84
vermişdir (7.s.215-216). Bölgədəki yaşayış yerlərinin adlarının türkcə olduğunu təsdiqləyən erməni
tarixçilərindən olan Z.Qorqodyan 1932-ci ildə Yerevanda nəşr edilən, “1832-1931-ci illərdə "Sovet
Ermənistanının əhalisi (ermənicə)" kitabında yazır ki, Ermənistanda qeydə alınmış 2310 yaşayış
yerindən 2.000-nin adı türk mənşəli adlardan ibarətdir (15.s.1-2). Yenə rusların İrəvan yaxınlığında
İrəvan türkləri ilə apardıqları hərbi döyüşə şahidlik edərkən, rus müəllifləri uzaqdan gördükləri Irəvanda
bir çox məscid minarəsini qeydə almışlar. İrəvan qalası rusların əlinə keçdikdən sonra İrəvana girən rus
yazıçıları bölgənin əhalisinin əksəriyyəti türk olduğunu görmüşlər və bu həqiqəti qeyd etmişlər.
(3.s.3).1650-ci ildə İrəvan şəhərində İrəvanda olan Labule la Quza və 1655-ci il mayın 20-də İrəvan
şəhərində Lalenin buradan Lyudovikinin ofisinə göndərdiyi məktubda burada az erməni olduğunun
qeyd etmişdir. 1655-ci ildə İrəvana gəlmiş səyyah Jan Batistia Tavernryerin qeydinə görə şəhərin
qalasında yalnız azərbaycanlı türklər vardır. 1670-ci ildə İrəvanda olan hollandiyalı tacir Yan Streysin
sözlərinə görə, burada az sayda yoxsul ermənilər yaşayır.1673-cü ildə İrəvan bölgəsinə gələn fransız
səyyahı Jan Şarden Irəvan qalasında 800 ev olduğunu və burada təmiz, istiqanlı insanlar olan
azərbaycanlılar yaşadığını ifadə etmişdir (12.s.91-99). İrəvan torpaqlarında aparılan arxeoloji
qazıntılarda tapılan tarixi maddi mədəniyyət nümunələri arasında ermənilərə aid bir əsər ortaya
çıxarılamaması tarixi gerçəklərə uyğun bir nəticə değildir? Bundan başqa bu ərazinin həqiqətən kimin
olduğuna dair bir gerçək sənəd değilmidir? Aparılan bu arxeoloji qazıntılar zamanı tapılan abidələr kimə
aiddirsə, bu torpaqların tarixi keçmişində onlar olmuşlar. Bu qazıntılarda erməniyə məxsus bir əsərin
görünməməsi onu əsaslandırır (9.s12). Qafqaz bölgəsində Anadolunun coğrafi sərhədlərinə
baxdığımızda Osmanlı mənbələrində diqqəti çəkən bir cəhəti görürük. Bu da tərtib edilən xəritələrdə
Anadolu coğrafiyasında İrəvan və Echmiadzinin qəbul edilməsidir. Bunun səbəbi də Anadolu
rəhbərliyinin bu torpaqları özündən ayrı görməməsidir.Bizansın regionda hökmranlığı dövründə
Anadolunun- Şərqin qapısının açarı kimi qəbul edilən bölgə, daha sonra türklər tərəfindən köçürmələr
və istilalar yolu ilə Ermənistanın ələ keçirilməsi ilə bu ərazilər Türk hökmranlığı altına keçdi. Bundan
sonra bu ərazi Anadoluya gedən səfərlər üçün bir yol marşrutu oldu (4.s.1/14). Səlcuqlu oğuzlarının
təkidlə bölgələrə axınlar etmələrinin əsas məqsədi bu bölgələri Bizans dövlətindən qopararaq buraları
Türk yurdu halına gətirmək və Anadolunu ələ keçirmək idi. (1-14). Xüsusilə, bunu qeyd etmək çox
mühümdür. Qafqaz bölgəsinin coğrafi xüsusiyyətləri etnolojik təşəkkülündə və inkişafında olduqca
təsirli olmuşdur. Qafqaz bölgəsinin keçmişi millət və mədəniyyətlərlə çox yaxından bağlı
olmuşdur.Qafqaz bölgəsinə şimal tərəfindən köç edən kimmer və iskit kimi Prototürk tayfaları ilə hun,
bulqar, alan, xəzər, qıpçaq kimi türk tayfaları və onlardan başqa buraya başqa yerlərdən köçən bir çox
tayfa bu tarixi prosesin meydana gəlməsində mühüm rol oynamışlar.Bölgə şərtlərinin əlverişli olması,
insanların rahat bir şəkildə yaşaya biləcəklərə sahib bir yer olması buraya gəlişləri hər zaman
sürətləndirmişdir. Buraya gəlişlərin səbəblərindən biri də Orta Asiyaya bənzər xüsusiyyətlərə sahib olan
bir yer olması idi, xüsusilə səlcuqlu oğuzları, qaraqoyunlular, Qızıl-Orda, elxanilər, ağqoyunlular və
Səfəvilər dövləti dövründə coğrafiyanın hər bir qarış torpağına türk möhürünün vurulduğu bilinməkdədir.
Bizim tədqiqatımızda məqsəd Irəvan (Revan) Qafqazın bu coğrafi bölgəsində yerləşməsini və çox mühüm
geosiyasi mövqeyə malik olmasını, bu baxımdan tarixi keçmişi Qafqazın tarixi taleyi ilə bağlı olduğunu
araşdırmaqdır. İrəvanın tarixi mənzərəsinə göz atsaq, görərik ki, İrəvan türk millətinin hökmranlığı
altından çıxıb başqa bir xarici millətin hökmranlığı altına girməmişdir. (5.s.6).
XV əsrdən- XIX əsrə qədər İrəvan bolgəsini idarə edən rəhbərlər
İrəvan (Rəvanı) XV yüzyıldan XIX yüzyıla qədər kimlər tərəfindən idarə olunduğunu Hovhannes
Şahhatunyan adlı bir erməni yazıçı tərəfindən erməni dilində yazdığı "Eçmiədzin vilayətinin və Ararat
Baş qəzasının tarixi" adlı əsərində belə sıralayır: Əmir Səid (XIII əsrdən), Pir Yaqub Pir Hüseyn oğlu
(1420-ci ildən), Əbdül Pir Hüseyn (1430-ci ildən), Yaqub bəy (1440-ci ildən), Həsən Əli Qaraqoyunlu
(1460-ci ildən), Uzun Həsən (1471-ci ildən), Həsən Bəy Bayundur (1475-ci ildən), Div sultan Qumlu
(1515-ci ildən), Hüseyn xan Sultan (1550-ci ilə qədər), Şahqulu Sultan Ustadı (1550-1575), Lala Paşa
"Qara Mustafa" adlı Sultan Murat dövründə (1577) Mahnut xan Toxmaq-Xudavənd Şah dövrü - (1578 -
1583), Fərhad Paşa Sultan Murat dövrü (1583), Məmməd Şərif Paşa dövrü (1604-ci ilə qədər),
Əmirqulu Xan Qacar şah Abbas dövrü- (1605-1625), Təhməzqulu Əmirguna oğlu (1635), Mürtəza Paşa
-Sultan Murad dövrü (1635) Kəlbəli Xan (1636-1639), Məhmət Xan "Çağata Kütük" (1639-1648),
Xosrov xan (1648-1652) Mahmudqulu Xan (1652-1656), Nəcəfqulu Xan (1656-1663), Abbasqulu xan
85
(1663-1666), Səfərqulu Xan (1666-1674), Saruhan Bəy (1674-1675), Səfiqulu xan-Təbrizli Rüstəm
xanın oğlu - (1675-1679), Zal xan (1679-1688), Murtazaqulu xan (1688-1691), Məhmətqulu xan (1691-
1694), Zöhrab xan (1691), Fərzəli xan-Sultanahmət dövrü (1694-1700), Zöhrab xan (1700-1705),
Əbdül Məhəmməd Xan (1705-1709), Mehrəli xan (1709-1719), Allahgqulu xan (1719-1725), Rəcəb
Hüseyn Paşa (1725-1728), İbrahim və Mustafa Paşalar (1728-1734), Əli paşa (1734), Hacı Hüseyn Paşa
(1734), Məhəmmədqulu xan (1735-1736), Pir Məhəmməd Xan (1736), Xəlil Xan (1755-1755), Həsən
Əli xan Qacar (1755-1762), Hüseyn Əli xan (1762-1783), Qulam Əli xan (1783-1784), Məhəmməd
xan (1784-1805), Mehdiqulu xan (1805-1806), Məhəmməd Xan Şora Qali (1806-1807), Hüseyn xan
Qacar qardaşı Həsən xan ilə (1807-1827) (5.s.6-7). Azərbaycan mənbələrinə əsasən tarixən İrəvan
ərazisində Azərbaycan Çukursed (İrəvan) torpaqlarını idarə edən əmrlər və bəylərbəyləri isə aşağıdakı
kimidir: Əmir Səid (XIV əsrin sonlarında 1410-ci ilə qədər) Pir Hüseyn (1410-1413), Pir Yaqub (Pir
Hüseyn oğlu) (1420. illər), Əbdül (Pir Hüseyn oğlu) (1440-cı illər) Yaqub bəy (1440-cı illər) Həsənəli
Qaraqoyunlu (1460 cı illər) Div Sultan Rumlu (1515), Hüseyn xan Sultan Rumlu (1550) Şahqulu Sultan
Ustaclu (1550-1575), Məhəmməd xan Toxmaq Ustaclu (1576-1583), Xıdır Paşa (1583), Lala Paşa
(1577), Məhəmməd Şərif paşa (1604-ci ilə qədər), Əmirquna xan Qacar (1604.5.1625), Təhməsqulu
xan (Qacar) (1625-1635), Fərhad Paşa (1635), Kalbalı xan (1636-1639), Çağata Kötük Məhəmməd xan
(1639 / 1640-1648), Xosrov Xan (1648-1652 / 1653), Məhəmmədqulu xan Lala bəy (1652 / 1653-1659
/ 1660), Nəcəfqulu Xan (1659 / 1660-1663), Abbasqulu xan Qacar (Əmirgünə xan Qacarın oğlu)
(1663-1666) Səfi xan (Alhaz Mirzə) (1666 / 1667-1674), Sarıhan bəy (1674-167 5), Səfərqulu xan
(1675-1679), Zal xan (1679-1688), Murtazaqulu xan (1688-1691), Məhəmmədqulu xan (1691-1694),
Zöhrap xan (1694-1699), Fərzalı xan (Fətəli xan) Qacar (1699-1705), Əbdül Məhəmməd xan (1705-
1709), Məhrəalı xan (1709-1719), Allahqulu xan (1719-1725), Rəcəb Paşa (1725-1728), İbrahim Paşa
və Mustafa Paşa (1728-1734), Əli Paşa (1734), Hacı Hüseyn Paşa (1734), Məhəmmədqulu xan (1735),
Pir Məhəmməd Xan (1736), Mehdi xan Qasımlı (Əfşar, 1747-1748), Məhəmməd Hüseyn xan (1748-
1751), Xəlil xan Özbək (1751-1755), Həsanalı xan Qacar (1759 / 1760-1783), Qulamali xan Qacar
(Hüseyn xan Qacar oğlu) (1783-1784), Məhəmməd Hüseyn xan Qacar oğlu) (1784-1805), Mehdiqulu xan
Qacar (1805- 1806), Əhməd xan Mağaralı (1806), Hüseyinqulu xan Qacar (1806-1827). (13s.58-60).
1410-1828-ci illərdə bu ərazini idarə edənlər türk mənşəli xan və bəylər olmuşdur. Hüseynəli xan
isə İrəvanını sonuncu xanı olmuşdur. İrəvandakı qalalar region ruslar tərəfindən işğal olunduqdan sonra
ləğv edilmişdir. Türk mənşəli yer adları dəyişdirilmişdir. Bu mədəni hücumlar bu bölgədən türklərin
izlərinin silmə cəhdləri həqiqəti dəyişdirə bilməzdi. Tarixi sənədlərdəki faktlar Qərbi Azərbaycanın türk
torpağı olduğunu və türklərin bu torpaqları 100 illərlə idarə etdiyi və burada yaşadıqlarını bizə sübut
edir. (14.s.113).
Müxtəlif tarixi mənbələrdən əldə etdiyimiz nəticə budur ki, İrəvanı təqribən 400 il,
başqa deyimlə desək, 4 əsr türklər idarə etmişlər və bu dövr ərzində bu rəhbərlərin arasında milliyətcə
erməni olan olmamışdır. Bu təsadüfi bir şey deyildir. Əvvəlcədən qeyd etdiyimiz kimi, Səlcuqlu türklər
XI əsrdən bəri bu coğrafi əraziyə hakim olublar, buranı türk yurdu ediblər, türk vətəni olubdur. İrəvan
ərazisi XVI əsrdən sonra Araz Osmanlı türklərinin, Səfəvi türk dövlətinin idarəsi altında qalmışdır.
Həqiqət bu idi ki, bu ərazi üçün mübarizə edən iki dövlət də oğuz türkləri tərəfindən yaradılan türk
dövlətləri idi. (5.s.7). İrəvanın ermənilərin olduğunu iddia edən erməni tarixçiləri İrəvan xanlığının
inzibati və idarə şəklindən danışdıqları zaman erməni terminləri yerinə Azərbaycan türkcəsində
terminləri işlədiblər.Bu cəhət diqqəti cəlb edir. Məsələn, ermənilər şəhəri idarə edənə daruk, onların
köməkçilərinə isə yüzbaşı və çavuş, bazarı idarə edən şəxslərə bazarbaşı deyirdilər. Ermənilərin günlük
həyatda istifadə etdikləri bu sözlər türkcədir, ermənicə deyildir. Deməli, bu ərazidə, bu coğrafiyada
hakim mədəniyyət Azərbaycan türklərinə aiddir (15.s126-127).İrəvan ərazisində XI əsrdən etibarən türk
millətinin izlərinə rast gəlmək olar. Səlcuqlu Sultan Alp Arslanın rəhbərliyi altında hərbi hissələr XI
əsrin sonlarında bu ərazini türklərin hakimiyyəti altına aldılar.Səlcuqlu türklərin (oğuzların)Anadoluda
ilk ələ keçirdikləri bölgə Sürməli Çukurdakı Qaraqala idi.Bura alındıqdan sonar Ani və və Qars səlcuqlu
oğuzlarının hakimiyyətinə keçmişdir.
Bu sənəd XIII əsrdən Türkmənistan adı ilə tanınmışdır.Bu məsələlər Fransadakı “Historiya
Üniversiteti” tərəfindəm yazılaraq, Fransa krallığına təqdim edilən ”Osmanlı tarixi” əsərində İrəvan və
ətrafı “Türmənistan “ adı ilə təqdim olunmuşdur.Beləliklə, bu bölgənin türkləşdiyi türklərə aid yurd
olduğu müəyyənləşmişdir. (3.s.677-678).
Yuxarıda deyilənlərə əlavə olaraq qeyd edə bilərik ki, erməni
Dostları ilə paylaş: |