Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   37   38   39   40   41   42   43   44   ...   164

86 
keşişi Hovannes 1410 –cu ildən 1827- ci ilədək İrəvan xanlığını 49 azərbaycanlı xanlar tərəfindən idarə 
olunduğunu  göstərmişdir.  Bu  məlumata  “Erməni  Sovet  Ensiklopediyası”nda  da  rast  gəlmək  olar.O 
zaman  belə  bir  sual  verək  :”  Kim  kimin  torpağına  zorla  sahib  olmuşdur?  İrəvan  kimin  torpağı  ikən 
kimin ərazisinə çevrilmişdir? Yuxarıda qeyd etdiyimizlər sualımızın cavabıdır. (15.s.127) 
Rusların Ermənistanda hakimiyyət qurmaları 
XVIII  əsrdə  İ.Pyotrdan  başlayan  isti  dənizlərə  enmə  siyasətində  Qafqaz  torpaqları  mühüm  bir 
hədəf idi. Rusların Qafqaz siyasətinin həyata keçirilməsində və inkişaf etdirilməsində ermənilərin onlara 
daha çox kömək və dəstəkləri bu məqsədlərin hər zaman gündəmdə qalmalarına və irəliləməsinə səbəb 
olurdu.Rus dövlətinin cənuba gəlmə siyasəti ilə başlayan Qafqaz və Azərbaycan ərazilərini ələ keçirmək 
fikirləri  vaxt  keçdikcə  dövlət  siyasətinə  çevrildi.  1725-ci  ildə  I  Pyotrun  ölümündən  sonra  da  Rusiya 
dövləti  I  Pyotrun  vəsiyyətnaməsinə  sadiq  qalaraq,  “isti  dənizlərə  getmə”və  Qafqazda  güclənməsini 
davam  etdirdi.  II.Yekaterina  1793-cü  illərdə  Genaral  Qudoviçə  iki  dəfə  əmr  verdi  və  Azərbaycan 
xanlıqları  üzərində  siyası  hakimiyyət  qurmaq  üçün  fəaliyyətə  başladı.İran  şahı  ruslara  qarşı  hərəkətə 
başlamışdır.  Yekaterina  Qafqaz  və  Azərbaycan  regionuna  üstünlük  verirdi.  İran  Şahı  ruslara  qarşı 
mübarizəyə  başladı.  II  Yekaterina Qafqaza və  Azərbaycan torpaqlarına hakim olmaq üçün  fəaliyyətə 
başladı, bu bölgələrin təbii ehtiyatları Rusiyanın marağını daha çox bu istiqamətə döndəriridi, Rusiyanın 
bu  siyəsəti  nəticəsində  Quba  və  Şamaxı  bölgələrini  ələ  keçirdilər,  digər  Azərbaycan  xanlıqlara  xəbər 
göndərib  silahlarının  atmalarının  və  onlara  tabe  olmaqlarını  tələb  etdilər.Çətin  vəziyyətdə  qalan 
Azərbaycan  xanlıqlarından  Talış,  Şamaxı,  Gəncə,  İrəvan,  Naxçıvan,  Hoy  və  Qarabağ  xanlıqları 
Rusiyanın  himayəsini  qəbul  etdilər,  Ruslar  Qafqazda  irəliləyirdılər,  Ruslar  1803-cü  ildə  Azərbaycan 
ərazisi olan Car-Balakəni, daha sonra isə ruslar 1804-cü ildə Gəncə xanlığını ələ keçirdilər (16.s.1-7). 
Gəncə  xanlığının  ruslar  tərəfindən  ələ  keçirilməsi  İran  və  Rusiya  arasında  münasibətləri 
gərginləşdirdi.Azərbaycan xanlıqlarından olan Dərbənd, Bakı,  Lənkəran, Naxçıvan və  İrəvan (Revan) 
kimi  bəzi  xanlıqlar  rusların  bu  işğalına  qarşı  qəhrəmanlıqla  etiraz  səslərii  ucaltdılar,  azərbaycanlı 
qadınlar da Rusiyaya qarşı qəhrəmanlıqla mübarizə apardılar. Bunlardan biri də Dərbənd xanı Şeyx Əli 
xanın  bacısı  Pəricə  xatundur.  1796-cı  ildə  Dərbənd  xanlığına  hücum  edən  Rusiya  qüvvələrinin 
komandiri general Zubov idi, xanlıqda hörmətli şəxslərdən olan Pəricə Xatun əlinə silah alıb xalqı ilə 
bərabər  ruslara  qarşı  olan  küçə  müharibələrinə  başladı.  Rusların  hücum  dövründə  xanlıqlar  arasında 
şansızlıq ruslara qarşı apardıqları bu mübarizədə tək qalmaları idi. O dövrdə Osmanlı dövləti və  İran 
şahı kifayət qədər güclü deyildi, eyni zamanda, öz aralarında problemlər yarandı, bu vəziyyət Rusiyanın 
Qafqaz  regionunu  ələ  keçirmək  işini  asanlaşdırdı.  (17.s.72-73).  İran  Rusiya  ilə  apardığı  mübarizədə 
məğlubiyyətə  uğradı.  Gülistanda  1813-ci  ilin  Oktyrab  (oktyabr)  ayında  müqavilə  bağlamaq 
məcburiyyətində  qaldı  .Müqavilə  Azərbaycan  torpaqlarını  böldüyü  kimi  Azərbaycan  millətini  də  iki 
dövlət  (İran-  Rusiya)  arasında  böldü.Rusya  ilə  İran  arasında  Azərbaycan  torpaqlarına  sahib  olmaqla 
bağlı  yaranan  münaqişədə  erməni  könüllü  birlikləri  hər  zaman  Rusiyanın  yanında  oldular.  Gülistan 
müqaviləsinə  görə  İrəvan  və  Naxçıvan  xanlıqlarının  idarə  olunması  İrana  verilmişdir  (18.s.131-132). 
Azərbaycan  xanlıqlarının  dövlətlərə  bağlılığı  Rusiya  ilə  İran  arasında  bağlanan  Gülüstan  və 
Türkmənçay  müqaviləsinə  görə  müəyyənləşdi.  Oktyabr  1813-cü  il  Gülüstan  müqaviləsinə  görə 
Dərbənd,  Quba,  Bakı,  Lənkəran,  Şirvan,  Şəki,  Gəncə,  Qarabağ  xanlıqları  Rusiyanın  əlinə  geçti.Bu 
müqavilədən istər Rusiya istər İran razı qalmadı.Hər iki tərəf, xüsusilə İran müharıbəyə Qərb dövlətlərin 
dəstəyi ilə, xüsusilə İngiltərənin dəstəyi ilə hazırlaşırdı.1826-cı ildə İrəvan xanlığına Rusiyanın hücumu 
müharibənin başlamasına təkan verdi.Bu müharibədə  İran məğlub  oldu, Rusiya  qazandı. 1828-ci ildə 
İran  və Rusiya  arasında  Türkmənçay  müqaviləsi imzalandı.Bu müqaviləyə  əsasən Aras  çayı və Talış 
dağları sərhəd zonaları kimi qəbul edildi.Naxçıvan xanlıqları Rusiyanın əlinə keçdi.Bu müqaviləyə görə 
Xəzər dənizi Rusiyanın əlinə keçdi.1828-ci ildən sonra Şimal Azərbaycan ərazisində yaşanan hər şey 
Rusiyanın  istəyinə  uyğun  formalaşmağa  başladı.  (8.s.73-74).
 
Türkmənçay  müqaviləsinə  görə 
Azərbaycan torpaqları ikinci dəfə Rusiya ilə İran arasında bölündü, təəssüf ki, Azərbaycan xalqına öz 
fikirlərini  soruşmadlar,  bir  müddət  sonra,  1828-ci  il  martın  21-də  Novruz  günləri  qeyd  edilərkən.İ. 
Nikolay  dövründə,  onun  fərmanına  əsasən  Azərbaycanda  Naxçıvan  və  Ermənistanda  bir  "Erməni 
vilayəti" idarəsi yaradıldı. Bu, gələcəkdə Azərbaycan ərazisində erməni dövlətinin yaradılması üçün bir 
addım idi. Bölgəyə çoxlu erməni əhalisi köçürülürdü. Rusların məqsədi bu torpaqlarda erməni əhalisini 


87 
çoxaltmaq və türklərin bu torpaqlarda azlıq statusuna samaq idi. 1828-ci ildə bölgəni ələ keçirdikdən 
sonra planlı fəaliyyət nəticəsində istədikləri məqsədə gec də olsa, çatdılar. (13.s.351-352). 
XIV  əsrdə  İrəvan  yaradıldı,  İstehsal  müxtəlifliyinə  və  strateji  mövqeyinə  görə  sürətlə  inkişaf 
etmişdir. İrəvana Səfəvi dövlətinin qurucusu Şah İsmayıl üçün xüsusi əhəmiyyət kəsb edirdi. XI əsrdə 
türkmən  axınları  yerləşmək  məqsədilə  bölgəyə  gəlmiş,  bu  region  XIII  əsrdən  etibarən  Avropada  da 
Türkmənistan kimi tanınmışdır.XI əsrdən XIX əsrə qədər oğuz türklərinin nəzarəti altında idi.XI əsrdən 
XIX əsrin 30 cu illərinə qədər qədər İrəvan türklər tərəfindən idarə olundu. Coğrafi mövqeyi, mühüm 
yolların kəsişdiyi bir yerdə olması, İrəvanı tarixi boyunca əhəmiyyətli bir yerə çevrilməsini təmin edirdi. 
İpək  yolu  yaxınlığında  bu  regionun  yerləşməsi  onu  diqqət  mərkəzinə  çevirmişdir.  İrəvan  ərazilərinin 
əhəmiyyətli  mövqedə  bir  yer  olmasına  görə,  buranı  zaman-  zaman  böyük  dövlətlərin  mübarizə 
meydanına  çevirmişdir.  Böyük dövlətlər hər fürsətdə  bu torpaqları  ələ keçirmişlər.  İrəvanda türklərin 
çoxlu milli- mədəni abidələri var. Region müxtəlif türk dövlətləri tərəfindən idarə olunmuşdur. İrəvan 
torpaqlarının altı da, üstü də oğuz türklərinə aittir. XIX əsrdə bölgədəki iki böyük türk və müsəlman 
dövlətin  keçmiş  güclərini  itirmiş  olması  və  Rusiyaya  qarşı  birlik  qura  bilməmələri  rusların  işini 
asanlaşdırmışdır.  XIX  əsrdən  sonra  Rus  dövlətinin  Qafqazda  işğalçılıq  bir  siyasət  yeritməsi  və 
Azərbaycan  torpaqlarını  ələ  keçirmək  istəməsi  onu  İran  ilə  qarşı-qarşıya  gətirmişdir.  Rus  və  İran 
dövlətləri  arasındakı  müharibədə  İrandakı  türk  dövləti  məğlub  olunca,  region  1828  Türkmənçay 
müqaviləsindən  sonra  rus  hakimiyyəti  altına  girmiştir.Ruslar  bu  regiona  sürətlə  erməni  əhalisini 
köçürməyə başlamışdılar Bu bölgədə yüz illərlə yaşayan oğuz türkləri öz torpaqlarında azlıq statusuna 
düşmüşdür, türklər öz vətənlərindən Anadoluya və İrana köçmək məcburiyyətində qalmışdılar. Avropa 
ölkələri erməniləri dəstəklədilər, lakin onların əsas dəstəyi Rusiyadan gəlirdi. Rusiyanın siyasətinə görə 
Ermənistan Azərbaycan və Orta Asiya türkçülüyünün arasını kəsmək üçün yaradıldı. XIX əsrdə bölgəyə 
intensiv  olaraq  gətirilmiş  ermənilər  XX  əsrin  əvvəllərində  ruslar  tərəfindən  bir  tampon  dövlət  olaraq 
tarixi Qərbi Azərbaycan ərazisini özlərinə vətən etdilər... 
 
ƏDƏBİYYAT 
 
1.  MustafaAydın.  İslam  Ensiklopediyası,  Rəvan  maddəsi.  www.  Islamensiklopediyasi. 
c/35/Infa/dia/maddei.Rəvan, 2008, c.35.s.26-29 
2.  Selçuk  Ilgaz, Osmanlı  hakimiyyəində Rəvan (Çukur Saad)  (XVI-XVIII  əsrlər  arası sosial-iqtisadi 
tarix)  T.C.  Atatürk  Universiteti  Sosial  Elmlər  İnstitutu  İbidai  təhsilt  Bölümü  (doktorluq  disseri) 
Erzurum 2010, s.43 
3.  Oqtay  Kızılkaya,  XIX  əsrdə  Rəvan  və  ətrafı,  I.  Beynəlxalq  İğdır  Simpoziumu  Sosial  elmlər 
İnstitutu, (19-21 aprel 2012-Iğdır), Iğdır-2013, s.675 
4. Erol Kürkçüoğlu, Rəvandana İrəvana.Bir şəhərin kimliyi, Yeni Türkiyə 60 / 2014.s.2. 
5.  Toksoy Nurcan, Rəvanda son günler Türk rəhbəliyindən ermeni rəhbərliyinə. Orion nəşr., 2007, 
s.15-16.  
6-Rizvan Hüseynov. Orta əsr erməni mənbələrində Qafqazdakı Azərbaycan., www.Irs-az.com.s.19-22. 
7.  Almaz  Bayramova,  Yerevan  xanlığının  bəzi  etnotoponimlərində  leksik-semantik  xüsusiyyətləri 
(Tərcüməçi  Məhəmməd  Kamaloğlu,  TRT-nin  Ümumi  İdarəsi)  Hikme  Yurdu,  Fikir-şərh.  Sosial 
Elmlər Araşdırma dərgisi, İl: 8, Sayı: 16 iyul-dekabr, 2015/2, 216. 
8. Özer Küpəli. Övliya Çələbinin ilk İran səfəri.səyahət və qalalar haqqında, Türk Dünyası Araşdırma 
dərgisi XI / 2 (Kış 2011), s.84. 
9. Nazim Mustafa, İrəvan-Türk-İslam varlığı necə məhv edildi, Ankara 2015-ci il. 
10.  Tənzilə  rüstəmxanlı.  Erməni  zülmü.Türk  Müsəlman  Soyqırımı  (Çeviren  Gaffar  Çakmaklı) 
Karakutu mətbəəsi 254, 1 nəşr, Oktyabr 2009, s.131. 
11.Oktay Kızılkaya, Erməni coğrafiyasında türk əhalisinin hazırkı vəziyyəti, Yeni Türkiyə, 60/2014, s.2. 
12.  İbrahim Bayramov,  İrəvan şəhəri və onun tarixi haqqında,  filologiya  elmləri doktoru,  "Dirçəliş-
XXI əsr" -2008, -No-128-129.-ss.91-99. 
13.  Yaqub  Mahmudov  və  başqaları.İrəvan  xanlığı  Rusiya  işğalı  və  ermənilərin  şimal  Azərbaycan 
torpaqlarına  köçürülməsi,  Azərbaycan  Milli  Elmlər  Akademiyası,  A.Ə.  Bakıxanov  adına  Tarix 
İnstitutu, Bakı 2010, s.58-60. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə