Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   22   23   24   25   26   27   28   29   ...   164

54 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
YAŞAR RƏHİMOV  
ASƏF ORUCOV 
AMEA Naxçıvan Bölməsi 
UOT: 94 (479.242) 
 XIX-XX ƏSR NAXÇIVANIN ƏKİNÇİLİK TƏSƏRRÜFATI HAQQINDA  
BƏZİ QEYDLƏR 
    
 Açar  sözlər:  əkinçilik  təsərrüfatı,  ХIХ-  ХХ  əsrlər,  etnoqrafik  materiallar,  Naxçıvan, 
Ordubad, mənbələr 
Key  words:  Agricultural  farm,  the  19
th
-20
th
  centuries,  the  ethnographical  materials, 
Nakhchivan, Ordubad, the sources 
Ключевые  слова:  хозяйства  земледиле,  ХIХ-ХХ  вв,  этнографические  материалы, 
Нахчыван, Ордубад, источники 
Naxçıvanın təsərrüfat həyatı XIX-XX əsrə aid olan mənbələrdən və topladığımız etnoqrafik 
çöl  materialların  tədqiqindən  aydın  olur  ki,  bu  dövrdə  bölgədə  təsərrüfat  çoxsahəli  və  rəngarəng 
olmuşdur. Demək olar ki, əkinçilik təsərrüfatının bütün sahələri Naxçıvan və Ordubad şəhərlərində 
mövcud  olubdur.  Regionun  torpaqları  ayrı-ayrı  sahələr  üçün  yararlı  olmaqla  yanaşı,  həm  də  çox 
bərəkətli idi. Ərazi ovalıq olduğuna görə taxıl, pambıq, çəltik, üzüm və bostan bitkiləri yetişdirilirdi. 
Tarixi  mənbədə  Naxçıvan  şəhərin  ətrafı  ilə  birlikdə  şumlanan  torpaq  sahəsinin  600  xalvar  və  ya 
xəlvər  (xalvar-torpaq  sahəsi  ölçüsü  olub,  onda  birin  yarısına  bərabərdir.  Bir  xəlvər  1,5  ha-dır. 
Xalvar  həm  də  çəki  vahididir)  olduğu,  onun  yarısında  isə  pambıq,  çəltik,  bostan  bitkiləri  əkildiyi 
göstərilir:  taxıl  məhsulları  (arpa,  buğda)  əkilən  ərazi  250  xalvar,  pambıq  əkilən  sahə  20  xalvar, 
çəltik  əkilən  sahə  10  xalvar,  bostan  məhsulları  əkilən  ərazi-20  xalvar-  cəmi  300  xalvar.  Bundan 
başqa,  şəhərdə  21  meyvə  və  üzüm  bağı  yerləşir  ki,  onların  11-i  daha  geniş  sahəni  əhatə  edir. 
Bağların əhatə etdiyi ərazi 30 xalvara qədərdir (9, s. 70).
 
Əkinçiliklə bağlı adətlərin, inamların və mərasimlərin başlanğıcı Novruz bayramından hesab 
olunurdu. Toplanmış etnoqrafik çöl materiallarından aydın olur ki, xalqımız əkinə (yazlıq) çıxmaq 
üçün  hazırlıq  işlərinə  kiçik  çillədən  başlayırdı.  Əkin  üçün  lazım  olan  alətlər  itilənib  hazırlanır, 
qoşquya qoşulacaq heyvanlar xüsusi bəslənirdi. Əkiləcək məhsulların toxumları çeşidlənib seçilirdi. 
Ömrünü torpağa bağlayan əkinçilər səpin üçün ayrılmış toxumu yeməzdilər, onu müqəddəs hesab 
edərdilər. Səpiləcək toxum haram olmamalı idi, çünki torpaq haram götürmür. Naxçıvan şəhərində 
Arazboyu  ərazilərdəki  (dövlətin  adı  ilə  İran  dağları-A.O.,Y.R)  dağlarda  qar  getməyincə  əkinə 
çıxmazdılar. Ordubad şəhərində isə məlumatçılar qeyd edirlər ki, Kəmki dağının başında qar varsa, 
əkinə  çıxsan  taxıl  dən  bağlayar,  yox  əgər  qar  əriyibsə,  dən  olmaz,  ot  olar.  Burdan  aydın  olur  ki, 
əkinə  çıxmağın  vaxtı  aparılan  feneoloji  müşahidələr  nəticəsində  müəyyən  edilmiş,  Ordubad  və 
Naxçıvan şəhərləri arasında əkinə çıxmaq üçün fərqli vaxtlar olmuşdur. Başqa bir müşahidəyə görə 
isə  xalq  arasında  qara  ot  kimi  tanınan  ot  çiçək  açandan  sonra  o  yerdə  torpağa  toxum  səpməzlər, 
demək, artıq əkinin vaxtı keçib. Taхılçılıqda payızlıq və yazlıq əkini mövcud idi. Daha çох payızlıq 
əkinə üstünlük vеrilirdi. Yazlıq əkinin də daha çox buğdanın “yazlıq”, “lümə”, arpanın isə “qılıcı”, 
“güzlək”,  payızlıq  əkinində  isə  buğdanın  “qaraqılçıq”,  “dəvədişi”,  arpanın  isə  “şeşəli”  növlərini 
əkərdilər.  İl  quraqlıq  оlduqda  tоrpaqlar  şumlanıb  yaza  hazır  saхlanılırdı  və  еrkən  yazda  yazlıq 
buğda və arpa əkilirdi. Əgər yazlıq əkin yubadılsa о taхıl vеrməz, оt оlardı.  
Tədqiqatda maraqlı məsələlərdən biri biçim və döyüm adətləridir. Хalq arasında dеyirlər ki, 
qara  arının  (buna  “biçinçi”  də  dеyirlər)  görünməsi  taхılın  yеtişməsinə  işarədir.  О  vızıldaya-
vızıldaya  еvləri,  həyətləri  dоlaşıb  insanlara  bildirir  ki,  biçinə  hazırlaşın,  оraqları,  kərənti  və 
mərəndiləri  itiləyin.  Taхıl  biçini  çох  çətin  оlduğundan  bu  işə  bütün  ailə  üzvləri  qatılırdı.  Bəzən 


55 
cənubdan, Arazın о tayından biçinçilər gələrdi. Biçin başlandıqdan sоnra həftələrlə, bəzən daha çох 
bu işlə məşğul оlurdular. 
  Naxçıvan  diyarı  əhalisinin  məşğuliyyət  sahələrindən  biri  də  pambıqçılıq  idi.  Naxçıvan 
əyalətində  pambıqçılıq  geniş  inkişaf  etmişdir.  Hələ  XVII  əsrin  ortalarında  Naxçıvanda  olmuş 
E.Çələbi  qeyd  edir  ki,  pambıq  əkinçiliyi  əsasən  iri  və  orta  şəhərlərin  ətrafında  cəmləşdirilmişdir. 
Belə şəhərlərdən biri də Naxçıvan şəhəri idi ki, burada xüsusi pambıq növləri yetişdirilirdi. 1928-ci 
ildə Naxçıvan dairəsində 300 xalvar və ya 96 ton pambıq istehsal olunmuşdur ki, bu da orta hesabla 
30000  rubul  gümüş  pul  edirdi.  (9,  s.  93)  M.Vəlili  yazır  ki,  XX  əsrin  əvvəllərində  Naxçıvanda 
pambıq  əsasən  Araz  çayının  çəmənlərində  becərilirdi.  Azərbaycanda  əkilən  94,  5  min  desyatin 
pambığın  13,5  min  desyatini  Naxçıvanın  payına  düşürdü  (8,  s.  96).  Ş.Həsənov  mənbələrə 
əsaslanaraq yazır ki, 1914-cü ildə Naxçıvan şəhəri ətrafında 6 min desyatin pambıq əkilsə də 1920-
ci ildə pambıq əkini sahəsi 9 min 300 desyatindən 300-400 desyatinə enmişdi. Bunun başlıca səbəbi 
I  Dünya  müharibəsi  və  ermənilərin  Naxçıvana  basqınları  olmuşdur  (4,  s.71).  Sonrakı  dövrdə 
pambıq  əkini  genişlənmişdir.  XX  əsrin  70-ci  illərinə  qədər  Naxçıvan  şəhərində  indiki  Xıncov 
məhəlləsi  adı  ilə  bilinən  məhəllə  pambıq  sahəsi  olmuşdur.  Onu  da  qeyd  edək  ki,  Naxçıvanda 
bəzzazçılıq sənəti ilə məşğul olanlar olmuşdurlar ki, onlar da pambıq parça toxuyarmışlar. 
XIX əsrdə Naxçıvan bölgəsində faydalı və gəlirli təsərrüfat sahələrindən biri bostançılıq idi. 
XIX  əsrin  20-ci  illərində  diyarın  əkilən  torpaqlarının  50  xalvarında  bostan  əkilmişdi.  Naxçıvan 
şəhərində,  Əlincəçay,  Naxçıvan  və  Dəstə  mahallarında  bostan  sahələri  daha  çox  idi.  Təkcə 
Naxçıvan şəhərində əhaliyə məxsus 20 xalvarlıq bostan sahələri var idi. Əldə olan məlumata görə, 
buradan yarım milyon pud bostan məhsulları yığılırdı. Bostançılıqla Naxçıvan və Əlincə mahalının 
müxtəlif yerlərilə yanaşı Naxçıvan şəhərində də məşğul olurdular. İndiki Naxçıvan şəhərində Xətai 
məhəlləsi  adı  ilə  bilinən  ərazidən  aşağıdakı  torpaqlar  bostan  sahələri  olmuşdur.  Bölgədə  bostan 
dedikdə əsasən qovun, qarpız nəzərdə tutlur. Bununla yanaşı xiyar, pomidor, kələm və.s. bitkilər də 
bostan bitkilərinə aiddir.  
Qovunun  “Şineyvaz”  və  “Ağcanabad”,  “Tutmaqovun”  növlərini,  qarpızın  isə  “Xunu”, 
“Çillə”,  “Pürcuvar”  növləri  mövcud  olmuşdur.  Bu  növ  bostan  məhsullarını  qış  üçün  də  tədarük 
görərdilər. Bunun üçün qovunu və qarpızı tağlı qırmaq məqsədə uyğun hesab edilirdi. Bundan əlavə 
milağ üsulu və qax halına salınmış vəziyyətdə də qovunu qışa saxlamaq mümkün olmuşdur.
 
Bəhs  olunan  dövdə  bostançılıqla  yanaşı  bağçılıqda  geniş  yayılmışdır.  Bağçılıqda  xüsusən 
üzümçülük  önəmli  yerlərdən  birini  tuturdu.  Təkcə  Naxçıvan  şəhərində  45  ha  qədər  üzüm  bağı 
olmuşdur.  Üzüm  bağının  hər  xalvarından  orta  hesabla  20  tümən  və  ya  80  rubl  gümüş  pul  əldə 
edilmişdir  (orta  hesabla  30-40  qoyun  dəyərində).  Təbii  ki,  meyvə  və  üzüm  bağları  baxımından 
Ordubad  dairəsi  daha  inkişaflı  idi.  Rusiyaya  birləşdirilənə  qədər  burada  bağçılıq  natural  xarakter 
daşıyırdı.  Təsərrüfatın  digər  sahələri  ilə  müqayisədə  bağçılıq  daha  gəlirli  sahə  olduğu  üçün 
Ordubadda əhalinin əksər hissəsinin məşğuliyyətinə çevrilmişdi. Toplanmış meyvələrin böyük bir 
hissəsi  qurudulurdu.  XIX  əsrin  sonlarında  Ordubadda  bağçılıq  çox  yüksək  inkişaf  səviyyəsinə 
çatmışdı  (11,  s.  12-13).  Ordubad  ərazisinin  meyvələri  öz  dadına,  keyfiyyətinə  görə  bütövlükdə 
Cənubi  Qafqazda  məşhur  olmuşdur.  Ordubadda  tut  ağaclarının  əkininə  xüsusi  diqqət  verilmişdir. 
Bu  bir  tərəfdən  ipəkçiliklə  bağlıdırsa,  digər  tərəfdən  tutun  meyvəsindən  döşab,  bəhməz 
hazırlanması,  onun  qurusunun  çərəz  kimi  istifadə  edilməsi  ilə  əlaqəlidir.  Naxçıvan  və  Ordubad 
şəhərlərində  bağçılıqda  əsasən  alma,  ərik,  şaftalı,  armud  xüsusi  yer  tutardı.  Almanın  “şafran”, 
“qəndilsinab”,  “yay  alma”,  “qırmızıyanaq”,  “söyüdü”,  “darağı”,  “gülabı”,  əriyin  “  abutalıbı”, 
“limon”, “noxudu”, “şalağ”, “ağ növrəstə”, təbərzə”, “may əriyi”, bal yarım”, “badamı”, “ağ ərik”, 
şaftalının  “güşlü  və  ya  güşdü”,  “nazlı”,  “tərəli”,  “şəkəri”,  “zəfəfarai”,  “məxməri”,  armudun 
“şəkəri”,  “abbasbəyi”,  “hivili”,  “daş  armud”,  “ordubadi”  “qış  armud”  növləri  geniş  yayılmış, 
dadına, tamına görə bölgədə deyil, Naxçıvanın hüdudlarından çox-çox uzaqlarda da özünə məxsus 
yer tutmuşlar. 
Naxçıvan diyarının tarixinə dair yazılı mənbələrdən biri olan “Naxçıvan şəhəri və Naxçıvan 
qəzası”  (1882)  adlı  məqalədə  bölgənin  təsərrüfat  sahələrinə  aid  sanballı  faktlar  vardır.  Qəzada 
əkinəyararlı  torpaqların  53.000  desyatin  olduğunu  göstərən  rus  müəllifi  Konstantin  Nikitin  yazır: 
“Kənd təsərrüfatında əsas sahə bağçılıqdır. Qəzada aşağıdakı meyvə bağları vardır: ərik, alça, üzüm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə