Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   35   36   37   38   39   40   41   42   ...   164

82 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
ERDAL SEZGİ 
   
 
 
 
 
 
Naxçıvan Dövlət Universiteti 
   
 
 
 
 
 
erdalsezgi76@gmail.com 
 
RUS HAKİMİYYƏTİNƏ QƏDƏR İRƏVAN (1828) 
 
Açar  sözlər:  İrəvan,  türklər,  Azərbaycan,  Səfəvi,  osmanlı,  rus  istilası,  Türkmənçay 
müqaviləsi, ermənilər 
Key  Words:  Yerevan,  Turks,  Azerbaijan,  Safavid,  Ottoman,  Russian  Invasion,  Turkmencay 
Treaty, Armenians 
Ключевые слова: Ереван, Турки, Азербайджан, Сефевид, Османская империя, русское 
вторжение, Туркменский договор, армяне 
İrəvan-Rəvan Alagöz dağının cənub-şərqində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən 
bir yerdir. Araz çayından suyunu alan Zəngi çayı kənarında yerləşir. Anadolu, İran və Qafqaz arasında 
olması bu bölgəni həmişə əhəmiyyətli etmişdir (1,s. 26-27). XV əsrdə qala-şəhər kimi planlanıb yara-
dılan  İrəvan  hərbi  və  strateji  baxımdan  Anadolu,  İran  və  Qafqaz  üçünə  əhəmiyyətli  bir  qapı  rolunu 
oynayırdı.  İrəvan  bölgəsi  əhəmiyyətli  mövqeyə  sahib  olduğundan  daim  ələ  keçirilmək  istənilən  və 
paylaşılamayan  yer  olmuşdur.  (2,s.43)  İrəvan  şəhəri  tarixən  nə  vaxt,  kimlər  tərəfindən  yaradıldığı  və 
İrəvan  adının  keçmişi  ilə  əlaqədar  fikirlər  müxtəlifdir  .Erməni  mənbələri  qədimdən  bəri  Ruan  və  ya 
Rüya əyalətinin mərkəzi olduğunu, müsəlman ərəbləri bölgəni ələ keçirdikdən sonra buranın Ruan adını 
İrəvan  olaraq dəyişdirdiklərini söyləyirlər (3,s.675).  İrəvan Teymur dövründə ilk  əvvəl bir kənd  kimi 
yaradılmış,  XVI  əsrdə  Şah  İsmayıl  zamanında  bir  şəhər  dəyəri  qazanaraq  indiki  adıyla  tanınmağa 
başlanmıştır.  İrəvan  Şah  İsmayılın  həmişə  əhəmiyyət  verdiyi  bir  yer  olmuşdur  (4,s.2).  1647-  ci  ildə 
İrəvana gələn Övliya Çələbi bu bölgədən bəhs edərkən XV əsrin əvvəllərində Teymurun tacirlərindən 
hoca  Xan  Ləhicanı  tərəfindən  Rəvanı  ilk  zamanlarda  bir  kənd  kimi  yaradıldığını,  daha  sonra  keçən 
müddət  ərzində  XV  əsrin  əvvəllərində  Şah  İsmayılın  vəzirlərindən  olan  Rəvan  Qulu  Xan  tərəfindən 
şəhər  halına  çevrilərək  ətrafının  güclü  qoruyucu  divarlar  olduğu  məlumatı  verilir  (3,s.676).
.
Səfəvi 
hökmdarı  Şah  İsmayıınl  vəziri  Rəvan  Qulu  xandan  bu  torpaqlarda  bir  qala  yaratmasını  əmr 
edir.İstənilən  bu  qala  yeddi  il  davam  edən  bir  işdən  sonra  Zəngi  çayının  kənarında  inşa  edilir,  Şah 
İsmayılın vəzirinin şərəfinə, onun  adını  alaraq Rəvan olaraq adlandırılmışdır. Yaradılan bu qala daha 
sonra inkişaf edərək şəhərə çevrilmişdir (5,s. 15-16). Fərqli bucaqdan baxıldığında Qafqaz torpaqlarının 
tarixi  mirasında  türklərin  böyük  bir  yeri  olduğu  görünməkdədir.  Azərbaycan  torpaqlarının  indiki 
Ermənistan  ərazisinin  İrəvanın  (indiki  Yerevan)  Azərbaycana  aid  olduğunu  ifadə  edən  məlumatlar 
erməni  tarixinin  atası  sayılan  Moisey  (Musa)  Horenskiynin  "Coğrafiya"  adlı  əsərində  göstərilmişdir. 
Azərbaycan  şəhərlərinin  tərifinə  orta  əsr  erməni  səyyahı  Zakariy  Akulisskiyin  gündəliyində  də  rast 
gəlmək  olar.  XIII  əsrdə  Etienne  Orpelianın  yazılarına  görə  (Atəşlər  ölkəsinin  torpaqlarında  yaşayan) 
Qafqazda Anadoluda erməni regionu da daxil olmaqla, geniş ərazilərdə Azərbaycanda hökmranlığı təsis 
edən Eldəgizlər (Eldənizoğulları) haqqında məlumatlar verdi. Yenə də bu məlumatlar Avropanın fransız 
şərqşünası  və  Qafqaz  coğrafiyası  üzrə  mütəxəssisi  A.J.Sent-Martinin  “Ermənistanla  bağlı  tarixi  və 
coğrafi  qeydləri”də  verilmişdir.  Yenə  Saint-Martinin,  V  əsrdə  yaşamış  olan  erməni  yazıçısı 
M.Horenskiyin  yazılarında, Azərbaycan hökmdarları tərəfindən  XVI  əsrdə  yaradılan Rovan    (Rəvan-
İrəvan) şəhərindən bəhs edildiyi anlaşılmıştır.Qafqazı araşdıran tanınmış fransız alimi şərhində bunlar 
çox təəccüblə Molisey Horenskiy'in "Coğrafiya" adlı əsərində Rovan adına da rast gəldiyini ifadə edir. 
“Azərbaycanın  bir  bölgəsinə  verilən  bu  ad  şübhəsiz  İrəvandır,  bu  adı  ona  müsəlmanlar  vermişdir” 
ifadəsini işlətmişdir. (6,s.19-22) 
 
 


83 
Tarixi Proseslərdə İrəvan və Türklər
 
Anadolu,  Qafqaz  və  İran  arasındakı  geçit  nöqtəsində  yerləşən  İrəvan  Səfəvi  Türk  dövlətinin 
Qafqazdakı ən mühüm və böyük bir hərbi mərkəzi idi. Region çox qiymətli bir yerdə olduğundan, bölgə 
uzun  müddət  iki  türk  dövləti  arasında  bir  mübarizə  meydanına  çevrilmişdir  (8.s.84).  Bölgə  strateji 
mövqedə yerləşdiyindən tarixi proseslər nəticəsində bir çox siyasi qüvvələrin hakimiyyəti altına keçmək 
məcburiyyətində  qalır.  Müsəlman  ərəblərin,  səlcuqların,  ilhanlilərin,  timurluların,  qaraqoyunluların, 
ağqoyunluların  hakimiyyəti  altına,  sonra  Səfəvi  hakimiyyəti  altında  keçmiş,  daha  sonra  bu  bölgəyə 
Osmanlı səfərləri başlamışdır. XVI əsrdən- XVIII əsrədək (1514-1736) bu bölgəni ələ keçirmək üçün 
aparılan müharibələrdə ara -bir bu ərazi Osmanlı hökmranlığına keçdi. (2,s.1)
 
Azərbaycan  türkləri  üçün  Bakı,  Gəncə,  Şəki,  Dərbənd,  Naxçıvan,  Təbriz  və  Ərdəbil  nə  qədər 
vətən  torpağı  kimi  əhəmiyyətlidirsə,  İrəvan  da  o  dəyərdə  vətən  torpağıdır.Yuxarıda  qeyd  edilən 
bölgədəki  hakim  güc  ilə  yanaşı,  İrəvan  Urartu,  sasanilər,  Ərəb  Xəlifəsi,  şəddadilər,  səlçuklular, 
eldənizlilər,  ilhanlılar,  teymurlular,  qaraqoyunlular,  ağqoyunlular,  səfəvilər,  əvşarlar,  qaçarlar  və  Çar 
Rusiyası  tərəfindən  idarə  olundu  (9.s11).  Cənubi  Qafqaz  regionunda  ermənilərin  sayı  türk  və 
müsəlmanlardan çox olmamışdır.Rusların bu bölgəni ələ keçirmədən əvvəl bu bölgədə ermənilərin sayı 
çox  azdır.  Ermənilərin  zorla  özlərini  paytaxt  etdikləri  Yerevan  şəhəri  bunun  ən  yaxşı 
nümunəsidir.Dəfələrlə Avropadan və digər bölgədən buraya gələn səyyahlar bunu müşahidə etmişlər. 
Region Azərbaycanın ən böyük siyasi və mədəni dəyərlərini özündə əks etdərən yerlərdən biri idi. XI-
XII  əsrlərdə  Oğuz  türkləri  bölgəyə  gəldi  və  bura  qədim  vətənlərindən  birinə  çevrildi.  Kitabi-  Dədə 
Qorquddakı  yer və rayonların adlarına İrəvan bölgəsində (Saad Çukurunda) rastlanması təsadüf deyil 
(10.s131). Oğuz türkləri bu torpaqlarda əsrlər boyu XIX əsrin əvvəllərində rus dövləti tərəfindən süni 
şəkildə  qurulmuş  Ermənistan  coğrafiyasında  yaşamışlar.  Türklər  bu  bölgədə  Türk  mədəniyyətinin  və 
sivilizasiyanın əhəmiyyətli dərəcədə yüksəltdilər. Bu gün Ermənistan ərazisi adlandırılan bu coğrafiyada 
erməni  torpaqları  deyilən  dağ,  dərə,  düz,  şəhər,  kənd,  çay  və  gölün  adları  bölgənin  keçmiş  və 
mədəniyyət quruluşunun  türk mənşəli olduğunu  göstərir.  İrəvan  şəhəri  XIX  əsrin  əvvəllərindən tarix, 
incəsənət,  mədəniyyət,  sivilizasiya  və  etnik  mənsubiyyəti  olan  bir  türk  torpağı  idi  (4.s1/14).  İrəvan 
coğrafiyası  1579-cu  ildə  Osmanlı  türklərinin  1590-cı  ildə  Osmanlı  dövlətinin  əlində  keçdikdən  sonra 
(İvan)  –  sənədləşmə  kitabı  yaradıldı,  qeydlərə  baxdığımızda  türkmənlərin  məskunlaşma  yerlərinin 
əksəriyyətinin  adları  türkcədə  olduğu  görünür.  Bunlardan  bəziləri-  Ozanlar,  İsalu,  Pornak,  Takçılı, 
Cəbəcili,  Gökçəmircilü,  Kozanlu,  Alpavud,  Lalabəyi,  Tarcanlu,  Dibəklu,  Samagar,  Talışlı,  Xoçkeri 
(Koçkiri), Qacar, Yasaklu, Körpəlü, Hacıqaralu, İmanşalu, Koylahisarlu. Ağaçəri.Yahyalu, Musahacılı, 
Navruzlu,  Gəncəlü,  Dəvəlü,  Zəncirlü,  Saçlü,  Avşar,  Təkərlü,  Kösələr,  Qarabörk,  Ağzıqanlı,  Cibinli, 
Abaranoğlu  böyük  ehtimalla  oğuz  türkcəsində  Aparanoğlu-Götürənoğlu,  Quşoğlu,  Nəzəroğlu,  Axı-
Veys  –Haqveys  və  İmarət  Amarat-Kadıqışlaq  adlarını  daşıyırlar.  Adı  çəkilən  məskunlaşma  yerlərinin 
adları  türkmən  boy  və  bəylərin  adlarından  ibarətdir,  kəndlərdə  yaşayan  bütün  insanlar  türklərdən 
ibarətdir  və  bunun  ən  mühüm  isbatı  regionun  ən  böyük  yaşayış  yerlərinin  adlarının  türk  və  türk 
boylarının  adının  daşımasıdır  (3.s.2)

İrəvan  əraziləri-  indi  Ermənistan  torpaqları  bilinən  ərazilər 
Azərbaycan  türklərinin  tarixi  torpaqları  hesab  olunur.  Bu  gözəl  torpaqda  müxtəlif  türk  boyları 
yaşamışdır.  Bu  oğuz  boyları  öz  xüsusiyyətlərini,  qalıqlarını  bu  torpaqların  mədəni  milli  dəyərlərində 
qoruyub  saxlamışlar.  Deməli,  İrəvan  (Revan)  coğrafiyasının  etnik  strukturu  Oğuz  türkləri  tərəfindən 
yaradılmışdır,  buna  baxmayaraq,  erməni  millətçiləri  tarixi  keçmişi  inkar  etməklə  bu  mirasın  aradan 
qaldırılması  yolunu  seçmişlər.  Oğuz türkləri min ildir  at  çapıb qaçdıqları,  özlərinə  yurd seçdikləri bu 
bölgədəki yerlərin adlarını dəyidirərək mədəni bir qırğın apardılar

Bu mədəni vandalizm tarixi faktları 
dəyişdirə  bilməz,  bu  coğrafiyanın  tarixi  oguz  olduğunu  dəyişdirə  bilməz.  Qeyd  etmək  lazımdır  ki, 
Azərbaycan  türkləri  ermənilərin  vətəninə  gəlməyib,  tam  əksinə  ermənilər  azərbaycanlıların  vətəninə 
gəldilər. Bölgədəki rusların planları sona çatdı və bugünkü erməni dövləti Türkiyə torpaqlarında zorla 
yaranmış  və  ya  yaradılmışdır.  İrəvan  tarixi  türk  torpağıdır.  XIX  əsrdə  ermənilər  bu  torpağa 
yerləşdirilmışdir.  Erməni  tədqiqatçılar  bu  vəziyyəti  qəbul  etdilər.  Erməni  mənşəli  ingilis  tarixçisi  C. 
Bornatyan  yazırdı  ki,  ümumiyyətlə  erməni  tarixçiləri  Qafqazda  erməni  dövlətinin  mövcudluğundan 
bəhs etsələr də, bu düpədüz yalandır. Bornatyan deyir ki, XIX əsrə qədər heç bir erməni əhalisi Cənubi 
Qafqazda  deyildir.  O  qeyd  edir  ki,  ruslar  bu  torpaqları  ələ  keçirdikdən  sonra  ermənilər  bu  torpağa 
yerləşdirilib  və  bu  torpaqlarda  erməni  əhalisinin  artması  rusların  bu  yeri  ələ  keçirdikdən  sonra  baş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə