Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə36/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   32   33   34   35   36   37   38   39   ...   130

1)
 
Əsas  diqqəti  mal  təklifi  üzərində  cəmləşdirir;  Tələb  və 
onun spesifik xüsusiyyətləri nəzərə alınmır; 
2)
 
Mübadilə yalnız barter formasında nəzərdə tutulur
3)
 
Beynolxalq 
maliyyə 
əməliyyatlarının, 
beynəlxalq 
hesablaşmaların və  valyuta  kursunun  dəyişməsinin  xarici  iqtisadi 
əlaqələrə təsiri sərf-nəzər edilir
4)
 
Xarici ticarətin tam sərbəstliyinə əsaslanır; 
5)
 
İşçi qüvvəsinin miqrasiyası (ölkələrarası) sərf-nəzər 
edilir; 
6)
 
Alternativ  istifadə  şəraitində  resursların  tam  şəkildə 
qarşılıqlı əvəzlənməsi tezisini irəli sürür; 
7)
 
tnnovasiya prosesi nəzərə alınmır və s. 
Ümumi  şəkildə  götürsək,  müqayisəli  üstünlüklər  ölkənin 
beynəlxalq  əmək  bölgüsü  sistemində  yeri  və  rolunun 
«əbədiləşməsini» təmin edir. 
Göründüyü  kimi,  müqayisəli  üstünlüklər  konsepsiyası 
müasir  tələblər  baxımından  nəinki  xarici  ticarətin,  eləcə  də 
bütövlükdə 
ölkənin 
beynəlxalq 
iqtisadi 
münasibətlərinin 
metodoloji  əsası  kimi  çıxış  edə  bilməz.  İstisna  yalnız  keçid 
iqtisadiyyatı  şəraitində  mümkündür.  Belə  ki,  keçid  dövrünün 
sistemsizlik  mərəzindən  qurtulmasında  bu  prinsip  daxili  və  xaıici 
iqtisadi siyasətin əlaqələndirici həlqəsi kimi çıxış edə bilər. Düzdür, 
element-sistem qarşılıqlı əlaqə və bağlılığının təminatı, monolitlik, 
funksional  qarşılıqlı  asılılıq  bütün  təfərrüatı  ilə  əldə 
olunmayacaqdır.  Amma,  hər  halda  iqtisadi  proses  adlanan 
məcmuluğun gedişinə nəzarət etmə imkanı yaranacaqdır ki, bu da 
sonrakı sistemli islahatlarda istinad nöqtəsi rolunda çıxış edə bilər. 
Nəzəri  təhlil  və  əldə  olunan  nəticələr  açıq-aydın  şəkildə 
göstərir  ki,  qlobal  kontekstdə  ölkənin  xarici  ticarətinin  inkişaf 
strategiyasının  sırf  metodoloji-məntiqi  yanaşma  mövqeyindən 
rəqabət  üstünlükləri  konsepsiyası  bazasında  formalaşdırılması 
daha məqsədəmüvafiqdir. Bunu aşağıdakılarla şərtləndirmək olar: 
l)MəTumdur ki, hər bir ölkənin inkişafının maddi bazası 3 
məqama əsaslanır: 
104 


-Statik  roqabət  üstünlüklori-ölkədə  potensial  resursların 
mövcudluğu  (yeraltı,  yerüstü  sərvotlər,  coğrafi  vəziyyot,  iqlim 
şəraiti, torpaq resursları vo s.). 
-Dinamik  roqabət  üstünlüklori  (inkişaf  etmiş  infrastruk- 
turanın mövcudluğu, istehsal edilən məhsul və xidmətlərin dünya 
standartlarına uyğunluğu, rəqabətətablılıq dorocəsi və 
s.); 
-Kadr potensialı. 
R.Reyç  yazır  ki,  «...Siyasətçilər  adətən  anlaya  bilmirlər  ki, 
millətin  real  potensialı  müəyyən  texnologiyalara  malik  olmasında 
deyil,  ölkənin  vətəndaşlarının  gələcək  problemləri...kompleks  həll 
edə  bilmək  qabiliyyətindədir»'^.  Ölkənin  dünya  bazarında  gedən 
roqabət  mübarizəsinə  qoşulması,  yuxarıda  göstərilən  hər  üç 
potensialın  mövcudluğunun  əsasında  həyata  keçirilməlidir.  Statik 
rəqabət  üstünlüklərinin  mövcudluğu,  yaxud  ölkənin  bu 
potensialdan  rnəhnım  olması  fikrimizcə,  heç  də  həlledici  rol 
oynamır.  Məsələn,  Yaponiyanın  inkişaf  modeli  xammal  və  enerji 
daşıyıcılarının  idxalatına  əsaslanmaqla  yüksək  inkişaf  etmiş 
iqtisadiyyat əldə etməyin mümkünlüyünü sübut edir. 
2)
 
Müqayisəli üstünlüklər əbədi deyil. Ölkə müəyyən tarixi 
dövr  ərzində  bu  və  ya  digər  məhsul  yaxud  xidmət  istehsalında 
malik olduğu üstünlükləri itirə bilər. 
3)
 
Müqayisəli  üstünlüklər  prinsipi  rəqabətətablılığm 
inkişafını statik üstünlüklərlə, istehsal amilləri ilə bağlayır. 
Dünya  ölkələrinin  təcrübəsi  göstərir  ki,  istehsal  amilləri 
bazasında rəqabətətablılığm inkişaf etdirilməsi durğunluğa və son 
nəticədə  xarici  iqtisadi  əlaqələrin  səmərəlilik  səviyyəsinin  aşağı 
düşməsinə  gətirib  çıxarır.  Başqa  sözlə,  müqayisəli  üstünlüklər 
prinsipinin  əhatə  dairəsi  istehsal  amilləri  müstəvisindən  kənara 
çıxmır. Mahiyyətcə təklif nəzəriyyəsinə söykənən bir prinsipin alayı 
məzmun daşıyacağına ümid etməyin özü ən azı sadəlövhlük təsiri 
bağışlaya bilər. Birmənalı şəkildə tam elmi şübhələrdən kənar olan 
bir  məsələ-investisiya  və  innovasiya  sferalarının  mütləq  aparıcı 
mövqelərə sahibliyi belə bir qənaətə gəlməyə imkan verir ki
P.Peich. The Work of nations. New York. 1991, p. 162-163. 
105 


bunlarsız 
qarşılıqlı  ticarətin 
iqtisadi 
səmərəliliyindən 
danışmağa 
dəyməz.  Beləliklə, 
müasir 
dünya bazarının 
fəaliyyət  mexanizmi  və  inkişaf  etmiş  ölkələrin  ticarət 
əməliyyatlarının təşkili və tənzimlənməsinin 
ümumiləşdirilmiş 
yekunları 
rəqabət üstünlükləriprinsipinin alternativsiz 
olduğunu  əyani  şəkildə  sübuta  yetirir.  Bununla  yanaşı,  keçid 
iqtisadiyyatlı  ölkələrin  xarici  ticarət  əlaqələrinin  bu  prinsipinə 
əsaslanması hələ ki, mümkün deyildir. Belə ki, rəqabət üstünlükləri 
birdəfəlik yaradılan və əbədi səciyyə daşıyan bir fenomen deyildir. 
O,  fasiləsiz  olaraq  formalaşdırılan  və  mühafizə  olunan  sistemli 
yaranışdır.  Aydındır  ki,  bunun  üçün  fasiləsiz  olaraq  istehsalın 
modemləşdirilməsinə,  əməyin  elmi  təşkilinə,  marketinqə  və  s. 
investisiya qoyuluşları, həm də innovatika sahibkarlığının ən yeni 
nailiyyətlərindən  istifadə  etməklə,  tətbiq  edilməlidir.  Keçid 
iqtisadiyyatlı  ölkələrin,  o  cümlədən  Azərbaycan  Respublikasının 
göstərilən  səpgidə  fəaliyyətdə  olmaları  imkan  xaricindədir. 
Maraqlı cəhət burasındadır ki, bu məqsədlə xarici investisiyaların 
cəlb  edilməsi  də  mümkün  deyildir.  Belə  ki,  böyük  maliyyə 
resurslarına  malik  olan  və  donor  kimi  çıxış  edən  heç  bir  inkişaf 
etmiş  ölkə  yaxud  trans-milli  korporasiya  özünə  rəqib  yaratmaq 
istəməz.  Buna  görə  də,  nəinki  iqtisadi  inkişaf  modelinin 
seçilməsində  yaxud  xarici  ticarətin  fundamental  metodoloji 
prinsipinin  müəyyənləşdirilməsində,  eləcə  də  ölkənin  bütövlükdə 
xarici  iqtisadi  strategiyasının  formalaşdınimasmda  rəqabət 
üstünlükləri konsepsiyasına əsaslanmaq qlobal xarakter daşımır və 
yalnız  inkişaf  etmiş  ölkələrə  xas  olan  cəhət  kimi  səciyyələnir. 
Göründüyü  kimi,  keçid  dövrünün  spesifik  özünəməxsusluğu  və 
iqtisadi gerilik problemi rəqabət üstünlüklərini yalnız (hələ ki) sırf 
nəzəri əhəmiyyət daşıyan prinsip kimi nəzərdən keçirməyə imkan 
verir. 
Bununla  belə,  dünya  iqtisadiyyatında  gedən  proseslərin 
daxili  məntiqi  və  inkişaf  təmayülləri  ölkənin  xarici  ticarət 
strategiyasının  ləməl  prinsipini,  vahid  metodoloji  platformasını 
müəyyənləşdirməyi tələb edir. 
Fikrimizcə,  müasir  reallıqdan  çıxış  etməklə  qlobal 
kontekstdə Azərbaycanın xarici ticarətinin perspektiv 
106 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə