Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   31   32   33   34   35   36   37   38   ...   164

74 
ABSTRACT 
Ilhami Aliyev 
THE PLACE OF NAKHCHIVAN AT THE SOUTH CAUCASUS  
POLICY OF RUSSIA IN THE 18
TH
 CENTURY 
 
The  pape  deals  with  the  aggression  policy  of  Russia  in  the  South  Caucasus  in  the  18
th
 
century and the influence of this policy on the Azerbaijani regions,  especially Nakhchivan. It was 
noted that if at the beginning of 18
th
 century Russia wanted to get the Caspian region, in the end of 
this  century  at  this  plan  it  was  already  intended  to  occupy  all  the  South  Caucasus,  including 
Azerbaijani lands. Since the middle of the 18
th
 century, being divided into khanates of Azerbaijan 
created  favorable  conditions  for  Russia  to  pursue  this  policy.  Not  only  the  conflicts  between  the 
separate Azerbaijani khanates, but also happened confrontation the inside of the khanates, made it 
easier  for  the  becoming  true  of  this  occupation.  In  the  last  quarter  of  the  18
th
  century,  such 
confrontations  opened  up  opportunities  for  Russia  to  implement  its  occupation  policy  in 
Nakhchivan as in the other Azerbaijani khanates. After the signing of the treaties of Georgiyevski in 
1783,  Russia's  desire  became  stronger  to  occupy  Azerbaijani  lands.  He  had  already  taken  Kartli-
Caketia  as  a  foothold  for  himself.  The  intervention  of  the  Ottomans  and  the  Gacars,  the  internal 
conflicts  inveigled  the  Nakhchivan  khanate  to  approach  Russia.  This  created  favorable  conditions 
for the implementation of the Russian state policy, that had begun in the beginning of the century. It 
is  clear  from  the  conducted  researches  that  the  Christian  population  living  here  had  played  an 
important role in the realization of the South Caucasus policy of Russia. However, at the end of 18
th
 
century Aga Mohammed Shah Gajar's capture of the Nakhchivan khanate was postponed this desire 
of Russia for some time. 
 
РЕЗЮМЕ 
Ильхами Алиев 
МЕСТО НАХЧЫВАНА В ПОЛИТИКЕ ЮЖНОГО  
КАВКАЗА РОССИИ В XVIII ВЕКЕ 
     
В статье рассматривается политика агрессии России на Южном Кавказе в XVIII веке и 
влияние этой политики на регионы Азербайджана, особенно Нахчыван. Было отмечено, что 
если  в  начале  XVIII  века  Россия  хотела  получить  Каспийский  район,  то  в  конце  этого 
столетия предполагалось, что весь Южный Кавказ, в том числе и Азербайджан.  С середины 
XVIII  века  разделение  Азербайджана  на  ханства  создало  благоприятные  условия  для 
реализации  Россией  этой  политики.  Конфликты  между  отдельными  азербайджанскими 
ханствами,  а  также  столкновения  в  ханствах  облегчили  оккупацию.  В  последней  четверти 
XVIII  века  такие  столкновения  открыли  для  России  возможности  для  осуществления  своей 
оккупационной в Нахчыван, а также в других азербайджанских ханствах. После подписание 
Георгиевского  договора  в  1783  году  желание  России  оккупировать  азербайджанские  земли 
усилилось.  Он  уже  взял  промежность  Картли-Кахетии  в  качестве  базы  для  себя. 
Вмешательство  Османской  империи  и  Гаджаров  внутренние  конфликты  побудили 
Нахчыванского хана приблизиться к России. Эта была хорошая возможность для реализации 
политики  российского государства,  начавшейся  в  начале  века.  Из  исследований  видно,  что 
живущее  здесь  христианского  население  сыграло  важную  роль  в  реализации  политики 
Южного  Кавказа  России.  Однако  захват  Ага  Мухаммедом  Шах  Гаджаром  Нахчыванского 
ханства в течение некоторого времени был отложен Россией в конце XVIII века. 
 
 
  
                                   NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa   
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
                                             
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Z.Şahverdiyev 
 


75 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
AYTƏN MEHDİYEVA 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
ayten-69@mail.ru 
UOT:94 
AZƏRBAYCAN VƏ ANADOLUNU BİRLƏŞDİRƏN QALALAR                                 
 (EVLİYA ÇƏLƏBİNİN MƏLUMATLARI ƏSASINDA) 
 
Açar sözlər: Evliya Çələbi, Azərbaycan, Anadolu, Naxçıvan, qalalar, yollar 
Keywords: Evliya Chalabi, Azerbaijan, Anatolia, Nakhchivan, towers, ways 
Ключевые слова:
  
Евлия Чалаби, Азербайджан, Анатолия, Нахчыван, замки, дороги 
Səyahətnamə janrının ilkin nümunəsinin yaranması uzun illər ərzində Homer yaradıcılığı ilə 
bağlanmışdır.  Bu  fikir  alternativsiz  qəbul  olunmuş  və  Homerin  “Odisseya”  əsərinin 
səyahətnamələrin  ən  qədim  nümunəsi  olduğu  göstərilmişdir  [12,  304].  Əslində  bu  fikir  nisbi 
xarakter  daşıyır.  Belə  ki,  altı  min il  bundan  əvvəl  şumerlərin  yaratdığı  “Bilqamış”  dastanı  birinci 
olmağa daha çox layiqdir [4, 20]. Sonrakı dövrlərdə müxtəlif xalqların tarixində bu ideyalar yenidən 
gündəmə gəlmiş və səyahətləri əks etdirən əsərlər və kitablar yazılmışdır.  
XVII əsr məşhur türk səyyahı Evliya Çələbinin on cildlik “Səyahətnamə”si artıq XIX əsrdən 
mütəxəssislərin böyük marağına səbəb olmuşdur. Yusif paşa ilə Hanya səfərinə qatılan səyyahdaha 
sonra Dəftərdarzadə Mehmed paşanın müəzzin və müsahibi kimi Ərzuruma getmişdir. O, vəzifəsini 
yerinə  yetirdiyi  dövrdə  Anadolunun  böyük  bir  hissəsini  gəzmiş,  Azərbaycan  və  Gürcüstanda 
olmuşdur.  Anadoludakı  paşalarla  bağlaşmalara  çalışan  Dəftərdarzadə  Mehmed  paşa  Evliya 
Çələbiyə  məktubların  ünvana  çatdırılması  işini  də  həvalə  etmişdir.  Məlik  Əhməd  paşa  sədrəzəm 
vəzifəsini  tutduqdan  sonra  o,  daha  çox  səyahət  etmək  imkanı  qazanmışdır.  Çələbi  Azərbaycana 
Osmanlı sultanının tapşırığı ilə də gəlmiş, Van yolu ilə hərəkət edərək Təbriz, Marağa, Qəzvin və s. 
şəhərlərdə  olmuş,  Qum-Kaşan-Rey  yolu  ilə  Bağdad  və  oradan  Anadoluya  qayıtmışdır.  Səyyah 
gəzdiyi yerlərdə rast gəldiyi qalalar haqqında ətraflı məlumat vermişdir.  
Evliya  Çələbinin  yaradıcılığı  ilə  məşğul  olan  müxtəlif  tədqiqatçılar  onun  müasirlərinin 
verdikləri məlumatlara əsaslanaraq, məşhur səyyahın hökmdar və yüksək vəzifəli dövlət məmurları 
ilə  bilavasitə  çalışdığı  və  yaxşı  münasibətlər  qurduğunu  bildirmişlər.  Evliya  Çələbi  müxtəlif 
insanlarla düzgün rəftar etmək bacarığı, mülayim təbiəti, iti zəkası, hazırcavablığı və əxlaqı ilə hər 
yerdə tanınmışdır. Onun səmimiliyi  ilə  yanaşı,  səyyahın  hadisələrə obyektiv baxımdan  yanaşması 
və əsərinin hər cəhətdən bitkin olmasına çalışması da diqqətə çarpır.Səyyahın geniş dünyagörüşü, 
humanizmi  və  öz  millətinə  böyük  hörmətlə  yanaşması,  onun  Osmanlı  imperiyası  sərhədlərində 
yaranmış ixtilaf və ziddiyyətlərin danışıqlar vasitəsilə həll edilməsinə üstünlük verməsi məsələsində 
də öz əksini tapmışdır.Evliya Çələbi “Səyahətnamə”sinin eyni janrda yazılan əsərlərdən əsas fərqi 
müəllifin  Azərbaycan-türk  mədəniyyətinə  dərindən  bələd  olması  və  verilən  məlumatların  regionu 
yaxından tanıyan sivil insana məxsus olması ilə izah etmək olar.  
Evliya  Çələbi  müxtəlif  sərhəd  məntəqələrindən  keçməklə  və  hər  dəfə  fərqli  bölgələrdə 
olmaqla dörd dəfə Azərbaycana səyahət etmişdir. İlk və son səfərində Qara dəniz və Şimali Qafqaz 
ölkələrindən  keçməklə  (1646-1648;  1665)  Bakıya  şimal  tərəfdən  daxil  olsa  da,  sonrakı  səfərləri 
zamanı (1648-1650; 1654-1656) onun səyahət marşrutu cənub-qərb tərəfdən başlanmışdır [7, 8 ]. 
Evliya Çələbinin Azərbaycana birinci səyahəti (1646-1647) Dəftərdarzadə Mehmed paşanın 
Ərzurum bəylərbəyi təyin edilməsi, Çələbinin müəzzin və müsahib kimi onunla Ərzuruma gəlməsi, 
Osmanlı  imperiyasının  təbəəsi  Mustafa  bəyin  sərhədi  pozaraq  Səfəvi  torpaqlarını  talan  etməsi 
nəticəsində  Rəvan  hakiminin  şikayəti,  buna  cavab  olaraq  yetmiş  altı  minlik  bir  qoşunun  Şoşik 
qalasına  göndərilməsi  və  Mustafa  bəyin  Maku  qalasında  gizlənməsinə  baxmayaraq,  Mehmed 
paşaya təslim edilməsi ilə əlamətdardır. Bu hadisələri ətraflı təsvir edən E.Çələbi rast gəldiyi qalalar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə