Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


u  diyyatın əksər səviyyələri çərçivəsində əldə edilən nəticələrin



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə112/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   108   109   110   111   112   113   114   115   ...   130


diyyatın əksər səviyyələri çərçivəsində əldə edilən nəticələrin 
əsas «baiskarı» mikrosəviyyə subyektləridir. Aksiomatik 
məzmun daşıyan bu tezisin gerçəkliyi şübhəsizdir. Lakin, 
ümummilli və regional miqyasda əldə edilən nəticəyə əsaslan- 
maqla prosesə «separat» yanaşma sistemsizlik doğurur ki, bu 
da nəticə etibarı ən güclü surətdə əsaslandırılmış strategiyaları 
belə müvəffəqiyyətsizliyə uğrada bilər. Bir sözlə, real 
inteqrasiya prosesində kompleks və sistemli yanaşma olmadan 
aynca götürülmüş hansısa bir səviyyə, eləcə də hansısa bir 
fiiınksional istiqamətdə regional blokun yaradılmasına 
yönəldilən regional bütövlüyün, ümumiliyin formalaşdınlması 
sadəcə olaraq, mümkün deyildir. 
Regionaj bazann maloroiqtişadi inkişaf ştrateg 
'/V^ müəyyənləşdırilməsində qloballaşma prosesinin gedişi 
təmayüllərinə birmənalı istinad əks nəticələrə gətirib çıxara 
bilər. Belə ki, qloballaşmaya metodoloji baxışlarda üstünlük 
təşkil edən yanaşma-qlobal əmək bölgüsü şəraitində ideoloji 
və proteksionist məhdudiyyətlərlə çərçivələnməyən 
«məhsuldar» rəqabətin güclənməsi tezisinə söykənməklə 
qloballaşmanın dəqiq qiymətləndirilə biləcək xeyirini və onun 
mənbələrini birmənalı müəyyənləşdirmək mümkünsüzdür. 
Yə’ni, sırf metodoloji mövqedən müsbət effektin haradan 
yaxud nəyin vasitəsi ilə əldə edilə biləcəyi sual altındadır. 
Sözügedən tezisin məntiqi ilə yalnız iki istiqamətdə müəyyən 
irəliləyişlərin ola biləcəyi gözlənilir: 
İ)Rəqabət mübarizəsi effektivliyi yüksəldəcəkdir; 2)Qlobal 
əmək  bölgüsü  sinergetik  effekt  verəcəkdir.  Lakin  bunlardan 
hansının  real  məzmun  daşıdığı  qeyri-  müəyyəndir.  Başqa  sözlə, 
konkret  olaraq  dəqiq  ifadə  olunmuş  inkişafa  abstrakt  yanaşma 
göz  qabağındadır.  Əlbəttə,  əks  etdirdiyimiz  ziddiyyətin  zahiri 
təzahürünü aradan qaldırmaq olar. Bunun üçün, sadəcə olaraq 
belə  təsəvvür  etmək  lazımdır  ki,  söhbət  açdığımız  «qlobal» 
rəqabətin 
reallaşma 
müstəvisində 
yalnız 
mikrosəviyyə 
subyektləri  mövcuddur.  Bu  cür  baxış  da  çox  «uzağa»  gedən 
nəticələrə  gətirib  çıxanr.  Məsələn,  dünyada  vahid  sivilizasiya 
mövcuddur,  heç  bir  dövlət  yaxud  dövlət  qurumu  iqtisadi 
proseslərə müdaxilə 
332 


etmir,  iqtisadi  inkişafda  milli,  siyasi,  sosial,  ideoloji  və  s.  və  i.a. 
cəhətlərin rolu sıfırdır və s. Öz-özlüyündə aydındır ki,  bu halın 
gerçəklik ehtimalı sıfıra bərabərdir. E)mi zamanda, nəzərə alsaq 
ki,  qeyd  edilən  tezis  çərçivəsində  ölkələrarası  qarşılıqlı  iqtisadi 
əlaqələr əmək bölgüsü prinsipinə əsaslanır, yəni bəri başdan milli 
iqtisadiyyatın  rəqabət  qabiliyyətliliyi  «mötərizə»  xaricinə 
çıxanlır,  həmçinin  qlobal  rəqabətə  münasibətdə  bizim  geniş 
mənada  işlətdiyimiz  mikrosəviyyə  subyektləri  ifadəsi  altında 
Transmilli  korporasiyalar  nəzərdə  tutulur,  onda  qloballaşma 
prosesinə şübhə ilə yanaşanlara haqq qazandırmaq mümkündür. 
Əvvəllər  də  qeyd  etdiyimiz  kimi,  çılpaq  nəzəri  ümumiləşdirmə 
konkret  iqtisadi  prosesin  və  onun  həqiqətən  konkret  olan  və 
kəmiyyət  göstəriciləri ilə ifadə  edilən  nəticəsinin  ölçü  vahidi  ola 
bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası və əksər MDB 
ölkələri kapitalın transmilliləşməsi sferasında (siyasi, sosial, milli, 
ideoloji  və  s.  cəhətləri  prosesdən  abstraksiya  etsək  də)  elə  bir 
nailiyyətlər  əldə  etməyiblər  və  bunun  üçün  hələ  müəyyən  dövr 
keçməsi zəruridir. Deməli, buradan belə qənaətə gəlmək olar ki, 
TMK-ların  yoxluğu  və  qlobal  əmək  bölgüsündə  son  dərəcə 
əlverişsiz  mövqenin  mövcudluğu  əsas  götürülməli  və  sözügedən 
ölkələr 
istər-istəməz 
qloballaşma 
prosesindən 
kənarda 
qalmalıdırlar  yaxud  qalmağa  məcburdurlar.  Sözsüz  ki,  bu  tipli 
yanaşma  ifrat  kənar  mövqenin  məhsuludur  və  reallıqla  heç  bir 
kəsişən 
xəttlərə 
malik 
deyildir. 
Qloballaşma-dünya 
iqtisadiyyatının  obyektiv  səciyyə  daşıyan  prosesidir  və  hazırlıq 
səviyyəsindən asılı olmayaraq əksər ölkələri öz orbitinə cəlb edir. 
Araşdırdığımız  problem  çərçivəsində  qloballaşmanın 
obyektiv  iqtisadi  proses  kimi  daxili  təbiətini  onun  transaksiyon 
xərcləri  aşağı  salma  təmayülü  ilə  bağlayan  metodoloji  mövqe, 
fikrimizcə, real gerçəkliyə daha çox yaxındır. Həm də, ona görə 
ki, bu baxış araşdırılması mümkün olan proseslərə istinad edir və 
mücərrədlikdən maksimum məsafədə uzaqdır. 
Mikrosəviyyə subyektlərinin iqtisadi proseslərdə yeri, rolu 
və  məqsədlərinə  dialektik  məntiq  çərçivəsində  yanaşmaqla 
sözügedən baxışın praqmatikliyinə inanmaq olar. 
333 


Belə  ki,  mə’lum  olduğu  kimi  iqtisadi  effektivliyi  yüksəltmək 
məqsədi  ilə  əksər  bazar  subyektləri  transaksion  xərcləri 
azaltmağa  imkan  verən  vasitələr  tapmağa  çalışırlar.  Eyni 
zamanda,  o  da  mə'lumdur  ki,  transaksion  məsrəflər  qeyri- 
müəyyənliyin  törəməsi  olmaq  etibarı  ilə  sistemin  xarici  mühitlə 
yaxud  özünəməxsus  elementləri  arasında  qarşılıqlı  təsirindən 
dpğur.  Başqa  cür  yanaşsaq,  söhbət  müasir  şəraitdə  bazar 
subyektlərinin  (əksər  hallarda  korporasiyanın)  iqtisadi 
fəaliyyətində  iki  istiqamətdən  müsbət  nəticələrin  əldə 
edilməsindən gedir: 
l )Transaksion məsrəflərin azaldılması; 
2)Xarici  mühitlə  qarşılıqlı  münasibətlərdə  qeyri- 
müəyyənliyin əhatə dairəsinin daraldılması. 
Transaksion məsrəflər kompaniyaların iriləşməsi hesabına 
aşağı  salınır.  Qeyri-müəyyənlikdə  bağlı  problem  isə  nəinki 
praktiki,  hətta  sırf  nəzəri  mövqedən  hələ  də  öz  həllini 
tapmamışdır. Buna  görə də, qloballaşmanın gətirdiyi yeniliklər, 
yə’ni dövlətlərarası əlaqələrdə prinsip və qaydaların unifıkasiya 
edilməsi,  liberallaşdırma,  müxtəlif  məzmunlu  məhdudiyyətlərin 
ləğvi  və  s.  qeyri-müəyyənliyin  transaksion  məsrəflərin  artımına 
tə'sirini  əhəmiyyətli  dərəcədə  məhdudlaşdırır.  Əlbəttə  ki,  bu 
baxımdan  qloballaşma  prosesinin  MDB  regional  bazarının 
inkişaf  strategiyasının  formalaşdırılmasında  nəzərə  alınması 
mümkündür.  Lakin,  əvvəl  də  qeyd  etdiyimiz  kimi,  bütövlükdə 
prosesin  özü  sözügedən  strategiyanın  empirik  bazası  rolunu 
oynaya  bilməz.  Yuxanda  göstərdiklərimizlə  yanaşı,  söhbət 
açdığımız  qeyri-  mümkünlük  həm  də,  qloballaşma  prosesinin 
bazarlar sisteminə münasibətdə eyni güclü olmaması ilə şərtlənir. 
Məsələn,  kapital  bazarı  bütövlükdə  planetar  miqyas  olmaqla, 
ələlxüsus  maliyyə  bazannda  baş  verən  proseslərin  məcmusu 
baxımından  «özündə  şeyə»  çevrilir  və  əməklə,  əmək  bazan  ilə 
funksional  asılılıq  demək  olar  ki,  aradan  qalxmışdır.  Əmək 
bazarının  miqyas  məhdudluğu  və  kapitalın  transmilliləşməsi 
prosesində  əhəmiyyətsiz  rolu  qloballaşma  daxili  sistemsizlik 
doğurur  ki,  bu  da  inkişaf  prosesində  olan  bazarlar  (MDB 
regional bazarı) 
334 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə