Elmi-kütləvi nəşr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/82
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19881
1   ...   33   34   35   36   37   38   39   40   ...   82

 
133 
 
 
 
Fəsil 6 
Karbon qazının canlı 
orqanizmdə rolu 
Fizioloji rolu 
Hələ bu vaxta qədər karbon qazının (CO
2
) canlı orqanizmdə 
fizioloji  rolu  və  dəyişən  qaz  mühitinin  təsir  müddəti  – 
zaman  faktorunun  özünəməxsus  bioloji  rolu  tam 
öyrənilməmişdir. Karbonat turşusunu (H
2
CO
3
) uzun müddət 
canlı  orqanizmin  zərərli  son  metabolik  maddəsi  hesab 
edərək  ondan  kənar  olmaq  istəmişlər.  Lakin  XX  əsrin 
axırlarına  yaxın  bir  sıra  alimlər    CO
2
-nin  maddələr 
mübadiləsinin  vacib  məhsulu  sayaraq,  onu  orqanizmin 
normal fəaliyyəti üçün əhəmiyyətli hesab etmişlər. Son illər 
karbon  qazının  (CO
2
)  insan  və  heyvan  orqanizmlərində  bir 
sıra  proseslərin  neyrohumoral  mexanizmləri  ilə  idarə 
olunması  və  müxtəlif  şəraitlərə  adaptasiya  zamanı 
hemostazın  saxlanılmasını  təmin  edən  yeni  informasiyalar 
əldə  edilmişdir  {120-122}.  Hər  iki  requlyasiya  sisteminin 
əhəmiyyətinə toxunan  L.A.Orbeli qeyd etmişdir ki,  elə bir 
sinir requlyasiyası  yoxdur ki, orada bu və  ya başqa şəkildə 
humoral  faktorların  iştirakı  olmasın,  və  elə  bir  humoral 
requlyasiya  yoxdur  ki,  o,  az  və  ya  çox  dərəcədə  sinir 
requlyasiyası  ilə  əlaqədar  olmasın.  Bu  mexanizmlər, 
requlyasiya 
mexanizmlər 
sisteminin 
ciddi 
şəkildə 
tarazlaşdırılmış,  koordinasiya  edilmiş  və  bir-birini 


 
134 
şərtləşdirmiş formasında mövcuddur. CO
2
-nin  fizioloji  rolu 
barədə  bizim  bilik  dairəmiz  nə  qədər  çox  inkişaf  edər  və 
dərinləşərsə, bir o qədər də onun orqanizmin müxtəlif daxili 
və  xarici  təsirlərinə  adaptasiyasında  mühüm  pol 
oynamasının  şahidi  olarıq.  Indi  artıq  məlumdur  ki,  CO
2
 
nəinki tənəffüsün, qan dövranının, maddələr mübadiləsinin, 
elektrolitik  balansın,  ağ  ciyər  damarları  və  hüceyrə 
membranı  keçiriciliyinin  təbii  requlyatorudur,  və  həmçinin 
sinir  hüceyrələrinin,  bronxların  hamar  əzələ  tonusunun, 
damarların, sidik ixrac edən yolların və s. qıcıqlandırıcısıdır. 
CO
2
-nin  fizioloji  roluna  maraq  yalnız  klinik  və  idman 
təbabətinin  nəaliyyətləri  ilə  əlaqədar  olmayıb,  aviasiyanın, 
kosmonavtikanın  inkişafı  ilə,  və  həmçinin  yeni  yaşayış 
sahələrinin  mənimsənilməsi  ilə  (yüksək  dağlıqlar,  arid 
zonaları,  Dünya  okeanı,  Uzaq  Şimal  və  s.)  və  orqanizmin 
profikatikası  və  müxtəlif  xəstəliklərin  müalicəsinin 
requlyator  sistemləri  ilə  idarə  olunmasınin  effektiv 
yollarının araşdırılması ilə əlaqədardır.  
Çoxsaylı tədqiqatlar göstərmişdir ki, O
2
 və CO
2
  kimi bioloji 
aktiv  qazlar  yalnız  onların  qatılıq  dərəcəsindən  asılı  yox, 
həmçinin  orqanizmin individual xüsusiyyətlərindən və təsir 
müddətindən  asılı  olaraq  həm  antaqonist  və  həm  də 
sinerqist  kimi  fəaliyyət  göstərə  bilərlər.  Zaman  faktorunun 
özü  xüsusi  bioloji  əhəmiyyət  kəsb  edir,  hər  şeydən  qabaq 
ona  görə  ki,  adaptasiya  statik  yox,  funksiyaların  inteqrativ 
requlyasiyasını  həyata  keçirən,  struktur  dəyişmələrini  və 
çoxsaylı mübadilələri əks etdirən dinamik prosesdir. Həm də 
orqanizmin  dəyişən  qaz  mühitinə  adaptasiyasının  fərqli 
mərhələlərində bu və  ya digər requlyator sistemlərinin rolu 
bir  mənalı  deyildir.  Bütünlüklə  orqanizmin  funksional 
vəziyyəti  də  əsas  rol  oynayır,  o  cümlədən,  emosional  hal 
(səbəblər  halı).  Emosional  mərkəzlərin  stimullaşması 


 
135 
(hipotalamus)  orqanizmin  hipoksiyaya  qarşı  müqavimətini 
artırır. 
      Indi  isə  CO
2
-nin  canlı  orqanizmdə  oynadığı  rolun  ayrı-
ayrı detalları ilə yaxından tanış olaq. Yuxarıda qeyd edildiyi 
kimi  CO
2
  orqanizmin  həyatfəaliyyətində  çox  mühüm 
əhəmiyyət  kəsb  edir.  Karbonat  turşusu  (H
2
CO
3
)  natrium 
ionlarının  hüceyrələrdə  paylanmasını  təmin  edərək,  sinir 
hüceyrələrinin  həyəcanlanmasını  nizamlayır,  hüceyrə 
membranlarının 
keçiriciliyinə, 
çoxsaylı 
fermentlərin 
aktivliyinə,  hormon  məhsullarının  intensivliyinə  və  onların 
fizioloji  effektivlik  dərəcəsinə,  zülalların  kalsium  və  dəmir 
ionları  ilə  əlaqələndirilməsi  prosesinə  təsir  edir.  Qanda 
karbonat  turşusunun  qatılığı  ilə,  həzm  vəzilərinin  işləmə 
intensivliyi  (ağız  suyu,  mədəaltı,  qara  ciyər),  və  həmçinin 
xlorid  turşusu  hazırlayan  qişalı  mədə  vəzisi  ilə  düz 
mütənasiblik vardır. Hüceyrələrə oksigenin daşınması qanda 
karbonat turşusunun miqdarından asılıdır. Nəhayət, karbonat 
turşusu  zülalların  biosintezində  və  aminoturşuların 
karboksilləşməsində  turşu-qələvi  tarazlığının  saxlanılması 
kimi (bufer) vacib rol oynayır. Bu sayı davam etdirmək olar, 
lakin  bu  göstərilənləri  tam  kafi  hesab  etmək  olar  və  deyə 
bilərik  ki,  karbonat  turşusu  “tullantı”  olmayıb  orqanizm 
üçün ən vacib məhsullardan biridir.  
    Karbonat tuşusunun iştirakı – bu insanın mövcudluğunun 
vacib  şərtlərindəndir  və  o  tarixi  bir  hadisə  kimi  Yerdə 
həyatın  əmələ  gəlməsi  ilə  bir  vaxtda  meydana  gəlmişdir. 
Müasir fərziyələrə görə, bu bir neçə milyard il bundan öncə 
baş  vermişdir.  O  zaman  bizim  planetin  atmosferi  karbon 
qazı  ilə  doymuş  halda  olmuş  (90%-dən  çox)  və  o,  canlı 
hüceyrələrin  təbii  tikinti  materialı  kimi  fəaliyyət 
göstərmişdir  (Bitkilərin  biosintez  reaksiyası  –  karbon 
qazının  udulması,  karbonun  sərfi  və  oksigenin  atmosferə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə