ki, «prays-teyker» situasiyasının oliqopolik qarşılıqlı asılılıqla
əvəzlənməsi prosesinin gerçəkliyi danılır, empirizm metodoloji
prinsip kimi bir kənara qoyulur. Başqa rərzii ifadə ilə deyə bilərik
ki, empirik səciyyəli prosesləri yalnız və yalnız nəzəri-məntiqi
çərçivədə tədqiq etməklə onun düzgün qiymətləndirilməsinə nail
olmaq olduqca müşkül işdir.
-
«Rəqabət mühiti» öz-özlüyündə məqsəd kimi çıxış edə
bilməz. İnhisar yaradan prosesə yanaşmada nəyin əsas olmasının
(istehsal yaxud tədavül) birmənalı qabardılması praktiki anlamda
elə bir əhəmiyyət daşımır. Eyni zamanda, bu aspekt geniş təkrar
istehsal prosesinin «süniliklə» parçalanması, sahə və sferalararası
qarşılıqlı münasibətlərin bəsitləşdirilməsi anlamından qeyri bir
məzmun kəsb etmir.
-
Müqayisəli təhlil göstərir ki, tədqiqatçıların böyük
əksəriyyəti inhisann bazar kortəbi il iyini aradan qaldırması
fikrində yekdildirlər.
Fikrimizcə, problemin qeyd edilən tərzli birmənalı qoyuluşu
ən azı iki məqama görə tam şəkildə doğru hesab edilə bilməz:
-İnhisar bazara təsir göstərməklə onun bütövlükdə deyil,
yalnız inhisarçı fəaliyyəti göstərən firmanın bazarında
«kortəbiiliyi» qismən aradan qaldıra bilər. Əks-təqdirdə, məntiqi
antinomiya meydana çıxır. «Kortəbii» bazarın tərkib hissəsi
«kortəbii» olmaya bilməz! Biz, ona görə «qismən» təyinini xüsusi
olaraq vurğulayırıq ki, tənzimləmə dərəcəsi nöqteyi-nəzərindən
müəyyən fərqlərin mövcud olması realdır. Lakin, bunu bütövlükdə
fərqli mahiyyət daşıyan fenomen kimi ortalığa qoymağa heç bir
lüzum yoxdur.
-İri biznes subyektlərinin (TMK) inkişaf etmiş «daxili»,
bazarları mövcuddur. Empirik araşdırmalar birmənalı olaraq
göstərir ki, hətta bu bazarlarda ən azı ekzogen amillərin təsiri
nəticəsində tam «planauyğunluq» yoxdur.
-
İnhisar fenomenin sistemli şəkildə dərkedilməsi zəruriliyi
inhisar—>bazar cütlüyünü mütləq həqiqət anlamında qəbul
edilməz olduğunu ortalığa qoyur. Belə ki, qeyd edilən aspektin
prioritetliyinin mütləqləşdirilməsi inhisar və
355
inhisarizm problemlərinin tarixi kökləri və onlann təkamülü
prosesini aydın şəkildə anlamaq imkanlannı əhəmiyyətli dərəcədə
məhdudlaşdırır. Buna görə də, bazaraqədərki dövrün inhisarizm
meylləri ətraflı şəkildə araşdırılmalıdır.
-
Təhlil materialları göstərir ki, inhisarla iqtisadiyyatın
«qapalılığı» və totalitarizm arasında ifrat dərəcədə sıx qarşılıqlı
bağlılıq mövcuddur. Eləcə də, «sosialist» inhisar və bazar
iqtisadiyyatı şəraitində formalaşan inhisar tamamilə fərqli
məzmunlu yaranışlardır. İnhisarizm adlandırdığımız sistemli
yaranışın sırf siyasi xarakter kəsb edən istiqaməti bir sıra hallarda
avtonom formada da təzahür edə bilər. Yəni, inhisar istənilən
şəraitdə totalitar idarəetmə təmayüllərini doğurur demək, əlbəttə
ki, yanlışlıq olardı.
-
Tədqiqatın nəticələri göstərir ki, inhisarlaşma prosesi, hər
şeydən əvvəl, qeyri-müəyyənlikdən qaçma cəhdi kimi təzahür edir.
Kəmi)^ət ölçüsü olan madiyyatm rasional karkulyasiyasının
aparılması mümkünsüz olan prosesdaxili «intriqalarda» onun
itirilmə təhlükəsi əlahiddə mövqe qazanma istəyini tamamilə təbii
bir istək keyfiyyətində ortalığa çıxanr. Belə ki, inhisarçı mövqe
rəqabətin «əhliləşdirilməsi», qeyri-müəyyənliyin əhatə dairəsini
daraltmaqla risklərdən uzaqlaşma imkanının əldə olunması,
iqtisadi gücü öz əlində cəmləmək, qiymətqoymada liderlik, «oyun
qaydalannı» diqtə etmək, yüksək inhisar mənfəəti götürmək
baxımından altemativsizdir.
-
İnhisar öz məzmunu etiban ilə tamamilə fərqli və müxtəlif
iqtisadi sistemlər formalaşdıra bilər. Bu problemə bizim yanaşma
tərzimiz yekun olaraq sinergetik baxışla üst- üstə düşür.
-
Azərbaycanda,
eləcə
də
əksər
sabiq
mütəffıq
respublikalarda inhisarizmin tamamilə özəl xüsusiyyətləri
mövcuddur. Bu xüsusiyyətlər əsasən sabiq SSRİ iqtisadiyyatının
idarəedilməsi prinsiplərindən qaynaqlanır. Keçid iqtisadiyyatının
doğurduğu spesifik situasiya ilə yanaşı, ictimailəşmə tipində baş
verən dəyişikliklər Azərbaycanda gedən inhisarlaşma prosesinə
fərqli bucaq altında baxmağı tələb edir.
356
-
Keçid dövrü şəraitində istehsal və kapitalın
təmərküzləşməsi daha çox subyektiv amillərin təsirinə məruz
qalmaqla inhisar yaradan proses kimi çıxış edir. Eyni zamanda, bu
mənada istehsal və elmi-texniki potensialın diversifı- kasiyasının
aparılmaması nə texnoloji miqyas effektindən, nə də sinergetik
effektdən
(daimi
xərclərin
azaldılması
istiqamətində)
yararlanmağa imkan vermir. Və, istənilən halda subyektiv
amillərin prioritet xarakteri tədavül sferasının ayrıca götürülmüş
subyekt
tərəfindən
təmərküzləşməsinə,
beləliklə
də,
istehsal—»tədavül qarşılıqlığında effektiv bağlılığın qırılmasına
gətirib çıxarır. Xarici iqtisadi fəaliyyətə münasibətdə isə bu hal
daha ağır nəticələrlə sonuclanır. Belə ki, iriləşmiş təsərrüfat
subyekti çərçivəsində diversifıkasiyanm aparılmaması innovasiya
proseslərinə mənfi təsir göstərməklə texnoloji geriliyi daha da
möhkəmləndirir və məntiqi nəticə olaraq «qapalı» dairə yaradır.
Yəni, formaca «açıq», məzmunca isə «qapalı» sistem formalaşdırır
ki, bunun da hər cür effektivlikdən uzaq olduğunun heç bir sübuta
ehtiyacı yoxdur.
-
Problemin qlobal səviyyədə qoyuluşu inhisarlaşma
prosesinin müasir təmayüllərini aşkar etməyə imkan vermişdir:
-Qeyri-maddi istehsal sferasının rolunun kəskin şəkildə
artımı;
-Postindustrial təsərrüfat sisteminin fərqli mahiyyətindən
doğan xüsusiyyətlərin təsiri;
-İnhisarlaşmanın getdikcə daha çox «gizli» səciyyə daşıması;
-İnhisarçı təmayüllərin iqtisadiyyatın bütün sferalannı
əhatə etməsi;
-İnhisarlar arasında əvvəllər müşahidə edilməyən birgə
sahibkarlıq formalannın tətbiq edilməsi;
-Kapitalın mərkəzləşməsi, mülkiyyətin yenidən bölgüsü
proseslərinin güclənməsi.
-
Araşdırmalanmız göstərir ki, inhisarçılığın nəzəri və
praktiki anlamda qiymətləndirilməsini aşağıdakı ardıcıllıqla
həyata keçirilməsi məqsədəmüvafiqdir: Bütövlükdə istehsal
357
Dostları ilə paylaş: |