DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

 
88 
soxuldular.  Xalqımızı  təhqir  etmək  istəyirdilər.  Baxın 
görün  ki,  bu  gün  işğalçılar  İraqda  nə  edir.  Xarici  kişi 
qeyrətli  ərəb  kişisinin  gözü  qabağında  müsəlman  zövcəsi 
və  bacısının  üstündə  axtarış  aparır.  Qeyrətli  kişi  bu 
səhnəyə necə dözsün?!  
Qeyrətli  bir  ərəb  gənci  həyat  yoldaşının,  övladlarının 
gözü qabağında  yerə  yıxıb təpikləyirlər.  Ləyaqətli bir ailə 
bu  vəziyyətdə  nələr  çəkir!  Bu  oyunu  İran  xalqının  da 
başına  gətirmək  istəyirdilər.  Səddam,  BƏƏS  rejimi, 
Amerika  və  Sovetlər  Birliyi  kimi  himayədarlar  İran  xalqı 
ilə  belə  rəftar  etməyə  cəhd  göstərdilər.  Bizim  fədakar 
əsgərimiz  yol  vermədi.  Bundan  böyük  qürur  ola  bilər?! 
Gənc  döyüşçülərimiz  düşmənin  təcavüzü  qarşısında  dağ 
kimi  dayandılar  və  bundan  böyük  qürur  ola  bilməz.  Sən 
gənc  oğlan,  sən  gənc  qız,  sən  gənc  xanım  həmin  şəhidin 
yadigarlarısınız. Ey şəhidin ailəsi, ata-anası, onunla iftixar 
edin.  Şəhidlərlə  qürur  duymaq  hamımızın  işidir.  Yol 
verməyək  ki,  şəhidlər  unudulsun.  İnqilabçı  mömin 
insanlar,  xalq ayıq  olsun,  yoxsa  nüfuz edənlər  bizi  borclu 
da çıxaracaq. Qurani-Kərimdə buyurulur: “Qorxu halından 
çıxanda  acı  dilləri  ilə  qəzəblərini  sizə  yönəldirlər. 
Qənimətdən paylarını istəyəndə də hərisdirlər. Onlar iman 
gətirməyiblər,  buna  görə  də  Allah  əməllərini  puç  etdi.”
1
 
Təhlükə  yaranan  zaman  yuvalarında  nəfəs  almadan 
oturublar.  Təhlükə  aradan  qalxandan  sonra,  fədakar 
insanlar  sinələrini  sipər  edib  təhlükəni  uzaqlaşdırdığı 
zaman  bunlar  da  yuvalarından  çıxırlar.  Bu  zaman  dilləri 
uzun  və  itidir,  səni  borclu  da  çıxararlar.  Yol  verməyin ki, 
inqilabın,  imamın  cihad  xəttinin,  Allaha  imanın 
düşmənləri sizi borclu çıxarsın.  
                                                           
1
 Əhzab surəsi, ayə 19 


 
89 
Diqq
ə
tsizlik v
ə
 q
ə
fl
ə

düşmə
n nüfuzuna 
yol 
açır
 
Millətimiz, 
gənclərimiz, 
qadın  və  kişilər  elə 
düşünməsin ki, cihad dövrü başa çatıb. Hələ də təhlükə ilə 
üzbəüzük.  Olsun  ki,  silahlı  hücum  təhlükəsi  yoxdur.  Bu 
gün İran xalqı elə bir iqtidara çatıb ki, hərbi təcavüzə cürət 
etməzlər.  Bilirlər  ki,  bu  işi  görsələr  ağır  zərbə  alacaqlar. 
Millətin müqavimətli olduğunu bilirlər. Bəli, hərbi təcavüz 
təhlükəsi  ehtimal  olunmur.  Amma  təcavüz  təkcə  hərbi 
təcavüz  deyil.  Düşmən  bizim  milli  iradəmizin  sütunlarını 
hədəfə  alıb.  Milli  birlik,  dərin  imanımız  hədəfdədir. 
Kişilərimizin  və  qadınlarımızın  səbr  və  dözümü  hədəfə 
alınıb. Bu hücum hərbi hücumdan da təhlükəlidir.  
Hərbi  təcavüzdə  düşmənimizi  görürük.  İdeoloji 
hücumda  isə  düşmən  qarşımızda  dayanmayıb.  Bu 
vəziyyətdə  diqqət  lazımdır.  Mən  bütün  İran  xalqından, 
xüsusi  ilə  şəhid  ailələrindən,  siz  əzizlərdən,  xüsusi  ilə 
gənclərimizdən  xahiş  edirəm  ki,  düşüncə  və  mənəviyyat 
sərhədlərini  tam  diqqətlə  qoruyasınız.  İcazə  verməyin  ki, 
düşmən  qarışqa  kimi  düşüncə  və  etiqad  sütunlarına 
daraşsın.  Bu  çox  mühümdür.  Mənəviyyat  və  iman 
sərhədlərini  qorumaq  hamımızın  vəzifəsidir.  Təəssüf  ki, 
bu  gün  İran  xalqının  düşmənləri  sərhədlərimizin  bu 
tayında  da  iş  görür.  Keçmişdə,  inqilabın  əvvəllərində  də 
düşmənin  belə  planları  olub.  Amma  regionda  baş  verən 
son 
hadisələr 
haşiyəsində  coğrafi  sərhədlərimizin 
kənarında  bazalar  qura  biliblər.  Bu  mərkəzlərdən 
amansızca,  hiyləgərliklə  istifadə  edirlər.  Hamı  diqqətli 
olmalıdır.  Əziz  gənclər!  Bu  gün  vətən  sizin  diqqətinizə, 
ayıqlığınıza 
ehtiyaclıdır. 
Qəlblərdən 
vəhdət 
və 
səmimiyyəti  çıxarmaq  istəyənləri  yaxşıca  araşdırın.  Hər 
vasitə,  hər  bəhanə  ilə  xalq  arasında  ixtilaf  yaratmaq 


 
90 
istəyənlər var. Bu sahədə fəaliyyət göstərən birini görsəniz 
bilin  ki,  bu  şəxs  düşmənin  əlidir.  İstər  bilərəkdən  bu  işi 
görür, istər bilmədən, fərq etməz. Bilmədən də bu işi görsə 
yenə  düşmənə  işləyir.  Son  nəticə  eynidir.  Sizə  bilərəkdən 
zərbə  vuranla  bilmədən  zərbə  vuran  arasında  nəticə 
baxımından  fərq  yoxdur.  Ayıq  olmaq  lazımdır. 
Xoşbəxtlikdən xalq  ayıqdır.  Ötən  illərdə  xalqımız  kifayət 
qədər təcrübə toplayıb, möhkəmlənib. Xalqımız düşmənin 
çeşidli  fitnəkarlıqları  ilə  tanışdır.  Özümüzü  daxildən 
gücləndirməliyik. Elm, iqtisadiyyat, texnologiya sahəsində 
inkişaf 
etməliyik. 
İmanımızı 
gücləndirməliyik. 
Gənclərimizin  Allahın  yardımı  ilə  ölkədə  əsas  işləri  ələ 
alacağı  gün  uzaqda deyil. Məmləkətimiz  yaxın gələcəkdə 
o mərhələyə çatacaq ki,  heç bir düşmən müdaxilə fikirinə 
düşməyəcək.  Nə  hərbi  baxımdan,  nə  siyasi  baxımdan,  nə 
iqtisadi  baxımdan  addım  atmağa  cürətləri  çatmayacaq. 
Bugünkü  nailiyyətlərimiz  uzun  illər  boyu  təlaşın 
səmərəsidir.  Əziz  şəhidlərimizin  qanının  bərəkəti  ilə 
gənclərimiz böyük təlaş sərgiləməkdədir. 
İki
 qrup 
düşmə
n nüfuzunu 
asanlaşdırır
 
Düşmən göz gəzdirir ki, zəif nöqtə tapsın. Sonra bu zəif 
nöqtəyə  doğru hərəkət  etsin.  Xalq, məsullar düşmənə  zəif 
nöqtə  göstərsələr,  düşmən  aman  verməyəcək.  Şayiələrə, 
təfriqələrə,  məsuliyyətsizliklərə,  pozuculuqlara  şahid 
oluruq. Bütün bunlar düşmənin nüfuz nöqtələridir.  
İki  qrup  düşmən  nüfuzunu  asanlaşdırır.  Birinci  qrup 
qərəzlidir,  İslam  və  inqilabla,  respublika  və  ruhaniyyətlə 
problemləri  var.  Belələri  var,  amma  təsirsiz  deyil.  İkinci 
qrup  qərəzsiz    insanlardır.  Onlar  qərəzli  adamların  əlində 
bilmədən 
vasitəyə 
çevrilirlər. 
İkinci 
qrupu 
məlumatlandırmaq, ayıltmaq lazımdır. Bizi qəbul etməyən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə