Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   41   42   43   44   45   46   47   48   ...   164

94 
ƏDƏBİYYAT 
1.
 
Корра Д., Жюйар П. Международное право. Уцебник, перевод с франц. В.П.Серебренникова, 
В.М.Шумилова, М.: Международные отношения, 2001,с. 363, 365 
2.
 
Juillard  P.  Chronigue  de  droit  international  economigue?  Annuaire  Erangais  de  Droit 
International (1994) 
3.
 
Schroth H.J. Energy Charter Treaty (ECT) in the Context of the Treaties of the European Union 
/ H-J Schroth // Walde T, The Energy Charter Treaty: East-West Gateway of Inwestment and 
Trade / T.walde (ed.)- London: Kluwer, 1996, p. 245 
4.
 
Бамбергер С. Обзор Договор к Энергетической Хартии / к Энергетической Хартии: путь 
к тнвестициям и торговли для Востока и Занада. М., 2002,с. 55-90 
5.
 
Qayıdış:  1990-1993/  tərt.  Ə.Həsənov;  bur.  məsul  V.  Talıbov.-  Təkmilləşdirilmiş  və  yenidən 
işlənmiş II nəşri. – Bakı, Azərbaycan, 2008, 8-12 
6.
 
Həbibbəyli İ. Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, Əcəmi, 2013, s 225 
7.
 
Azərbaycan  respublikası  Milli  Məclisinin  arxivi.  Naxçıvan  Muxtar  Respublikası  Alı  Məclisi 
Rəyasət Heyətinin qərarları. f. 2241, siy.la, işl, s. 44 
8.
 
Prezident  İlham  Əliyev  Ordubad  Su  Elektrik  Stansiyasının  təməlqoyma  mərasimində  iştirak 
edib// “Respublika” qəzeti, 12 yanvar 2017-ci il. 
   
 
ABSTRACT 
Seymur Talıbov 
                                              
CHAIR OF INTERNATIONAL RELATIONS
 
THE PLACE OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC IN THE 
REGIONAL ENERGY COOPERATION OF THE REPUBLIC OF AZERBAIJAN
 
 
The article explores the role and place of the Nakhchivan Autonomous Republic in the 
regional energy cooperation of the Republic of Azerbaijan. The cooperation of the Autonomous 
Republic with the regional states in the energy sector is scientifically justified and the legal basics 
of the signed agreements are interpreted. Future prospects of international cooperation of the 
Nakhchivan Autonomous Republic in the field of energy are also presented.
 
 
РЕЗЮМЕ 
Сеймур Талыбов 
 
МЕСТО НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ В 
РЕГИОНАЛЬНОМ ЭНЕРГЕТИЧЕСКОМ СОТРУДНИЧЕСТВЕ 
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 
 
В  статье  исследуется  место  и  роль  Нахчыванской  Автономной  Республики  в 
Региональном  сотрудничестве  Азербайджанской  Республики  в  области  энергетики.  Научно 
обосновывается  сотрудничество  автономной  республики  с  регионными  государствами  в 
области  энергетики  и  откомментируются  правовые  основы  заключенных  договоров. 
Указываются  возможности  будущих  перспективов  международного  сотрудничества 
Нахчыванской Автономной Республики в области энергетики. 
 
 
  
                                                   NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
  tövsiyyə olunmuşdur. (protokol № 02).
 
 
  
 
 


95 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
QƏRİB ALLAHVERDİYEV 
Naxçıvan Dövlət Universiteti 
UOT:
 
1.091 
AZADLIĞIN FƏLSƏFİ TƏRİFİ HAQQINDA 
 
Açar sözlər: azadlıq, milli müstəqillik, həyat tərzi, ümumbəşəri dəyər, sosial zərurət, azad 
fəaliyyət, demokratiya, sosial subyekt 
Keywords: freedom, national independence, way of life, universal value, social necessity, 
free activity, democracy, social subject 
Ключевые  слова:  свобода,  национальная  независимость,  образ  жизни,  всеобщая 
ценность,  социальная  необходимость,  свободная  деятельность,  демократия,  социальный 
субъект 
Məlumdur  ki,  azadlıq  təkcə  ümumbəşəri  dəyər  və  cəlbedici  ideya  olmaqla  məhdudlaşmır, 
həm də insanların gündəlik həyatı ilə bilavasitə bağlı olan fəaliyyət prinsipi kimi çıxış edir. Buna 
görə  də  fəlsəfi  fikir  tarixində  heç  elə  bir  mütəfəkkir  olmamışdır  ki,  o  azadlığa  öz  münasibətini 
bildirməsin. Nəticədə əsrlər bir-birini əvəz etdikcə azadlığın izahına dair çoxlu müxtəlif, bəzən də 
bir-birinə  zidd  baxışlar  və  mövqelər  qərarlaşmışdır.  Bununla  belə  cəmiyyətin  inkişafı  gedişində, 
onun  idrakı  potensialı  artdıqca  və  sosial  praktikası  zənginləşdikcə,  azadlıq  haqqında  təsəvvürlər 
təkmilləşir, tədricən onun adekvat elmi anlamı formalaşır. Bu münasibətdə müasir cəmiyyətin yaşa-
dığı  açıq,  demokratik  ictimai  quruluşa  keçid  dövrü  xüsusilə  səciyyəvidir.  Milli  müstəqillik  əldə 
etdikdən sonra ölkəmiz totalitar rejimin qalıqlarını qətiyyətlə aradan qaldırmaq, cəmiyyət həyatının 
bütün sferalarında əsaslı dəyişikliklər etməklə, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmaq strateji 
məqsədini  həyata  keçirməyə  başladı.  Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev  bu  dövrdə 
qazanılmış  mühüm  nailiyyətləri  ümumiləşdirməklə,  qarşıda  aşağıdakı  mühüm  vəzifələrin 
durduğunu irəli sürmüşdür: “daxili siyasət Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq, bazar 
iqtisadiyyatı  yaratmaq  və  iqtisadi  islahatlar  aparmaqdan,  Azərbaycanın  hər  bir  vətəndaşına  azad, 
sərbəst yaşamaq hüquqlarının qorunmasını təmin etmək və öz rifah halını yaxşılaşdırmaq imkanları 
yaratmaqdan ibarətdir” (1, s. 90-91). 
Gələcəyə inamla addımlayan Azərbaycanın indiki prezidenti İham Əliyev, əsası Ulu Öndər 
tərəfindən  qoyulmuş  siyasi  xətti  uğurla  yerinə  yetirir.  Son  dövrlərdə  iqtisadiyyatın  bütün 
sahələrində həyata keçirilən dərin islahatlar və onların nəticəsində əldə olunan mühüm nailiyyətlər, 
regionların  sosial-iqtisadi  tərəqqisini  təmin  etməyə  yönələn  proqramlar,  işsizliyin  və  yoxsulluğun 
azaldılması,  əhalinin  sosial  rifahnın  yüksəldilməsi,  vətəndaş  sübhünün  bərqərar  olması  sivil 
demokratik  dəyərlərin  durmadan  genişlənməsi  dövlətçilik  ənənələrinin  inkişafı,  Azərbaycanın 
irimiqyaslı trans milli enerji layihələrinin fəal iştirakçısına çevrilməsi, uğurlu xarici siyasət xəttinin 
yeridilməsi  və  ölkəmizin  beynəlxalq  nüfuzunun  möhkəmlənməsi  və  dünya  birliyi  ölkələrinə 
güclənməkdə olan inteqrasiyası buna aydın sübutdur. Qazanılmış uğurları daha da inkişaf etdirmək 
əzmini nümayiş etdirən prezident İlham Əliyev andiçmə mərasimində demişdir: 
“Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti bundan sonra daha da güclənəcək, 
zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir” (2, s.628) 
Ölkəmizdə  həyata  keçirilməkdə  olan  mürəkkəb  və  geniş  miqyaslı  vəzifələrin  uğurlu  həlli, 
sosial-fəlsəfi  tədqiqatlar  sahəsində  də  vaxtı  çatmış  problemlərin  araşdırılmasını  təkidlə  tələb  edir. 
Söhbət  hər  şeydən  əvvəl,  cəmiyyət  həyatının  bütün  tərəflərində  gedən  real  proseslərin  bütün 
dolğunluğu  və  hərtərəfliliyi  ilə  obyektiv  elmi  təhlilini  verməkdən,  onların  səmərəliliyinin 
artırılmasını  və  sürətlənməsini  stimullaşdıran  şərtləri  və  amilləri  aşkara  çıxarmaqdan  gedir.  Belə 
problemlər sırasında azadlığın elmi fəlsəfi konsepsiyasının yaradılması xüsusi önəm kəsb edir. Bu 
onunla şərtlənir ki, cəmiyyətdə baş verən sosial, iqtisadi, siyasi, mənəvi və sair dəyişilikləri adekvat 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə