sahəsi miqyasında inhisarçılıq; Sahədaxili inhisarçılıq; Milli bazar
səviyyəsində inhisarçılıq; Ayrı-ayrı bazar seqmentləri səviyyəsində
inhisarçılıq. Ümumidən konkretə yönəlik tipli ardıcıllığın
mühümlüyü ayrı-ayrı səviyyələrin inhisarçı təzahürlərinin
gətirdiyi mənfi effektin miqyas fərqliliyi ilə şərtlənir.
-
Tədqiqatın yekunları göstərir ki, inhisarçı fəaliyyətin
sosial-iqtisadi inkişafdakı ziddiyyətli rolunu inkar etməmək şərti
ilə onun başlıca xüsusiyyətlərini aşağıdakı kimi ifadə etmək,
fıkrimizcə, məqsədəuyğun olardı:
-İnhisarın ictimai həyatda yerinə və roluna yanaşmada
iqtisadi aspekti qabartmaq, təhlil prosesindən bir sıra mühüm
amilləri sərf-nəzər etmək yanlışlıqdır. Problemin ziddiyyətli
mahiyyəti əsasən ümumsosial-iqtisadi inkişafın istinad nöqtəsi ilə
səciyyələnir. Yəni, əsas istinad nöqtəsi kimi ayrıca götürülmüş fərd
və onun tələbatları götürülür yoxsa bütövlükdə millət, ümummilli
mənafelərin prioritet ödənilməsi zəruriliyi? Birinci halda, yəni
konkret fərdə münasibətdə inhisar yalnız zərər verə bilər:
İnhisarçı fəaliyyət nəticəsində əldə edilən mənfəət istənilən halda
istehlakçılara dəyən zərərdən az olur! İkinci halda i.sə, problemin
birmənalı qoyuluşu mümkün deyildir. Yuxarıda əks etdirdiyimiz
ziddiyyətlilik də məhz bu qeyri-mümkünlükdən doğur.
-Lobbist
fəaliyyət
maksimum
dərəcədə
məhdudlaşdırılmalıdır;
-İnhisar iqtisadi islahatlar prosesinə, sistem dəyişikliyinə
başlıca maneə törədən əsas amillərdən biridir:
-Öz təsir dairəsinə və gücünə görə inhisarın həm daxili, həm
də regional bazarda situasiyaya təsiri eyni məzmuna malikdir;
-İqtisadi regionalizmin inhisar problemi öz aktuallığı
baxımından xüsusi əhəmiyyət kəsb edir.
-
Müasir şəraitdə ölkə inhisarçı fəaliyyətin üçlü təzahürü ilə
üz-üzə qalmışdır: İnzibati-amirlik sisteminin qalığı kimi inhisarçı
müəssisə və birliklər; Özəlləşdirmə nəticəsində prosesin müxtəlif
pillələrində olan inhisarçı yaranış və «tənzimləmə» inhisarı. Ölkədə
inhisarçı fəaliyyətin
358
tənzimi problemlərinin həlli istiqamətlərini aşağıdakı ardıcıllıqla
sıralanmağı məqsədəmüvafıq hesab edirik: 1 ^Dövlət—>özəl
sektor qarşılıqlı münasibətlərinin keçid dövrünün məntiqinə
uyğunlaşdırılması;
2)İnstitutsional
strukturun
rəqabət
məzmunluluğuna nail olunması; 3)Rəqabət siyasətinin zəruri
şərtlər çərçivəsində apaniması; Bunun üçün nəzəri bazasının keçid
dövrünün spesifik xüsusiyyətlərinə uyğun- laşdırılmasını başlıca
şərt timsalında görürük. 4)Dövlət tənzimi sistemi elementlərinin
dəqiq şəkildə ifadə olunması; 5)Ölkə ərazisində istehsal amillərinin
sərbəst miqrasiyasına mane olan dövlət və özəl strukturlara qarşı
ciddi tədbirlərin görülməsi;
6)
Hüquqi tənzimlənmənin təkmilləşdirilməsi; 7)İqtisadi
demokratiyanın qərarlaşması.
-
Demokratik prinsiplər əsasında formalaşan vətəndaş
cəmiyyəti—>iqtisadi demokratiya—»real məzmun daşıyan
rəqabət mühiti—»inkişaf etmiş vətəndaş cəmiyyəti sillogizmi
müasir gerçəkliyin sosial-iqtisadi və siyasi təbiətinin məntiqi
törəməsidir.
Yəni,
rəqabət-keçid
iqtisadiyyatı
şəraitində
substasional mahiyyət daşıyır. Rəqabət təkcə iqtisadi kateqoriya
deyildir. O, ölkədə demokratiyanın qərarlaşması baxımından
mühüm əhəmiyyət kəsb edən maddi bazanın yaradıcısıdır,
-
Problemə yanaşmanın fəlsəfi-məntiqi kökləri inhisarla
mübarizənin əsas istiqamətlərinə baxışda daha dərin, daha
mühüm xarakter daşıyan cəhətlərin ön plana çıxan imasını tələb
edir. Söhbət, hər şeydən əvvəl, iqtisadi demokratiya, iqtisadi
fəaliyyət azadlığı ilə onun məhdudlaşdırılması dərəcələri arasında,
ələlxüsus inhisar dərəcəsi ilə münasibətlərin aydınlaşdıniniasmdan
gedir. İnhisarçı fəaliyyətlə bağlı makro—»mezo—»mikro
mühitlərin dəyişənlər çoxluğundan iradi üsulla abstraksiya
olunmaq, mahiyyətcə problemə yanaşmanın ifrat bəsitləşdirilməsi,
sözügedən dəyişənlər
çoxluğunun elementar
hissəciklərə
parçalanması, onlardan hansının önəmli, aparıcı rol oynamasının
qiymətləndirilməsinə edilən cəhdlər də analoji məzmun
çərçivəsindən kənara çıxmayacaqdır.
359
-
Lokal səviyyəli mənafe natarazlığı mahiy>ətcə elə
inhisarizmin
«yem»
bazası
deməkdir.
İnhisarizmin
«qidalanmaması» üçün sosial bütövlə fərdi, fərdlə-kollektiv,
fərd-millət qarşılıqlı əlaqələrində mənafe tarazlığından kənar
sarpmalara yol verilməməlidir. Beləliklə, inhisarizmə qarşı, onu
doğuran şəraitlə mübarizə sırf praqmatizm mövqeyindən inkişaf
prosesinin sahə və struktur aspektlərini daima diqqət mərkəzində
saxlamağı, tənzimləmə sistemi ilə iqtisadi demokratiyanın
prinsipləri arasında təzadlı mütənasibliyin formalaşmasına yol
verilməməsini özündə əks etdirir yaxud etdirməlidir.
Keçid
iqtisadiyyatı
şəraitində
inkişaf
prosesi
hökumət—>özəl sektor ^vətəndaş cəmiyyəti triadası ilə zəncirvari
«reaksiyanı» tam şəkildə əhatə edə bilmir. İnkişaf prosesinin
subyektləri arasında qarşılıqlı əlaqələri özündə ehtiva edən
funksional bağlılığın inhisarizmin meydana çıxması baxımından
iki zəif nöqtəsi açıq-aydın şəkildə müşahidə edilir:
1)
Qarşılıqlı faydalılığın «pozulması»; Subyektlərdən biri
tərəfindən uduşun maksimumlaşdınlması;
2)
İqtisadi demokratiyanın təməl prinsiplərinin yoxluğu,
siyasi qurumların hegemonluğu, iqtisadi gücün təmərküzləşməsi və
inhisarizmin yaranması.
Nəticədə dayanıqlı inkişafın maddi-sosial bazası parçalanır,
tamamilə təbii mşzmun daşıyan ziddiyyətlərin xarakteri dəyişir,
açıq şəkildə qarşıdurmalar meydana çıxır və s.
-
Qlobal səviyyəyə münasibətdə isə beynəlxalq iqtisadi
münasibətləri
tənzimləyən
təşkilatların
rəsmi
fəaliyyət
konsepsiyasının
fəlsəfi
məzmununda
köklü
keyfiyyət
dəyişikliklərinin aparılması zəruridir. Yəni, sözügedən kon-
sepsiyalann yeni fəlsəfəsi ümumbəşəri əxlaq normalanna, mənəvi
prinsiplərə söykənməli, primitiv hesabçılıqdan, ələlxüsus
daban-dabana zidd olan mənafelərin zahiri uyğunluğuna
istinaddan imtina edilməlidir. Bu qənaət, həm ümum- iqtisadi
inkişafın yeni paradiqmasının «xalis» iqtisadi
360
Dostları ilə paylaş: |