DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

 
84 
Cümə  namazında  bu  barədə  söhbətimiz  olub.  Onlar  bu 
yolla  xalqın  düşüncəsinə  nüfuz  etmək  istəyir.  Kütləvi 
informasiya  vasitələri  onlar  üçün  bir  silahdır.  Ölkə 
daxilində də bəziləri onlarla səs-səsə verib.  
Təbii  ki,  bu  sahədə  xətaya  yol  verənlərin  hamısı 
düşmən  deyil.  Bəziləri  nadan  dostlardır.  Mən  bizim 
tərəfdə  olanlardan  ciddi  şəkildə  düşüncələrini  işə 
salmalarını istəyirəm. Bilsinlər ki, bu gün düşmən kimdir. 
Düşmənin  planını  bilsinlər.  Ağıl  budur  ki,  bütün  bunları 
görəsən. Siz atəş açanda, bomba atanda düşünməlisiniz ki, 
düşmən  sizin  bu  ərazini  vurmağınızı  istəyir,  yoxsa  yox? 
Düşmənin 
istəyini 
həyata 
keçirməyin, 
işini 
asanlaşdırmayın,  ona  sərf  edən  addımlar  atmayın.  Siyasi 
təhlil  gücünüz  olsun.  Düşmənə  işləyən  xətalara  yol 
verməməyiniz  üçün  məsələni  yaxşı  araşdırın.  Təbii  ki, 
münafiq, riyakar düşmən özü üzə çıxa bilmədiyindən sadə, 
səmimi,  nadan  insanların  arxasında  gizlənir.  Bu  adamları 
tapıb  xəbərdarlıq  etmək  lazımdır.  Bu  gün  ölkənin  və 
millətin  ehtiyacı  var  ki,  insanlarımız  iti  düşüncəli  və  iti 
baxışlı  olsun.  Ayıq  olaq,  düşməni  tanıyaq,  onun  işləri 
barədə məlumatımız olsun.
1
 
                                                           
1
 Cihad quruculuğu məsulları ilə görüş, 1999 


 
85 
Üçüncü fəsil: Düşmən nüfuzu yaradan 
amillər 
Düşmə
n nüfuzundan q
ə
fl
ə
td
ə
 olmaq z
ə
rb
ə
 
almaqla n
ə
tic
ə
l
ə
nir 
Qurani-Kərimdə 
Uhud 
savaşından 
danışılarkən 
buyurulur: “Sizə bir müsibət üz verən zaman deyirsiniz ki, 
bu  müsibət  haradandır?!  Hansı  ki,  bundan  iki  qat  artıq 
zərbə  vurmusunuz.  De  ki,  bu  müsibət  özünüzdəndir...”
1
 
Ühüd  savaşında  acı  hadisələr  baş  verdi.  Müsəlmanlar 
əvvəlcə  qalib  gəldilər,  sonra  bir  qrup  onlara  verilmiş 
tapşırığı  yaddan  çıxardı  və  mövqeyini  tərk  etdi.  Onlar 
qənimət  toplamaq  üçün  meydana  getdilər.  Fürsətdən 
istifadə  edən  düşmən  İslam  qüvvələrinin  arxasına  keçib 
onlara 
zərbə 
vurdular. 
Bu 
zaman 
müsəlmanlar 
qorxularından  dağa  dırmanmağa  başladılar.  Həzrət 
Peyğəmbərin  (s)  həyatı  üçün  təhlükə  yarandı.  Peyğəmbər 
(s)  yaralandı.  Sonradan  müsəlmanlar  gileyləndi  ki,  nə 
üçün belə oldu. Dedilər ki, Allah bizə qələbə vəd etmişdi. 
Cavab olaraq Allah-Taala buyurur ki, biz sizi qalib  etdik, 
Allahın vədi həyata keçdi; amma siz özünüz işi pozdunuz; 
əvvəla  düşmən  sizə  zərbə  vurdusa,  siz  də  onlara  zərbə 
yetirdiniz;  təəccüb  etməyin,  döyüş  meydanında  həm 
vurulmaq  var,  həm  də  vurmaq...  Siyasət  meydanında  da, 
dünya  iqtisadiyyatında  da  vurmaq  və  vurulmaq  var. 
Vurulmamaq 
intizarında 
olmalı 
deyilik. 
Ayədə 
müsəlmanların  dilindən  nəql  olunur  ki,  onlar  nə  üçün 
vurulduqlarından  heyrətləndilər.  Sonra  Quran  buyurur  ki, 
                                                           
1
 Ali-İmran surəsi, ayə 165 


 
86 
müqəssir  özünüzsünüz.  Bəli,  müsəlmanlar  müəyyən 
məqamlarda  öz  vəzifələrini  yerinə  yetirmədilər.  Azğın 
nəfsi  ayaq  altına  almadıqlarından  bunun  acısını  daddılar. 
Bəzi  şeylərdən  çəkinmək  lazım  idi,  çəkinmədilər. 
Siyasətdə  də  belədir.  Rifah,  dəbdəbəçiliyə  meyilləndik. 
Onlar  zəif  nöqtələr  idi.  Biz  varlı  yaşayanda  xalq  da  bizə 
baxıb, var-dövlət ardınca gedəcək. Bəziləri bəhanə axtarır. 
Bizə baxırlar və deyirlər ki, onlar necə yaşayırsa biz də elə 
yaşamaq istəyirik. Bəziləri bu əqidədədir ki, israf və ifrata 
yol  vermək  olmaz.  Amma  bizə  baxanda,  bizdə  israf  və 
ifrat  görəndə  düşünürlər  ki,  başçılar  belə  edirsə  nə  üçün 
onlar  nəfslərinə  qarşı  çıxmalıdır?!  Bütün  bunlar  təhlükəli 
hallardır.  İnqilab  və  inqilabçıların  yolu  İslam  təlimləri 
əsasında  dəbdəbəçilikdən  çəkinməkdir.  Xalq  üçün 
bacardığınız  səviyyədə  rifah  yaradın.  Milli  gəliri 
bacardığınız  qədər  artırın.  Ölkənin  sərvətli  olması  üçün 
çalışın.  Amma  məsullar  bu  arada  özlərinə  yox  deməli, 
dəbdəbəli həyatdan çəkinməlidir.  
Cihad və isar ruhiyyəsindən uzaqlıq, düşmənin ideoloji 
hücumlarına diqqətsizlik, düşmənin pusquda olmasına göz 
yummaq,  kütləvi  informasiya  vasitələrində  düşmən 
təxribatlarına 
diqqətsizlik, 
beytül-maldan 
istifadədə 
məsuliyyətsizlik 
bizim 
günahlarımızdır, 
 
zəif 
nöqtələrimizdir.
1
 
 
 
 
                                                           
1
 Dövlət məsulları ilə görüş, 2012 


 
87 
Düşmə
n nüfuzuna diqq
ə
tsiz olanda 
düşmə
n s
ə
ni borclu 
çıxarır
 
Şəhidlərin  xatirəsini  unutmamalıyıq.  Onların  xatirəsi 
əzizdir, həmişə zehnimizdə canlı olmalıdır. Ölkənin bütün 
vilayətlərində  bu  nöqtəyə  diqqət  yetirilməlidir.  Böyük 
Xorasan  vilayəti  23  min  şəhid  verib.  Bu  vilayət  indi  3 
vilayətə bölünüb. Bu rəqəm olduqca böyük rəqəmdir. Yol 
verməyin  ki,  bu  xatirələr  unutqanlıq  tozu  altında  qalsın. 
Şəhidlərin xatirəsini əziz saxlayın. Dövlət məsulları bu işi 
görməlidir. Şəhid mərkəzlərinin məsulları buna vəzifəlidir. 
Başqa  dövlət  qurumlarının  da  bu  sahədə  məsuliyyəti  var. 
Ailələr  də  təsirləri  olan  mühitdə  bu  işi  görməlidir.  Şəhid 
adı  heç  zaman  unudulmamalıdır.  Şəhidlərlə  həmişə  qürur 
duymalıyıq.  İnadkar  düşmən  təbliğatlarında  şəhadət 
dəyərləri  də  hədəfdədir.  Bəzən  bunu  anti-dəyər  kimi 
göstərmək  istəyirlər.  Ölkəmizdə  belə  hadisələr  baş  verib. 
Əlbəttə ki, qarşısı alınıb. Bəziləri o qədər həyasızlaşıb ki, 
şəhid  adı,  şəhadət  hadisəsinin  özünü  sual  altına  alıblar. 
Görün  düşmən  ideoloji  və  siyasi  təxribatlarında  hansı 
yollara əl atır. Çox ayıq olmalıyıq. Bu təxribatların qarşısı 
alınmalıdır.  İslam  meyarlarına  görə  şəhidlər  övliyalar  və 
siddiqlər  sırasındadır.  Bu  çox  uca  bir  baxışdır  və  insan 
ağlına  çətin  sığır.  Şəhid  materialist  baxımdan  belə  öz 
milləti  yolunda  həyatını  qurban  verən  insandır.  Heç  bir 
vicdanlı  və  ləyaqətli  insan  bu  həqiqəti  inkar  edə  bilməz. 
Ölkəmizdə elə bir zaman oldu ki, bu həqiqəti inkar etmək 
istədilər.  Şəhid  övladları  atalarının  adı  ilə  fəxr  etsinlər. 
Onlar  hansısa  ölkəyə  hücum  zamanı  yox,  öz  ölkələrini 
müdafiə  edərkən  şəhadətə  çatıblar.  Onlar  xalqın  milli 
ləyaqətini  qorumaq  yolunda  fəda  olublar.  Bir  zaman  şər 
BƏƏS rejimi dövründə İrana hücum oldu, ən azı İranın bir 
hissəsini  qoparmaq  istədilər.  Torpaqlarımıza,  evlərimizə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə