Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   33   34   35   36   37   38   39   40   ...   164

78 
çatdırılmışdır.  Bunun  səbəbi  isə  1635-ci  ildə  Sultan  IV  Muradın  Rəvan  səfəri  zamanı  Ərzurum, 
Ahısqa,  Qars  və  Van  ordularını  bir  araya  gətirərək,  Qarış  şəhərini  dağıtması  ilə  əlaqələndirilmiş-
dir[7, 7]. Buna baxmayaraq, Evliya Çələbi Qarışda xoş qarşılandığı, qonaqpərvərlik göstərildiyi, 11 
cürə plov yeyib can söhbətləri etdiyi, Gülüstani-İrəm bağına bənzəyən Kələntər bağına vardıqları və 
s.  haqqında  məlumat  vermişdir  [7,  40].Buradan  12  saatlıq  məsafədə  Rəvan  torpağında  Masır 
qəsəbəsi  (kəndi)  və  14  saatlıq  məsafədə  Naxçıvan  xanına  məxsus  xass  torpağında  rast  gəlinən 
Zucxan qəsəbəsinin olduqca abad və çiçəkləndiyi, 7 saat ibrətnüma [ibrətlik] ağacları seyrü-tamaşa 
edərək, Üçkilsəyə çatmağın mümkünlüyü vəburada qeyri-adi kimi təqdim olunan hadisələrin təbii 
izahının mövcudluğunu diqqətə çatdırmışdır. 
Buradan  Sükun  qəsəbəsi,  Məhəmməd  Şami-Qazan  ziyarətgahı,  Sidirgi  (Sədərək)  qəsəbəsi, 
Əhməd  bəy  zaviyəsi  və  Böyük  Qarabağlar  şəhərini  (indi  kənddir)  keçən  E.Çələbi  “cahanın  nəqşi 
olan rəngarəng .. naxışlı bir şəhər” Naxçıvana çatmış və şəhərdə gördüklərini ətraflı təsvir etmişdir. 
O, Naxçıvanın çölü və ətrafında mətin və möhkəm qalaların olduğu və onların bir neçəsini gördüyü, 
lakin  ov  zamanının  yetişməsi  ilə  bağlı  olaraq,  bu  qalalara  tamaşa  edə  bilmədiklərini  yazmışdır. 
Müəllif həmin qalalar arasında Alıncaqvan (Əlincə), Səran, Sus Mərvan və b.-nınn adlarını çəkmiş, 
onları Əcəm diyarı, Tatarıstan, Leh (Polşa), Almaniya və b. qalalar ilə müqayisə etmiş, Kafiristan 
qalalarının təmtəraqlı ad daşımadığını bildirmişdir [7, 47,48]. Bunun əksinə olaraq, Ali-Osman ilə 
Əcəm diyarının şəhər və qala adlarının lətif olması müəllifin diqqətindən də qaçmamışdır.  
Azərbaycan xalqının uzun illər ərzində apardığı mübarizə onun maddi-mədəniyyət abidələri, 
yazılı  mənbələr  və  möhtəşəm  qalalarında  öz  təsdiqini  tapmışdır.  Əlverişli  coğrafi  şəraitdə 
yerləşməsi,  bərəkətli  torpaqları,  Qərblə-Şərq  arasında  ticarət  yollarının  Naxçıvandan  keçməsi  bu 
torpaqların  müdafiəsini  mühüm  bir  tələbata  çevirmişdir.  Yerli  əhalinin  özünü  müdafiə  etmək 
zərurəti  çoxsaylı  qalaların  inşasına  səbəb  olmuşdur.  Naxçıvanda  belə  qalalar  çoxdur  və  onlardan 
biri  də  Evliya  Çələbinin  qeyd  etdiyi  Əlincə  qalasıdır.  Türk  səyyahı  həmin  qaladan  bəhs  edərkən 
onun Qütbəddin tərəfindən tikildini göstərmişdir. Güman ki, müəllif burada səlcuq hökmdarlarından 
olan Qütbəddin II Məlikşahı (1188-1192) nəzərdə tutmuşdur. Qalanın inşası VII əsrdən əvvələ aid 
edilir[8,  13,14].  Qalada  600  döyüşçünün  sığınması  üçün  şərait  olmuşdur.  Eyni  zamanda  qala 
divarları  və  yaşayış  binaları  birbaşa  qayanın  üzərində  inşa  olunduğundan  olduqca  davamlı  və 
təhlükəsizdir [3, 9] 
Valayan  dağı  və  burada  salınmış  eyniadlı  ərazidən  təxminən  beş  saatlıq  bir  məsafəni  qət 
edən E.Çələbi Qumla (Kamle) adlı bir qalanın yerləşdiyi məkana çatmışdır. Bu qalanı 998 (1590)-ci 
ildə  Sultan  III  Muradın  böyük  sərdarı  Qoca  Fərhad  paşa  tikdirmişdir  [6,  37  ].  Valayan  dağının 
ətəklərində yerləşən qala dördbucaqlı forma, yeddi qüllə, şərq və qərbə açılan iki darvazaya malik 
olmuşdur. Şərq tərəfə açılan darvaza Təbriz darvazası adlanmışdır. Xadım Cəfər paşanın Təbrizdə 
hərbi komandanlığı zamanı o, Əcəm əsgərlərindən qaçaraq, bu qalada möhkəmlənmişdir. O, Təbriz 
tərəfdən  divarı  yıxaraq  onu  mühasirəyə  almış  qoşunun  bir  hissəsini  məhv  etmiş,  qalanlarını  isə 
Təbrizə qədər qovmuşdur. Təbriz qalasına doğru qaçan əsgərlər kəndxuda Cəfər paşanın bu qalada 
gizləndiyi və onları balyeməz toplarla qıracağını görmüş və bu iki düşmən arasında tələf olmuşlar. 
Müstəqil sərdara çevrildikdən sonra Xadım Cəfər paşa Qumla qalasının divarının dağıdıldığı yerdə 
güclü  qala  darvazaları  tikdirmiş  və  onu  Təbriz  (  Gedik)  qapısı  adlandırmışdır  [13,  138]. 
Xarabalıqları qalmış və ya dağıdılmış qalalar da müəllifin diqqətindən kənarda qalmamışdır. Belə 
ki, səyyah Saravrud çayı sahili ilə irəliləyərkən, əlverişli mövqeyə malik olan və inkişaf edən Duşt 
kəndi,  Səfi  şahının  həyat  yoldaşına  məxsus  xass(Lakderx)  haqqında  məlumat  verməklə  yanaşı, 
Saravrud  dağının  zirvəsində  dağıdılmış  vəziyyətdə  olan  qalanın  olmasını  bildirmişdir  [  13,  138-
139].  
Diqqəti  cəlb  edən  qalalardan  biri  də  Azərbaycanın  Kəhrəvan  qalasıdır.  Bu  qala  Şah 
Təhmasibin hakimiyyəti dövründə Afşar xanlarından Seyfiqulu xan tərəfindən Süleyman xana qarşı 
inşa  edilmiş,  Osmanlı  və  Əcəmi  hökmdarlarına  tabe  olmamışdır.  1586-cı  ildə  Qoca  Fərhad  paşa 
Təbrizdən Bağdada gedərkən, Kəhrəvan sultanı Meyməndi xan Afşar onun ordusunu talamış, paşa 
onun  bu  hərəkətlərinə  göz  yummuşdur.  Geri  qayıdarkən  on  yeddi  gün  qalanı  mühasirəyə  almış, 
lakin  uğur  əldə  edə  bilməmişdir.  Cəzasız  qalmış  Meyməndi  xan  Təbrizdən  Bağdada  və  əksinə 
hərəkət  edən  tacir  və  səyyahları  daha  amansızla  qarət  etməyə  başlamışdır.  Bununla 


79 
kifayətlənməyərək,  hətta  40-50  minlik  qoşunla  Təbrizin  dörd  bir  tərəfini  qarət  etmiş,  buna  cavab 
olaraq Cəfər paşa on iki minlik qüvvə ilə Təbrizdən çıxaraq yezidi kürdlər və türkmənləri məğlub 
etmiş,  Meyməndi  xan  isə  qaçaraq  Kəhrəvan  qalasında  gizlənmiş,  sonradan  tutulmuş,  sərt 
cəzalandırılmış,  əmlakı  alınmış  və  öldürülmüşdür  [  13,  141].  Qala  on  bir  il  Ali-Osmanın  əlində 
olmuşdur[7,  77].  Bağdad  yolunda  bir  təpə  üzərində  yerləşən  bu  qalanın  ətraf  çevrəsi  altı  min 
addımdan  ibarətdir.  Şimal  tərəfə  açılan  qapısı  Təbriz,  cənuba  açılan  qapısı  isə  Ərdəbil  qapısı 
adlanır. E.Çələbinin burada olduğu dövrdə min əsgərə malik sultanlıq olmuşdur [ 13, 142]. 
Evliya  Çələbinin  “Səyahətnamə”sində  diqqəti  cəlb  edən  məqamlardan  biri  də  Azərbaycan 
şəhərlərinin  qala  kimi  təqdim  olunması  ilə  bağlıdır.  Azərbaycana  birinci  səyahəti  zamanı  müəllif 
Naxçıvan torpağında əsası Mənuçöhr tərəfindən qoyulan Böyük Qarabağları şəhər kimi təqdim etsə 
də, Nəqşi-cahan artıq qaladır və bu qalanın çölü və ətrafı da möhkəm qalalarla qorunur [7, 43-47]. 
Azərbaycan  şəhərlərindən  olan,  banisinin  kimliyi  göstərilməsə  də,  1583-1586-cı  illərdə  Əgrənin 
fatehi Sultan Məhəmmədin vəzirlərindən biri olan sərdar Qoca Fərhad paşa, daha sonra IV Muradın 
uçurduğu  Kiçik  Qarabağ  şəhərinin  tikintisi  Evliya  Çələbinin  dövründə  hələ  də  davam  etmişdir. 
Təbriz  hüdudunda  ayrıca  bir  sultanlıq  kimi  qiymətləndirilir,  min  əsgər,  kələntər,  daruğa, 
münşi,minbaşıvə  dizçökən  ağası  olduğu  bildirilmişdir  [7,  49],  lakin  qala  kimi 
dəyərləndirilməmişdir. Təsuy şəhərinin təsviri verilərkən onun Təbriz torpağında Mərənd sultanlığı 
ilə sərhəddə, Araz çayının kənarında, damı torpaqla örtülü 3 min evli, 7 cameli, 6 xanlı və müxtəsər 
bazarlı qəsəbə olduğu bildirilmişdir. Şəhərin hakimi isə sultan adlandırılmışdır. Bu şəhərin Murad 
xan tərəfindən xarabalığa çevrildiyi, indi isə bərpa olunduğu göstərilmişdir. Təbriz isə qədim qala, 
Təbrizi-Dilaviz qalası kimi xarakterizə olunmuş, Təbriz nahiyələrinin qəsəbə, qala və ziyarətgahları 
bəyan edilmişdir [7, 50, 65]. 
810-cu  ildə  Timuri-binur  xanın  sövdəgərlərindən  biri  Xoca  Cani-Lahicani  adlı  bir  ənqa 
bəzirgan tərəfindən əsası qəsəbə kimi qoyulan Rəvan Azərbaycanın Rəvan qalası və  ya Xoca can 
şəhəri  şəklində  təqdim  edilmiş  (s.86)  və  Zəngi  çayı  sahilində  hündür  daş  divarlı  bir  qala  olduğu 
bildirilmişdir. Gəncə “Gəncineyi-Raz qalası və əzəmətli dilnüvaz şəhər”, Şəki, Şamaxı, Bakı (Can 
Bakı)“qala”, Dərbənd (Babül-Əbvab) İsgəndər Zülqərneynin səddi və Dəmirqapı qalası adlandırıl-
mışdır [7, 92, 94, 100-111].  
Səyyah müharibələr zamanı Azərbaycanın bir çox şəhərinə dəyən zərərin miqdarını olduğu 
kimi yazmışdır. Belə ki, onun verdiyi məlumata görə, Sultan IV Murad Rəvanı fəth edib qayıdarkən 
Azərbaycanın  kiçik  şəhəri  olan  Qarabağı  yenidən  dağıtmışdır.  Bütün  bunlara  baxmayaraq, 
Çələbinin  burada  olduğu  dövrdə  şəhər  yenidən  abadlaşdırılmışdır  [  13,  117].  “Səyahətnamə” 
əsərində Naxçıvan şəhəri haqqında eyni xarakterli məlumata rast gəlmək mümkündür. E.Çələbinin 
məlumatına görə,  IV Murad xandan sonra Naxçıvan şəhəri  yenidən abadlaşdırılmışdır [ 13, 236]. 
Qeyd olunan dövrdə XVII əsrin 30-40-cı illərində dağıntılara məruz qalmış Azərbaycan şəhərlərinin 
bərpa  və  abadlaşdırılması  məqsədi  ilə  dövlət  tərəfindən  müəyyən  tədbirlər  görülmüşdür.  Bu 
şəhərlərin bərpa və abadlaşdırılması ilə yanaşı, həm də yerli əhalinin başqa yerlərə köçməsinin də 
qarşısı  alınmışdır.  Şəhərlərin  abadlaşması  sənətkarlığın  da  inkişafına  səbəb  olmuşdur.  Bu  dövrün 
tədqiqatçısı  M.X.Heydərov  XVII  əsrdə  Azərbaycanda  40-dan  artıq  sənətkarlıq  sahəsinin  fəaliyyət 
göstərdiyini bildirmişdir [11, 7 ].  
Kəhrəvan  qalası  haqqında  məlumat  verən  E.Çələbi  qalada  sənətkarlığın  bütün  növlərinin 
inkişaf  etdiyini  bildirmişdir.  Bu  karxanaların  məhsullarından  “qələmkarı,  yorğanlıq  çiti,  çarşab 
bezləri” xüsusilə tərifə layiq idi [ 13, 142].“Səyahətnamə”nin Ərdəbil şəhəri ilə bağlı hissəsində isə 
müxtəlif  xarakterli  məlumatlar  burada  yer  alsa  da,  şəhər  sənətkarlığı  ilə  bağlı  məlumat 
verilməmişdir. Bunun əksinə olaraq, E.Çələbi Təbriz şəhəri haqqında ətraflı məlumat vermişdir. 
Azərbaycan  ipəyi  Türkiyədəki  toxuculuq  mərkəzlərinin  xammalla  təmin  olunmasında 
mühüm və həlledici rol  oynamışdır. Yalnız Təbrizdən Türkiyəyə iki mühüm karvan  yolu  gedirdi. 
Onlardan birincisi Təbriz-Diyarbəkir-Mardin-Qeysəriyyə-Ankara-Eskişəhir-Bursa, digəri Təbrizdən 
Ərzuruma  və  buradan  Ərzincan-Toqqat-Amasya-Ankara-Bursa  istiqamətində  uzanmışdır [5,  128]. 
Şirvan, Gəncə, Naxçıvan, Rəvan və Gürcüstandan gedən karvanlar bu karvan yolu ilə birləşirdilər. 
XV əsrdən Türkiyə bazarlarında xam ipəyə tələbatın artması bir tərəfdən, Şimali İtaliya şəhərlərində 
kapitalist  münasibətlərinin  formalaşması,  digər  tərəfdən,  Türkiyə  şəhərlərində  toxuculuğun  sürətli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə