102
sahiblərinin əxlaq və rəftarlarını, ümumiyyətlə həyatda gördüyü kəsir və nöqsanları tənqid etmək,
həm
də sadəcə tənqid deyil, ifşa etmək” idi (8,100).
Mollanəsrəddinçilərin də sonralar kəsərli silah kimi istifadə etdikləri ictimai satira və gülüş
Zakir yaradıcılığının leytmotivini təşkil edir. Bu gülüşün hədəfi isə cəmiyyətin bütün təbəqələri-
bəylər, xanlar, mülkədarlar, çar məmurları, ruhanilər, cahil, nadan, avam insanlar idi. Zakir yeni
yaranmaqda olan milli maarifçi-demokratik şüura ictimai ədalətsizliyi ifşa edən satirası ilə təsir
edirdi. O, bir maarifçi kimi mənəvi tərbiyə, əxlaq və rəftar tərbiyəsi vasitəsilə cəmiyyətdə ictimai
qayda yaratmağın mümkün olduğuna inanırdı.
Tanınmış Azərbaycan filosofu Z.Göyüşov Zakirin yaradıcılığında əxlaq məsələlərinə
toxunaraq yazmışdır: “Özünün sosial satiralarında Zakir feodal cəmiyyətinin mənəvi tənəzzülünün
səbəblərini çox sənətkarlıqla təsvir etmişdir. O, gözəl ölkəni cəhənnəmə çevirmiş imtiyazlı feodal
təbəqələrini, çar məmurlarını rüsvay edirdi”(9,167).
Zakir də bütün digər zadəgan maarifçiləri kimi dini xurafatı və mövhumatı avamlıq və
geriliyin səbəbi hesab etmişdir. Bu baxımdan dindən çox, onun bəzi nümayəndələrini, mollaları,
seyidləri, qaziləri tənqid edirdi. O, həyatda ağıla, zəkaya və sağlam düşüncəyə xüsusi önəm vermiş,
“dünyanın sirlərini
zəka ilə dərk etmək olar, yalnız zəka insanı insan edər” demişdir (9,170).
Müstəmləkə rejiminin bəylik mənsəbini aşağı salması, onların torpaqlarının dövlətin
ixtiyarına verilməsi Zakirdə çarizmə nifrət yaratmışdı. Lakin o, müstəmləkə rejimi əleyhinə
çıxışlarında ehtiyatlı davranırdı.
Zakirin ən böyük xidmətlərindən biri Azərbaycan dilinin
inkişaf etdirməsi, zənginləşdirməsi,
sadə xalq dilində yazması idi.
Mollanəsrəddinçilərin fəlsəfi dünyagörüşünə təsir edən ilk maarifçilərimizdən biri də
İsmayıl bəy Qutqaşınlıdır. İ.Qutqaşınlının 1935-ci ildə Varşavada Fransız dilində nəşr olunmuş
maarifçilik ideyalarını ifadə edən “Rəşid bəy və Səadət xanım”əsərinin əsas qayəsi əsasən azad
məhəbbəti, humanizmi, yeni insanları, yeni əxlaqı təvazökarlığı, cəsarətliliyi təbliğ etməkdir.
İ.Qutqaşınlı xeyirxah insani münasibətlərə, əsil məhəbbətə yer qoymayan feodalizm cəmiyyətini
tənqid edirdi. O, Rəşid bəyin simasında zadəgan ziyalılarının yenilikçi nümayəndəsini tərənnüm
etmişdir. Əslində İ.Qutqaşınlı bununla milli maarifçi-demokratik şüurda oyanan intibahı
göstərmişdir. Maarifçi özünün əxlaqi idealı - zəiflərə və kasıblara kömək etmək, bədbəxtlərə
himayədarlıq etmək, cəsarətli, mərd, səxavətli olmaq, xalqın marağını öz doğma marağı bilməkdə
görürdü. Z.Göyüşov İ.Qutqaşınlının etik görüşlərindən bəhs edərkən göstərir ki, İ.Qutqaşınlının
hekayəsinin qəhrəmanları xoşbəxtliyə çatmaq üçün başqalarının rifahını düşünür, yeri gələndə
fədakarlıqlar etməyə hazır olurlar.Onlar “yalnız igidlikləri, xeyirxahlıqları, sadəlikləri və
təvəzökarlıqları ilə məşhur olmaqla yanaşı təhsilli və yüksək əqli inkişafları ilə də
fərqlənirlər”[(9,161).
İ.Qutqaşınlı ədalətliliyi, ümumiyyətlə xeyirxah mənəvi keyfiyyətləri düşüncənin yüksək
inkişafının nəticəsi kimi nəzərdən keçirirdi.
Məhz qərbyönümlü dəyərləri təbliğ etdiyinə görə İ.Qutqaşınlını Azərbaycan “qərbçiləri”nin
nümayəndəsi hesab edir və onu:“...fransız-Azərbaycan mədəniyyətini bir-birinə yaxınlaşdıran,
müasir ruhlu demokratik maarifçilik ideyalarını ifadə edən, orijinal,yeni tipli janrda yazan realist,
təbii,səmimi sənətkar” adlandırırdılar (10,10).
İ.Qutqaşınlını dünya fəlsəfi fikir məkanına qovuşan, milli koloritli, Avropa maarifçiliyi ilə
çulğalaşan , “Azərbaycan-Fransa, Azərbaycan-Avropa ədəbi əlaqələrinə körpü salan, Azərbaycan
milli-mənəvi dəyərlərini Avropa liberal-demokratik, maarifçilik ideyalarına qovuşduran mütəfəkkir
kimi səciyyələndirirlər. “İ.Qutqaşınlı ağlı insanın ən böyük sərvəti hesab edir, müsəlman
ruhanilərinə öz mənfi münasibətini bildirir...Qutqaşınlı insan problemini yaşadığı dövrlə, konkret
şəraitlə sıx bağlı təsvir etmişdir” (11,93).
XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin nümayəndələrindən biri, təbiət elmləri, tarix,
məntiq, filologiya və s. sahələr üzrə əsərlərin müəllifi, şair və filosof Abbasqulu ağa Bakıxanov
olmuşdur. Onun Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri “Əxlaqın
tərbiyələnməsi”, “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası”, məşhur
“Gülüstani-İrəm”, “Qüdsinin bağı”, “Qüdsinin qanunları” əsərlərində əksini tapmışdır.
103
A.Bakıxanovun fəlsəfi dünyagörüşünün formalaşmasında onun ensiklopedik biliyə malik olması,
şəxsi elmi axtarışları, təmsil etdiyi Azərbaycan və şərq mədəniyyəti və fəlsəfəsi ilə yanaşı, Rusiya
və Avropa ictimai fikri, fəlsəfi ənənələri ilə tanışlığı mühüm rol oynamışdır. Onun fəlsəfəsinin əsas
qayəsi maariflənmə yolu ilə kamil
şəxsiyyət yetişdirmək, ədalətli cəmiyyət qurmaq olmuşdur.
Şərq və Qərb mədəniyyətlərini öz yaradıcılığında birləşdirən panteizmə və realizmə meyli
ilə şöhrət qazanan ilk maarifçi mütəfəkkirlərdən olan Abbasqulu Ağa Bakıxanov da xalqın
inkişafını onun savadlanmasında, elmə, təhsilə qovuşmasında görür, vətənini, xalqını sevir, vətəni
və xalqı üçün çalışırdı.
A.Bakıxanovun irsində kamilləşmənin dünyada mədəni-fəlsəfi inkişafla bağlı zəka, elm kimi
iki yolu göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilən bu iki
yol A.Bakıxanovun kamilləşmə konsepsiyası üçün bir təməl rolu oynamışdır. O, əsrinin elmi
nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, elmlə əməlin (praktikanın) bağılılığına
və mövcudatın rasional dərkinə xüsusi əhəmiyyət verirdi. A.Bakıxanovun fəlsəfi və etik görüşləri,
əsasən “Əxlaqi kamilləşmə” və “Nəsihət kitabı” əsərlərində öz əksini tapmışdır. Bunlarda
fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudat və səbəbiyyət, inkişaf və
qanunauyğunluğun problemlərindən bəhs olunur. Bu problemlərin rasional dərkinin məhz
kamilləşən insan tərəfindən reallaşacağını nəzərdə tutan A.Bakıxanov, bu yolla vahid ailə saydığı
bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət
konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial
bərabərsizlik təşkil edir.
H.Hüseynov A.Bakıxanovun fəlsəfə, etika, psixologiya və pedaqoqika məsələlərinin geniş
yer tutduğu “Təhzib-ül-əxlaq” və “Nəsihətnamə” əsərlərinin təhlili əsasında onun fəlsəfivə etik
görüşlərini səciyyələndirmişdir.
Fərdi və ümumbəşəri maraqların vəhdətindən ibarət Bakıxanov etikasında “sinfi əxlaq”
anlayışına yer yoxdur, burada xalq etikasından çox “ziyalı etikası” əsas yer tutur. “A.Bakıxanovun
“insan nəsli vahid bir ailəni təmsil edir” tezisi onun etik baxışlarına böyük təsir göstərdi. Bu
baxışlarda etika məsələlərinə sinfi yanaşma yoxdur”(2,137).
Elmi, maarifi, mədəniyyəti bəşəriyyətin bəzəyi hesab edən A.Bakıxanovu sosial-fəlsəfi
görüşlərində feodalizm quruluşu, fanatizm, cəhalət, din nümayəndələri amansız tənqid atəşinə
tutulur, elm, maarif, mədəniyyət təbliğ edilirdi.
A.Bakıxanov XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində mühüm yer tutaraq, milli
mədəniyyətin modernləşməsi, avropalaşmasında xidmətləri olmuş, özündən sonrakı sosial-fəlsəfi
fikrin inkişafında və onun milli liberal, müasir ideyalarla zənginləşməsində humanist bir maarifçi
kimi xüsusi rolu olmuşdur.
Akademik F.Qasımzadə A.Bakıxanovu XIX əsrin birinci yarısında yeni tarixi şəraitdə
inkişafa başlayan müasir mədəniyyətimizin banilərindən biri sayaraq yazmışdır: “Elm, fəlsəfə və
ədəbiyyatımızın xəlqilik və realizm prinsipləri üzrə inkişaf etməsində onun böyük rolu olmuşdur.
A.Bakıxanov bir çox köhnə alimlərdən fərqli olaraq elmi dindən və sxolastikadan ayırdı. Ona yeni
məzmun, yeni üsul və yeni ruh gətirdi...”(5,164).
A.Bakıxanov feodalizmdən kapitalizmə keçid dövrünün mütəfəkkiri idi. Bu dövrdə yeniliklə
köhnəliyin mübarizəsi gedirdi. O, bir tərəfdən yeni elmi-fəlsəfi ideyalar təbliğ edir, digər tərəfdən
rəsmi dini ideologiya çərçivəsindən kənara çıxa bilmirdi.
Tanınmış filosof Z.Göyüşov A.Bakıxanovun etik görüşlərində (bütövlükdə dünyagörü-
şündə-Y.H.) “müşahidə etdiyi ziddiyyətləri, qeyri-ardıcıllığı və eklektikliyi” onun yalnız Şərqdə
geniş yayılmış əxlaq nəzəriyyələrindən Avropa etik nəzəriyyələrindən,qədim yunan filosoflarından
Aristotel, Sokrat, Epikür, stoiklərdən “fəlsəfi ideyaları deyil, həm də dini kitablardan müxtəlif dini
dəyərləri də əxz etməsilə” izah edir[280,198]. Lakin bu heç də Bakıxanovun yaradıcılığında
ziddiyyətləri, eklektikliyi göstərmir əksinə, humanist, maarifçi əsərlərindən Qərb və Şərq
mədəniyyətinin sintezini yarada bilib. Ona görə də“Təkzibül-əxlaq” kitabının girişində əsərin
yazılma səbəbi haqqında yazmışdır:“Mənim tərəfimdən müxtəlif xalqların-islam, yunan, Avropa
filosoflarının, görkəmli insanların əsərləri, dini kitabların tənqidi əsasında bu kitabı yazmaq həvəsi
yarandı”(12,19).