|
![](/i/favi32.png) Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professorüçün prosessual olaraq öz əhəmiyyətinin itirilməsi ilə nəticələnir
üçün prosessual olaraq öz əhəmiyyətinin itirilməsi ilə nəticələnir.
Müasir qloballaşma prosesi keçid dövrünü yaşayan MDB
ölkələri üçün çoxlu sayda problemli situasiyalar meydana çıxarır.
Digər ölkələr qrupu (məsələn, inkişaf etmiş yaxud yeni sənaye
ölkələri) ilə müqayisədə postsovet ölkələrinin qarşılaşdığı
problemlərin say çoxluğu inzibati-amirlik sistemindən bazar
iqtisadiyyatına keçid məzmunu daşıyan sistem dəyişikliyi və bu
dəyişikliyin doğurduğu natarazlıqla bağlıdır. MDB-ölkələrində
sözügedən proseslə əlaqədar olaraq iqtisadi potensialın kəskin
şəkildə aşağı düşməsi, postsovet məkanında dezinteqrasiya tipli
pərakəndəliyin meydana çıxması, eləcə də milli iqtisadi, inzibati
və hüquqi sistemlərin hazırlıq səviyyəsinin müasir tələblərə
uyğun gəlməməsi söhbət açdığımız problemli situasiyaların
qaynaqlandığı başlıca mənbələrdir. Və, nəticə olaraq digər
inteqrasiya qruplaşmaları ilə müqayisədə MDB-nin zəifliyi real
hadisə statusunda ortalığa çıxır (cədvəl 7.3.).
Cədvəl 7.3
MDB-nin digər inteqrasiya blokları ilə müqayisəli
xarakteristikası
İnteqrasiya
blokları
Alıcılıq qabiliyyətinin pariteti əsasında (%)
QMM
Qlobal
səviyyədə
məanu dövlət
xərcləri
Qlobal
investisiya
axınları
İnteqrasiyanı
n
xarakteri
1 .Dünya üzro, coıni o
cümlədən;
100
100
100
Qloballaşma
l)Aİ
24
40
19
Qapalı
2)NAFTA
26
21
19
Qapalı
3)AT3C (NAFTA-nın
üzvlərini çıxmaq şərti
ilə)
29
21
36
Qismən
qapalı
4)MDB
3,0
1,5
3.0
Açıq
Cədvəldə əks etdirilən qüvvələr nisbəti açıq-aydın şəkildə
göstərir ki, MDB özünün real imkanlan (potensial güc
böyüklüyü) baxımından dünya bazarında formalaşmış «oyun
qaydalanna» təsir göstərmək iqtidarında deyildir və həmin
situasiyanın dəyişmə intensivliyindən birbaşa, həm də
335
birtərəfli asılılıqdadır. Düzdür, əksər beynəlxalq təşkilatlarda
qloballaşma prosesinin neqativ nəticələrini aradan qaldırmaq,
onun bütövlükdə tənzimlənməsinə nail olmaq yönümündə
aparılan müzakirələr bu gün də davam etməkdədəir. Bununla
belə, zənnimizcə, MDB regional bazannın inkişaf strategiyasının
formalaşdırılmasında sözügedən müzakirələrin hansısa bir
ağılabatan nəticəyə gələcəyinə və ona istinada ümid bəsləmək ən
yaxşı halda əfsanənin reallaşması təəssüratını yaradır. 1970-ci
illərdən start götürən müzakirələrin ədalətli və demokratik
qaydalar əsasında, iqtisadi prinsiplərə və qanunun aliliyinə
söykənməklə beynəlxalq iqtisadi qaydaların yaradılması
istiqamətində aparılması hələ uzunmüddət davam edəcəkdir. Sırf
geosiyasi və geoiqtisadi anlam çərçivəsində problemə baxış belə
bir həqiqəti ortalığa qoyur ki, inkişaf etmiş ölkələr MDB adlı
regional gücün meydana çıxmasında maraqlı deyildirlər və
ümumiyyətlə, postsovet məkanının dünya iqtisadiyyatında yerini
maksimum olaraq «yarıməyalət» statusunda görürlər. Məsələnin
məhz bu aspektdə yozumunun gerçəkliyini həmin ölkələrin
inteqrasiya siyasətinin mahiyyətində də görmək mümkündür.
«Qapalılıq» bütövlüyün, bizim misalda dünya iqtisadiyyatının
hərtərəfli və harmonik inkişafına əks təsir göstərən, onu süni
şəkildə parçalayan, planetar səviyyədə mövcud resurslardan
maksimum səmərəliliklə istifadə imkanı verməyən, geosiyasi
konflikt və diplomatik intriqaların alovlanmasına təkan verən
əsas
səbəbdir.
«Qapalılıq»
ümumdünya
rifahının
yüksəldilməsində, insan cəmiyyətinin insan kimi yaşayan
cəmiyyət halına gətirilməsi imkanlarının kəskin şəkildə
məhdudlaşdırılmasmda başlıca rol oynayır. «Qapalılıq»
mahiyyətcə qloballaşmanın əksi, eyni zamanda ifrat iqtisadi
gücün vahid əldə təmərküzləşməsinə söykənməklə onu, yə’ni
qloballaşmanı öz mənafeyinə uyğunlaşdırmaq iqtidarında olan
bir fenomendir.
Super iqtisadi gücə söykənən «qapalı» inteqrasiya bloku
özünün regional mənafelərinin təminatını həyata keçirmək
yolunda bütün mümkün (qanuni) və qeyri-mümkün (qanundan
kənar) vasitələrdən istifadə etmək, öz iradəsini blokxarici
mühitdə qəbul etdirmək imkanındadır.
Belə bir şəraitdə keçid iqtisadiyyatlı MDB ölkələri milli
mənafelərin təminatında və real iqtisadi imkanların həyata
keçirilməsində inkişaf etmiş ölkələrin üstü örtülü
336
Dostları ilə paylaş: |
|
|