72
qoşunlarının qarşısını ala bilməyən Abbasqulu xan, yenidən Naxçıvanı tərk etməyə və Tiflisə qaçaraq
II İraklidən kömək istəməyə məcbur oldu. Cəfərqulu xan isə Naxçıvanda hakimiyyətə gəldi.
Abbasqulu xanın II İrakliyə sığınması onun bu sahədə Rusiyanın siyasətini həyata keçirmək
baxımından çox əlverişli idi. Həqiqətən bəzi hallarda Kartli-Kaxeti çarı II İrakli Georgiyevsk
traktının şərtlərindən istifadə edərək öz əməllərini Rusiya hakimiyyətinin adı ilə pərdələyirdi. II
İrakli Əhməd xana məsləhət görür ki, o, Abbasqulu xanla Cəfərqulu xan arasındakı münasibətlərə
toxunmasın və Naxçıvanda baş verən hadisələrlə işi olmasın. Əks tədqirdə o, digər xanlar arasında
öz nüfuzunu itirə bilər. Əslində isə II İrakli “uzaqgörənlik edib, ilk növbədə, xudpəsəndliklə öz
torpaqlarını genişləndirmək barədə fikirləşirdi. O, Rusiya hakim dairələrinə göndərdiyi
məktublarının birində yazırdı: “...Belə hesab edirəm ki, Azərbaycana sahib olmaq Rusiya üçün
əlverişlidir. Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəştə gedərsiniz”. II İrakli başqa bir
məktubunda rus komandanlığından xahiş edirdi ki, “...Gürcüstanı ləzgilərin təhlükəsindən qurtarsın,
Gəncədə, İrəvanda onun hakimiyyətini təsdiq etsin və Naxçıvanı da ona tabe etdirsin”. Onun
Azərbaycan torpaqlarını mənimsəmək üçün dəridən-qabıqdan çıxmasına baxmayaraq, nə
Abbasqulu xan, nə də Azərbaycanın digər xanları onun xudpəsənd fikirlərini başa düşə bilmirdilər.
Əksinə, onlar II İraklini qüdrətli dövlət saydıqları Rusiyaya arxalanmış sədaqətli müttəfiq hesab
edirdilər. Abbasqulu xan yenidən Naxçıvan xanlığında hakim olmaq üçün II İraklinin köməyinə
sadəlövhcəsinə inanırdı. Kartli-Kaxeti çarlığının Rusiya qəyyumluğunu qəbul etdiyini bilən
Abbasqulu xan da Rusiyanın himayəsində olmağı arzulayırdı. Bu haqda Abbasqulu xan Rusiyanın
Gürcüstandakı qoşunlarının başçısı S.Burnaşevə yazmışdı: “Çar İrakli ilə yaxınlıq edərək, imperator
həzrətlərinin hakimiyyəti altında olmağı arzulayır və başqa xanları da belə addım atmağa
çağırıram”. Abbasqulu xanın Rysiyanın qəyyumluğunu qəbul etmək arzusunu II İrakli general-
poruçik Q.A.Potyomkinə xəbər verdi. “Dəhşətli qaçqın vəziyyətində olan naxçıvanlı Abbasqulu xan
bizdən xahiş edir ki, biz ona öz mülkiyyətinə qayıtmağa kömək edək və o, imperatriçəyə tabe
olacağını bildirir” (3, s. 63). Abbasqulu xanın Rusiya və Gürcüstana müraciət etməsini, yalnız və
yalnız Naxçıvan xanlığında öz hakimiyyətini bərpa etmək arzusu ilə izah etmək lazımdır.
II İrakli Abbasqulu xanın hakimiyyətini bərpa etmək üçün hərbi qüvvə ilə kömək etmək
istədikdə, Rusiya ilə imzalanmış Georgiyevski traktatının məhdudlaşdırıcı şərtlərinə görə edə
bilmədi. Lakin tezliklə bu Rusiyanın Gürcüstandakı nümayəndəsi Q.A.Potyomkinə çatdırıldı və o
bu işə razı olduğunu bildirdi. Deməli bu da Rusiyanın açıq-aşkar II İraklini onun siyasətini həyata
keçirməkdə bir vasitəçi olduğunu göstərirdi. Kartli-Kaxetiya çarı Qrabağ xanı ilə birlikdə Naxçıvan
xanlığı üzərinə hücum etmək istəsə də, bu işə isə Osmanlı dövləti mane oldu. Çünki Georgiyevsk
traktatı bağlanmasından və Gürcüstana rus ordusunun gəlməsindən narahat olan Osmanlı sultanı
yenidən Cənubi Qafqazın işlərinə qarışmağa başladı. Belə ki, Osmanlı dövləti müsəlmanların
həmrəyliyinə arxalanaraq, Azərbaycan və Dağıstan hakimlərini ələ almağa, həmçinin qarabağlıların
gürcülərlə ittifaqını pozmağa cəhd göstərirdi.
Bu zaman erməni patriarxı İoni Qarabağ məlikləri ilə birlikdə Q.A.Potyomkinə yazırdılar ki,
Osmanlı nümayəndələri Kür çayı yanında azərbaycanlılardan ibarət ordu yaratmağa və rus
ordusunun qarşısını kəsməyə cəhd edirlər ( 3, s. 65).
Azərbaycan xanlıqları arasındakı ziddiyyətlərdən Osmanlı dövləti istifadə edə bilərdi. Bu isə
öz növbəsində Rusiyanın həmin bölgədə yeritdiyi siyasəti müvəffəqiyyətsizliyə uğradırdı. Bununla
əlaqədar Rusiya dövlətinin hakim dairələri Qafqaz xəttində olan ordunun komandanlığına
tapşırmışdı ki, “...yaxın olduqları yerlərdə Azərbaycan hakimlərinə, irəvanlı
Hüseynəli xana, təbrizli
Nəzərqulu xana, xoylu Əhməd xana, Urmiyalı Qulu xana sakitlik yaratmaq, öz aralarında razılığa
gəlmək, sülhü qoruyub saxlamaq və öz imkanları ilə razılaşmaq üçün onlara təsir etsinlər. Onlara
bildirmək lazımdır ki, dinclik və sakitliyi Rusiya verə bilər. Rusiya ilə etibarlı qonşuluq əsasında
güclü himayəçi tapa bilərlər... Mən inanıram ki, Azərbaycanın hakimləri özləri bu həqiqəti dərk
edəcək, qanlı ara müharibələrinə son qoyacaq və bu da həm özlərinin, həm də insanlığın xeyrinə
olacaqdır” ( 3, s. 67).
Kəlbəli xan hakimiyyətə gəldiyi vaxt, 1787-ci ildə Azərbaycanda və bütövlükdə Cənubi
Qafqazda daxili və xarici vəziyyət xeyli mürəkkəbləşmişdi. Azərbaycanın və Gürcüstanın İran və
Osmanlı imperiyası tərəfindən təcavüzkarlığa məruz qalmaları təhlükəsi yaranmışdı. Belə bir tarixi
73
şəraitdə Cənubi Qafqaz xalqları öz daxili imkanları hesabına xarici təhlükəyə qarşı
istiqlaliyyətlərini müdafiə edə bilməzdilər. Naxçıvan xanlığında hakimiyyətə gəldiyi gündən
Kəlbəli xan Rusiya dövləti ilə həm siyasi, həm də iqtisadi münasibətlər yaratmağa səy göstərmişdi.
Bu da səbəbsiz deyildi. Həmin dövrdə İran təcavüzü qarşısında qalan Azərbaycan xanlarına rus
dövləti özünü riyakarlıqla Şərq xalqlarının “dostu” kimi qələmə verir, Azərbaycan xanlıqlarına hər
vasitə ilə kömək göstərəcəyini vəd edirdi. Məhz buna görə də Kəlbəli xan sadəlövhlüklə rus
diplomatlarının fitnəkarlığına uymuşdu. O da bəzi Azərbaycan xanları kimi Georgiyevsk
müqaviləsinin (1783) səmimiyyət naminə bağlanıldığına inanırdı. Elə onun Rusiyaya bu inamı Ağa
Məhəmməd şahın 1797-ci ildə qəzəbinə tuş gətirdi ki, bu yolda o, öz gözlərini itirdi. Lakin mövcud
vəziyyətdə Kalbalı xan Rusiyanın Cənubi Qafqaz siyasətindən yaralanaraq xanlığı yaşatmaq və
sabit siyasi vəziyyət əldə etmək üçün bu addımı atmış oldu.
XVIII əsrin ikinci yarısında 1783-cü ildə Georgiyevski traktatının imzalanmasından sonra
Rusiyanın Azərbaycan torpaqlarını işğal etmək istəyi daha da gücləndi. Artıq o Kartli-Kaxetiya
çarlığını özünə bir dayaq nöqtəsi kimi götürmüşdü. Osmanlı və İran dövlətlərinin müdaxiləsi və
daxili qarşıdurmalar Naxçıvan xanlarını Rusiya ilə yaxınlaşmağa vadar edirdi. Bu isə Rusiya
dövlətinin həmin əsrin əvvəllərindən başladığı siyasəti həyata keçirməyə əlverişli şərait yaradırdı.
Aparılan tədqiqatlardan belə aydın olur ki, Rusiyanın Cənubi Qafqaz siyasətini həyata keçirməsində
burada yaşayan xristian əhalinin böyük rolu olmuşdur.
ƏDƏBİYYAT
1.
Azərbaycan tarixi (Ən qədim zamanlardan XX əsrədək): Ali məktəblər üçün dərslik / Z.M.
Bünyadov və Y.B.Yusifovun redaktəsilə. Bakı: Azərnəşr, 1994, 680 s.
2.
Azərbaycan tarixi: 7 cilddə, III c., Bakı: Elm, 2007, 592 s.
3.
Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı: Şərq-Qərb, 2007, 120 s.
4.
Quliyev M.R. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri. Naxçıvan:
Əcəmi, 2013, 184 s.
5.
Mustafazadə T.T. XVIII yüzillik – XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan
münasibətləri. Bakı: Elm, 2002¸ 372 s.
6.
Nəcəfli G.C. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. Bakı:
Nur-lan, 2007, 284 s.
7.
Nəcəfli G.C. Ermənilərin Azərbaycanın Naxçıvan bölgəsini ələ
keçirmək üçün tərtib etdiyi
layihələr (XVIII əsr) / Naxçıvan bu gün:
islahatlar, perspektivlər (5-6 oktyabr 2007-ci ildə
keçirilmiş beynəlxalq simpoziumun materialları). Bakı: Nurlan, 2008, 105-112 s.
8.
Sadıq İ. Ermənilərin Birinci Pyotrla görüşü. Bakı: Azərnəşr, 1993, 32 s.
9.
Uras E. Tarihde ermeniler ve ermeni meselesi. İstambul: Belge Yayınları, 1987, 798 s.
10.
Абдурахманов А. Азербайджан во
взаимоотношениях России,
Турции и Ирана в
первой половине XVIII в. Баку: Нагыл Еви, 2011, 136 с.
11.
Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 годь. Санкт-
Петербургь: 1968, 587 с.
12.
Мамедов С.А. Исторические связи Азербайджанского и Армянского народов во
второй половине XVII – первой трети XVIII в. Баку: Элм, 1977, 263 с.
13.
Памятники дипломатических и торговых сношений Московской Руси с Персией
(состави-тель Н.И.Веселовски). Т. I, Санкт-Петербургъ: 1890, 553 с.
14.
Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и
Армении в XVI- начале XIX вв. Ленинград: Изд-во ЛГУ, 1949, 384 с.
15.
Эзов Г.А. Сношения Петра Великого с армянским народом. Санкт-Петербург:
Типография императорской АН, 1898, 512 с.