarici  kəşfiyyat  idarələri  ilə  bağlı  məlumatlarda, 
onların  əlimizdə  olan  məruzələrində  bu  planın  izini 
görürük. Buna görə də ixtilafa yol vermək olmaz.
2
 
Daha bir 
düşmə
n nüfuzu: M
əsulların
 
hesablamalarını
 d
əyişmə
k, 
xalqı
 dövl
ə
t
ə
 
münasib
ə
td
ə
 ümidsizl
əşdirmə

Bu  gün  bizim  qarşımızdakı  cəbhə  Amerika  və sionizm 
tərəfindən idarə olunur. Bu cəbhə bizə qarşı bütün yollara 
əl atıb. İran xalqına qarşı bütün yollardan istifadə ediblər. 
Dövləti  gücləndirən,  xalqın  müqavimətini  artıran  amilləri 
aradan  qaldırmaq  istəyirlər.  Özləri  də  deyirlər  ki,  İran 
xalqına qarşı sanksiyaların məqsədi xalqı yormaq, onların 
                                                           
1
 İqtisadiyyat fəalları ilə görüş, 2012 
2
 Səkkizinci parlament üzvləri ilə görüş, 2009 


 
83 
ictimai  fəallığını  zəiflətmək,  onları  dövlətə  münasibətdə 
ümidsizləşdirməkdir.  Eyni  zamanda  dövlət  məsulları 
arasında  pozuculuq  edirlər,  məsulların  öz  hesabatlarına 
inamına zərbə vururlar.
1
 
Bu 
gün 
İslam  Respublikasının  düşmənlərinin 
fəaliyyətlərində  mühüm  bölmələrdən  biri  məsulların 
hesabatlarının hədəfə alınmasıdır. Bizim bu barədə kifayət 
qədər  məlumatımız  var.  Təbii  ki,  dövlət  məsullarının 
qarşıdakı  fəaliyyətlərlə  bağlı  hesabatları  var.  Düşmən 
çalışır  ki,  məsullar  öz  hesabatlarına  münasibətdə 
ümidsizləşsinlər. İctimai fikiri dəyişmək, xalqın məsullara 
etimadını  qırmağa  çalışırlar.  Dövlətin  idarəçiliyi  ilə  bağlı 
inqilabi və dini düşüncə də hədəfdədir.
2
 
Sözləri 
budur 
ki, 
dövlət 
məsullarında 
onların 
qərarlarına  şübhə  yaratmaq  istəyirlər.  Guya  hər  hansı  bir 
qərarın  büdcəsi,  xərci  nəzərdə  tutulduğundan  çox 
yuxarıdır.  Bu  təxribatdır.  Bu  məsulların  iradəsini  qırmaq 
istəyidir.  Bütün  gücləri  ilə  bu  çirkin  məqsədə  çatmaq 
istəyirlər. Xalqda və məsullarda şübhə, tərəddüd yaratmaq 
qarşılarına qoyduqları əsas məqsədlərdir.
3
 
Kütl
ə
vi informasiya vasit
ə
l
ə
ri 
düşmə

nüfuzunun mühüm vasit
ə
l
ə
rind
ə
ndir 
Bilin ki, imperializmin nüfuz vasitələrindən biri kütləvi 
informasiya  vasitələri,  tele-radio  şəbəkələridir.  Bu  sahəyə 
çox  pul  xərcləyirlər.  Mən  ötən  illərdə  Amerika  və 
sionizmin,  dünya  quldurlarının,  böyük  sərmayədarların 
kütləvi  informasiya  vasitələrinə  diqqətindən  danışmışam. 
                                                           
1
 Qum əhalisi ilə görüş, 2012 
2
 İnqilab keşikçilərinin dəniz qüvvələri komandanları ilə görüş, 2016 
3
 Qum əhalisi ilə görüş, 2012 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə