Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   39   40   41   42   43   44   45   46   ...   164

90 
tətbiqinə, həmçinin ətraf mühitin mühafizəsi sferasında yüksək standartların yaradılmasına təminat 
formalaşdırır.  
Azərbaycan  Respublikası  EXM-ə  qoşularkən,  xarici  investorların  daxili  milli  məhkəmə 
vasitələrinə müraciətindən sonra eyni mövzu ilə əlaqədar mübahisəli məsələnin beynəlxalq arbitraja 
verilməsini qadağan edən qeyd-şərt də etmişdir. Azərbaycan Respublikasının Hökumətinin 2002-ci 
il qərarı ilə Avropa Enerji Xartiyası ilə münasibətləri xüsusi yaradılmış qurumlararası Ekspert qrupu 
həyata keçirir. 
Ticarət  məsələləri  üzrə  işçi  qrupunda  Azərbaycan  Respublikası  DTT-yə  üzv  olmaqdan 
qabaq  özünü  xarici  ticarət  rejimi  haqqında  digər  üzv-dövlətlərə  məlumat  verir,  əvəzində  onların 
xarici  ticarət  rejimi  haqqında  məlumat  alır.  Neft,  təbii  qaz,  energetika  mallarının  alqı-satqısı 
sahəsindəki  qanunvericilik,  kontraktlar  əsasında  bu  sahədəki  ticarətin  liberallaşdırılması  kimi 
məslələrdə təcrübə mübadiləsi edir. 
Naxçıvan Muxtar Respublikasının energetika sistemi, onun enerji təhlükəsizliyi geosiyasi və 
iqtisadi vəziyyət baxımından dəyərləndirilməlidir. 1990-cı ildən sonra blokada vəziyyətinə düşmüş 
muxtar respublikada ən ciddi problemlər energetika sahəsində yaşanmışdı. Lakin Azərbaycan Res-
publikasının siyasi-iqtisadi uğurları nəticəsində bu sahədə mühüm nailiyyət əldə olunmuşdur. Xüsu-
sən də muxtar respublikanın bütün yaşayış məntəqələruinin qazlaşdırılması və elektrikləşdirilməsi 
üzrə tədbirlər qeyd edilməlidir. 
Azərbaycan  xalqının  böyük  oğlu  Heydər  Əliyevin  1990-cı  ilin  iyun  ayında  Moskvadan 
Bakıya, oradan da Naxçıvana qayıdışı geniş mənada bütövlükdə Azərbaycan, xüsusəndə ölkəmizin 
ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan  üçün  də  taleyükle  məsələ  idi.  Çox  çətin  hərbi  və  siyasi 
durumda  olan  Azərbaycan  üçün  zəngin  təcrübəyə,  müstəsna  dövlətçilik  səriştəsinə  və  xilaskarlıq 
bacarığına malik olan Heydər Əliyev hava su qədər lazım idi. 
2006-cı  ildə  Bakıda  çap  olunmuş  “Qayıdış”  kitabında  Naxçıvan  Muxtar  Respublikası  Ali 
Məclisinin  sədri  Vasif  Talıbovun  çox  doğru  olaraq  ifadə  etdiyi  kimi,  “Moskvadan  Naxçıvana 
qayıdış  ...  əyalət  mərkəzinə  yox,  Vətənə  qayıdış  idi;  böyük  siyasətə  yenidən  və  fəal  şəkildə, 
birmənalı, ardıcıl, qətiyyətli Qayıdış idi ... Əsl yolu zaman özü seçdi. Xalqın iradəsi hər şeyə qalib 
gəldi  və  müstəqil  Azərbaycan  öz  nicatını  Heydər  Əliyevin  hakimiyyətə  ikinci  dəfə  qayıdışında 
tapdı” (5, 8-12). 
Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanda mənalı və keşməkeşli həyatının çətin və 
şərəfli  mərhələsini  yaşadı.  Ermənistan  tərəfinin  ərazi  iddeaları  zəminində  Naxçıvana  edilən  hərbi 
həmlələr,  baş  verən  döyüşlərdə  verilən  şəhidlər  çətinliklərin  miqyasını  genişləndirirdi.  Buna 
baxmayaraq, təcrübəli dövlət xadimi bütün çətinliklərin real çıxış yollarını müəyyən edib, yaranmış 
böhranı  aradan  qaldırmaq  üçün  qəti  qərarlar  qəbul  etməyi  bacardı  (6,  225).  Türkiyə 
Cumhuriyyətinin  və  İran  İslam  Respublikasının  dövlət  başçıları  ilə  əhalinin  artan  iqtisadi-siyasi 
çətinliyi aradan qaldırıldı, sıxıntıya salınmış camaatın elektrik təminatını yaxşılaşdırdı. Ermənistan 
tərəfindən  elektrik  enerjisinin  kəsilməsi  ilə  əlaqədar  yaranmış  böyük  çətinliklər  qısa  vaxtda 
Türkiyənin  İğdır  bölgəsindən  çəkilmiş  və  Sədərək  üzərindən  Naxçıvan  şəbəkəsinə  birləşdirilmiş 
elektrik cərəyanının muxtar respublikanın bölgələrinə çatdırılması ilə aradan qaldırıldı. 
Naxçıvanın  Türkiyə  və  İranla  iqtisadi,  ticarət,  mədəni  əməkdaşlığının  genişlənməsi 
Azərbaycanda  və  Naxşıvanda  bəzi  qüvvələrin  “narahatlığına”  səbəb  olmuşdu.  Belə  ki,  onlar  bu 
addımları Naxçıvanda separatizm meyillərinin güclənməsi kimi təqdim etməyə çalışırdılar.  
Azərbaycan  dövlət  hakimiyyəti  orqanlarının  nümayəndələri  Naxçıvan  Muxtar 
Respublikasının  Konstitusiya  quruluşunda  dəyişiklik  etmək,  onun  kanstitusiya  hüquqlarını 
məhdudlaşdırmağa  çalışırdılar.  Bununla  əlaqədar  Muxtar  Respublika  Ali  Məclisi  Rəyasət 
Heyyətinin  7  dekabr  1992-ci  il  tarixli  qərarında  göstərilirdi:  “Ali  Məclisin  Rəyasət  heyəti  bəyan 
etməyi zəruri  hesab  edir ki,  Bakıda və Naxçıvanda ayrı-ayrı  dairələr tərəfindən Naxçıvan Muxtar 
Respublikası rəhbərliyinin fəaliyyətindəki separatizm haqqında yayılan şayələr uydurmadır, böhtan 
xarakteri daşıyır və heç bir əsası yoxdur. Türkiyə və İranla əlaqələrin inkişaf etdirilməsi Azərbaycan 
Respublikasının  ümumi  siyasətinin  tərkib  hissəsidir,  uzun  müddət  blokada  şəraitində  olan  muxtar 
respublikanın sosial-iqtisadi problemlərinin həll edilməsinin zəruriliyindən irəli gəlir”. (7, 44) 


91 
Muxtar  respublikanın  tamamilə  qazlaşdırılması  3  mərhələdə  nəzərdə  tutulmuş  və  həyata 
keçirilmişdir. Birinci mərhələdə Naxçıvan şəhəri və rayon mərkəzləri, ikinci mərhələdə əvvəllər qaz 
xətti mövcud olmuş bütün yaşayış məntəqələri, sonuncu mərhələdə isə ümumiyyətlə indiyədək qaz 
xətləri çəkilməmiş kəndlər qazlaşdırılmışdır. 
2008-ci  ildə  qaz  çəkilişi  ilə  bağlı  aparılan  işlər  yekunlaşmış,  muxtar  respublikanın  bütün 
yaşayış  məntəqələri  təbii  qazla  təmin  olunmuşdur.  Bu  qazlaşdırma  tədbirləri  2005-ci  ilin 
sonlarından etibarən İran İslam Respublikasından mübadilə olunmaqla muxtar respublikaya 13 illik 
fasilədən sonra təbii qazın nəqli nəticəsində mümkün oluşdur. 
Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin əsası 1992-ci 
ilə İran İslam Respublikasının dəvəti ilə o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 
Sədri işləyən ümummilli lider Heydər Əliyevin İran İslam Respublikasına səfəri zamanı 24 avqust 
1992-ci  il  tarixində  imzalanmış  “Azərbaycan  Respublikasının  Naxçıvan  Muxtar  Respublikası  və 
İran  İslam  Respublikası  arasında  əməkdaşlıq  protokolu”  ilə  qoyulmuşdur.  Naxçıvan  Muxtar 
Respublikasının  qaza  olan  tələbatının  ödənilməsinə  dair  2004-cü  ilin  avqust  ayında  Azərbaycan 
Respublikası ilə İran İslam Respublikasının hökümətləri arasında imzalanmış “Təbii qaz mübadiləsi 
üzrə  müqavilə”nin  icrası  olaraq  2005-ci  ilin  noyabr  ayından  muxtar  respublikaya  təbii  qazın 
verilməsinə başlanmışdır. 
2007-ci il avqustun 21-də isə Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası 
hökuməti arasında “Ordubad” su elektrik stansiyasının tikintisi barədə protokol imzalanmış və SES-
in tikintisinə başlanmışdır. 
Naxçıvan  Muxtar  Respublikasının  energetika  sisteminin  formalaşmasında  və  onun 
(beynəlxalq) regional xarakter kəsb etməsində Türkiyə də mühüm rol oynamışdır.  
Ordubad rayonunda “Tivi” Su Elektrik Stansiyasının tikintisi üçün Türkiyə şirkətləri ilə də 
müqavilələr  bağlanmışdır.  2007-ci  il  tarixdə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri 
Ordubad  rayonundakı  Gilançay  üzərində  Biləv  və  Tivi  kanal  tipli  Su  Elektrik  tipli  stansiyaların 
tikintisini  həyata keçirmək məqsədi  ilə Türkiyə  Cumhuriyyətinin  AYDİŞ  İnşaat  və Ticarət  LTDF 
Şirkəti  və  Çelikler  İnşaat  Anonim  Şirkəti  ortaq  təşəbbüs  qrupunun  rəhbərlərini  qəbul  etmiş,  öz 
tövsiyyələrini vermiş və müvafiq müqaviləni imzalamışdır. 
8 avqust 2009-cu il tarixdə Türkiyə Cumhuriyyətinin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin 
nümayəndə  heyyəti  Naxçıvanda  olmuşdur.  Nümayəndə  heyətinin  tərkibində  Türkiyə 
Respublikasının  Azərbaycan  Respublikasındakı  fövqəladə  və  səlahiyyətli  səfiri  və  Türkiyənin 
BOTAŞ  şirkətinin  baş  direktoru  da  yer  almışdır.  Səfər  çərçivəsində  nümayəndə  heyəti  Naxçıvan 
Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  ilə  görüşmüşdür.  Həmçinin,  Türkiyəyə  satılan 
Azərbaycan qazının həcmi və qiyməti ilə bağlı Azaərbaycan Respublikasının Dövlət Neft Şirkəti və 
BOTAŞ arasında aparılan danışıqların növbəti mərhələsi çərçivəsində Naxçıvanda enerji mübadiləsi 
ilə əlaqədar niyyət protokolu imzalanmışdır. 
Ümumilikdə,  muxtar  respublikaya  təbii  qazın  verilməsi  yeni  elektrik  stansiyalarının  işə 
salınmasına  səbəb  olmuş,  Naxçıvan  Qaz  Turbin  Elektrik  stansiyasında  turbinlərin  qazla  işləmə 
rejiminə keçirilməsi nəticəsində burada enerji istehsalı imkanları artırılmışdır. 
Azərbaycan  Respublikasında  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə 
olunması üzrə Dövlət Proqramında qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası enerji sisteminin 
ölkənin  əsas  enerji  sistemi  ilə  əlaqəsinin  olmadığını  nəzərə  alaraq,  ilk  növbədə  Naxçıvan  Muxtar 
Respublikasında  orta,  kiçik  və  mikro  su  elektrik  stansiyalarının  tikilməsi  daha  məqsədəuyğundur. 
Bu işin təşviqi olaraq bərpa olunan enerji mənblərinin hasilatı üçün texnoloji avadanlığın istehsalı 
Naxçıvan Muxtar Respublikasında qurulmalıdır. 
Muxtar respublikada 87 meqavat elektrik enerjisi istehsal etmək gücünə malik 10 moduldan 
ibarət  elektrik  stansiyası  çox  qısa  müddətdə  tikilərək  istifadəyə  verilmişdir.  Həmçinin  muxtar 
respublika  ərazisində  mövcud  alternativ  enerji  mənbələrindən  istifadə  istiqamətində  də  tədbirlər 
davam etdirilmişdir. Belə tədbirlərdən biri Ordubad Su Elektrik stansiyasının inşası ilə bağlıdır. Bu 
məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 yanvar 2017-ci ildə Ordubad Su 
Elektrik  Stansiyasının  təməlqoyma  mərasimində  iştirak  edib.  Bu  elektrik  stansiyası  36  meqavat 
gücündə  olacaq.  Stansiya  derivasiya  tiplidir  və  Araz  çayı  üzərində  yerləşdiriləcək.  Stansiya  üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə