Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


NƏTİCƏ  Milli  bazarın  formalaşması,  sosial-iqtisadi  inkişafın



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə117/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   113   114   115   116   117   118   119   120   ...   130

NƏTİCƏ 
Milli  bazarın  formalaşması,  sosial-iqtisadi  inkişafın 
dayanıqlığının  təminatı,  eləcə  də  regional  və  qlobal  səviyyəli 
iqtisadi  münasibətlər  sisteminin  qarşılıqlı  faydalılıq  prinsipi 
bazasında  yenidən  qurulması  prizmasından  inhisarizmin 
məhdudlaşdırılması  və  antiinhisar  siyasətinin  effektiv  tətbiqi 
problemlərinin  sistemli  tədqiqatı  aşağıdakı  nəticələrin  əldə 
olunması,  həmçinin  ona  müvafiq  surətdə  tövsiyyələrin  irəli 
sürülməsinə imkan vermişdir: 
-
 
Azərbaycan  milli  bazarının  sistemli  tədqiqatı  göstərir  ki, 
sistem dəyişikliyi öz mahiyyəti və məzmunu etibarı ilə real bazarın 
təşəkkülündən  başlanan  və  ictimai  həyatın  bütün  sferalarını,  o 
cümlədən  ümumbəşəri  dəyərlərə  münasibəti  də  ehtiva  edən 
mürəkkəb,  çoxlaylı  və  çoxşaxıli  bir  prosesdir.  Bu  prosesin  bütün 
cəhətlərini  adekvat  surətdə  əhatə  edə  biləcək  vahid  nəzəriyyənin 
yoxluğu tamamilə təbii bir hal kimi qəbul edilməlidir. Bəşəriyyətin 
iqtisadi  inkişaf  tarixində  analogiyası  olmayan  bir  prosesin  nəzəri 
təxəyyülə  əsaslanmaqla  hər  hansı  bir  qəlibə  salınması 
yolverilməzdir. 
-
 
Keçid  dövrünün  metodoloji  aspektdə  dərki  və  izahı  öz 
aktuallığını  bu  gün  də  saxlanmaqdadır.  Yeni  paradiqma 
axtarışının  zəruriliyi  mövcud  nəzəriyyələrin  «keçid  iqtisadiyyatı» 
adlandınlan  ötəri  yaranışa  əsaslanmaqla inkişaf  problemini  axıra 
qədər «görə bilməməsi» ilə şərtlənir. 
Müasir  iqtisadi  proseslərin  nəzəri  dərkində  aprior 
paraliqma  tam  yararsızdır.  Eyni  zamanda,  real  gerçəklik 
çərçivəsində 
iqtisadi 
nəzəriyyənin 
«xalisliyini» 
qorumaq 
qeyri-mümkündür.  Neoklassizmin  əsas  dəyişənlərinə  (sabitlik; 
tarazlıq; tamlıq; qapalılıq) istinadla makroiqtisadi tarazlığı başlıca 
hədəfə  çevirmək  mənasızlıqdır.  Tarazlıq  heç  vaxt  «nöqtə»  ola 
bilməz.  Tarazlıq-müxtəlif  komponentlərin  qarşılıqlı  təsiri 
nəticəsində  formalaşan  sahədir,  məkandır.  Tarazlıq-  mahiyyətcə, 
qeyri-müəyyənliyin maksimumudur. Keçid iqtisadiyyatlı ölkələrdə 
əsas məhsullar kimi dəyişkənlik, nata 
346 


razlıq, açıq sistem, xarici amillərin mühümlüyü və s. çıxış edirlər. 
İlk  baxışdan  qarşılıqlı  asılılığı  adi  gözlə  görünməyən  sferalar 
arasında  çoxölçülü  determinik  bağlılıq  mövcuddur  ki,  bu  da 
istənilən  halda  sinergizm  doğumr.  Sistem  dəyişikliyinin  gedişi 
dağılmış sistemin komponentləri arasında yenidən qruplaşmaların 
yaranması ilə müşahidə edilir ki, bu da əksər postsosialist ölkələri 
üçün ən ümumi səciyyə daşıyan xüsusiyyət kimi qəbul edilə bilər. 
-
 
Eyni zamanda, tədqiqatımız göstərir ki, «iqtisadi» olanın 
zəruriliyi  elmi  metodologiyanın  (keçid  dövrü  ərzində)  təməl 
prinsipini  müəyyənləşdirmək  prosesinə  geniş  aspektdə  baxmağı 
tələb edir: 
1)
 
 Birinci 
ümumi 
səciyyəli problem:  tələbatın 
hüdudsuzluğu, resursların məhdudluğu: 
2)
 
İkinci ümumi səciyyəli problem: 
milli 
müstəqillik—>sabit inkişaf—>sosial ədalət; 
3)
 
Milli səciyyəli problem: 
iqtisadi azadlıq—>sos i al 
ədalət; 
4)
 
Ötəri  səciyyəli  problem:  keçid  dövrü—>lokal  səviyyəli 
sistemli yaranış—^milli sosial-iqtisadi sistem: 
5)
 
Əbədi  səciyyəli  problem:  milli—>regional->qlobal 
mənafelərin daimi dinamik tarazlığı. 
-
 
Mövcud  metodoloji  baxışların  əsas  çatışmazlıqları  bir 
qayda olaraq, reallığın yalnız bir aspektini qabartmaları və onun 
tam  şəkildə  şəhrini  yaxud  təhlilini  həyata  keçirə  biləcək 
təlimlərarası sintezin formalaşması baxımından yararsız olmaları 
ilə  şərtlənir.  Yeni  paradiqma  problemi  müasir  dövrün  spesifik 
xüsusiyyətlərinə  söykənməli  və  reallığa  adekvatlığı  tam  şəkildə 
təmin  edilməlidir.  Nəzərə  alınması  zəruri  olan  cəhətlərə, 
zənnimizcə, aşağıdakıların aid edilməsi məqsədəuyğun olardı: 
-Bazar  «kortəbiiliyi»  yoxdur,  yaxud  «görünməyən  əli»n 
arxasında «görünən və görünməyən adamlar» dayanırlar; 
-Müasir qloballaşma prosesinin nəticəsində müşahidə edilən 
metafora-kapitalın  əməkdən  ayrılması  və  onun  «özündə  şeyə» 
çevrilməsi yalnız zahiri görüntüdür, mirajdır. 
347 


-Determinlik  amilləri  arasındakı  prioritetlik  dərəcəsi 
əsasında mövcud olan bölgü aradan qalxıb. Amillər təsir güclərinə 
görə 
eyniyüklüdürlər. 
Yəni, 
obyektiv=subyektiv; 
iqtisadi=sosial=siyasi=mədəni=ideoloji 
və 
s. 
bərabərlikləri 
gerçəkdir. 
-Çoxölçülü  determinizm  artıq  elmi  fakt  statusundadır. 
Keçid  dövründə  daha  qabarıq  şəkildə  təzahür  edən  qeyri- 
müəyyənlik əslində, öz mahiyyəti etibarı ilə müasir iqtisadi həyatın 
başlıca  xarakteristikasıdır.  Hətta  fundamental  paradiqmadan 
istifadə  etməklə  sözügedən  fenomenin  anatomik  təsvirini  vermək 
mümkünsüzdür. Bu, o deməkdir ki: 
-Əgər  fenomen  qeyri-müəyyəndirsə,  dərkedilən  deyilsə, 
onda  prosesə  baxış  indeterminizmə,  yəni  səbəbiyyət  bağlılığının 
qırılmasına, qarışıqlığa, xaosa ürcah olacaqdır; 
-Bəşəriyyətin  inkişaf  tarixinə  «iqtisadi»nin  mütləqləş- 
dirilməsi bazasında yanaşmanın materialist monizm keyfiyyətində 
qəbulu mümkünsüzdür. 
Eyni zamanda, əgər nəzərə alsaq ki, determinizm fakt deyil, 
ekstrapolyasiya  üsulu  ilə  alman  nəzəriyyədir,  onda  s.əbəbiyyət 
qanununun gerçəkliyi problemi öz həllini tapmır. 
-
 
Elə bir Universum tapmaq mümkün deyildir ki, ayn- ayrı 
xalqlann milli spesifikliyinə tam şəkildə ekvivalent olsun və onların 
hamısını məcmu şəkildə əvəz edə bilsin. Başqa sözlə, bəşəriyyətin 
«ümumiliyi» prinsipi heç bir halda substansiya keyfiyyətində çıxış 
edə  bilməz.  Söhbət  eynilik  və  vahidlikdən  yox,  yalnız  differensial 
bütövlükdən  gedə  bilər.  Beləliklə,  ifrat  universalizmin  yalançı 
mütləqləşdirilməsi müstəqillik prinsipinin dayaqlarını sarsıtmaqla 
ayn-ayn millətlərin sosiomədəni determinizminə deyil, anarxiyaya, 
mexaniki  ümumiləşdirməyə  və  sonuc  olaraq,  qlobal  iqtisadi 
artımın ləngidilməsinə gətirib çıxanr, 
-
 
Əksər  postsosialist  ölkələri  üçün  səciyyəvi  olan  aktual 
problemlərdən  biri  də  milli  iqtisadi  təfəkkürün  formalaşması  və 
inkişafı  ilə  bağlıdır.  Bu,  elə  bir  problemdir  ki,  əslində  sistem 
dəyişikliyinin  özünün  gedişini  mümkün  edə  bilmək  səviyyəsində 
qəbul  edilməlidir.  Milli  ideologiyanın  iqtisadi  təminatına 
ümumnəzəri yanaşma belə bir tezislə ifadə oluna 
348 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə