104
Abbasqulu ağa Bakıxanov tarixə fəlsəfi aspektdən yanaşıb, onu idrakıvə etik-əxlaqi
baxımdan qiymətləndirmişdir. O, “Gülüstani-İrəm” kitabında yazır: “Bu elm (tarix) insanı gözəl
əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin
qiymətlilərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmrandır ki, bütün
Adəm övladı onun əmrlərinə boyun əyməkdədir... Tarix elə bir danışmayan natiqdir ki, sələflərin
vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və
tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət
nəzərinə çatdırır. Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır, çünki tarix ona
öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat
verər, müxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər”(13,9). Böyük
mütəfəkkir tarixi yaddaşla milli-mənəvi dəyərlərin vəhdət təşkil etdiyini göstərirdi.
Maarifçi mütəfəkkir maddi aləmi vəhdətdə götürüb, istər yerdəki, istərsə də səmadakı
cisimlər arasında qarşılıqlı əlaqə, münasibət olduğunu söyləmişdir. O, bir tərəfdən dini müddəalara,
digər tərəfdən qədim alimlərin, habelə XVIII əsr Avropa təbiətşünaslarının təbii-elmi fikirlərinə
arxalanaraq həmin nəticəyə gəlmişdir.
Bakıxanov ümumun mənafeyini fərdin mənafeyindən üstün tutmuşdur.
Z.Göyüşov
Bakıxanovun mədəni-fəlsəfi irsini yüksək qiymətləndirərək yazır:
“Bakıxanovun zəngin mədəni irsi Azərbaycan xalqının mənəvi mədəniyyət tarixində dəyərli
mövqedə olub sonrakı Azərbaycan maarifçiləri (o cümlədən mollanəsrəddinçilər-Y.H.) tərəfindən
istifadə olunmuşdur” (9,238 ).
Beləliklə, XIX əsrin 30-40-cı illərində Q.B.Zakir, İ.Qutqaşınlı və A.Bakıxanov
mollanəsrəddinçilərin dünyagörüşünə realist-maarifçiliyin, zadəgan maarifçiliyinin əsasını qoydu,
formalaşmaqda olan milli maarifçi-demokratik şüura ciddi təsir etdilər.
ƏDƏBİYYAT
1.
Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. Bakı, Elm, 2002
2.
Hüseynov H. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Şərq-Qərb, 2007
3.
Tağıyev Ə., Mustafayev A., Balayev M. Azərbaycan milli ideyasının meydana gəlməsi və
təkamülü. Bakı, ADPU nəşriyyatı, 1994
4.
Дaшдамиров A. Национальная идея и этничность (Азербайджан -ская идея в
этиокультурном интерьере) Москва:
УОП ИЭА РАН
5.
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Maarif, 1974
6.
Quliyeva X. Maarifçilik dövrü Azərbaycan ədəbi-ictimai fikrində milli-mənəvi əsasların
fəlsəfi-etik dərki. (XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlləri) fəlsəfə üzrə elmlər doktoru elmi
dərəcəsi almaq üçün dissertasiya. Bakı, 2015
7.
İbrahimov M. Böyük demokrat. “Molla Nəsrəddin”in ikinci nəşri. Azərbaycan SSR EA
nəşriyyatı. 1957
8.
Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanın inkişafı tarixi.
Filologiya elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı,
S.M.Kirov adına ADU, 1955
9.
Геюшев З. Этическая мысль в Азербайджане.(исторические очер- ки). Баку: Гянджлик,
1968
10.
Rəfili M. Qutqaşınlı və onun fransız novellası, ADU –nun əsərləri. Filologiya seriyası. 1940.
11.
Кочарли Ф.Ф. Азербайджанско-французские литературные связи в XIX веке
(Диссертация на соискание ученой степени кандитата филологических наук). Баку: 1985.
12.
Bakıxanov A.Tərzib-ül-əxlaq. Bakı, Azərnəşr, 1981
13.
Бакиханов А.А.Гюлистани-и Ирам. Баку, Элм, 1991.
14.
Кулизаде З.А.Из истории Азербайджанской философии VII-XVI Баку, Азернешр, 1992.
105
ABSTRACT
Yusif Husseinov
THE ROLE OF THE FIRST THINKERS-ENLIGHTENERS OF AZERBAIJAN IN
THE FORMATION OF NATIONAL- EDUCATIONAL PHILOSOPHICAL
CONSCIOUSNESS
The paper notes formation of the scientific worldview of the Nasreddinists on the basis of
the enlightening ideas of Western, Russian, Eastern and Azerbaijani scientists who lived and
created before them. In addition, the influence of G.B.Zakir, I.Gutgashynli and A.Bakikhanov on
the national-enlightening democratic consciousness in the 30s-40s of the XIX century is
investigated.
It is noted that in the 30-40s of the XIX century Q.B. Zakir, I.Gutgashinli and A.Bakikhanov
had a serious influence on the formation of the national enlightenment-democratic consciousness,
laying the foundation of realist-enlightenment and noble enlightenment.
РЕЗЮМЕ
Юсиф Гусейнов
РОЛЬ ОСНОВНЫХ МЫСЛИТЕЛЕЙ-ПРОСВЕТИТЕЛЬЕЙ АЗЕРБАЙДЖАНА В
ФОРМИРОВАНИИ ФИЛОСОФСКО-ПРОСВЕТИТЕЛЬСКОГО СОЗНАНИЯ
НАЦИОНАЛЬНОЙ ОСВЕДОМЛЕННОСТИ
В статье рассматривается , что научное мировоззрение молланасреддинистов
формировалось основываясь на просветительских идеи западных, русских, восточных и
азербайджанских ученых. Кроме этого исследуется влияние Г. Б.Закира, И. Гутгашынлы и А.
Бакиханова на национально-просветительское демократическое сознание в 30-40-х годах
XIX века.
Обосновывается, что в 30-40-х годах XIX века В.Б. Закир, И.Гутгашинли и
А.Бакиханов оказали серьезное влияние на формирование национального просветительско-
демократического сознания, основы реалистического просвещения и благородного
просвещения.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı
ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).