106
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
MƏHƏMMƏD HACIYEV
Naxçıvan Dövlət Universiteti
mamedhaciyev@yahoo.com
BƏHRUZ GÜLMALIYEV
Naxçıvan Dövlət Universiteti
gulmaliyev.behruz@gmail.com
UOT: 1.91;
297
FƏLSƏFİ DÜNYA GÖRÜŞÜN FORMALAŞMASINDA
DİNİ-İSLAMİ İNANCLARIN YERİ
Açar sözlər: dünyagörüş, islami dəyərlər, fəlsəfə, cəmiyyət, mənəvi dəyərlər
Key words: outlook, islamic values, philosophy, society, moral values
Ключевые слова: мировоззрение, исламские ценности, философия, общество,
моральные ценности
Din elmləri arasında aparılan araşdırmalar nəticəsində bu qənaətə gəlinmişdir ki, din
duyğusu fitridir. Din duyğusunu qorxu, ümid və ya hər hansı bir vəsilə ilə sonradan qazanılmış
məfhum kimi görmək yanlışdır. İnsan yaradılışından bu günə qədər, hər zaman və hər yerdə uca,
qüdrətli, əzəmətli bir varlığa sığınma və yardım istəmə ehtiyacı duymuşdur. Bu ehtiyac din
duyğusunun fitri bir xüsusiyyətə malik olmasının dəlilidir.
Din insanla bərabər mövcud olmuş, insanla bərabər varlığını davam etdirmiş və insan var
olduğu müddətcə din öz varlığını davam etdirəcəkdir. Tarixin hansı dövrünə baxsaq, görərik ki,
dinsiz insana rast gəlinsə də dinsiz bir cəmiyyətə rast gəlinməmişdir. Harda bir insan cəmiyyəti
varsa, orda mütləq bir din mövcud olmuşdur. İnsanlıq tarixində insanın əsas sayıla biləcək bir çox
xüsusiyyətləri mövcud olsa da, din bunların ən öndə gələni olmuşdur. Bəşər yarandığı gündən din
öz varlığını qorumuş və insan həyatının ayrılmaz hissəsi olmuşdur. İnsan həmişə təbiət üstü bir
varlığa ehtiyyac duymuşdur. Çünki insan mələklə heyvan arası bir yaradılışa malikdir. Bu iki tip
varlığın təbiət xətləri insanda sənətkaranə şəkildə birləşdirilmişdir.
İnsanın və ya cəmiyyətin dindən təcrid olaraq qopması mümkün deyil. O, həm tarixi dövrdə,
həm də həyatımızın hər nöqtəsində özünü göstərən bir yaradılışa sahibdir. İnsanlara güc verən,
cəmiyyəti nizamlayan, fəzilət və yaxşılığa yönəldən, yalnızlığı və sıxıntını yox edən, güvənmək
duyğusunu aşılayan, insana dost yoldaş olan başlıca məfhumlardan biridir.
İnsan maddi tərəfi ilə bərabər, mənəvi tərəfi olan bir varlıqdır ki, onun maddi tərəfi ilə
bioloji təlabatını, həyati fəaliyyətinin mənəvi tərəfi ilə isə ruhitələbatını ödəməyə ehtiyacı vardır.
Onun ruhi ehtiyaclarını qarşılayan, mövcud mənəvi varlıqların ən öndə gələni fəlsəfi-dini
düyagörüşüdür. Müəyyən bir mədəniyyətə çataraq, tarixdə yer alan bütün millətlərin mənəvi
dünyaları hansısa dini inancla şərtlənmişdir.
Din fərdləri müqəddəs duyğu və vərdişlərdə birləşdirən, cəmiyyəti yüksəldən və inkişaf
etdirən bir əqidə formasıdır. Din insanlara yol göstərən, qanun və nizamın olmadığı yerlərdə,
cəmiyyəti doğru yola istiqamətləndirən bir həyat nizamıdır. Çünki o, anarxiyanın, özbaşınalığın,
ədalətsizliyin, mənfi düşüncələrin və fikirlərin düşmənidir. Onun əsas məqsədlərindən biri
cəmiyyətin mənafeyini müdafiə etmək, qorumaqdır. Tarixə nəzər salsaq iqtisadi və maddi baxımdan
gücsüz cəmiyyətlərin öz mövcudluğunu qoruduğunun şahidi ola bilərik. Lakin dini duyğuları
zəifləmiş, mənəvi baxımdan çökmüş cəmiyyətlər öz varlığını davama etdirmək baxımından diqqət
çəkməməkdədir. Dinin zəifləməsi hüquqi və əxlaqi pozğunluqlara yol açar. Çünki, din olmasa
əxlaqi davranışların davam etdirilməsi üçün hər hansı bir maraq, həvəs və səbəb qalmaz. Belə olan
halda halal-haram anlayışı ortadan qalxar və cəmiyyətin nizamı pozular. İnsanları və insan
qruplarını günah işləməkdən heç nə çəkindirə bilməz, anarxiya meydana gələr və cəmiyyət iflas
107
edər. Lakin hər kəsi və hər şeyi idarə edən, görən bir Yaradanın varlığına inanan insan, daima yaxşı
olan əməlləri edib, mənfi əməllərdən qaçmağa səy göstərəcəkdir.
İnsanatəklik, çarəsizlik, qorxu, kədər, xəstəlik, müsibət və fəlakətlər qarşısında yeganə
təsəlli olan inam qaynağı dindir. İnsanın ölüm qarşısındakı düşüncəsinin cavablarını məhz din verir.
Hansı ki bu düşüncə paklığın, doğruluğun əsasını təşkil edir. Axirətə inanc sadəcə olaraq cəza və
mükafat olaraq deyil, eyni zamanda insanın içindəki əbədi həyat duyğusuna cavab vermək
baxımındanda önəm daşımaqdadır. İnsan ölümdən deyil, yox olmaqdan qorxar. Ölümdən sonrakı
həyata inanc təkcə İslam dininə xas deyil [9, səh 210]. Digər bəzi dinlərdə olduğu kimi, İslamda da
insan, ölümlə yox olmamaqda, başqa bir dünyada həyatına davam etməkdədir. Bu həyatın
xaricindəki başqa bir həyatın möcud olması inancı, insanı həmin həyata alışdırmaqdadır.
Günahlardan qurtulub ədbədi bir qurtuluşa çatmaq, hüzura, cənnət kimi böyük bir nemətə
qovuşmaq, Allah rızasını əldə etmək, insanda ümid və arzuformalaşdırmaqda, dünyanın sıxıntı və
çətinliklərinə qarşı sinə gərməyi təmin etməkdədir. [3, səh 38, 39, 40, 41]
Bəşəriyyət tarix boyu həmişə inteqrasiyaya, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni struktur kimi
formalaşmağa can atmışdır. Din də həmişə insanların birləşməsi üçün bir vasitə olmuşdur və bunlara təkan
vermişdir. Təbii olaraq bu da mədəniyyətlərin rəngarəngliyini, müxtəlifliyini yaratmışdır. Bəşər
sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında əlaqələrin
yaranması böyük əhəmiyyət kəsb etmişdir. Hazırda dünyada müxtəlif əlamətlərə görə təsnif edilən beş
mindən çox din var. Yayılma arealına görə dünya dinləri (Buddizm, Xristianlıq, İslam), bir xalqın və ya
dövlətin daxilində yayılan milli dinlər (İudaizm, Hinduizm, Daosizm) və o qədər də geniş yayılmayan
kiçik dinlərə bölünür.
Məlumdur ki, din dəyərlər sistemi kimi bir çox funksiyalara malikdir. O cümlədən cəmiyyətin
idarə edilməsində dinin rolu danılmazdır. [2, səh 3]Din bu idarə edilmənin təşkili üçün müəyyən spesifik
amillərdən istifadə edir. Bu amillərin bir qisminin (axirət, cənnət, cəhənnəm, ruh, nəfs və.s)dərki insan
idrakının xaricində, bir qisminin dərki(əxlaq, ibadət, sevgi və.s) isə insan idrakının daxilindədir.
Dinin əsas təkan verici xüsusiyyəti əxlaq və inancdır. Bütün dinlərin müştərək xüsusiyyətləri
cəmiyyətdə əxlaqi keyfiyyətləri formalaşdırmaq və ideal cəmiyyət qurmaqdır. Əlbəttə ki, ideal cəmiyyətin
qurulması üçün, həmin cəmiyyəti təşkil edən fərdlərin dinlərin ümumi prinsiplərinə əməl etməsi şərtdir.
Din bu prinsipləri irəli sürsədə bəzi hallarda buna riayət olunmur. Bu da öz növbəsində cəmiyyət
həyatında müxtəlif neqativ hallara yol açır. Məhz dinlərdəki bəzi inanclar – cənnət, cəhənnəm, cəza,
mükafat, insanları bu tip neqativ hallardan çəkindirməyə xidmət edir.
Dini inanclardan ən başda gələni axirət inancı və orada insanı gözləyən cəza və mükafatlardır.
Dinlərdəki axirət inancı demək olar insanları mənfi davranışlardan çəkindirən ən birinci ünsürdür. Bu gün
axirət inancı olmayan bir şəxs rahat bir şəkildə istədiyi günahı edə bilər və ya özünə qəsd edə bilər Lakin
din və dindəki bəzi inanclar insanı bu tip fikirlərdən, vərdişlərdən çəkindirir. Cəmiyyətə nəzər salsaq
inancdan kasad olan insanların özlərinə qəsd etdikərini, oğurluq, zina, qumar, yalan, qeybət, riya, kibir
kimi əxlaqi dəyərlərə riayət etmədiklərinin şahidi ola bilərik.
Bunun əksinə olaraq isə inanclı insan öz əxaqi keyfiyyətləri, cəmiyyətə yararlılığı, danışıq,
davranış və digər xüsusiyyətləri ilə cəmiyyətdə fərqlənər, dəyər verilər.
İnsanlar arasındakı münasibətlərdə meydana çıxan əxlaqi dəyərlər ən bəsit ifadə ilə “yaxşı”
və ya “pis” kimi xarakterizə etdiyimiz davranışlarla bağlı dəyərlərdir. Bir insana yardım əli
uzatmağı yaxşı, yalan danışmağı isə pis davranış sayırıq. Bu, hərəkətin əxlaq nöqteyi-nəzərindən
qiymətləndirilməsidir. Əxlaqi dəyərlər davranışlarımıza yön verən qanun toplusudur. Bu toplu bizə
nəyin yaxşı, nəyin isə pis olduğunu bildirir. Deməli, insanın doğru-düzgün həyat tərzi sürməsini
əxlaqi dəyərlər müəyyən edir. Bu dəyərlər fərdə insan olma şüurunu aşılayır.
Əxlaq insanda keçici bir hal olmayıb, insanın mənəvi yaradılışında yerləşərək mələkə halını
alan keyfiyyətlər toplusudur. Bu səbəbə görə, din alimləri insanların ayda-ildə bir dəfə etdiyi
yaxşılığın əxlaqi keyfiyyətlər olmadığını qətiyyətlə bildirmişdirlər. İslam Peyğəmbərinin "əməllərin
ən xeyirlisi az da olsa davamlı olanıdır" mənasındakı hədisi bu anlayışın yığcam bir ifadəsidir.
[Buhari, Libas, 43]
İnsanların çoxu öz məntiqləri ilə dini əxlaqı yaşaya biləcəklərini düşünürlər. Öz məntiqləri
ilə din əxlaqı meydana gətirənlərin əsas xüsusiyyətlərindən biri dinin hökmlərini və prinsiplərini
Dostları ilə paylaş: |